Məhkəmə qərarları › İş №8(107)-81/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-81/2020

08.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-81/2020 08.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X11 iclas katibliyi ilə Şəki Rayon Məhkəməsinin 8(075)-146/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadından X14 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Borclu X14 məhkəməyə ərizə ilə müraciət edərək verərək, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatında olan Şəki Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 2(075)-52/2016 saylı icra sənədinin icrasının Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-948/2020 saylı mülki iş üzrə çıxarılacaq yekun qərar qanuni qüvvəsini alanadək dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 8(075)-146/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli (hakim P.Hacıyev) qərardadı ilə Şəki Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 2(075)-52/2016 saylı icra sənədi üzrə icraatın dayandırılması haqqında X9 ərizəsi təmin edilməmişdir. X14 məhkəmənin sözügedən qərardadından şikayət verərək, Şəki Rayon Məhkəməsinin 8(075)-146/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilib, ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. X14 ərizəni onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 2(075)-52/2016 saylı qətnaməsi ilə «xxxxxxx» KB ASC-nin X5, X8, X6 və X7 qarşı iddiası qismən təmin edilmiş X5 və X1 müştərək qaydada 19552.10 ABŞ dolları əsas borc, 4112.18 ABŞ dolları faiz borcu və 300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 23964.28 ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə bankın xeyrinə tutulması, ipoteka predmeti olan X3 mülkiyyətində olan Şəki şəhəri, İsmibəy Nakam küçəsi, dalan 5-də yerləşən 1 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0.0577 ha torpaq sahəsinin açıq hərracda ilkin satış qiymətinin 63000 manata satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına X2 “xxxxxxx” KB ASC-yə olan borcunun ödənilməsi, ipoteka predmeti olan Şəki şəhəri, İsmibəy Nakam küçəsi, dalan 5də yerləşən 1 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0.0577 ha torpaq sahəsinə tutma yönəldikdə və həmin əmlak satıldıqdan ən geci bir ay ərzində həmin yaşayış sahəsindən X8, X5 və X4 çıxarılması qət edilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin bildirişini bu yaxınlarda aldıqdan sonra ona məlum olmuşdur ki, icra sənədində qeyd edilən tələbin icrası ilə bağlı icra prosesi ünvan 1 ünvanına təyin edilmişdir. Onu X8, X5 və X10 ilə bir ailə olaraq Şəki şəhəri, İsmibəy Nakam küçəsi, dalan 5 ünvanında yerləşən 1 saylı fərdi yaşayış evində yaşayır. Onların hər biri həmin evdə qeydiyyatdadırlar. Təxminən 1925-1930-cu ildən tikilən, 0.0577 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində dünyaya gəldiyi vaxtdan, yəni 1974-cü ildən qeydiyyatda olsa da sözügedən ev mülkiyyət hüququ ilə X3 adına qeydiyyata alınmışdır. Həmin evdə yaşayıb işlədiyi illərdə tərəfindən mübahisəli evi əsaslı təmir etdirərək yenidən quraşdırılma işləri aparmış, ona dəyərini artıran xeyli vəsait qoymuşdur. Buna baxmayaraq həmin ev ipoteka müqavilələri əsasında onun razılığı təmin edilmədən banka ipotekaya qoyulmuşdur. Beləliklə də, onun hüquqlarının pozulması ilə nəticələnən və həmin müqavilələrin etibarsızlığını təmin edən qanun pozuntusuna yol verilmişdir. Sonradan həmin müqavilələri ləğv etdirmək qərarına gəlmiş, mübahisələndirdiyi Şəki rayon 2 saylı dövlət notariat kontorunda rəsmiləşdirilmiş ipoteka müqaviləsi onun hüquqlarını pozduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbi üzrə məhkəmə iclası xx xxxx 2020-ci il tarixə, saat 12:20-yə təyin edilmişdir. Odur ki, iddia ərizəsinin məhkəmə baxışına təyin edilməsini nəzərə alaraq Şəki Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 2(075)-52/2016 saylı icra sənədinin icrası ilə əlaqədar verilmiş icra sənədi üzrə icraatın dayandırılması barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 8(075)-146/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, X14, Şəki rayon İcra şöbəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini əlaqəli şəkildə tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 8(075)-146/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilərək, sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələblərindən göründüyü kim icra sənədi üzrə icraatın dayandırılmasının iki növü mövcuddur. Birinci icar üzrə icraatın dayandırılmasının məcburu olduğu hallar (İHQ-n 17-ci maddəsi), ikincisi icraatın dayandırılmasının mümkün olduğu hallar (İHQ-n 18-ci maddəsi). “İcra haqqında” Qanunun 17.1. 4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 21.1-ci maddəsinin tələbinə görə bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 21.2-ci maddəsinin tələbinə görə bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. X20 ; 21.3-cü maddəsinin tələbinə əsasən məhkəmə, icra sənədi üzrə icraatın dayandırılması məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və icra məmurunun təqdimatının təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. 21.4-cü maddəsinə əsasən icraatın dayandırılması haqqında qərardaddan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş müddətlərdə və qaydada şikayət verilə bilər. 21.5. İcra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qəbul edilmiş qərarın surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 21.6. Tərəflər və icra sənədini vermiş digər orqan onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində icraatın dayandırılması barədə icra məmurunun qərarından müvafiq məhkəməyə şikayət verə bilərlər. 21.7. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrası üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Yuxarıda sadalanan maddələrin məzmunundan göründüyü kimi borclunun ərizəsində xahiş etdiyi məsələnin həllinin prosedur qaydası İHQ-n 17.4-cü maddəsinin təsiri altına düşdüyündən, bu məhkəmə qaydasında deyil, icra məmurunun səlahiyyəti həddində həll olunan bir məsələdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən İcra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmənin və ya icra məmurunun olduğu yer üzrə müvafiq iqtisad məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə anoloji münasibətləri tənzimləyən hüquq normalarına istinad edir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə qənaətə gəlir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsində (icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması) göstərilmiş hallar birbaşa icra məmurunun səlahiyyətinə aid olduğundan hazırki iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi əsassızdır. Ona görə də şikayət qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 8(075)- 146/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilərək sonrakı prosessual hərəkətlərin edilməsi (iddianın yolverilməzliyi məsələsinə qiymət verilməsi) üçün birtinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apelyasiya instansiyası məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X14 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 8(075)-146/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Borclu X9 Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatında olan Şəki Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli, 2(075)-52/2016 saylı icra sənədinin icrasının Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-948/2020 saylı mülki iş üzrə çıxarılacaq yekun qərar qanuni qüvvəsini alanadək dayandırılması barədə” ərizəsi sonrakı prosessual hərəkətlərin edilməsi və ərizəyə hüquqi qiymət veriliməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar