Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-75/2021 04.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, Zaqatala Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli 2(033)-72/2020 nömrəli icra vərəqəsinə əsasən başlanmış icraatın dayandırılması barədə X2nun ərizəsinin təmin edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 8(033)-54/2021 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli 2(033)-72/2020 nömrəli icra vərəqəsinə əsasən başlanmış icraatın dayandırılması məsələsinin həll edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun tələbkar arasında 2018-ci ildə şifahi razılaşmaya əsasən tələbkar özünə məxsus Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən torpaq sahəsindən 0,05 ha sahəsini ona satmışdır. Həmin dövrdən bugünə qədər həmin torpaq sahəsi onun istifadəsində olmuş və 2018-ci il tarixdə həmin torpaq sahəsində fərdi yaşayış evi tikməyə başlamışdır. 2019-cu ildən isə həmin tikilidə ailəsi ilə birlikdə yaşayır. Torpağın sənədləri hazır olmadığı üçün torpaq sahəsini sənədləşdirə bilməmiş, öz adına keçirə bilməmişdir. Bildirir ki, tələbkar nə torpaq sahəsi alındıqdan sonra torpağın sərhəd mərzlərinin müəyyən edilməsi zamanı, nə də ki evlərin tikintisi zamanı ona heç bir etiraz etməmiş, evlərin tikintisi yekunlaşdıqdan sonra sözügedən fərdi yaşayış evinin onun ərazisinə keçməsinə görə həmin evin sökülməsinə dair məhkəmədə iddia qaldırmışdır. Zaqatala Rayon Məhkəməsinin 03.06.2020-ci il tarixli qətnaməsi ilə tələbkarın iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi 09 avqust 2019-cu il tarixli qeydiyyat nömrəsi ********** olan Dövlət reyestrindən Çıxarışa əsasən Tələbkar mülkiyyətinə verilmiş Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən 0,16 ha torpaq sahəsinin onun tərəfindən zəbt edilmiş 34 kv.metr sahədə qanunsuz tikilmiş 15 kv. metr hissəsini əhatə edən qanunsuz tikilinin sökülməsi, 34 kv.metr torpaq sahəsinin Tələbkar təhvil verilməsi qət edilmişdir. Sözü gedən qətnamə icraya yönəldilmiş, hazırda icra məmuru ondan qətnamənin icrasını tələb edir. Bununla bağlı 18.08.2021-ci il tarixdə Tələbkar qarşı “kompensasiya ödəməklə üst tikiliyə əşya hüququnun verilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi 09 avqust 2019-cu il tarixli qeydiyyat nömrəsi ********** olan Dövlət reyestrindən Çıxarışa əsasən Tələbkar mülkiyyətinə verilmiş Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən 0,16 ha torpaq sahəsinə qərəzsiz olaraq keçmiş ona məxsus torpaq sahəsinin 34 kv.metr sahəsinə, həmçinin ona məxsus fərdi yaşayış evinin 15 kv.metr hissəsinə, cavabdehə ağlabatan əvəz ödənilməklə, üst tikiliyə ömürlük əşya hüququnun verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. O, Tələbkar qarşı sözü gedən icra sənədinin verilməsinə əsas olan tələblə bağlı məhkəmədə iddia qaldırmışdır. Buna görə də, Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Zaqatala Rayon Məhkəməsinin 03.06.2020-ci il tarixli 2(033)-72/2020 nömrəli icra sənədi üzrə icraata məhkəmənin icraatında olan 2(033)-979/2021 nömrəli mülki iş üzrə yekun məhkəmə qərarı çıxarılanadək dayandırılmalıdır. Odur ki, göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17.1.4 və 19.1.3-cü maddələrini rəhbər tutaraq Zaqatala Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli 2(033)-72/2020 nömrəli icra vərəqəsinin icrası dayandırılmalıdır. Zaqatala Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 8(033)-54/2021 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli 2(033)-72/2020 nömrəli icra sənədi üzrə icraat, X3 Tələbkar qarşı kompensasiya ödənilməklə üst tikiliyə əşya hüququnun verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 2(033)-979/2021 saylı iş üzrə məhkəmənin qətnaməsi qüvvəyə minənə qədər dayandırılmışdır. Zaqatala Rayon Məhkəməsi qərarını əsaslandıraraq göstərmişdir ki, X2 Tələbkar qarşı məhkəmədə 18.08.2021-ci il tarixdə iddia qaldıraraq, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi 09 avqust 2019-cu il tarixli qeydiyyat nömrəsi ********** olan Dövlət reyestrindən Çıxarışa əsasən cavabdeh Tələbkar mülkiyyətinə verilmiş Zaqatala rayonunun Yuxarı Tala kəndində yerləşən 0,16 ha torpaq sahəsinə qərəzsiz olaraq keçmiş ona məxsus torpaq sahəsinin 34 kv.metr sahəsinə, həmçinin ona məxsus fərdi yaşayış evinin 15 kv.metr hissəsinə, cavabdehə ağlabatan əvəz ödənilməklə, üst tikiliyə ömürlük əşya hüququnun verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Borclunun ərizəsindən və ona əlavə edilmiş sənədlərdən həmçinin müəyyən edilmişdir ki, X2nun Tələbkar qarşı kompensasiya ödənilməklə üst tikiliyə əşya hüququnun verilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, işin məhkəmə hazırlıq iclası 02.09.2021-ci il tarixə, saat 09:40-a təyin edilmişdir. Bu səbəbdən, Zaqatala Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 8(033)- 54/2021 nömrəli qərardadı ilə, borclunun ərizəsi təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli 2(033)-72/2020 nömrəli icra sənədi üzrə icraat, X3 Tələbkar qarşı kompensasiya ödənilməklə üst tikiliyə əşya hüququnun verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 2(033)-979/2021 saylı iş üzrə məhkəmənin qətnaməsi qüvvəyə minənə qədər dayandırılmalıdır. Həmin qərardaddan Tələbkar şikayət verərək Zaqatala Rayon Məhkəməsinin icra icraatının dayandırılması haqqında 25 avqust 2021-ci il tarixli 8(033)-54/2021 nömrəli qərardadının ləğv edilməsi barədə yeni qərardad çıxarılmasını, əks təqdirdə şikayətin işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Məhkəmənin 25 avqust 2021-ci il tarixli 8(033)- 54/2021 nömrəli qərardadı ilə Zaqatala rayon Məhkəməsinin 03.06.2020-ci il tarixli 2(033)- 72/2020 saylı qətnaməsinin icrası yeni baxılacaq iddia üzrə qəbul olunacaq məhkəmə qətnaməsi qüvvəyə minənədək dayandırılmışdır. Odur ki, Zaqatala Rayon Məhkəməsinin borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasından imtina haqqında 25 avqust 2021-ci il tarixli 8(033)-54/2021 nömrəli qərardadın ləğv edilməlidir. Qərardad qanunsuzdur və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını şübhə altına alır. İcra məmurunun qanunsuz hərəkətlərinə dəstək verir. Belə ki, Zaqatala rayon Məhkəməsinin 03.06.2020-ci il tarixli 2(033)-72 2020 saylı icra vərəqəsinə əsasən X4 tərəfindən qanunsuz olaraq inşa edilmiş, qanunsuz tikilinin onun mülkiyyətində olan torpaq sahəsində yerləşdiyi hissəsi sökülməlidir. Həmin icra sənədi 1 ildən artıq müddətdir ki, icra məmuru Elvin Əhmədovun icraatındadır. Bu günə qədər həmin icra sənədi icra olunmamışdır. İcra məmuru Elvin Əhmədov onu Zaqatala rayon Məhkəməsinə dəvət edərək icra sənədi üzrə borclu olan Vüsal Abdullayev tərəfindən məhkəməyə iddia ərizəsi verildiyini bildirmiş və iddianın kompensasiya ödəməklə üst tikiliyə əşya hüququnun verilməsindən ibarət olduğunu bildirilmişdir. Bu səbəbdən də Vüsal Abdullayev məhkəməyə yeni bir ərizə verərək məhkəmənin qətnaməsinin icraatı qaydasında qərardad qəbul edilməsini, qətnamənin icrasının dayandırılmasını xahiş etmişdir. Məhkəmə isə öz növbəsində 25.08.2021-ci il tarixdə ərizəyə baxaraq qətnamənin icraatını dayandırmışdır. Halbuki, Vüsal Abdullayev atasına və əmisinə (atasına 2/3 hissə, əmisinə 1/3 hissə) məxsus 32 sot torpaq sahəsində qanunsuz tikinti aparmışdır. Həmin qanunsuz tikintini aparmaq üçün heç bir alqı-satqı müqaviləsi imzalamamışdır, heç kimdən torpaq sahəsi almamışdır. Tikinti aparıldığı dövrdə o Rusiyada olmuşdur. Dəfələrlə ona xəbərdarlıq etmişdir ki. həmin torpaq sahəsi ona və atasına məxsusdur. Kənd təsərrüfatı təyinatlıdır və tikintinin aparılması qadağandır. X1 qulaq asmayaraq atasına məxsus torpaq sahəsində qanunsuz tikinti apararaq qonşuluqda yerləşən onun torpağına girərək tikintini onun torpağında davam etdirmişdir. Vüsal Abdullayevin məhkəməyə verdiyi iddia və apardığı qanunsuz tikinti ilə əlaqədar əlində heç bir sənədi və sübutu yoxdur. Sırf qanunsuz olduğuna görə məhkəmə qətnaməsi ilə tikilinin sökülməsi qət edilmişdir və həmin qətnamə apelyasiya məhkəməsində qüvvədə saxlanılmışdır. Odur ki, qərardad ləğv edilməli və ərizə rədd edilməlidir. Zaqatala Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli 8(033)-54/2021 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin icra icraatının dayandırılması haqqında 25 avqust 2021-ci il tarixli 8(033)-54/2021 nömrəli qərardadının ləğv edilməsi tələbinə dair Tələbkar şikayəti təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tələbkar və barədə X2 məhkəmə kollegiyasının iclasına lazımi qaydada dəvət olunmalarına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, şikayət üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 8(033)-54/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qərardad qəbul edərkən aşağıda göstərilən qanun maddələrinə istinad etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 17.1 və 17.1.4-cü maddəsinə görə icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 19.1 və 19.1.3-cü maddələrinə əsasən bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş tələb, məhkəmə və ya digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda mübahisəyə mahiyyəti üzrə baxılanadək icraat dayandırılır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə görə icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra, tələbkarın ərizəsinə və ya icra məmurunun təşəbbüsünə əsasən bu Qanunun 21.1-ci və 21.2-ci maddələrinə uyğun olaraq icraatı dayandırmış müvafiq icra məmuru və ya məhkəmə, yaxud icra xidmətinin rəhbəri icra sənədi üzrə icraatı təzələyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1 və 254.1.4-cü maddəsinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 256.0.3-cü maddəsinə görə bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər dayandırılır. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 8(033)-54/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398 və 400cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar tərəfindən verilmiş şikаyət təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli 8(033)-54/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-75/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-75/2021
04.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver