Məhkəmə qərarları › İş №8(107)-69/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-69/2020

11.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-69/2020 11.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə və X4 iclas katibliyi ilə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin daşınmaz əmlak üzərinə həbs qoyulması barədə təqdimatının təmin edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikаyətəaçıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəməyə təqdimat verərək, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(033)-812/2019 nömrəli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus Zaqatala rayonunun Muxax kəndində yerləşən 0,92 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) xx xxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş və Borclu məxsus Zaqatala rayonunun Muxax kəndində yerləşən 0,9245 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Bundan sonra Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(033)-36/2020 nömrəli qərardadını ləğv edərək təqdimatın rədd edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) xx xxxx 2020-ci il tarixli qərardadı ilə Borclu şikayəti təmin edilməmiş və baxılması üçün işlə birlikdə yeddi gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. ŞİKAYƏTİN DƏLİLLƏRİ Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin həmin qərardadı və icra məmurunun həmin torpağı satmaq istəməsi hərəkətləri qanunsuzdur. Məhkəmə iclasında mən iştirak etməmişəm. Məhkəmə təqdimatı təmin edərkən “İcra haqqında” Qanunun 43, 44 və 50-ci maddələrinə, təqdimatın təmin edilməsi üçün əsasların olmasına istinad etmişdir. Məhkəmənin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla, işə əlavə edilmiş sənədlərə uyğun deyildir. Məhkəmə təqdimatı təmin edərkən “İcra haqqında” Qanunun 50.2-ci maddələsinə istinad edərək ailəmə məxsus əmlakın üzərinə həbs qoymuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2002-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 3-cü bəndinə görə fiziki şəxs barəsində icra sənədi icra olunarkən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Göründüyü kimi, qanunvericilik 1,0 hektaradək torpağa tələbin yönəldilməsini qadağan edir. Hazırki halda isə üzərinə həbs qoyulması xahiş edilən torpaq sahəsi hətta mənim mülkiyyətimdə deyil, ailəmin mülkiyyətindədir. Ona görə də həmin torpağa tələb yönəldilə bilməz. Odur ki, Zaqatala Rayon Məhkəməsinin mənim ailəmin mülkiyyətində olan 0,9245 ha torpaq sahəsinin üzərinə həbsin qoyulmasına dair xx xxxx 2020 il tarixli 8(033)-36/2020 nömrəli qərardadı ləgv edilərək, təqdimat rədd edilməlidir. PROSES İŞTİRАKÇİLАRİNİN İZАHАTLАRİ İşə bаxılmаsının vаxtı və yeri hаqqındа lаzımi qаydаdа xəbərdаr edilmələrinə bаxmаyаrаq, tələbkar, borclu və təqdimat verən şəxs məhkəmə iclаsınа gəlməmiş, məhkəmə kollegiyası işə оnlаrın iştirаkları оlmаdаn bаxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini mülki işin materialları ilə birlikdə araşdırıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı tam həmin qərardadın qüvvədə saxlanılmasına dair xx xxxx 2020-ci il tarixli qərаrdаdı isə şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli və təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(033)-812/2019 nömrəli icra vərəqəsinin təsdiq edilmiş surətindən görünür ki, cavabdeh Borclu 13000 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı Tələbkar verilməlidir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 xx xxxxxxx 2019-cu ildə qəbul etdiyi icraata başlamaq haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(033)-812/2019 nömrəli icra vərəqəsi üzrə icraata başlanılmışdır. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüqar Musayevin Borclu ünvanladığı xx xxxxxxx 2019-cu il tarixli bildirişdən görünür ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(033)-812/2019 nömrəli icra vərəqəsində göstərilən tələbi könüllü icra etməsi üçün ona 10 gün müddət verilmişdir. Sorğuya cavab məlumatından görünür ki, Borclu məxsus Zaqatala rayonunun Muxax kəndində yerləşən 0,9245 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. Məhkəmənin icra sənədi əsasında icraata başlayan icra məmuru “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq borclulara bildiriş və xəbərdarlıqlar göndərmiş, icra üçün borclulara könüllü müddət vermiş, onların adına hər hansı daşınar və daşınmaz əmlakın, pul vəsaitinin olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə sorğular vermiş və bu zaman müəyyən olunmuşdur ki, Borclu məxsus Zaqatala rayonunun Muxax kəndində yerləşən 0,9245 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Bundan sonra icra məmuru Borclu məxsus 0,9245 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat vermişdir. İş materiallarını araşdırıb məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, “İcra haqqında” Qanunun 45-ci maddəsi tələbin borclunun pul vəsaitlərinə və başqa əmlakına yönəldilməsi qaydasın izah edir. Həmin qanunun 45.2-ci maddəsinə əsasən, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur (həmin qanunun 45.6-cı maddəsi). Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2002-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 3-cü bəndinə görə, fiziki şəxs barəsində icra sənədi icra olunarkən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Eyni zamanda, “İcra haqqında” Qanunun 44.1 və 44.1.3-cü maddələrinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmçinin, həmin Qanunun 50.2-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qeyd olunan hüquq normalarının mənasına görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda qanunvericiliyə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borclunun digər əmlakına yönəldilə bilər. Hazırda icra məmuru tərəfindən tələbin yönəldiyi əmlak (0,9245 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin siyahısındadır. Göründüyü kimi, qanunvericilik tələbin ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir.Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlakistisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Birinci instansiya məhkəməsi isə məhz tələbin yönəldilməsinə yol verilməyən borcluya məxsus əmlaka tələb yönəltmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elmin Kərimovun Borclu məxsus Zaqatala rayonunun Muxax kəndində yerləşən 0,9245 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatını təmin etməkdə haqlı olmamışdır, şikayət əsaslıdır. Ona görə dəşikayət təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı tam, həmin qərardadın qüvvədə saxlanılmasına dair xx xxxx 2020-ci il tarixli qərаrdаdı isə şikayətin təmin edilməməsi hissəsində ləğv edilməlidir. MPM-in 398.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin hüququ vardır ki, şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etsin. Göstərilənlərə əsasən və MPM-in 397, 398.0.3, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı tam, həmin qərardadın qüvvədə saxlanılmasına dair xx xxxx 2020-ci il tarixli qərаrdаdı isə şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 daşınmaz əmlakın üzərinə həbs qoyulması haqqında xx xxxx 2020-ci il tarixli təqdimatı təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar