Məhkəmə qərarları › İş №8(107)-66/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-66/2021

19.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-66/2021 19.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlundan və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Zərdab Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(035)-27/2021 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətin mümkünlüyünə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Borclu ərizə ilə məhkəməyə müraciət edərək Zərdab Rayon Məhkəməsinin 20.08.2013-cü il tarixli, 2(035)-409/20213 saylı icra vərəqəsinə əsasən Tələbkar xeyrinə ödəməli olan 9120 manat məbləğində borcun hər ay 200 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(035)-27/2021 saylı qərardadı ilə (hakim Tahir Qubadov) ərizə təmin edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qərardadından Tələbkar tərəfindən şikayət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Həmin Məcəllənin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3-ci maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə kasasiya instansiyası məhkəməsinə göndərilir. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsi prosessual qanunun qeyd olunan tələblərini pozmuş, qərardaddan verilmiş şikayətə 3 gün ərzində baxaraq müvafiq qərardad qəbul etmək əvəzinə, həmin şikayətə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməli və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 269-cu maddəsinin tələblərinə riayət olunması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 360, 363, 366, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyаsı Qərara aldı: Tələbkar tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Şikayət, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 269-cu maddəsinin tələblərinə riayət olunması üçün 8(107)-66/2021 saylı material ilə birlikdə Zərdab Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd qəbul edildiyi andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar