Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-7/2020 06.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Tələbkar və Borclu iştirakı ilə, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(024)-158/2019 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(024)-773/2018 saylı icra vərəqəsinə əsasən iddia qismən təmin edilərək cavabdeh Borclu 20400 manat məbləğində pul alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Həmin icra vərəqəsi icra edilməsi üçün Qax rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(024)-158/2019 saylı qərardadı ilə təqdimat təmin edilmiş, xx.xx.1963-cü ildə Oğuz rayonu, Cunud kəndində anadan olmuş, Qax şəhəri, M.Rahim küçəsi, ev 6-da qeydiyyatda olan Borclu məxsus “VAZ 21043 minik” markalı, ** BC *** dövlət nömrə nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclu qeyd olunan qərardaddan şikayət verərək Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(024)-158/2019 saylı qərardadının ləğv edilərək, təqdimatın təmin edilməməsinə dair yeni qərardad qəbul olunmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(024)-158/2019 saylı qərardadı ilə Borclu şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Borclu şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Tələbkar şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(024)-158/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(024)-773/2018 saylı icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən borcluya dəfələrlə rəsmi xəbərdarlıq məktubları göndərilməsinə və digər icra tədbirləri həyata keçirilməsinə baxmayaraq borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Hazırda borclunun tələbkara ümumilikdə 20400 manat borcu qalmışdır. Borcluya məxsus tələbin yönəldilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmiş, lakin Borclu məxsus “VAZ 21043 minik” markalı, ** BC *** dövlət nömrə nişanlı avtomobilin olması müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1. maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.2. maddəsinə görə, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6. maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(024)-158/2019 saylı qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(024)-158/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: Borclu tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(024)-158/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-7/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-7/2020
06.02.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver