Məhkəmə qərarları › İş №8(107)-8/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-8/2021

15.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-8/2021 15.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X1 iclas katibliyi ilə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(035)-32/2020 nömrəli qərardadından iş üzrə Borclu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(035)-178/2020 nömrəli (hakim T.Qubadov) qətnaməsi ilə cavabdeh Borclu borca görə 11.000 manat, dövlət rüsumuna görə 30 manat cəmi 11.030 manat pul tutularaq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, Zərdab rayon İcra və Probasiya şöbəsində icra işi açılmışdır. Borclu ərizə ilə Zərdab Rayon Məhkəməsinə müraciət edərək, qətnamə üzrə yaranmış 11.030 manat məbləğdə borcun hissə-hissə ödəməklə icra edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Borclu tələbini onunla əsaslandırmışdır ki, Zərdab Rayon Məhkəməsinin 2(035)- 178/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən ondan borca görə 11000 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 11030 manat pulun tutularaq Tələbkar qızma ödəniməsi qət edilmişdir. İcra vərəqəsi icra edilməsi üçün Zərdab rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Hazırda heç bir yerdə işləmir və heç bir gəlir yeri yoxdur. 11030 (on bir min otuz) manat miqdarında olan borcunu hal-hazırda maddi imkanı və ailə vəziyyəti ağır olduğu üçün birdəfəyə ödəyə bilmir. Tələbkar 11030 manat məbləğində olan borcunu hər ay 150 manat olmaqla hissə-hissə ödənilməklə icra sənədinin hissə-hissə icra edilməsi barədə qəraradad çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 8(035)-32/2020 saylı, xx.xx.2020-ci il tarixli (hakim T.Qubadov) qərardadına əsasən ərizə təmin edilməmişdir. Borclu həmin qərardadla razılaşmayaraq ləğv edilərək ərizənin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Zərdab rayon Məhkəməsinin 2(035)-178/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ondan 11030 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq Tələbkarnin xeyrinə verilməsi qət edilmiş, həmin qətnamənin icrası ilə bağlı tərəfindən maddi və ailə vəziyyətinin ağır olması ilə əlaqədar Zərdab rayon məhkəməsinə borcun hissəvi icrası barədə ərizə ilə müraciət etmiş, Zərdab Rayon Məhkəməsinin № 8(035)32/2020-saylı xx.xx.2020-cı il tarixli qərardadı ilə ərizəsi təmin edilməmişdir. Həmin qəradadı poçt vasitəsi ilə xx xxxxxx 2020-ci İ tarixdə almışdır. Respublika ərazisində mövcud Karantin vəziyyəti və SARS COVİD 19-koronavirus Pandemiyası ilə əlaqədar iş yerlərinin bağlanması insanların işsiz qalması ilə nəticələnməkdədir. O da öz növbəsində uzun müddətdir işlədiyi iş yerinin itirilməsi ilə əlaqədar Zərdab rayonu və Bakı şəhərində müxtəlif instansiyalara, dövlət və özəl qurumlara iş yeri ilə bağlı müraciət etsə də müraciətləri nəticəsiz qalmış, iş yeri və daimi qazanc əldə etməkdən məlum pandemiya səbəbilə məhrum olmuşdur. Hazırda öhdəliyində 2012-ci ildən şəkərli diabetin 2-ci tip ağır forma diaqnozu ilə dispanser qeydiyatında olan yaşlı anası, heç bir yerdə işlə təmin edilməyən həyat yoldaşı, əyanı formada təhsil alan və Bakı şəhərində kirayədə qalan (onlardan biri ödənişli əsaslarla) iki övladı vardır. Ailədə rəsmi gəliri olan kimsə yoxdur. Buna baxmayaraq ədalət mühakiməsinə və onun tərkib hissəsi olan məhkəmə qətnaməsinə hörmətlə yanaşaraq, icra məmurunun qanuni tələblərini yerinə yetirmək məqsədi ilə, çətinliklə də olsa tərəfindən 500 manat pulun tələbkara ödənilməsi təmin edilmiş, icra məmuru tərəfindən ona verilmiş bildiriş və icraata başlamaq haqqında qərarda göstərilmiş 10 gün müddət ərzində icra vərəqəsində olan qeyd edilən qalan vəsaiti birdəfəyə yuxarıda qeyd etdiyim əsaslara görə birdəfəyə ödəyə bilməmişdir. Qeyd edilənlərə əsasən Zərdab rayon Məhkəməsinin № 8(35)-32/2020 saylı xx.xx.2020-cı il tarixli qəradadını ləğv edilməsini, borcun hissəvi icrasına dair verdiyi ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(035)-32/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Tələbkar məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və şikayətin edilməməsini xahiş etmişdir. Borclu isə gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Borclu rəsmi poçt vasitəsilə yanaşı, həmçinin istifadəsində olan 055 ******* mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.5-ci maddəsinə görə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qətnaməsinin hissəhissə icra edilməsinə yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, tələbkarın da mənafeyinin müdafiəsi baxımından şikayət təmin edilə bilməz. Çünki, borclunun şikayətində göstərdiyi dəlillər icra sənədinin hissə-hissə icra edilməsi üçün əsas olan hallara aid deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəni təmin təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən, şikayət təmin edilmədən, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(035)-32/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Mülki Prosessual Məcəllənin 402-ci apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər . Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(035)-32/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar