Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-73/2021 30.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Tələbkar "xxxx" BOKT MMC-nin nümayəndəsi X10, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2, borclu X11, borclular X11 və Borclu vəkili X7 iştirakları ilə, Mingəçevir Şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tаrixli, 8(051)-48/2021 saylı qərardadından Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 verdiyi şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(051)- 856/2020 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədilə, iş üzrə borclular X11, X12, X3, Borclu və X4 11073.81 ABŞ dolları məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun alınıb tələbkar "xxxx" BOKT MMC-nin xeyrinə tutularaq tələbkara ödənilməsi məqsədi ilə, iş üzrə Borclu mülkiyyətində olan 02 ədəd avtomobil: Ban nömrəsi 330200X0010197, avtomobilin modeli “QAZ 330210” yük, dövlət qeydiyyat nişanı **-BK-*** olan avtomobil, Ban nömrəsi XTA210600D0875093, avtomobil modeli “Vaz 2106” minik, dövlət qeydiyyat nişanı **-FO-*** olan avtomobillərinin üzərinə həbs qoyulması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 8(051)-48/2021 saylı qərardadı ilə (hakim Ə.Hüseynov) təqdimat təmin edilmiş, iş üzrə Borclu məxsus olan 02 ədəd avtomobil: Ban nömrəsi 330200X0010197, avtomobilin modeli “QAZ 330210” yük, dövlət qeydiyyat nişanı **-BK-*** olan avtomobil , Ban nömrəsi XTA210600D0875093, avtomobil modeli “Vaz 2106” minik, dövlət qeydiyyat nişanı **-FO-*** olan avtomobillərinin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu Məmmədov X5 Şəhər Məhkəməsinin 20.05.2021-ci il tarixli 8(051)-48/2021 saylı qərardadından şikayət verərək, qeyd olunan qərardadın ləğv edilməsini və adına olan 02 ədəd avtomobil: Ban nömrəsi 330200X0010197, avtomobilin modeli “QAZ 330210” yük, dövlət qeydiyyat nişanı **-BK-*** olan avtomobil , Ban nömrəsi XTA210600D0875093, avtomobil modeli “Vaz 2106” minik, dövlət qeydiyyat nişanı **-FO- *** olan avtomobillərinin üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 24.06.2021-ci il tarixli 8(051)-48/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 20.05.2021-ci il tarixli, 8(051)-48/2021 saylı qərardadı ləğv edilmiş, Borclu məxsus olan 02 ədəd avtomobil: Ban nömrəsi 330200X0010197, avtomobilin modeli “QAZ 330210” yük, dövlət qeydiyyat nişanı 02- BK-710 olan avtomobil, Ban nömrəsi XTA210600D0875093, avtomobil modeli “Vaz 2106” minik, dövlət qeydiyyat nişanı **-FO-*** olan avtomobillərinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 8(051)-48/2021 saylı qərardadından iş üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X2 şikayət verərək, Mingəçevir Şəhər Məhkəməsinin qeyd olunan qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 27.07.2021-ci il tarixli, 8(051)-48/2021 saylı qərardadı ilə şikayəti geri qaytarılmışdır. Daha sonra Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Mingəçevir Şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 8(051)-48/2021 saylı qərardadından şikayət vermə müddətinin keçməsinin üzrlü sayılması haqqında vəsatət verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 8(051)-48/2021 saylı qərardadı ilə X1 Mingəçevir Şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 8(051)-48/21 saylı qərardadından şikayət vermə müddətinin bərpa edilməsi qərara alınmışdır. Bundan sonra mülki iş Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. 24 sentyabr 2021-ci il tarixdə mülki iş Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İcra və Probasiya şöbəsinin icra məmuru X2 izahat verərək, şikayətin təmin edilməsini və Mingəçevir Şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 8(051)-48/2021 saylı qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən borclu X11, borclular X11 və Borclu vəkili X13 izahat verərək, şikayətin təmin edilməməsini Mingəçevir Şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 8(051)-48/2021 saylı qərardadının dəyişdirilmədən saxlanlmasını xahi etdi. Borclular X3, Borclu, X12 və X8 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, heç bir üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət olunması üçün mülki iş məhkəmənin icraatına qəbul edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268, 269-cu maddələrinin tələblərinə riayət edərək verilən şikayətə özü baxmalı olduğu halda şikayətə baxmamış, birbaşa Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 269.1-ci maddəsinə əsasən Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. [330] 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayət vermə müddətini bərpa etmiş ancaq mübahisəli qərardaddan şikayətin verilib-verilməməsini araşdırmamış, eyni zamanda şikayət verilmişsə həmin şikayətə baxmamışdır. Ona görə də mülki iş həmin məsələlərin araşdırılması üçün mülki iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: Mingəçevir Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 8(051)-48/2021 saylı qərardadı ilə X1 Mingəçevir Şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 8(051)-48/21 saylı qərardadından şikayət vermə müddətinin bərpa edildiyindən mübahisəli qərardaddan şikayətin verilib-verilməməsini araşdırmaq, eyni zamanda şikayət verilmişsə həmin şikayətə baxmaq üçün mülki iş məhkəmənin icraatına qəbul edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-73/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-73/2021
30.09.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver