Məhkəmə qərarları › İş №8(107)-70/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-70/2025

28.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-70/2025 28.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X12 cavabdeh X8 qarşı “nikahın pozulması, uşaqların himayədə saxlnması və aliment” tələblərinə dair ərizəsi üzrə (Açar sözlər: icra məmurunun hərəkətlərindən, qüvvə) X24 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X9 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli, 8(033)-74/2025 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X12 cavabdeh X8 qarşı “nikahın pozulması, uşaqların himayədə saxlnması və aliment” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Qeydiyyat şöbəsi tərəfindən “16” sentyabr 2017-ci il tarixdə qeydə alınmış (№ 196 ilə qeyd edilmişdir) cavabdeh X13 ilə aralarında bağlanmış nikahın pozulmasına, xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X5 onun himayəsinə verilməsinə dair, xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 və xx.xx.2020-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa 220 (iki yüz iyirmi) manat cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimentin cavadeh X3 alınaraq onun xeyrinə verilməsinə, ödənilmiş dövlət rüsumunun əvəzi olan 50 (əlli) manat pul vəsaitinin və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 60 (altmış) manat pul vəsaitinin cavadeh X3 alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin e-2(033)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı X12 ilə cavabdeh X13 arasında 16 sentyabr 2017-ci il tarixdə, Zaqatala rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 196 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin uşaqları olan - 25 yanvar 2019-cu ildə doğulmuş X14 və 15 aprel 2020-ci ildə doğulmuş X15 iddiaçı anaları X6 himayəsində saxlanılmış, tərəflərin birgə nikahından 25 yanvar 2019-cu ildə doğulmuş X4 və 15 aprel 2020-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 23 noyabr 2023-cü il tarixdən başlayaraq, cavabdeh X3 hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat aliment sabit pul məbləğində tutularaq, iddiaçı X10 ödənilməsi, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməsi, cavabdeh X3 63.20 (altmış üç manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, cavabdeh X3 iddiaçı tərəfindən iddia ərizəsi ilə bağlı ödənilmiş 50 (əlli) manat dövlət rüsumu və 60 (altmış) manat ilkin mediasiya sessiyasının keçirilməsi üçün xərc alınaraq iddiaçı X10 ödənilməsi, iddia tələbinin geri qalan hissədə təmin edilməməsi qət edilmişdir. X1 xx.xx.2025-cü il tarixdə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 Rayon Məhkəməsinin e-2(033)- 171/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrası ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi və barəsində xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin e-2(033)- 171/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə himayəsinə verilmiş birgə nikahından dünyaya gəlmiş azyaşlı övladları X14 və X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 23 noyabr 2023-cü il tarixdən başlayaraq, X3 hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat alimentin sabit pul məbləğində tutularaq ona ödənilməsi qət edilmiş və icrası Zaqataia Rayon İcra Şöbəsinə həvalə edilmişdir. Sözügedən qətnamə üzrə icra işi hazırda Zaqataia Rayon İcra Şöbəsinin icra məmuru Məftun Şirəliyevin icraatındadır. Zaqatala Rayon İcra Şöbəsinin icra məmuru Məftun Şirəliyevin məsuliyyətsizliyi, öz işinə laqeyd yanaşması, səhlənkarlığı və səriştəsizliyi nəticəsində borclu tərəf qətnaməni dorğu-düzgün icra etməmiş, yəni məhkəmə tərəfindən təyin edilmiş alimenti tam ödəməmişdir. Hazırda da borclunun ona ödəmədiyi 2500 manat aliment borcu vardır ki, onu ödəmir. Buna baxmayaraq icra məmuru tərəfindən qətnamənin icrası istiqamətində borclu tərəf barəsində heç bir tədbir görülməməkdir. Ümumiyyətlə borclu tərəf heç vaxt icra şöbəsinə dəvət olunmamış və borcun ödənilməsi ondan tələb edilməmişdir. Buradan da aydın şəkildə görünür ki, icra məmuru Məftun Şirəliyev ilə borclu tərəf Ramin Hacıyev arasında məhkəmə qətnaməsinin icra edilməməsilə bağlı nəyinsə müqabilində gizli razılıq əldə edilmişdir. Bu razılaşmanın nəticəsidir ki, Ramin Hacıyev məhkəmə qətnaməsini icra etmir. Həmçinin onu da qeyd edir ki, borclu Ramin Hacıvev bir necə dəfə alimenti ödəməyəcəyini, onsuzda icra məmuru ilə danışıb pul verib isini həll etdiyini, barəsində heç bir tədbirin görülməyəcəyini bildirmişdir. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmələrin qəbul etdiyi qərarlar qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyyə edilməsinə rəvac verir. Bildirir ki, borclu X7 övladlarının saxlanılması, sağlam böyüdülməsi üçün məhkəmə tərəfindən təyin edilmiş alimenti ödəməsi ilə bağlı tərəfindən dəfərlərlə Zaqatala Rayon İcra Şöbəsinin icra məmuru Məftun Şirəliyevə müraciət olunsa da, bu müraciətlərin heç bir nəticəsi olmamışdır. Hesab edir ki, icra məmurlarına öz peşə vəzifələri izah edilməli və məhkəmə qərarlarının icra edilmək üçün çıxarıldığı nəzərlərində saxlanılmalıdır. Əks halda onun kimi minlərlə vətəndaş məhkəmə müstəvisində işlərinin uğurla həllinə nail olsa da icra prosesində çıxılmaz vəziyyətə salınacaqdır. Həmin icra məmurlarının hərəkətlərindən belə başa düşülür ki, məhkəmə qərarları yalnızca arxivlərin tozlu rəflərində saralmaq üçün çıxarılır, həmin qərarların icrası isə taleyin və qismətin qollarına buraxılır. Tələbkarlara isə yalnızca məhkəmə qərarlarının icra edilməsi üçün dua etmək hüququ verilir. Qeyd edir ki, Azərbaycan Respublikası adından çıxarılan və ədalət mühakiməsinin yekun aktı olan məhkəmə qərarlarının icrasına nəzarət vətəndaşların məhkəmə orqanlarına olan inamını artırır və onların hüquqi vasitələrlə tərbiyə olunmasının əsas göstəricisidir. Onun maddi vəziyyəti aşağıdır. Buna görə də o təkbaşına övladlarının maddi xərclərini qarşılaya bilmir. Zaqatala Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli, 8(033)-74/2025 nömrəli qərardadına əsasən Zaqatala Rayon Məhkəməsinin e-2(033)-171/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsinin icrası ilə bağlı Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 hərəkətsizliyindən X1 tərəfindən verilmiş şikayəti təmin edilməmişdir. Həmin qərardaddan X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(033)- 74/2025 saylı qərardadını tam ləğv edərək, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 Rayon Məhkəməsinin e-2(033)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrası ilə bağlı hərəkətsizliyinin qanunsuz hesab edilməsi və barəsində xüsusi qərar çıxarılması barədə ərizəsinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 8(033)-74/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X23 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandıraraq göstərmişdir ki, işdə olan sənədlərdən görünür ki, Zaqatala Rayon Məhkəməsinin e-2(033)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən tərəflərin birgə nikahından 25 oktyabr 2019-cu ildə doğulmuş X4 və 15 aprel 2020-ci ildə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 23 noyabr 2023-cü il tarixdən başlayaraq, cavabdeh X3 hər ay hər uşaq üçün 180 (bir yüz səksən), cəmi 360 (üç yüz altmış) manat aliment sabit pul məbləğində tutularaq, iddiaçı X10 ödənilməlidir. İşin hallarından göründüyü kimi Zaqatala Rayon Məhkəməsinin e-2(033)-171/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi xx.xx.2024-cü il tarixdə icra edilməsi üçün Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata qəbul edilərək icraata başlamaq haqqında qərarın qəbul edilmiş, könüllü icra üçün icra məmuru tərəfindən borcluya müddət verilmiş, verilmiş müddət ərzində borclu tərəfində hər ay azı iki dəfə ödəniş edilməklə, ortalama olaraq hər ay 400-500 manat aliment sabit pul məbləğidə ödənilmişdir. Borclu tərəfindən hər hansı yubanmaya yol verilməmiş, borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclu tərəfindən icra edilmişdir. Göründüyü kimi icra məmuru tərəfindən icra sənədi üzrə o zaman məcburi icra tədbirlərinin tətbiq oluna bilər ki, borclu ona verilmiş müddət ərzində icra sənədini üzrsüz səbədən icra etməsin. Lakin işin sadalanan hallarından da göründüyü kimi aliment tələbinə dair icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclu tərəfindən icra edilmişdir. Bu hal isə icra məmuru tərəfindən məcburi icra tədbirlərinin tətbiqini istisna edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsində məcburi icra tədbirlərinin tətbiqinin əsasları sadalanmış və həmin qanunun 44.2-ci maddəsində isə Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmədiyi qeyd edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi;. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Zaqatala Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli, 8(033)-74/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli, 8(033)-74/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 29 may 2025-ci il tarixli, 8(033)-74/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar