Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-69/2021 09.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X1 iclas katibliyi ilə, 11 saylı Ərazi Vergilər İdarəsinin 14 aprel 2021-ci il tarixli, **********286900 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 təqdimatının təmin edilməsi barədə Şəki Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 8(075)-281/2021 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikаyətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 təqdimatla Şəki Rayon Məhkəməsinə müraciət edərək bildirmişdir ki, 11 saylı Ərazi Vergilər İdarəsinin 14 aprel 2021-ci il tarixli **********286900 saylı icra sənədinə əsasən Borclu 679.59 manat vergi borcu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Müvafiq bildiriş göndərilməklə icra sənədinin könüllü şəkildə icra edilməsi üçün tərəflərindən Borclu 10 gün vaxt verilmişdir. Lakin o, icra sənədinin icrasını könüllü müddət ərzində üzrsüz səbəbdən təmin etməmişdir. Bundan sonra tərəflərindən borclunun yaşadığı ünvana rəsmi qaydada xəbərdarlıq və çağırışlar göndərilmiş, Şəki Rayonu üzrə İcra və Probasiya şöbəsinə gəlməsi ondan tələb edilmişdir. Lakin borclu xəbərdarlıq və çağırışlara məhəl qoymamış, heç bir üzrlü səbəb olmadan qərəzli şəkildə şöbəyə gəlməkdən imtina etmişdir. Bununla yanaşı Borclu icra sənədi üzrə tələbin icrası təmin etməmişdir. Ona görə də icra sənədinin icrası ilə əlaqədar olaraq borclunun məcburi qaydada Şəki Rayonu üzrə İcra və Probasiya şöbəsinə gətirilməsinə zərurət yaranmışdır. Odur ki, Borclu Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) 27 iyul 2021-ci il tarixli 8(075)- 281/2021 nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, 11 saylı Ərazi Vergilər İdarəsinin 14 aprel 2021-ci il tarixli, **********286900 saylı icra sənədinin icrası ilə əlaqədar ünvan 2 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. Borclu Şəki Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 8(075)-281/2021 nömrəli qərardadından şikayət vermişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 8(075)-281/2021 nömrəli qərardadı əsassız olduğundan ləğv edilməlidir. Şəki Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 8(075)-281/2021 nömrəli qərardadı ilə Borclu şikayəti təmin edilməmiş, şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilməsinə baxmayaraq, Borclu və tələbkar 11 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-in 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 8(075)-281/2021 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 19 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən 11 saylı Ərazi Vergilər İdarəsinin 14 aprel 2021-ci il tarixli **********286900 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaq o, icra şöbəsinə gəlməmiş və icra sənədində göstərilən tələbin icrasını təmin etməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli 8(075)-281/2021 nömrəli qərardadı və onun əsasında qəbul edilmiş 19 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-69/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-69/2021
09.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver