Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-80/2021 14.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 iştirakı ilə, Oğuz Rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli qərardadından Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 06.02.2019-cu il tarixli, 2(051)-29/2019 nömrəli qətnaməsinə əsasən Borclu Mingəçevir Şəhər Məhkəməsinin 24.01.2005-ci il tarixli MƏ- 2005 nömrəli məhkəmə əmri üzrə ödənilməmiş qalan aliment borcu indeksasiya edilərək cəmi 9345 (doqquz min üç yüz qırx beş) manat pul tutularaq Tələbkar verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Qətnamə üzrə icra sənədi hazırda Oğuz rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, icra sənədinin icrası ilə bağlı Borclu rəsmi xəbərdarlıq məktubları göndərilməsinə və digər icra tədbirləri həyata keçirilməsinə baxmayaraq borclu qətnamənin vaxtında icra edilməsini təmin etməmişdir. Borclunun icra sənədinin icrasından yayınmaq üçün gələcəkdə ölkə ərazisini tərk edərək xaricdə gizlənmə ehtimalı real olduğuna görə bu cür halların qarşısının vaxtında alınması və icra sənədinin icrasının təmin olunması məqsədi ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Oğuz Rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli qərardadından Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən şikayət verilmişdir. Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X1 Rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli, 8(054)-41/2021 nömrəli qərardadından şikayət verərək bildirmişdir ki, borclunun icra sənədinin icrasından yayınmaq üçün gələcəkdə ölkə ərazisini tərk edərək xaricdə gizlənmə ehtimalı real olduğuna görə bu cür halların qarşısının vaxtında alınması və icra sənədinin icrasının təmin olunması məqsədi ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Hazırda borclunun ümumvətəndaş pasportu olmasa da, onun müəyyən vaxt ərzində həmin pasportu alması mümkündür. Qeyd edilənlərə əsasən məhkəmənin 08.09.2021-ci il tarixli, 8(054)-41/2021 nömrəli qərardadının ləğv edilməsi və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin 17.09.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasını iclasında iştirak edən Oğuz rayon İcra və Probasiya Şöbəsinin rəisi X3 şikayətin təmin edilməsini, Oğuz Rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli 8(054)- 41/2021 nömrəli qərardadının ləğv edilməsini və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq Tələbkar və cavabdeh Borclu oğli məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli qərardadı ləğv edilməli, Oğuz rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Аzərbаycаn Respublikаsı MPM-nin 231.3-cü mаddəsinə əsаsən, bоrclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlаşdırılmаsı icrа məmurunun təqdimаtınа əsаsən həll edilir. Bоrclunun ölkədən getmək hüququnun muvəqqəti məhdudlаşdırılmаsı məsələsinə icra məmurunun оlduğu yer üzrə məhkəmə tərəfindən bаxılır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15dən Konvensiya və onun Prokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarda qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışına olan hüquq xəyali xarakter alardı. İşə baxılmasına ağlabatan müddətin müəyyən edilməsində məqsəd mülki prosesdəki tərəfləri həddən artıq gecikdirmələrdən qorumaqdan və ədalət mühakiməsinin səmərəliliyinə nail olmaqdan ibarətdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Məhkəmə qərarının icra olunmaması qanunla muəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1. maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin odənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün muəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun olkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun olkədən getmək hüququnun muvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. “X6 (X7) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 may 2017-ci il tarixli qərarında isə aşağıdakılar qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun və Təlimatın müvafiq normalarının mənasına gorə, icra məmuru borclunun olkədən getmək hüququnun muvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla aşağıdakı şərtlərə riayət etməklə məhkəməyə muraciət edir: 1) icra sənədinin, icraata başlanması barədə borcluya bildiriş verildikdən sonra borclu tərəfindən könüllü qaydada icra edilməməsi və bu əməlin Qanunla nəzərdə tutulmuş hüquqi nəticələri barədə borcluya bildirilməsi. Buna müvafiq olaraq, Təlimatın 2.2.1-ci bəndinə əsasən, borclunun olkədən getmək hüququnun muvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə muraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməlidir; 2) barəsində icra üzrə icraatın başlanması haqqında məlumatı olmasına baxmayaraq, borclu tərəfindən icra sənədində əks olunmuş tələbin üzrsüz səbəbdən icra edilməməsi (icra edilməsindən yayınması) barədə icra məmurunda məlumatın olması. Burada nəzərə almaq lazımdır ki, Təlimatın 2.2.2-ci bəndinə əsasən, icra məmuru müvafiq təqdimatla məhkəməyə muraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir. Göründüyü kimi, qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun olkədən getmək hüququnun muvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü muəyyən etmişdir. Bununla yanaşı, icra məmuru mütənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun olkədən getmək hüququnun muvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə muraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mutənasiblik prinsipinin pozulmasına gətirib çıxarar. İş materiallarından görünür ki, icra sənədinin icrası ilə bağlı Borclu rəsmi xəbərdarlıq məktubları göndərilməsinə və digər icra tədbirləri həyata keçirilməsinə baxmayaraq borclu qətnamənin vaxtında icra edilməsini təmin etməmişdir. Borclunun icra sənədinin icrasından yayınmaq üçün gələcəkdə ölkə ərazisini tərk edərək xaricdə gizlənmə ehtimalı real olduğuna görə bu cür halların qarşısının vaxtında alınması və icra sənədinin icrasının təmin olunması məqsədi ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Borclunun hazırda tələbkara olan 9345 (doqquz min üç yüz qırx beş) manat borcu ödənilməmiş qalmışdır. Borclunun icra sənədinin icrasından yayınmaq üçün gələcəkdə ölkə ərazisini tərk edərək xaricdə gizlənmə imkanının qarşısını almaq məqsədi ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə hazırki təqdimatın təmin edilməsi üçün əsaslar mövcuddur. Ona görə də şikayəti əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də şikayət təmin edilməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli qərardadı ləğv edilməli, Oğuz rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdıırlmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.3 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Oğuz rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin 08.09.2021-ci il tarixli qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Oğuz rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-80/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-80/2021
14.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver