Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-79/2020 09.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, tələbkar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X6 Dövlət Xidmətinin nümayəndəsi X1 vəBorclu iştirakı ilə, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 003531 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Borclu Qəbələ rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməsinə dair Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının təmin edilməsi barədə Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(025)-84/2020 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikаyətə, həmin şikayətin təmin edilməməsi ilə bağlı Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(025)-84/2020 nömrəli qərаrdаdı ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Ramin İbadov Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 003531 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu Qəbələ rayon İcra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X8 Rayon Məhkəməsinə təqdimatla müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 003531 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu 1500 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir.İcra sənədi 20.106.2018-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Birinci instansiya məhkəməsinin iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X2 təqdimatı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında tələbkar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X6 Dövlət Xidmətinin nümayəndəsi X3 təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada borclu xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir. Birinci instansiya məhkəməsi, bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq təqdimata Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) xx xxxx 2020-ci il tarixli, 8(025)- 84/2020 nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 003531 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq xx.xx.1983-ci ildə Qəbələ rayonu Xırxatala kəndində anadan olmuş, Qəbələ rayonu Xırxatala kəndində qeydiyyatda olan və yaşayan Borclu icra hərəkətlərinin həyata keçirilməsi məqsədi ilə Qəbələ rayon İcra və probasiya şöbəsinə polis orqanı vasitəsi ilə məcburi qaydada gətirilməsi, qərardadın icrası Qəbələ Rayon İcra və probasiya şöbəsi vasitəsilə Qəbələ rayon Polis şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu şikayət vermiş və şikayəti əsaslandıraraq göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından narazıdır. Belə ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 003531 nömrəli xx.xx.2015-ci il tarixli qərarından Qəbələ rayonu İcra və Probasiya Şöbəsinin 2019-cu ilin iyun ayında göndərdiyi xəbərdarlıq məktubundan sonra xəbəri olub. Xəbərdarlıq məktubunu Qəbələ rayon Həmzəlli kənd poçtuna gələndən 2 ay sonra ona vermişdilər. Bundan sonra Qəbələ rayonu İcra və Probasiy Şöbəsinə ərizə yazmış və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 003531 nömrəli xx.xx.2015- ci il tarixli qərarından xəbəri olmadığını həmin vaxtı işlədiyi Kafenin arendaya verildiyini bildirmişdir. Bundan sonra Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinə ərizə yazmış və qərardan xəbəri olmadığını, əgər belə qərar olubsa qanunsuz olduğunu, ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respubilikası İqtisadi İnkişaf Nazirliyi xx xxx 2019-cu il tarixli məktubla ona 2015-ci ildə yazılmış cərimənin protokolunun sürətini ona göndərmişdir. Bütün bunlardan sonra Qəbələ rayonu İcra və Probasiy Şöbəsinə ərizə yazmış və hər bir halı tək-tək ərizəsində izah etmişdir. Belə ki, Qəbələ rayon Xırxatala kəndində poçt olmadığını, poçtun Qəbələ rayon Həmzəlli kəndində olduğunu və ona göndərilmiş məktubların Həmzəlli kəndinə getdiyini, oradan isə aylar sora ona çatdırıldığını izah etmişdir. Azərbaycan Respubilikası İqtisadiyyat Nazirliyinin ona göndərdiyi məktubda guya onun 2015-ci ildə yazılmış aktın sürətini almasına dair poçt qəbzindəki imzanın onun imzası olmadığını qəbzin saxta olduğunu qeyd etmişdir. Bütün bunlara baxmayaraq Qəbələ rayonu İcra və Probasiy Şöbəsi bu qanunsuz əməllərindən əl cəkməmişdir. Qəbələ rayonu İcra və Probasiy Şöbəsinin verdiyi təqdimat qanunsuz və əsassız olub. Belə ki, Qəbələ rayonu İcra və Probasiy Şöbəsinin təqdimat verərəkən İcra haqqınında qanunun və İnzibati Xətalar Məcəlləsinin birsıra maddələrini pozmuşdur. Belə ki, Qəbələ rayonu İcra və Probasiy Şöbəsi işin hallarını araşdırmayıb məqsədləri ancaq ona maddi və mənəvi zinan vurmaq olub. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin hazırki iş üzrə onun barəsində olan qərardadının ləğv edilməsini xahiş edir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(025)-84/2020 nömrəli qərardadı ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(025)-84/2020 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş, Şikayət işlə birlikdə baxılması üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Borclu şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında tələbkar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X6 Dövlət Xidmətinin nümayəndəsi X3 şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(025)-84/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qəbələ rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(025)-84/2020 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqdimat təmin edilməklə, Borclu polis orqanı vasitəsi ilə məcburi qaydada Qəbələ rayon İcra və probasiya şöbəsinə gətirilməlidir. Belə ki, icra sənədi şöbənin icraatına xx.xx.2015-ci il tarixində daxil olmuş və həmin tarixdə tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, könüllü icra olunması barədə bildiriş Borclu verilmiş, könüllü müddət ərzində borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyi üçün ona Qəbələ rayon İcra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimatın verilməsi haqqında qərarın surəti göndərilmiş, lakin icra məmurunun göstərilən hərəkətləri nəticəsiz qalmışdır. Borclu Qəbələ Rayon icra və probasiya şöbəsinə dəfələrlə şifahi və yazılı surətdə dəvət olunmasına baxmayaraq, gəlməkdən imtina etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Həmin Qanunun 84.2-ci maddəsinə əsasən məhkəmə icraçısının çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, Borclu şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz və ona görə də şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(025)-84/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(025)-84/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Borclu Qəbələ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(025)-84/2020 nömrəli qərardadındаn verdiyi şikаyət təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-79/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-79/2020
09.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver