Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-74/2021 05.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə Qax Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 8(024)-114/2021 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Borclu Qax Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu Şahin Əsgərovun 03.08.2021-ci il tarixli “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi” haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilərək Qax rayon İcra və probasiya şöbəsinin rəisi Şahin Əsgərov barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin (hakim M.Qarayev) 23 avqust 2021-ci il tarixli 8(024)- 114/2021 saylı qərardadına əsasən Borclu şikayəti təmin edilməmişdir. Borclu həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Borclu şikayətində göstərmişdir ki, Qax Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 8(024)-114/2021 saylı qərardadı ilə Borclu Qax Rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu Şahin Əsgərovun 03.08.2021-ci il tarixli “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərarından verdiyi şikayətin təmin edilməməsi qərara alınmışdır. Qax Rayon Məhkəməsinin 23 avqust 2021ci il tarixli, 8(024)-114/2021 saylı qərardadını qanunsuz və əsassız hesab edir. Qax Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 8(024)-114/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Borclu və onun vəkili X1 rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 055 *** ** ** və 055 890 70 39 mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Qax Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 8(024)-114/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Qax RİHB-nın Qaşqaçay kənd İƏD-si üzrə nümayəndəsinin Qax rayon İcra və probasiya şöbəsinə verdiyi 03.08.2021-ci il tarixli 288 saylı Arayışın təsdiq olunmuş surətindən görünür ki, Borclu Qax rayonu Qaşqaçay kəndində müvəqqəti qeydiyyatdadır, onlarda olan məlumata əsasən o Qaşqaçay kəndində yaşamır. 02.08.2021-ci il tarixdə tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmış Aktın təsdiq olunmuş surətindən görünür ki, Borclu Qax RİHB-nın Qaşqaçay kəndində yaşayıbyaşamamasını müəyyən etmək üçün həmin ünvana gedilmiş, ünvan 2 Telman Abdullayev Borclu tanımadıqlarını, yalnız Qax rayon Polis şöbəsi tərəfindən Qax rayonu Qaşqaçay kəndində müvəqqəti qeydiyyata alındığını və nümayəndəliyə qeydiyyat kitabına 30.06.2021-ci il tarixdə salındığını bildirərək Qaşqaçay kəndində yaşamadığını qeyd etmişlər. Ümüdvar Bəbişov borclunun şifahi, dəqiq olmayan məlumata əsasən Qax RİHBnın Qaşqaçay kənd İƏD-nə aid olan “Qanlı Qobu” adlanan ərazidə yerləşən Şəhla Qurbanovaya məxsus fermada işlədiyini və orada qaldığını bildirmişdir. 02.08.2021-ci il tarixdə tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmış Aktın təsdiq olunmuş surətindən görünür ki, Borclu Qax RİHB-nın Qaşqaçay kənd İƏD-nə aid olan “Qanlı Qobu” adlanan ərazidə yerləşən Şəhla Qurbanovaya məxsus fermada yaşayıb-yaşamamasını müəyyən etmək üçün həmin ünvana gedilmiş, orada olan X3 onlara Borclu həmin fermada yaşamadığını, işləmədiyini, ümumiyyətlə həmin şəxsi tanımadığını bildirərək, fermada tək işlədiyini göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2020-ci il tarixli 2(102)-4517/2020 saylı qərarı üzrə icra vərəqəsinin təsdiq olunmuş surətindən görünür ki, Borclu kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2020-ci il tarixli 2(107)-178/2020 saylı qətnaməsi alimentin tuutlmasının əvvəlinin 04 mart 2019-cu il tarixdən hesablanmasına aid hissədə dəyişdirilərək, alimentin tutulmasının əvvəlinin X4 faktiki olaraq Tələbkar verildiyi tarixdən hesablanması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qax rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu Şahin Əsgərovun 03.08.2021-ci il tarixli icra sənədinin aidiyyatı üzrə göndərilməsi haqqında qərarının təsdiq olunmuş surətindən görünür ki, Borclu Qax rayonu Qaşqaçay kəndində yaşamadığı müəyyən olunduğu və ünvan 3 ünvanında qeydiyyatda olduğu üçün icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün aidiyyatı üzrə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə qaytarılması qərara alınmışdır. Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu Cəlal Səfərlinin 17.07.2021-ci il tarixli icra sənədinin aidiyyatı üzrə göndərilməsi haqqında qərarının təsdiq olunmuş surətindən görünür ki, Borclu şöbəyə ünvan 3 ünvanında qeydiyyatda olsa da, Qax rayonu Qaşqaçay kəndində müvəqqəti qeydiyyatda olması barədə arayış təqdim etdiyi üçün icra sənədi icra tədbirlərinin davam etdirilməsi üçün aidiyyatı üzrə Qax rayonu üzrə İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya icraatı zamanı borclunun rəsmi qeydiyyat yerinin müəyyən edilməsi məqsədilə məhkəmənin istifadəsində olan “AZEMİS vasitəsilə şəxsiyyət vəsiqəsi barədə məlumat bölməsinə baxış keçirilmiş” və bu zaman Borclu rəsmi qeydiyyat ünvanının Şəki şəhəri Ş.Axundova küçəsi 4/9 olması müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 8.1-ci maddəsinə görə icra sənədinin icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. 10.1-ci maddəsinin tələbinə görə borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. 24.1.2-ci maddəsinə əsasən icra sənədi bir icra qurumundan müvafiq ərazi üzrə digər quruma göndərildikdə icra sənədi aidiyyəti üzrə göndərilmiş hesab edilir. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, qeyd edilən icra sənədinin icrası məqsədi ilə Borclu Qax RİHB-nın Qaşqaçay kəndində yaşayıbyaşamamasını müəyyən etmək üçün icra məmuru tərəfindən həmin ünvana gedilmiş, borclunun Qax rayon Polis şöbəsi tərəfindən Qax rayonu Qaşqaçay kəndində müvəqqəti qeydiyyata alındığını və nümayəndəliyə qeydiyyat kitabına 30.06.2021-ci il tarixdə salındığı, lakin Qaşqaçay kəndində yaşamadığını müəyyən edilmiş, həmin tarixdə Akt tərtib olunaraq iştirakçılar tərəfindən imzlanamış, bundan sonra həmin tarixdə Borclu Qax RİHB-nın Qaşqaçay kənd İƏD-nə aid olan “Qanlı Qobu” adlanan ərazidə yerləşən Şəhla Qurbanovaya məxsus fermada yaşayıb-yaşamamasını müəyyən etmək üçün həmin ünvana gedilmiş, fermada olan X3 icra məmuruna Natiq Yuubovun həmin fermada yaşamadığını, işləmədiyini, ümumiyyətlə həmin şəxsi tanımadığını bildirərək, fermada tək işlədiyini göstərmişdir. Kollegiyanın araşdırılması zamanı həmçinin Borclu rəsmi qeydiyyat ünvanının Şəki şəhəri Ş.Axundova küçəsi 4/9 olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-405-ci cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərаrа аldı: Borclu tərəfindən verilmiş şikаyət təmin edilməsin. Qax Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli 8(024)-114/2021 saylı qərаrdаdı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-74/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-74/2021
05.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver