Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-73/2020 17.08.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(075)-144/2020 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: X4 ərizə ilə məhkəməyə müraciət edərək, X6 olan 15000 ABŞ dolları borcun ilkin 3000 ABŞ dolları, qalan hissəsini tərəfindən 24 ay olmaqla hissə-hissə ödəməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(075)-144/2020 nömrəli qərardadı ilə X3 Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-302/2019 nömrəli icra vərəqəsi üzrə qətnamənin hissə-15000 ABŞ dolları borcun ilkin 3000 ABŞ dolları, qalan hissəsini tərəfindən 24 ay olmaqla hissə-hissə ödəməsinə dair ərizəsi təmin edilməmişdir. Qərardaddan narazı qalan X2 şikayət verərək, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(075)-144/2020 nömrəli qərardadını ləğv edib, hazırki şikayətin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. X2 şikayət ərizəsini belə əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilə ondan tələb olunan məbləğdə pul vəsaiti, tələbin yönələ biləcəyi digər əmlakı və məhkəmə qətnaməsini birdəfəlik icra etmək imkanı yoxdur. Heç bir yerdə işləmir, iki övladı vardır. Övladının biri epilepsiya xəstəsidir. Daima müalicə olunur. İddiaçının tələbi yalan və iftira olmasına baxmayaraq artıq iş icra mərhələsində olduğundan borcunu hissə-hissə ödəməyə hazırdır. O tələbkara ilkin ödəniş kimi 3000 ABŞ dolları, qalan hissəsini isə ayda 500 ABŞ dolları olmaqla 24 ay ərzində ödəyə bilər. Odur ki, maddi durumu ilə bağlı əlverişsiz vəziyyətdə olduğu və xəstə övladının olması nəzərə alınaraq Şəki Rayon Məhkəməsinin 8(075)-144/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadını ləğv edilərək ərizəsinin təmin edilməsini xahiş edir. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(075)-144/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,proses tərəfləri məhkəmə iclasına gəlməmişlər, X2 teleqram göndərərək məhkəmə iclasının 1 ay müddətə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.5-ci maddəsinə görə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. İşdə olan X2 tərəfindən göndərilmiş teleqramda məhkəmə iclasında həm övladının səhhəti, həm də hazırsızlıq səbəbindən iştirak edə bilməyəcəyini, təqdim edilmiş arayışların isə ödəmə qabiliyyətinin pis olduğunun sübutu olduğunu bildirmişdir. Apelyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, tələbkarın da mənafeyinin müdafiəsi baxımından şikayət təmin edilə bilməz. Çünki, borclunun şikayətində göstərdiyi dəlillər icra sənədinin hissə-hissə icra edilməsi üçün əsas olan hallara aid deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəni təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, X2 ərizəsində ilkin olaraq 3000 ABŞ dolları, qalan məbləğin isə ayda 500 ABŞ dolları olmaqla 24 ay müddətinə ödəyə bildiyini göstərsə də, hazırki məhkəmə iclasına gəlməmiş, eyni zamanda ərizəsində qeyd etdiyi ilkin ödənişin ödənilməsini təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Bundan başqa borclu göndərdiyi teleqramda hazırki vəziyyətdə ərizəsində göstərdiyi məbləğləri belə ödəmək iqtidarında olmadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən hallar borclunun 24 ay müddətinə borcundan hər ay 500 ABŞ dolları məbləğində pul ödəyəcəyini də şübhə altına alır, ərizəsində göstərdiyi məbləğlərin əsassız olduğunu və formal xarakter daşıdığını deməyə əsas verir. Bu baxımdan da məhkəmə kollegiyası bu fikirdədir ki, şikayət təmin edilmədən, Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(075)-144/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: X1 şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(075)-144/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-73/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-73/2020
17.08.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver