Məhkəmə qərarları › İş №8(107)-70/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-70/2020

10.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-70/2020 10.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, maraqlı şəxs X5 və onun nümayəndəsi və vəkili X13 iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(033)-223/2019 nömrəli icra sənədinin icrası ilə əlaqədar Borclu oğlunun əmlakının üzərinə həbs qoyulması haqqında Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elmin Kərimovun xx xxxxxx 2019-cu il tarixli təqdimatının təmin edilməsi ilə bağlı Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(033)-126/2019 nömrəli qərardadından maraqlı şəxs X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İcra məmuru Elmin Kərimov təqdimatla məhkəməyə müraciət edərək məhkəmənin xx.xx.2019-cu il tarixli 2(033)-223/2019 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə bağlı, icra sənədi üzrə Borcluh oğlunun mülkiyyətində olan 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 8(033)-126/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********67 olan, Çıxarış əsasında borclunun mülkiyyətinə verilmiş 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. Birinci instansiya məhkəməsinin iclasında Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elmin Kərimovun təqdimatı belə əsaslandırılmışdır ki, icra sənədi əsasında Borclu 4830 manat alınaraq tələbkar X10 verilməlidir. İcra sənədinin icrası ilə bağlı tədbirlər görülmüş, “Elektron İcra” İnformasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclunun mülkiyyətində Zaqatala rayonunun Əliabad qəsəbəsində yerləşən 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Məcburi icra qaydasında tələbin borcluya məxsus daşınmaz əmlaka yönəldilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında icra məmuru təqdimatı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Zaqatala Rayon Məhkəməsinin (hakim Elbrus Məmmədov) xx xxxxxx 2019-cu il tarixli, 8(033)-126/2019 nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********67 olan, Çıxarış əsasında borclunun mülkiyyətinə verilmiş 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərinə həbs qoyulmuşdur X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmənin sözügedən qərardadının ləğv edilməsi, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********67 olan 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. X7 şikayət ərizəsini belə əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(033)-223/2019 saylı qərarını icra etmək məqsədi ilə Zaqatala rayon İcra və Probasiya şöbəsi tərəfindən Zaqatala rayon Əliabad qəsəbəsində yerləşən qeydiyyat nömrəsi *** *** ** **, reyestr nömrəsi **********67 olan, çıxarış əsasında Borcluh oğlunun adına olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərinə həbs qoyulması barədə Zaqatala Rayon Məhkəməsinə təqdimat verilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(033)126/2019 saylı qərardadına əsasən Zaqatala rayon Əliabad qəsəbəsində yerləşən qeydiyyat nömrəsi *** *** ** **, reyestr nömrəsi **********67 olan, çıxarış əsasında Borcluh oğluna birgə mülkiyyət hüququ ilə mənsub olan 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrərinə həbs qoyulmuşdur. Həmin torpaq sahəsi Zaqatala rayon X9 qərarına əsasən onların ailə üzvlərinə verilmiş və birgə mülkiyyət hüququ ilə ailə üzvlərinə məxsusdur. Odur ki, Zaqatala Rayon Məhkəməsinin 8(033)- 126/2019 saylı 30 12.2019-cu il tarixli qərardadın əsassız və qanunsuz hesab edərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs X5 nümayəndəsi və vəkili X17 uyğun izahat verərək bildirdi ki, həmin torpaq sahəsi Zaqatala rayon X9 qərarına əsasən ailə üzvlərinə verilmiş və birgə mülkiyyət hüququ ilə ailə üzvlərinə məxsusdur. Həmin qərardad qəbul edilərkən Mülki Məcəllənin 152.1 və mülkiyyət hüququna dair müddəası və həmin məcəllənin 224.1 maddəsinin tələbi pozulmuşdur. Mülki Məcəllənin 224.1-cı maddəsində borc məbləğinin ümumibirgə mülkiyyətdə olan əmlaka yönəldilməsi qaydası izah olunur. Həmin maddədə qeyd olunur ki, paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. İcra Şöbəsi təqdimatla məhkəməyə müraciət edən zaman qeyd olunan maddələrin müddəalarını pozmuşdur. Həmçinin Nazirlər Kabinetinin x xxxx 2002-ci il tarixli qərarına əsasən əsas məşğulliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyula bilməz. Hesab ediri ki, həmin qərar qanunsuz və əsassız olduğu üçün ləğv olunmalıdır. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs X7 izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Zaqatala Rayon Məhkəməsinin 8(033)-126/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadından X7 tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elmin Kərimov, Tələbkar, Borclu məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. MPM-in 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(033)-126/2019 nömrəli qərаrdаdı ləğv edilməli, yeni qərardad qəbul edilməklə təqdimat təmin edilməməlidir. Belə ki, işdə olan Zaqatala Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(033)- 223/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Tələbkar oğlunun cavabdeh Borclu qarşı pul və fındıq ağaclarının dəyərinin alınaraq ona verilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(107)- 2301/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Tələbkar və cavabdeh Borclu tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(033)-223/2019 nömrəli icra sənədinin icrası ilə əlaqədar Borclu oğlunun əmlakının üzərinə həbs qoyulması haqqında Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elmin Kərimov xx xxxxxx 2019-cu il tarixli təqdimat verilmişdir. İşdə olan torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmış RX ******* nömrəli çıxarışdan görünür ki, həmin torpaq sahəsi X2, X3, Borclu, X1, X6, X4, X5 ümumi birgə mülkiyyətindədir. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsinin şikayətin təmin edilməməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı saymır. Çünki, fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2002-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin qərarın 2-ci bəndinə əsasən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsinin təsərrüfat tikililəri və ya ayrı-ayrı hissələri, həmçinin onların altında olan torpağa, həmin qərarın 2-ci bəndinə əsasən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilmir. Digər tərəfdən öyrənilən işdən aydın olur ki, sözügedən torpaq sahəsi X2, X3, Borclu, X1, X6, X4, X5 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ bəndinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 224.1-ci maddəsinə əsasənpaylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 224.2-ci maddəsinə əsasən əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Göründüyü kimi, məlum torpaq sahəsi ümumi birgə mülkiyyətdə olduğundan, birgə mülkiyyətçilərdən birinin borcuna görə bütövlükdə bütün torpaq sahəsinin üzərinə həbsin qoyulması birgə mülkiyyətçilərin Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilk aktları ilə qorunan və müdafiə olunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, şikayət təmin olunmalı, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(033)-126/2019 nömrəli qərаrdаdı ləğv edilməli, yeni qərardad qəbul edilməklə təqdimat təmin edilməməlidir. MPM-in 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. MPM-in 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq və MPM-in 263-264, 397, 398.0.3 və 400-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Maraqlı şəxs X7 tərəfindən verilmiş şikayət təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 8(033)-126/2019 nömrəli qərardadı ləğv edilsin. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(033)-223/2019 saylı qətnaməsi üzrə verilmiş icra sənədinin icrası ilə bağlı, Borcluh oğlunun mülkiyyətində olan 1.74 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair təqdimat təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar