Məhkəmə qərarları › İş №8(107)-77/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-77/2021

07.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-77/2021 07.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin 30.08.2021-ci il tarixli qərardadından tələbkar X11 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: X11 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Maraqlı şəxs icra məmuru Təbiyyət Həsənquliyevin 2(025)-120/2021 saylı mülki iş üzrə “icraata xitam verilməsi haqqında” 29 iyul 2021-ci il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar X12 və X11 tərəfindən cavabdeh Borclu qarşı “mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının (sənədlərinin) müəyyən edilməsi üçün işlərin aparılmasına maneçilik törədilməsinin qarşısının alınması” tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmənin 27.01.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən şikayət verilmədiyindən qanuni qüvvəsini alaraq icraya yönəlmiş, müəyyən hərəkətlər edildikdən sonra, Maraqlı şəxs tərəfindən 29.07.2021-ci il tarixdə icra sənədinə xitam verilmişdir. Hesab edir ki, icra sənədi üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından həmin qərar ləğv edilməli və icra hərəkətlərinin davam etdirilməsi təmin edilməlidir. Belə ki, icra orqanı tərəfindən təyin edilmiş icra hərəkətləri üzrə torpaq sahəsinə baxış keçirilib ölçmə işlərinin aparılmasına cəhd olunsa da, qətnamənin icrasının təmin edilməsi üzrə edilmiş hərəkətlər natamam və qüsurlu olmuş, nəticədə iddiaçıların qətnamə üzrə güddüyü qanuni məqsədə çatması mümkün olmamışdır. Hazırki mübahisənin əsasında (kökündə) duran problem ondan ibarətdir ki, iddiaçılar hesab edirlər ki, cavabdeh tərəfindən onların torpaq sahəsinə müdaxilə baş vermiş, lakin cavabdehin yaratdığı maneələrdən dolayı həmin müdaxilənin hansı həddə və istiqamətlər üzrə baş verdiyini təsdiq etmək mümkün deyil. Bu əsasla iddiaçılar ilk öcə torpaq sahəsinin (sənəd üzrə və faktiki) ölçülərinin müəyyən edilməsinə nail olmaq, ardınca müdaxilə baş vermiş olsa, həmin müdaxilənin aradan qaldırılması və yaxud bunun hər hansı formada konpensasiya edilməsinə nail olmaq istəmişlər. Hazırki icra sənədinin icrası icra məmurunun rəhbərliyi və iştirakı ilə texniki biliklərə malik olan mütəxəssislər tərəfindən aparılmalı imiş. Mütəxəssislər iştirak etsələr də, onlar borclunun (cavabdehin) yaratdığı maneələrdən dolayı ölçmə işlərini texniki qaydalara uyğun aparmamışlar, tərəflərə məxsus torpaq sahəsinin arasında yerləşən dəmir hörgülü (setka) ayırıcı çəpərdən digər tərəfə məxsus torpaq sahəsinin arasında yerləşən dəmir hörgülü (setka) ayırıcı çəpərdən digər tərəfə keçməyə imkan yaradılmadığından ölçmə qüsurlu aparılmışdır. İşdən də göründüyü kimi iddiaçıların məqsədi ondan ibarət imiş ki, cavabdeh tərəfindən onlara məxsus torpaq sahəsinə müdaxilənin mövcud olub-olmadığı müəyyən etsinlər, hazırki vəziyyətdə cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahəsinə müdaxilənin baş verdiyi qismən bəlli olsa da, bunun təsdiq edəcək icra hərəkətinin nəticəsində tərtib edilmiş heç bir sənəd mövcud deyil. Dolayısı ilə iddiaçıların məhkəməyə müraciətindən öncəki vəziyyəti ilə hazırki vəziyyəti arasında heç bir fərq yoxdur. Yəni iddiaçılar dəqiq bilmirlər ki, onların torpaq sahəsinə cavabdehin müdaxiləsi nə qədər, neçə metr və hansı istiqamət üzrədir. Halbuki , iddiaçılar müdaxilənin nə qədər və hansı istiqamətdə baş verdiyini bilməlidirlər ki, onlar buna müvafiq əsaslandırma aparıb müdaxiləyə son qoyulmasını tələb etsinlər, bu hal iddiaçılara tam məlum olmadığından müdaxiləyə son qoyulması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququndan da məhrum olurlar. Bu baxımdan hesab edirəm ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı əsassız olduğundan, həmin qərar ləğv edilməli və Ağdaş Rayon Məhkəməsinin 08 yanvar 2018-cı il tarixli, 2(014)-15/2018 saylı qətnaməsi ilə (hakim F.Nəsibov) iddia müddəti tətbiq edilərək "xxxx" ASC-nin X10 qarşı bоrcun tələbi haqqında iddiası rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat pulun "xxxx" ASC-dən tutularaq Büdcə təsnifatının kodu, 142319.Büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 30.08.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Qəbələ Rayon Məhkəməsinin 30.08.2021-ci il tarixli qərardadından tələbkar X11 tərəfindən verilmiş şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki mübahisənin əsasında (kökündə) duran problem ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıların torpaq sahəsinə müdaxilə baş vermiş, iakin cavabdehin yaratdığı maneələrdən dolayı həmin müdaxilənin hansı həddə və istiqamətlər üzrə baş verdiyini təsdiq etmək mümkün deyil. Bu əsasla iddiaçılar ilk öncə torpaq sahəsinin (sənəd üzrə və faktiki) ölçülərinin müəyyən edilməsinə nail olmaq, ardınca müdaxilə baş vermiş olsa, həmin müdaxilənin aradan qaldırılması və yaxud bunun hər hansı formada konpensasiya edilməsinə nail olmaq istəmişlər, iş üzrə icra sənədinin icrası icra məmurunun rəhbərliyi və iştirakı ilə texniki biliklərə malik olan mütəxəsislər tərəfindən aparılmalı idi. Mütəxəsislər iştirak etsə də onlar borclunun (cavabdehin) yaratdığı maneələrdən dolayı ölçmə işlərini texniki qaydalara uyğun aparmamışlar, tərəflərə məxsus torpaq sahəsinin arasında yerləşən dəmir hörgülü (setka) ayırıcı çəpərdən digər tərəfə keçməyə imkan yaradılmadığından, ölçmə qüsurlu aparılmışdır, işdən də göründüyü kimi iddiaçıların məqsədi ondan ibarət idi ki, cavabdeh tərəfindən onlara məxsus torpaq sahəsinə müdaxilənin mövcud olub-olmadığını müəyyən etsinlər; hazırki vəziyyətdə cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahəsinə müdaxilənin baş verdiyi qismən bəlli olsa da bunun təsdiq edəcək icra hərəkətinin nəticəsində tərtib edilmiş heç bir sənəd mövcud deyil. Dolayısı ilə iddiaçıların məhkəməyə müraciətindən öncəki vəziyyət ilə hazırki vəziyyəti arasında heç bir fərq yoxdur. Yəni iddiaçılar dəqiq bilmirlər ki, onların torpaq sahəsinə cavabdehin müdaxiləsi nə qədər, neçə metr və hansı istiqamət üzrədir. Halbuki, iddiaçılar müdaxilənin nə qədər və hansı istiqamətdə baş verdiyini bilməlidilər ki, onlar buna müvafiq əsaslandırma aparıb müdaxiləyə son qoyulmasını tələb etsinlər. Qəbələ Rayon Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tələbkar X11 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh Borclu məhkəməyə teleqramla müraciət edərək xəstə olduğu üçün məhkmə iclasında iştirak edə bilməyəcəyini və bu səbəbdən məhkəmə iclasının təxirə salınmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 30.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Birinci instansiya məhkəməsində Maraqlı şəxs icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1 göstərmişdir ki, Qəbələ rayon məhkəməsinin 2(025)-120/2021 nömrəli, 27.01.2021-ci il tarixli icra sənədinin icra edilməsi üçün 10.06.2021ci il tarixdə mübahisəli əraziyə getmişlər. Sözügedən icra sənədində konkret olaraq Qəbələ rayon AİK-in 29 sentyabr 1997-ci il tarixli 18 nömrəli qərarına əsasən X11, X5, X14 və X3 ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mamaylı kəndində 3,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Qəbələ rayon AİK-in 29 sentyabr 1997-ci il tarixli 18 nömrəli qərarına əsasən X12, X7 və X4 ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mamaylı kəndində 3,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarının (sərhədlərinin) müəyyən edilməsi üçün ölçü işlərinin aparılmasına cavabdeh Borclu tərəfindən törədilən maneələrə son qoyulması qət edilmişdir. Nəticədə onun, kəndin sahə rəisinin, bələdiyyə sərdinin, iddiaçı X8, Şəki LTİ-nin mühəndislərinin iştirakı ilə mübahisəli torpaq sahəsi mühəndislər tərəfindən GPS aləti vasitəsilə ölçülmüşdür. Nəticədə icra sənədində icra olunması tələb edilən məsələ tamamilə icra edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. X9 Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində icra sənədinə xitam verilməsinin əsasları öz əksini tapmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.3-ci maddəsinə əsasən, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. 20.4-ci maddəsinə əsasən, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. 20.5-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 20.6-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. 20.7-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Şikayətə əlavə olunmuş Maraqlı şəxs icra məmuru Təbiyyət Həsənquliyevin 2(025)- 120/2021 saylı mülki iş üzrə “icraata xitam verilməsi haqqında” 29 iyul 2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-120/2021 nömrəli, 27.01.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icra sənədinin icraatına xitam verilməsinə əsas olmuş hallar öz əksini tapmışdır. Müvafiq qərarı qəbul etmiş icra məmuru borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş məcburi icra tədbirlərini tam görmüşdür. Belə ki, işdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-120/2021 nömrəli, 27.01.2021-ci il tarixli icra sənədi tam icra olunmuşdur. Qəbələ Rayon Məhkəməsinin 2(025)-120/2021 nömrəli, 27.01.2021-ci il tarixli icra sənədindən görünür ki, Qəbələ rayon AİK-in 29 sentyabr 1997-ci il tarixli 18 nömrəli qərarına əsasən X11, X5, X14 və X3 ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mamaylı kəndində 3,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və Qəbələ rayon AİK-in 29 sentyabr 1997-ci il tarixli 18 nömrəli qərarına əsasən X12, X7 və X4 ümumi birgə mülkiyyətinə verilmiş Qəbələ rayonu Mamaylı kəndində 3,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarının (sərhədlərinin) müəyyən edilməsi üçün ölçü işlərinin aparılmasına cavabdeh Borclu tərəfindən törədilən maneələrə son qoyulması qət edilmişdir. Bunun nəticəsində də, icra məmurunun, kəndin sahə rəisinin, bələdiyyə sərdinin, iddiaçı X8, Şəki LTİ-nin mühəndislərinin iştirakı ilə mübahisəli torpaq sahəsi mühəndislər tərəfindən GPS aləti vasitəsilə ölçülmüşdür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. X9 Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər.

400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də X8 Maraqlı şəxs icra məmuru Təbiyyət Həsənquliyevin 2(025)- 120/2021 saylı mülki iş üzrə “icraata xitam verilməsi haqqında” 29 iyul 2021-ci il tarixli qərarının ləğv edilməməsi barədə Qəbələ Rayon Məhkəməsinin 30.08.2021-ci il tarixli qərardadından verilmiş şikayət təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 264, 268, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Qəbələ Rayon Məhkəməsinin 30.08.2021-ci il tarixli qərardadından X11 tərəfindən verilmiş şikayət təmin edilməsin . Qəbələ Rayon Məhkəməsinin 30.08.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov

Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar