Məhkəmə qərarları › İş №8(107)-67/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-67/2020

05.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-67/2020 05.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, tələbkar X9 iştirakı ilə, Tələbkar X9 borclular X2, X6, X8 və Maraqlı şəxsnə qarşı Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(054)-935/2016 nömrəli qətnaməsinə dair icra sənədi ilə bağlı icra məmurunun qərarından verilmiş şikayət üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(054)-23/2020 saylı qərardadından tələbkar X15 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X9 cavabdehlər X2, X7 və X3 qarşı torpaq sahəsindən çıxarılma, torpaq sahələrinin kənarına basdırılmış dəmir dirəklərin və tikanlı məftilin sökülməsi, mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə törədilməsinin qadağan edilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(054)-935/2016 nömrəli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək cavabdehlər X2, X7 və X1 Oğuz rayonu Kərimli kəndində yerləşən, iddiaçı X9 mülkiyyətində olan, xx xxxxxxxx 2008-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi üzrə 0,05586 hektar, xx xxxxxx 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi üzrə 0,111 hektar, xx xxxx 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi üzrə 0,0653 hektar və xx xxxxxxx 2015-ci il tarixli ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi üzrə 0,0653 hektar torpaq sahələrindən çıxarılmaları, torpaq sahələrinin kənarlarına basdırılmış dəmir dirəklər və tikanlı məftilin sökülməsi, həmin torpaq sahələrindən iddiaçının istifadə etməsinə maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra iş üzrə icra sənədləri icra edilməsi üçün xx xxxxxx 2019-cu il tarixdə Maraqlı şəxsnə göndərilmişdir. Maraqlı şəxs rəisi X10 xx xxxx 2020-ci il tarixli qərarı ilə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(054)-935/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraat dayandırılmışdır. İş üzrə tələbkar X15 Maraqlı şəxs rəisi X10 xx xxxx 2020-ci il tarixli qərarından birinci instansiya məhkəməsinə şikayət verərək həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar X15 şikayət ərizəsində qeyd etmişdir ki, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(054)-935/2016 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş, həmin qətnamə qanuni qüvvəyə minmişdir. Onun adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinin cavabdehlər tərəfindən mübahisələndirilməsinə dair mülki iş üzrə də qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı qəbul edilmişdir. Hazırki vəziyyətdə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2 (054)-935/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraatın dayandırılmasına hər hansı əsas yoxdur. Ona görə də Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(054)-935/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraatın dayandırılması barədə Maraqlı şəxs rəisi X10 xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Tələbkar X15 birinci instansiya məhkəməsinin məhkəmə iclasında şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini, icra sənədi üzrə icraatın dayandırılması barədə Maraqlı şəxs rəisi X10 xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs icra məmuru X12 birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi izahatında Maraqlı şəxs tərəfindən qəbul edilmiş qərardan verilən şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borclular X2, X6 və X8 şikayətə baxılmasına dair birinci instansiya məhkəməsinə iclasına gəlməmişlər. Birinci instansiya məhkəməsi şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb işdə itirak edən şəxslərin izahatlarını dinləyərək hesab etmişdir ki, Maraqlı şəxs rəisi X10 xx xxxx 2020-ci il tarixli qərarından tələbkar X9 şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyasının məhkəmə iclasında tələbkar X15 izahat verərək Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(054)-23/2020 saylı qərardadı və Maraqlı şəxs xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etdi. Belə ki, işdə iştirak edən şəxslərin izahatlarından və işin birinci instansiya məhkəməsində müəyyən edilmiş faktiki hallarından görünür ki, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(054)-935/2016 nömrəli qətnaməsinə əsasən X9 mülkiyyətində olduğu müəyyən edilmiş torpaq sahələrinə dair onun adına tərtib edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinə əlavə olaraq verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədləri hazırki iş üzrə borclular X2, X6 və X8 tərəfindən verilmiş başqa bir iddia üzrə mülki işdə mübahisələndirilmişdir və həmin iş üzrə hələ qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı qəbul edilməmişdir. Maraqlı şəxs rəisi X10 xx xxxx 2020-ci il tarixli qərarının məzmunundan görünür ki, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(054)-935/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraat “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə istinad edilməklə dayandırılmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 19.1 və 19.1.3-cü maddələrinə əsasən icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş tələb, məhkəmə və ya digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda - mübahisəyə mahiyyəti üzrə baxılanadək icra sənədi üzrə icraat dayandırılır. Hazırki işin materiallarından görünür ki, icra məmuru Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(054)-935/2016 nömrəli qətnaməsinə dair icra sənədi üzrə icraatın dayandırılmasına əsas ola biləcək halları öz qərarında əsaslandırmış və haqlı olaraq “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə istinad etməklə icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul etmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Beləliklə, məhkəmə kоllegiyаsı qərаrdаddаn verilmiş şikаyətin təmin edilməsi üçün əsаs müəyyən etmədi və bu qərаrа gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə uyğun оlаrаq, birinci instаnsiyа məhkəməsinin qərаrdаdı dəyişdirilmədən sаxlаnmаlı, şikаyət isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və MPM-in 263-264, 397-398, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərаrа аldı: Tələbkar X15tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(054)-23/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul olunduğu аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar