Məhkəmə qərarları › İş №8(107)-80/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-80/2020

10.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-80/2020 10.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Tələbkar və Borclu iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8 (075)-150/2020 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1 rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəməyə təqdimat verərək, Borclu adına olan VAZ21074 markalı, **-BZ- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat verən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatı onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 2(075)-864/2019 saylı, xx xxxxx 2019-cu il tarixli icra sənədinə əsasən Borclu cəmi 3200 manat pul və 30 manat dövlət rüsumu alınaraq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar olaraq borcluya göstərilən tələbin 10 gün müddətində könüllü təmin olunması barədə bildiriş göndərilmişdir. Lakin borclu icra sənədi üzrə borcun ödənilməsini keçən müddət ərzində təmin etməmişdirlər. İcra sənədinin məcburi icrası ilə əlaqədar olaraq borclunun mülkiyyətində tələbin yönəldilə biləsi əmlakının, pul vəsaitlərinin və qızıl-zinət əşyalarının olub-olmaması, pensiya və müavinət alıb-almaması barədə müvafiq orqanlara sorğular verilmişdir. Sorğulara alınan cavablara əsasən Borclu adına **-BZ-*** dövlət qeydiyyat nişanlı, “VAZ- 21074” markalı minik avtomobilinin qeydə alındığı müəyyən edilmişdir. Odur ki, icra sənədinin məcburi icrasını təmin etmək məqsədi ilə Borclu məxsus avtomobilin üzərinə həbsin qoyulması və tələbin həmin əmlaka yönəldilməsi məqsədə müvafiqdir. Odur ki, borc məbləğinin ödənilməsi məqsədi ilə Borclu adına olan VAZ-21074 markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulması barədə təqdimatın təmin edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8 (075)-150/2020 saylı qərardadı ilə təqdimat təmin edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(075)-150/2020 nömrəli qərardadından Borclu şikayəti xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 2(075)-864/2019 saylı, xx xxxxx 2019-cu il tarixli icra sənədinə əsasən ondan cəmi 3200 manat pul və 30 manat dövlət rüsumu alınaraq Tələbkar xeyrinə ödənilməlidir. Borcunu ödəməkdən boyun qaçırmır. Belə ki, borc məbləği onun maaşından da hər ay tutulur. Hesab edir ki, avtomobilinin üzərinə həbs qoyulmasına hər hansı zərurət yoxdur. Bütün bunları nəzərə alaraq məhkəmədən təqdimatın təmin edilməməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8 (075)-150/2020 saylı qərardadı ilə borclunun şikayəti təmin edilməmiş, şikayət baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edənBorclu şikayətin məzmununa uyğun izahat verərək, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8 (075)-150/2020 saylı qərаrdаdının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Tələbkar şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8 (075)-150/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1. maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.2. maddəsinə görə, icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6. maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb, borcluya məxsus olan digər əmlaka yönəldilir. İş materialları ilə müəyyən olunur ki, Şəki Rayon Məhkəməsinin 2(075)-864/2019 saylı, xx xxxxx 2019-cu il tarixli icra sənədinə əsasən Borclu cəmi 3200 manat pul və 30 manat dövlət rüsumu alınaraq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar olaraq borcluya göstərilən tələbin 10 gün müddətində könüllü təmin olunması barədə bildiriş göndərilmişdir. Lakin borclu icra sənədi üzrə borcun ödənilməsini keçən müddət ərzində təmin etməmişdirlər. İcra sənədinin məcburi icrası ilə əlaqədar olaraq borclunun mülkiyyətində tələbin yönəldilə biləsi əmlakının, pul vəsaitlərinin və qızılzinət əşyalarının olub-olmaması, pensiya və müavinət alıb-almaması barədə müvafiq orqanlara sorğular verilmişdir. Sorğulara alınan cavablara əsasən Borclu adına **-BZ-*** dövlət qeydiyyat nişanlı, “VAZ- 21074” markalı minik avtomobilinin qeydə alındığı müəyyən edilmişdir. Odur ki, icra sənədinin məcburi icrasını təmin etmək məqsədi ilə Borclu məxsus avtomobilin üzərinə həbsin qoyulması və tələbin həmin əmlaka yönəldilməsi məqsədə müvafiqdir. Belə ki, icra sənədinin icrası ilə əlaqədar olaraq borcluya tələbin könüllü icrası üçün müəyyən müddət verilmiş, lakin borclu bu müddət ərzində borcu ödəməmişlər. İcra şöbəsi tərəfindən borclu rəsmi xəbərdarlıq edilmiş, bu da nəticə verməmişdir. Banklarda borcluya məxsus pul vəsaitinin olmadığı müəyyən edilmişdir. Eyni zamanda borclu borc məbləğinin onun maaşından da hər ay tutulmasına dair hər hansı bir sübut növü təqdim etməmişdir. «İcrа hаqqındа» Azərbаycаn Respublikаsı Qаnununun 43.1-ci və 43.1.1-ci mаddələrinə görə borclunun əmlakı üzərinə həbsin qoyulmаsı və onun satılması yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərinə аiddir. İcra haqqında Azərbaycan Respublikasının qanunun 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Həmin qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avopa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarının 6-cı bəndində göstərilir ki, ”Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələr nəzərə almalıdırlar ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi məsələsinə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8 (075)-150/2020 saylı qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8 (075)-150/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263, 264, 397, 398, 400 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: Borclu tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8 (075)-150/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar