Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-76/2020 02.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Əliyev Fərid Mehdi oğlunun katibliyi ilə, Borclu X1 Göyçay Rayon Məhkəməsinin 2(046)-277/2019 saylı xx.xx.2019-ci il tarixli icra vərəqəsi üzrə qətnamənin hissə-hissə, yəni hər ay 200 manat ödənilməsinə dair ərizəsinin təmin edilməməsi barədə Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(046)-42/2020 nömrəli qərardadından borclu X3 tərəfindən verilmiş şikаyətə, həmin şikayətin təmin edilməməsi ilə bağlı Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(046)-42/2020 nömrəli qərаrdаdı ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi X3 məhkəməyə müraciət edərək Göyçay Rayon Məhkəməsinin 2(046)- 277/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə 8069 manat məbləğində borcun hər ay hissə-hissə, yəni 200 manat məbləğində icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə ərizəçi X2 birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin ərizəçi məhkəmə baxışında iştirak etməmişdir. Birinci instansiya məhkəməsi ərizəçi X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi X3 ərizəsini belə əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 277/2019 saylı xx.xx.2019-ci il tarixli qətnaməsi üzrə 8069 manat məbləğində pul tələbkar X4 xeyrinə ödəməlidir. Qətnaməyə əsasən tutulmalı olan məbləğin birdəfəlik tam icra etməsi mümkün olmadığından tələbkara əmlakını təklif etmiş, lakin həmin əmlakdan imtina etmişdir. Hesab edir ki, maddi vəziyyəti əlverişsiz olduğu nəzərə alınaraq qətnamə üzrə tələbkarlar X7 ödəməli olduğu ümumilikdə 8069 manat məbləğində pulun hissəhissə, yəni hər ay 200 manat məbləğində ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə tələbkar X5 birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin ərizəçi məhkəmə baxışında iştirak etməmişdir. Birinci instansiya məhkəməsi tələbkar X6 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) xx xxxx 2020-ci il tarixli, 8(046)-42/2020 nömrəli qərardadı ilə X1 Göyçay Rayon Məhkəməsinin 2(046)-277/2019 saylı xx.xx.2019-ci il tarixli icra vərəqəsi üzrə qətnamənin hissə-hissə, yəni hər ay 200 manat ödənilməsinə dair ərizəsi təmin edilməmişdir. Qərardaddan narazı qalan borclu X3 şikayət vermiş və şikayəti əsaslandıraraq göstərmişdir ki, həmin qərardadı qanunsuz və əsassız hesab edir. Məhkəmə prosessual hüquq normalarını pozmuş və onların tətbiqində səhvə yol vermişdir. Məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. Belə ki, onun qətnaməni qərəzli olaraq icra etməmək və ya icrasına maneçilik törətmək kmi hərəkətlər etməmişdir, əksinə mülkiyyətində olan torpaq sahəsini tələbkara təklif etmişəm. Birinci instansiya məhkəməsi qanunun tələbini pozmuş, ərizəni əsassız və qanunsuz olaraq təmin etməmişdir. Ona görə də, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(046)-42/2020 nömrəli qərardadının ləğv edilməsini, borclu X1 Göyçay Rayon Məhkəməsinin 2(046)- 277/2019 saylı xx.xx.2019-ci il tarixli qətnaməsi üzrə 8069 manat borcun hissə-hissə hər ay 200 manat ödənilməsinə dair ərizəsinin təmin edilməsini xahiş edir. Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(046)-42/2020 nömrəli qərardadı ilə, X1 Göyçay Rayon Məhkəməsinin 8(046)-42/2020 saylı xx xxxx 2020-cu il tarixli qərardadının ləğv edilməsi barədə şikayəti təmin edilməmiş, qərardaddan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün mülki işlə birlikdə Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Göyçay rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi, tələbkar X8 və borclu X3 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(046)-42/2020 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, ərizəçi X1 qətnamədə qeyd edilən 8069 manat məbləğində borcu tələbkar X5 hər ay hissəhissə, yəni 200 manat məbləğində ödəməsi barədə göstərdikləri, həmin qətnamənin icrasının 4 ildən artıq müddətə icra ediləcəyi ilə nəticələnə bilər ki, bu hal tələbkarların qanunla qorunan mənafelərinə uyğun hesab edilə bilməz. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X1 Göyçay RayonMəhkəməsinin 2(046)-277/2019 saylı xx.xx.2019-ci il tarixli icra sənədi üzrə borcun hissəhissə ödənilməsi barədə tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak etmiş şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddənin məzmunundan göründüyü kimi, məhkəmə aktının icra üsulunu və qaydasını dəyişdirmə barədə məsələ tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmişdir. «Məhkəmə qətnaməsi haqqında» Аzərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərardadından görünür ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qanun normasının məzmununa görə işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin hissə-hissə icra edilməsini təmin edə bilər. Qanunvericilik hər bir halda iş üzrə hər iki tərəfin mövqeyinin gözlənilməsini nəzərdə tutur. Qanunun normasının məzmunundan göründüyü kimi, qətnamənin hissə-hissə icrа edilməsi məsələsi həll edilərkən məhkəmə tərəfindən ilk növbədə tərəflərin əmlak vəziyyətinin və borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinlik yaradan müxtəlif hallar nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan qanunun normasına görə qətnamənin hissə-hissə icra olunması qərara alınarkən tələbkarın da mənafeyi nəzərə alınmalı və onun qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş hüquqlarının pozulmasına yol verilməməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Prokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarda qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı. İşə baxılmasına ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, borclu X1 şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz və ona görə də şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(046)-42/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(046)-42/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Borclu X1 Göyçay Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(046)-42/2020 nömrəli qərardadındаn verdiyi şikаyət təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-76/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-76/2020
02.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver