Məhkəmə qərarları › İş №8(107)-79/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-79/2021

11.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-79/2021 11.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11 iştirakı ilə Mingəçevir Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 8(051)-134/2021 nömrəli qərardadından Maraqlı şəxs icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X16 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 mart 2011-ci il təvəllüdlü Sənan adlı övladı ilə hər ayın, hər həftəsinin şənbə, bazar günləri, eyni zamanda bayram və ad günlərində onun yanında bütün günü qalmaqla ünsiyyət hüququnun təmin olunması və görüş vaxtının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 17 fevral 2021-ci il tarixli, 2(051)-189/2021 saylı qətnaməsi ilə iddiaçı X4 iddia tələbi qismən təmin edilmiş, X4 hər həftənin bazar günləri saat 15:00-dan 17:00-a kimi, ad günü və bayram günlərində, 31 mart 2011-ci il təvəllüdlü X7 ilə görüş vaxtı müəyyən olunması qət edilmişdir. Qeyd edilən qətnamə icra olunması üçün Maraqlı şəxsnə göndərilmiş, 06.04.2021ci il tarixdə icraata daxil olmuşdur. Maraqlı şəxsndə 07.04.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. X2 Maraqlı şəxs 01 iyun 2021-ci il tarixli icrası mümkün olmayan icra sənədinin məhkəməyə geri qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-134/2021 saylı, 03 avqust 2021-ci il tarixli qərardadı ilə Maraqlı şəxs icra məmuru X12 01 iyun 2021-ci il tarixli icrası mümkün olmayan icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərarı ləğv edilmişdir. Qərardadın dəlilləri ilə razılaşmayan Maraqlı şəxs icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X16 şikayət verərək Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-134/2021 saylı, 03 avqust 2021-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051 )- 189/2021 saylı, 17.02.2021-ci il tarixli qətnaməsinə əsasən X4 hər həftənin bazar günləri saat 15:00-dan 17:00-a kimi, ad günü və bayram günlərində, 31.03.2011-ci il təvəllüdlü X7 ilə görüş vaxtı müəyyən olunmuşdur. Qətnamə icra olunması üçün Mingəçevir Şəhər Məhkəməsindən Mingəçevir Şəhər və Probasiya Şöbəsinə 06.04.2021-ci il tarixdə icraata daxil olmuşdur. İcraat zamanı borclu X5 etibarnamə üzrə nümayəndəsi və vəkili X3 tərəfindən Maraqlı şəxsnə təqdim olunan sənədləri nəzərdən keçirərək iş üzrə cavabdeh uşaqla birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni X15, Nadım şəhəri, Zavodskaya küçəsi ev 3, mənzil 30 ünvanında daimi olaraq yaşadıqları məlum olmuşdur. Bu səbəbdən icra sənədi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 70.4-cü maddəsinə əsasən icrası mümkün olmayan icra sənədi kimi məhkəməyə 01.06.2021-ci il tarixdə geri qaytarılmış, qərarın sürəti tərəflərə göndərilmiş. İş üzrə X2 yuxarıda qeyd olunan qərardan məhkəməyə şikayət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-134/2021 saylı, 03.08.2021-ci il tarixli qərardadı ilə Maraqlı şəxs 01.06.2021-ci il tarixli icrası mümkün olmayan icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərarı ləğv edilmişdir. Belə ki, məhkəmə hüquqi mövqəyini məhs onunla əsaslandırılmışdır ki, şəxsin yaşayış yerinin məlum olmamasına diqqət çekmiş və onun barəsində axtarış işinin açılmasının məcburiliyini qeyd edərək geri qaytarılma qərarını ləğv edib yenidən icraata yönəldilməsini qənaətinə gəlmişdir. Buna görə də Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-134/2021 saylı, 03.08.2021-ci il tarixli qəardadını ləğv edərək, Maraqlı şəxs 01.06.2021 -ci il tarixli icrası mümkün olmayan icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərarı qüvvədə qalmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 8(051)-134/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər, o cümlədən Maraqlı şəxs icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X16 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Lakin X2 məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılıb ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayət ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Kollegiya hesab edir ki, icra məmurunun şikayətdə qeyd etdiyi əsaslar icra vərəqəsinin icra edilmədən geri qaytarılması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “ “İcra haqqında” Azərbaycan Respublikası Qanunun; 1-1. maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 26-cı maddəsinə əsasən İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir 27.1-ci maddəsinə əsasən İcra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. 27.2-ci maddəsinə əsasən Borclunun əmlakının və ya uşağının axtarılması barədə də icra məmuru qərar qəbul edir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun vəzifəsidir. 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. 23.1-ci maddəsinə görə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır: tələbkarın ərizəsi əsasında (maddə 23.1.1.), borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda (maddə 23.1.2), borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə (maddə 23.1.3), tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə (maddə 23.1.4), tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda (maddə 23.1.5). 23.3-cü maddəsinə görə icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkarın müraciəti ilə həmin sənədin yenidən icraya yönəldilməsini istisna etmir. 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. 82.3-cü maddəsinə görə icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Məhkəmə kollegiyası qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23-cü maddəsində icra edilməyən və ya qismən icra edilən icra sənədinin hansı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılması dəqiq ifadə olunmuşdur. Lakin icra sənədinin qaytarılması haqqında qərarın qəbulunu zəruri edən faktiki şərtlərin yaranması üçün icra məmuru tərəfindən icra sənədinin icrası istiqamətində qanunla müəyyən edilmiş bütün zəruri tədbirləri həyata keçirməli və yalnız bu tədbirlər nəticə vermədikdə icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə əsaslandırılmış qərar qəbul etməlidir İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar, §40). Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 8(051)-134/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Maraqlı şəxs icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X16 tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 8(051)-134/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar