Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-69/2023 29.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 məhkəmə qətnaməsi ilə ödənilməli olan pul məbləğinin indeksasiya edilməsinə dair ərizə ilə bağlı iş üzrə (Açar sözlər: pul məbləğinin indeksasiya edilməsi, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, X1 məhkəmə qətnaməsi ilə ödənilməli olan pul məbləğinin indeksasiya edilməsinə dair ərizəsinin qismən təmin edilməsi barədə Yevlax Şəhər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 8(039)-2/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Şəki Apellyasiya Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2(107)-1821/2021 saylı qətnaməsi ilə cavabdeh Borclu, badam formalı brilyant sırğa-üzük dəsti - 18.4 qram, əyarı 750, karatı 2.42, qiyməti 2200 (iki min iki yüz) manat; nişan üzüyü – 5.7 qram çəkidə, 750 əyarlı brilyant qaşlı 4.8 karatı – qiyməti 550 (beş yüz əlli) manat; sep-bilərzik dəsti - sepin çəkisi 10 qram, bilərziyin çəkisi 4.2 qram, ümumi qızıl çəkisi 14.2 qram olmaqla, qiyməti 750 (yeddi yüz əlli) manat; ağ qaşlı uşaq sırğası - 3 qram çəkidə, əyarı 585, qiyməti 120 (bir yüz iyirmi) manat; uşaqlar üçün 2 ədəd qızıl bilərziklər - hər biri 2 qram olmaqla, əyarı 583, qiyməti hər biri 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat; mebel yataq dəsti (termo, şifoner, tümbalar, qoşa çarpayı, oturacaqlar) - 3000 manat, gecə lampası- 2 ədəd - 60 manat, şəkil — (divardan asılma) - 10 manat, qorka mebel - 900 manat, pianino - 800 manat, divan və kiçik masa - 1500 manat, 3 ədəd 3x2 m xalçalar, 1 ədədi Təbriz - 700 manat, 1 ədədi Kaşmir - 500 manat, 1 ədədi Türk malı 300 manat olmaqla, cəmi 1500 manat, 2 ədəd 1.5 x 0.5 m ölçüdə xırda xalça - 50 manat, 3 otağın 16 metrə pərdələri 500 manat, ütü - 50 manat, ütü stolu - 50 manat, 1 ədəd iki nəfərlik, 2 ədəd bir nəfərlik döşək - 280 manat, 1 ədəd iki nəfərlik, 2 ədəd bir nəfərlik yorğanlar — 240 manat, 6 ədəd tük balınc — 180 manat, 4 ədəd sintifon balınc - 100 manat, 4 ədəd pakrıval, (1 ədədi işləməli, qaşlı, balınclı - 350 manat, 1 ədədi buxovıy - 120 manat, 1 ədədi sintifon - 30 manat, 1 ədədi yun - 60 manat olmaqla) - 560 manat, 1 ədəd divan üstü -90 manat, 2 ədəd uşaq yorğanı, 2 ədəd uşaq döşəyi, 2 ədəd sintifon balınc - 300 manat, 1 ədəd uşaq üçün buxovıy odeyal 30 manat, 1 ədəd uşaq üçün nazik odeyal 15 manat, 1 ədəd 8 şamlı, xrustal çilçıraq - 350 manat, 1 ədəd 3 gözlü çilçıraq - 50 manat, 2 ədəd sok çəkən - 40 manat və 60 manat olmaqla, cəmi 100 manat, Lepkalı qaşlı 2 ədəd meyvə qabı, 1 ədəd güldan böyük - 500 manat, VEST Qold qazan dəsti - 8 ədədli - 240 manat, nerj qazan dəsti -6 ədədli 70 manat, tuj qazan dəsti - 6 ədədli - 50 manat, 10 ədəd can dəsmalı - 150 manat, 25 ədəd əl-üz dəsmalı - 250 manat, 30 ədəd çay dəsmalı - 400 manat, şamdan 1 ədəd - 25 manat, tək nəfərli 6 ədəd pastel dəsti — 6 ədəd 250 manat, tək nəfərli işlənmiş pastel dəsti- 4 ədəd - 80 manat, cüt nəfərli pastel dəsti - 3 dəst - 200 manat, cüt nəfərli işlənmiş pastel dəsti - 120 manat, 5 ədəd süfrə (2 ədədi qaşlı işləməli, 1 ədədi krujevalı, 2 ədədi parça) - 300 manat, 3 ədəd klyonka süfrə - 30 manat, 1 ədəd zal üçün divar saatı - 50 manat, 1 ədəd uşaq otağına saat - 20 manat, 7 dəst bogema bakallar - cəmi 42 ədəd - 600 manat, 1 ədəd qrafinka dəsti bogema - 80 manat, qaşıq-çəngəl çemodan dəsti - 350 manat, 1 ədəd tuj vedrə, 2 ədəd aliminium vedrə, 2 kapron vedrə, 2 dəmir vanna, 2 kapron vanna, 10 kapron ləyən, 1 su dolçası - 100 manat, 4 ədəd böyük çuqun ləyən, 1 ədəd böyük aşsüzən — 100 manat, 2 ədəd oxlov, bir ədəd dördayaq, 1 ədəd ələk - 30 manat, 24 ədəd boşqab dəsti - 60 manat, 24 ədəd aura boşqab dəsti - 100 manat, 4 dəst fincan-nəlbəki dəsti - 100 manat, 12 ədəd xrustal stəkan — 120 manat, 12 ədəd nəlbəki- 40 manat, 12 ədəd kasa - 50 manat, 1 ədəd xrustal güldan - 45 manat, 1 ədəd xrustal ləpə qabı - 30 manat, ədəd xrustal kül qabı - 20 manat, 2 ədəd şüşə ləpə qabı - 10 manat, 2 ədəd qaşlı bogema mürəbbə qabı- 50 manat, 12 ədəd xrustal limon qabı - 30 manat, 2 şüşə qənd qabı - 10 manat, Tefal çaydan-çaynik dəsti - 70 manat, 4 ədəd çaynik - 40 manat, 1 dəst podnos - 3 ədədli - 45 manat, 2 ədəd plastmas podnos - 15 manat, sap naboru - 11 manat, 2 ədəd suvenir qoyun, 1 ədəd suvenir göz muncuğu, 1 suvenir su nasosu - 30 manat, 2 ədəd göy taxtası - 10 manat, 1 paltar səbəti - 20 manat, paraşok qabı - 2 ədəd - 12 manat, 1 dənə qab setkası - 15 manat, 1 ədəd paltar çemodanı böyükdiyircəkli - 150 manat, 1 ədəd supnik - 20 manat, 12 ədəd xrustal duz qabı - 20 manat, 6 ədəd xrustal rumka - 40 manat, 2 ədəd bogema konfet qabı 60 manat, 2 ədəd xrustal konfet qabı 60 manat, 2 ədəd konfet qabı şüşə - 10 manat, 3 ədəd tort qabı, keks qabları – biri böyük, 18 ədəd kiçik – 60 manat, 2 ədəd meyvə qabı - xrustal - 35 manat, 1 ədəd meyvə qabı-bogema - 60 manat, 1 ədəd böyük yerdən qoyulan güldan güllərlə -70 manat, 1 ədəd tozsoran 120 manat, 1 ədəd ətçəkən - 50 manat, 1 ədəd mikser 30 manat, 1 ədəd kofeçəkən - 25 manat, 1 ədəd euroluks paltaryuyan - 600 manat, 2 ədəd plastmas şkaf (uşaq üçün) - 50 manat, 1 ədəd elektrik tərəvəzdoğrayan - 25 manat, 2 ədəd saç feni qurudan və ütü - 75 və 25 manat olmaqla, 100 manat, Epilator - 20 manat, 1 ədəd qənd doğrayan, 1 ədəd balon ağzıaçan, 2 ədəd qatıqaçan, 1 ədəd sarımsaqəzən, 1 ədəd kartofsoyan, 4 ədəd mətbəx bıçağı, 1 ədəd kotletgötürən - 30 manat, 2 ədəd tefal tava - 25 manat, Tutalğac, qapaqaltı - 15 manat, Döşəmə yumaq üçün vedrə, 2 ədəd süpürgəxəkəndaz - 20 manat, yay odeyalı - 1 ədəd taxt üçün - 35 manat, uşaq odeyalı, buxovıy, kiçik ölçülü - 3 ədəd - 50 manat, parça şifoner - 30 manat, daraq dəsti - 7 manat, böyük yolka oyuncaqları və işiğı ilə bərabər - 100 manat, ərzaq saxlamaq üçün nabor - 2 dəst - 15 və 10 manat, cəmi - 25 manat, 6 ədəd qulplu stəkan - 12 manat, 4 ədəd kola stəkanı - 6 manat, 8 ədəd su fincanı - 15 manat, 2 dənə beta stəkan nəlbəki - 4 manat, su qrafini şüşə - 4 manat, 3 ədəd şotka - paltar, gəbə, patalok üçün dəst - 18 manat, 2 ədəd çay termosu, böyük və uşaq üçün - 30 manat, tefal qaşıqlar - dəst 3 ədəd - 16 manat, 2 ədəd salfet qabı kapron - 5 manat, 6 ədəd plov üçün bulud - 15 manat, Pesok qabı, 1 ədəd - 7 manat, 10 ədəd 3 litrlik balon, 20 ədəd kiloluq banka, 15 ədəd 0.5 litrlik banka, 30 ədəd aroma bankası, boş halda - 40 manat, 3 ədəd ağ gilas mürəbbəsi balonu, 2 kiloluq qırmızı moruq mürəbbəsi, 1 ədəd kiloluq çiyələk mürəbbəsi, 1 kiloluq heyva mürəbbəsi, 1 kiloluq gilənar mürəbbəsi - 60 manat, 25 ədəd veşilka - 50 manat, 2 ədəd uşaqların böyüdülmüş şəkli - 15 manat, 2 ədəd kukla maşa, 2 yekə ayı, 1 ədəd qız kukla, 1 ədəd pələng, 1 ədəd dovşan balaları ilə birlikdə, 1 ədəd üçbaşlı ilan, 1 ədəd saçlı qız kukla, 1 ədəd siçan kukla, maşınlar - 150 manat, 3 ədəd çətir, 3 ədəd dezodorant - 25 manat, 3 ədəd ətir - 40 manat, 1 ədəd uşaq otağı üçün gecə lampası - 7 manat, 3 ədəd qol saatı - 30 manat, 1 keratin şampun - 20 manat, 2 dəst yemək və çay qabı (okulbəsləmə çantası)- 28 manat, icra vaxtı həmin əmlaklar naturada olmadıqda isə onların dəyəri alınaraq, iddiaçı X1 xeyrinə verilməsi; iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. X3 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2(107)-1821/2021 saylı ilə cavabdeh Borclu alınıb ona verilməli olan, badam formalı brilyant sırğa-üzük dəsti - 18.4 qram, əyarı 750, karatı 2.42, qiyməti 2200 (iki min iki yüz) manat; nişan üzüyü – 5.7 qram çəkidə, 750 əyarlı brilyant qaşlı 4.8 karatı – qiyməti 550 (beş yüz əlli) manat; sep-bilərzik dəsti - sepin çəkisi 10 qram, bilərziyin çəkisi 4.2 qram, ümumi qızıl çəkisi 14.2 qram olmaqla, qiyməti 750 (yeddi yüz əlli) manat; ağ qaşlı uşaq sırğası - 3 qram çəkidə, əyarı 585, qiyməti 120 (bir yüz iyirmi) manat; uşaqlar üçün 2 ədəd qızıl bilərziklər - hər biri 2 qram olmaqla, əyarı 583, qiyməti hər biri 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat pulun 2013-cü ildən 2022-ci ilin dekabr ayına indeksasiya edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 8(039)-2/2023 saylı qərardadı ilə X1 məhkəmə qətnaməsi ilə ödənilməli olan pul məbləğinin indeksasiya edilməsinə dair ərizəsi qismən təmin edilməsi; Şəki Apellyasiya Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli 2(107)-1821/2021 saylı qətnaməsi ilə alınaraq tələbkar X2 verilməli olan 4120 manat indeksasiya edilməklə 4441.36 manat həcmində icra olunması qərara alınmışdır. Həmin qərardaddan Borclu şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli 8(039)-2/2023 nömrəli qərardadı ilə şikayəti təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandıraraq göstərmişdir ki, qanunvericilikdə pulun indeksasiyası nəzərdə tutulmuşdur. Qətnamədə qeyd olunan qızıllar mövcud olmadığından həmin qızılların dəyəri borcludan alınaraq tələbkara ödənilməlidir. İş materiallarında olan ekspert rəyi ilə 4120 manat pulun indeksasiyasının 4441.36 manat olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsində göstərilmişdir ki, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Yevlax Şəhər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 8(039)-2/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Yevlax Şəhər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 8(039)-2/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Şəhər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli 8(039)-2/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-69/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-69/2023
29.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver