Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-82/2025 26.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 “icra məmurunun hərkətlərinin qanunsuz hesab edilməsi” barədə ərizəsi üzrə (Açar sözlər: icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, X1 “Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Babayevin hərəkətlərinin qanunsuz hesab edilməsi” barədə ərizəsi üzrə Mingəçevir Şəhər Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 8(051)-149/2025 nömrəli qərardadından X3 tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: X3 ərizə ilə məhkəməyə müraciət edərək, iş № 2(051)-1603/2022 saylı icra sənədinin icraatını aparan Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Orxan Babayevin hərəkətlərinin qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin hakimi Nemət Paşayev iş № 2(051)- 1603/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X9 cavabdeh Borclu qismində 43.700 manat məbləğində pul ödənilməsi nəzərdə tutulmuşdur. Və həmin qətnamənin icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Qeyd edilən Mingəçevir Şəhər Məhkəməsinin iş № 2(051)-1603/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icra edilməsi ilə əlaqədar Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Babayev tərəfindən xx.xx.2022-ci il tarixli № e300398/2022-3-14 nömrəli məktubla Borclu tələbin könüllü icrasına dair bildiriş göndərilmiş və xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Daha sonra Orxan Babayev tərəfindən Borclu xx.xx.2023-cü il tarixli, № e300398/2022-3- 14-005 saylı məktubla xəbərdarlıq göndərilmiş və Borclu barəsində axtarış elan edilməsinə dair xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş və icra edilməsi üçün Mingəçevir Şəhər Polis Şöbəsinə göndərilmişdir. İŞ № 3(051)-612/2024 saylı iş üzrə Mingəçevir Şəhər Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş, Qocayev X10 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 gün müddətə inzibati qaydada həbs edilmişdir. xx.xx.2024-cü il tarixdən etibarən bu günədək Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Babayev tərəfindən Borclu barəsində heç bir “məcburi icra tədbir”ləri görülməmiş, şəxsin əmlak vəziyyətinə, əmək haqqına dair məlumatlar, banklardakı pul vəsaitlərinə dair məlumatların əldə edilməsi, eyni zamanda ölkədən çıxışının müvəqqəti məhdudlaşdırılması, yaşadığı ünvan üzrə evindəki əşyaların siyahıya alınmasına dair, vergi orqanında təsis payının olub-olmamasına dair, eyni fiziki şəxs fəaliyyətinə dair, vergi orqanında təsis payının olubolmamasına dair, eyni zamanda fiziki şəxs fəaliyyətinə dair məlumatların əldə edilməsinə dair tədbirlər və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun digər tələblərinə uyğun tədbirlər həyata keçirilməmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 8(051)-149/2025 nömrəli qərardadı ilə X1 ərizəsi təmin edilməmişdir. Tələbkar X2 Şəhər Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 8(051)-149/2025 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 23 iyul 2025-ci il tarixli 8(051)-149/2025 nömrəli qərardadı ilə, X3 tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini İcra Haqqında Qanunun 8.1,43.1, 44.1, 44.2, 44.3, 82.1, 87.1-ci maddələrinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2015-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, o, Mingəçevir Şəhər Məhkəməsinə müraciət edilərək İş № 2(051)-1603/2022 saylı icra sənədinin icraatını aparan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Orxan Babayevin hərəkətlərinin qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Mingəçevir Şəhər Məhkəməsi tərəfindən İş № 8(051)-149/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardad qəbul edilərək, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Orxan Babayevin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə ərizəsi təmin edilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərkən, borclu şəxs Borclu xx.xx.2023-cü il tarixli, xx.xx.2025-ci tarixli izahatlarının olduğunu, Borclu xx.xx.2023-cü tarixli akta əsasən yaşayış yerini dəyişdiyini və icra vərəqəsində göstərilən ünvandan yaşamadığı, xx.xx.2023-cü il tarixli qərardadla Borclu barəsində axtarış elan edildiyi və qərarın icra olunması üçün Mingəçevir şəhər Polis Şöbəsinə göndərildiyi hallarına istinad etmişdir. Eyni zamanda məhkəmə xx.xx.2024cü il tarixli qərardadla, Mingəçevir şəhər Məhkəməsinin2(051)-533/2020, 2(051)- 1603/2022, 2(051)-2054/2021, 2(051)-326/2019 saylı və Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 1411/2021 saylı və Mingəçevir şəhər Məhkəməsinin 2(051 )- 2120/2016 saylı icra sənədlərinin ümumi icraatda birləşdirildiyi hallarına, işə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-612/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Borclu İXM-in 528.1 –ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 gün müddətə inzibati həbs edilməsi, işdə olan “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən, Borclu məxsus cari hesabların mövcud olmadığı hallarına istinad etmişdir. Bundan əlavə məhkəmə iş materiallarını nəzərdən keçirərkən, xx.xx.2024-cü il tarixli məlumata əsasən borclu şəxs Borclu yaşayış yeri məlum olmadığından axtarış barədə qərar icra olunması üçün Mingəçevir şəhər Polis Şöbəsinə göndərildiyi, Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli cavab məktubla borc ödəməkdən boyun qaçıran Borclu barəsində Mingəçevir ŞPŞ-də 650016 saylı axtarış işinin açıldığı, Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-182/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə Borclu İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 gün müddətə inzibati həbs edildiyi hallarına istinad edərək icra məmurunun hərəkətlərini qanuni hesab etmişdir. Yazaraq nəzərinizə çatdırır ki, iş materiallarının içərisində yalnız “ Azərbaycan Beynəlxalq Bankı” tərəfindən təqdim edilmiş cari hesabda Borclu məxsus hesabların mövcud olmamasına istinad edilmişdir. Lakin məhkəmə tərəfindən icra məmuruna sual verilərkən reyestrə sorğuların ünvanlanmadığı, daşınaz və daşınmaz əmlakın borclu şəxs Borclu adına olubolmaması, eyni zamanda Borclu taksi fəaliyyəti ilə məşğul olduğu halda heç bir VÖEN-nin olmaması müəyyən edilməmişdir, icra məmuru tərəfindən yalnız borclu şəxs Borclu izahatına əsasən hərəkət edilmişdir. Hansı ki, icra məmuru tərəfindən vergi orqanına sorğu ünvanlanmalı, eyni zamanda AR Vergilər Nazirliyinə, Azərbaycan Respublikası Əmək Məsələri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ünvanlamalı olduğu halda, araşdırma aparmalı olduğu halda sadəcə borclu şəxs Borclu izahatı ilə kifayətlənmişdir. Hansı ki, icra məmuru tərəfindən araşdırma aparılaraq, iş materiallarına elektron sistemdən çıxarış əlavə edilərək, borclu şəxs Borclu adına olan daşınaz və daşınmaz əmlaklarla bağlı məlumatlar, Borclu VÖEN-nin olub-olmaması barədə məlumatlar iş materiallarına əlavə edilməliidi. Bundan əlavə, iş materiallarında Borclu əmlak durumunun yoxlanması ilə bağlı heç bir məlumat qeyd edilməmişdir, eyni zamanda Borclu sadəcə izahatına istinad edilərək taksi fəaliyyəti ilə məşğul olduğu halda heç bir VÖEN-nin olmaması qeyd edilmişdir. Belə ki, borclu şəxs Borclu taksi fəaliyyəti ilə məşğul olduğu halda adına VÖEN olmalı, VÖENdə gəlirləri və dividentləri müəyyən edilməli və dividentlər üzrə tutulmalar yönəldilməli və gəlirlər üzrə borclar bağlanmalıdır. Lakin icra məmuru nədənsə bunu hərəkətsiz formada saxlamışdır. Eyni zamanda “Baş Dövlət Polis İdarəsi”nə sorğu ünvanlanmalı və borclu şəxs Borclu adına avtomobil olubolmaması barədə məlumatların əldə edilməsi, olduğu halda avomobillərin üzərinə həbs qoyulması hərəkətləri aparılmamışdır. Eyni zamanda iş materiallarında borclu şəxs Borclu barəsində yalnız “Azərbaycan Beynəlxalq Bankı”nda cari hesabların mövcud olubolmaması araşdırılmış, digər banklarla bağlı araşdırılma aparılmamışdır. Məhkəmənin icra məmuru bu uzun müddət ərzində icra sənədinin icrasız qaldığını və borclu şəxs Borclu yaşayış yerinin dəyişmə aktının mövcud olduğu halda icra məmuru tərəfindən onun yaşayış yerini hansı ünvana dəyişdiyini “İcra haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq icra sənədinə həmin ərazi üzrə göndərilməsinin, axtarış qərarında həmin ərazi üzrə icra edilməsi üzrə şərait yaradılmamasını nəzərə almadan Mingəçevir Şəhər Məhkəməsi hakim Elza Cəbrayılzadə tərəfindən İş № 8(051)- 149/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardad qəbul etmişdir. Qeyd etmək istəyir ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Orxan Babayev tərəfindən Borclu əmlak durumununn yoxlanması, VÖENdə gəlirləri və dividentləri, eyni zamanda dividentlər üzrə tutulmalar və gəlirlər haqda məlumatlar, borclu şəxs Borclu adına avtomobil olub-olmaması barədə məlumatlar, olduğu halda avomobillərin üzərinə həbs qoyulması hərəkətləri, həmçinin şəxsin adına digər banklarda olan cari hesablarla bağlı məlumatların araşdırılmaması qərəzli olaraq həyata keçirilməkdədir. Bu səbəbdən Mingəçevir Şəhər Məhkəməsinin İş № 8(051)-149/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardad ləğv edilməli, İŞ № 2(051)-1603/2022 saylı icra sənədinin icraatını aparan Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Orxan Babayevin hərəkətlərinin qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməlidir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 8(051)-149/2025 nömrəli qərardadının ləğv edilməsini, ərizənin təmin edilərək İş №2(051)-1603/2022 saylı icra sənədinin icraatını aparan Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Orxan Babayevin hərəkətlərinin qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq İcra haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 43.1 məcburi icra tədbirləri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi və icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsindən ibarətdir. Maddə 44.1 Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsasları kimi təsbit edilmişdir. Maddə 44.2 Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Maddə 44.3 Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1-43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir. Maddə 82.1 Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Maddə 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 8(051)-149/2025 nömrəli qərardadının ləğv edilməsini məhkəmədən xahiş edir. Ona görə də, kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 8(051)-149/2025 nömrəli qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb, sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. İş materiallarından müəyyən olunur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(051)-1603/2022 saylı qətnaməsi ilə iddiaçı X9 cavabdeh Borclu qismində 43.700 manat məbləğində pul ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamə icra edilməsi üçün Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru Orxan Babayevin icraatına yazılmışdır. İcra məmuru Orxan Babayev tərəfindən 15 dekabr 2022-ci il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbkara 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi, əks halda onun barəsində məcburi icra tədbirlərinin görüləcəyi izah edilmiş və həmin tarixdə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Tələbkar Borclu icra sənədi üzrə borcu könüllü şəkildə ödəmədiyindən xx.xx.2023-cü il tarixli, № e300398/2022-3-14-005 saylı məktubla ona xəbərdarlıq göndərilmiş, daha sonra tələbkar Borclu yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilməsinə dair xx.xx.2023cü il tarixli qərar qəbul edilmiş və icra edilməsi üçün Mingəçevir Şəhər Polis Şöbəsinə göndərilmişdir. İşə əlavə olunmuş Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-612/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Borclu İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 gün müddətə inzibati həbs edilmişdir. İşdə olan “X7” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Borclu məxsus cari hesablar mövcud deyil. İşdə olan borclunun axtarılması barədə xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, Borclu yaşayış yeri məlum olmadığından axtarış barədə qərar icra olunması üçün Mingəçevir şəhər Polis Şöbəsinə göndərilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 3(051)-182/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Borclu İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 gün müddətə inzibati həbs edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmayarq qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, borclu icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə görə onun ölkədən getmək hüququ məhdudlaşdırılmış, daha sonra icra tədbirləri zamanı borclunun üzərinə həbs qoyulası əmlakı və əmək haqqısı və ya digər gəlir yeri müəyyən edilmədiyindən barəsində inzibati qaydada tədbir görülməsi üçün protokol tərtib olunaraq baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(051)-612/2024 saylı qərarı ilə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 gün müddətə, xx.xx.2025-ci il tarixli 3(051)-182/2025 saylı qərarı ilə isə İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 gün müddətə inzibati həbs edilmişdir. Göründüyü kimi icra məmuru tərəfindən bütün mümkün məcburi icra tədbirlər görülmüşdür. Şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir, tərəflər arasında münasibətlərə düzgün hüquqi qiymət verilmişdir, məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də şikayət təmin olunmamalı,mingəçevir Şəhər Məhkəməsinin 07 aprel 2025-ci il tarixli, 8(051)-149/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 07 aprel 2025-ci il tarixli 8(051)-149/2025 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-82/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-82/2025
26.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver