Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-71/2023 11.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)-1732/2021 saylı icra sənədi üzrə Maraqlı şəxs1 hərəkətinə dair şikayət üzrə (Açar sözlər: Maraqlı şəxs1 hərəkətinə dair şikayət, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, X4 tərəfindən verilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)- 1732/2021 saylı icra sənədi üzrə Maraqlı şəxs1 hərəkətinə dair şikayətinin təmin edilməməsi barədə Ağdaş Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 8(014)- 302/2023 nömrəli qərardadından X4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: X1 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)-1732/2021 saylı icra sənədi üzrə Maraqlı şəxs1 hərəkətinə dair şikayətlə məhkəməyə müraciət edərək Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)-1732/2021 saylı icra vərəqəsi üzrə Maraqlı şəxs1 hərəkətinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 8(014)-302/2023 nömrəli qərardadı ilə X4 tərəfindən verilmiş Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)-1732/2021 saylı icra sənədi üzrə Maraqlı şəxs1 hərəkətinə dair şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan X4 şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 8(014)-302/2023 nömrəli qərardadı ilə şikayəti təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandıraraq göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(014)-1732/2021 saylı icra sənədi icra edilməsi üçün Maraqlı şəxs1nə daxil olmuş, “İcra haqqında” Qanunun 8-ci maddəsinin tələblərinə uyğun olaraq 26 iyul 2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, həmin tarixdə də tələbin könüllü icra edilməsi barədə borcluya bildiriş göndərilmişdir. Bundan əlavə hərəkətindən şikayət verilmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş işin materialları ilə müəyyən olunmuşdur ki, icra sənədinin icra edilməsinə dair qanuna uyğun olaraq hərəkətlər edilmiş və tədbirlər görülmüşdür. X4 icra sənədi üzrə borcların əvəzləşdirilməsinə etiraz etdiyini onunla əsaslandırmışdır ki, onun məlumatı olmamışdır. Lakin aktdan da görünür ki, X3 borcların əvəzləşməsinə dair məlumat verilməsinə baxmayaraq, X4 münasibət bildirməmişdir. Eyni zamanda sözü gedən əvəzləşməyə dair akt tələbkarın ərizəsi əsasında tərtib olunmuşdur. Şikayət vermiş şəxs isə icra məmurunun hərəkətinin qanunsuzluğuna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. “İcra haqqında” Qanunun 3-cü maddəsinin 3.1-ci bəndinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 87-ci maddəsinə əsasən icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət verilə bilər.. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Ağdaş Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 8(014)-302/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 8(014)-302/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli 8(014)-302/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-71/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-71/2023
11.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver