Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-68/2021 07.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, X1 və onun etibarnamə üzrə nümayəndəsi X2, Borclu iştirakı ilə, X1nın “icra sənədinin yenidən icraya yönəldilməsinə dair” ərizəsi üzrə Göyçay Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 8(046)-24/2021 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X1 ərizə ilə məhkəməyə müraciət edərək Göyçay Rayon Məhkəməsinin 18 aprel 2012-ci il tarixli, 2(046)-368/2012 nömrəli qətnaməsinin yenidən icraya yönəldilməsini barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 8(046)-24/2021 nömrəli qərardadı ilə ərizə təmin edilərək X3 Göyçay Rayon Məhkəməsinin 18 aprel 2012-ci il tarixli icra vərəqəsinin yenidən icraya yönəldilməsi barədə ərizəsi təmin edilmiş, Göyçay rayon İcra və Probasiya Şöbəsinin icra sənədi üzrə icraata xitam verilməsi barədə 03.11.2020-ci il tarixli qərarı ləğv edilməsi, Göyçay Rayon Məhkəməsinin 18 aprel 2012-ci il tarixli 2(046)-368/2012 saylı icra sənədi üzrə icraatının təzələnməsi və qərardadın icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Göyçay Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 8(046)-24/2021 nömrəli qərardadından Borclu şikayət verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 8(046)-24/2021 nömrəli qərardadı ilə həmin Məhkəmənin 18 iyun 2021-ci il tarixli, 8(046)-24/2021 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən şikayətçi Borclu verilmiş şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən X1 və onun etibarnamə üzrə nümayəndəsi X4 verilmiş şikayətin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 8(046)-24/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şikayət üzrə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, Göyçay Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Borclu tərəfindən verilmiş şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 8(046)-24/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, аpelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, İcra Haqqında Azərbaycan Respublikası qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Həmin qanunun 73.5-ci maddəsinə əsasən tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tələbkarın qətnamənin yenidən icraya yönəldilməsini barədə ərizəsini təmin etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən 2 (iki) ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 (bir) ay müddətinədək uzadıla bilər. MPM-nin 231-ci maddəsi işə baxmış hakimə də müvafiq əsaslar olduqda qətnamənin icra müddətini uzatmağa, yəni qətnamənin icrasına möhlət vermək və ya onu hissə-hissə icra etdirmək barədə qərar qəbul etməyə səlahiyyət vermişdir. Buna əsas qətnamə üzrə borclunun icranı vaxtında təmin etməyə imkan verməyən (icranı çətinləşdirən və yubandıran) maddi, ailə və ya sağlamlıq vəziyyəti, habelə başqa diqqətəlayiq hallar ola bilər. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli Qərarında izah olunduğu kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq olunmalı, bu zaman təkcə borclunun deyil, həm də tələbkarın mənafeyi nəzərə alınmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, borclunun şikayəti qeyri-ciddi olmaqla qəbuledilən deyildir. Bu baxımdan birinci instansiya məhkəməsi ərizəçinin qətnamədən verilmiş icra sənədinin yenidən icraya yönəldilməsi barədə ərizəsini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Göyçay Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 8(046)-24/2021 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Borclu tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 8(046)-24/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. İş üzrə sədrlik edən hakim: İmanverdi Şükürov
Məhkəmə qərarları › İş №8(107)-68/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-68/2021
07.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver