Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-81/2021 11.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Qasımov Nizami Eldar oğlunun katibliyi ilə, Qəbələ Rayon Məhkəməsinin 06 fevral 2018-ci il tarixli, 2(025)-26/2018 nömrəli qətnaməsinin icra üsulunun dəyişdirilməsindən imtinaya dair Qəbələ Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 8(025)-130/2021 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 26/2018 saylı, 06 fevral 2018-ci il tarixli icra vərəqəsi üzrə borcun tutulması ləğv prosesində olan "xxxx" ASC tərəfindən təsisçisi olduğu "xxxx" MMC-nin hesabına ödəniləcək 51.331 (əlli bir min üç yüz otuz bir) manat məbləğində pul vəsaitinə yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-26/2018 saylı, 06 fevral 2018-ci il tarixli icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh X3 qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 27.099,84 ABŞ dolları əsas, 3.481,37 ABŞ dolları faiz və 50 ABŞ dolları cərimə olmaqla, cəmi 30.631,21 (otuz min altı yüz otuz bir dollar iyirmi bir sent) ABŞ dolları məbləğində kredit borcunun iddiaçı Maraqlı şəxs2 BOKT ASC-nin xeyrinə tutulması, tutmanın açıq hərracdan satılmaqla ipoteka ilə yüklü edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən (reyestr nömrəsi - **********15-10301; qeydiyyat nömrəsi - **********; qeydiyyat tarixi - 06.06.2015-ci il) cavabdehlər X5 və X2 birgə mülkiyyətindəki Qəbələ şəhəri Şəhriyar küçəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 23 nömrəli fərdi yaşayış evinə (0.06 ha torpaq sahəsi ilə birlikdə) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 150.000 (bir yüz əlli min) manat müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmentinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyanlara qaytarılmalıdır. Qeyd olunan icra vərəqəsi hazırda icra mərhələsindədir. Həmçinin o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisidir. 26.12.2014-cü il tarixdə təsisçisi olduğu “Farcom“ MMC (VÖEN: **********) ilə "xxxx" ASC arasında depozit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən istehlak kreditlərinin verilməsi nəzərdə tutulmuş və 50 000 (əlli min) AZN vəsait həmin banka depozit qoyulmuşdur. 2016-cı ilin avqust ayında, yəni "xxxx" ASC-nin Qəbələ filialının fəaliyyətinin tam dayanma anında “Farcom“ MMC-nin hesabında 51 331 (əlli bir min üç yüz otuz bir) manat vəsait var idi. "xxxx" ASC-nin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq əmanətçi bu vəsaiti hələ də ala bilməmişdir. 50 000 manatdan artıq vəsaitin neçə illər bankın hesabında qalması “Farcom“ MMC-nin sahibkarlıq fəaliyyətinə ciddi ziyan vurur, maliyyə çatışmazlıqları ilə üzləşir. Qeyd olunan məsələ ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna dəfələrlə rəsmi müraciət edilmişdir. Sonuncu dəfə 05 yanvar 2021-ci il tarixli müraciətə cavab olaraq Əmanətlərin Sığortalanması Fondu cavabında bildirmişdir ki, “Farcom“ MMC-nin kreditor tələbi “Banklar haqqında“ Azərbaycan Respublikası qanununun 77.1-ci maddəsinə uyğun olaraq ləğv prosesində olan "xxxx" ASC tərəfindən 1825 nömrə ilə Kreditorların reyestrinə daxil edilmiş və bu Qanunun 82-ci maddəsində göstərilmiş növbəlik qaydasında qaydasında ödəniləcəyi bildirilmişdir. Həmin vəsaiti almaq istəməyinin əsas səbəbi də məhz yuxarıda qeyd etdiyi Maraqlı şəxs2 BOKT ASC qarşısında mövcud olan öhdəliyini yerinə yetirərək onun və ailə üzvlərinin hazırda yaşayış yerləri olan fərdi yaşayış evinin satılmasının qarşısını almaq istəməyidir. Belə ki, hal-hazırda Maraqlı şəxs2 BOKT ASC ilə bağlanmış müqavilə üzrə kredit borcundan hissə-hissə ödənişlər etsə də, qalıq kredit borcunu tam şəkildə ödəyərək fərdi yaşayış evini yüklülükdən azad etməyə maddi imkanı yoxdur. Qeyd olunan kredit borcunu ödəməkdən boyun qaçırmır, bunu Qətnamə qəbul olunandan sonra həyata keçirdiyi 10 000 manatdan çox ödənişə dair qəbzlər də təsdiq edir. Maraqlı şəxs2 BOKT ASC qarşısında öhdəliyini həyata keçirə bilməyinin tək yolu ləğv prosesində olan "xxxx" ASC-ə depozit olaraq qoyduğu pul vəsaitini geri almağıdır. Göründüyü kimi, hazırda bir bank qarşısında öhdəliyi olduğundan neçə illərlə əziyyətlə inşa etdiyi, onun və ailəsinin yaşayış yerləri olan yaşayış evini əllərindən almağa çalışırlar. Sadə vətəndaş olaraq ondan devalvasiya nəticəsində dəfələrlə artmış borc - 30.631,21 ABŞ dollar məbləğin tam şəkildə ödəməsi tələb olunur və əks halda illərlə əziyyətlə inşa etdiyi fərdi yaşayış evinin əlindən alınması təhlükəsi ilə qarşı-qarşıyadır. Halbuki digər bir bankda - ləğv prosesində olan "xxxx" ASC-də olan 51 331 (əlli bir min üç yüz otuz bir) pul vəsaitini ala bilsə, bu problem kökündən həll oluna bilər. Qəbələ Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 8(025)-130/2021 nömrəli qərardadı ilə X1nun Qəbələ Rayon Məhkəməsinin 2(025)-26/2018 saylı, 06 fevral 2018-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsinə dair ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan X1nun şikayəti 20 sentyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Qəbələ Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 8(025)-130/2021 nömrəli qərardadı ilə X1nun Qəbələ Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 8(025)- 130/2021 nömrəli qərardadının ləğv edilməsi barədə şikayəti təmin edilməmiş və işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. X9 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 8(025)-130/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiya hesab edir ki, birinci istansiya məhkəməsi ərizəçinin Qəbələ Rayon Məhkəməsinin 2(025)-26/2018 saylı, 06 fevral 2018-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsinə dair ərizəsinin təmin edilməməsi nəticəsinə gələrkən haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 8(025)-130/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398 və 400cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: X1 tərəfindən verilmiş şikаyət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 02 sentyabr 2021-ci il tarixli, 8(025)-130/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-81/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-81/2021
11.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver