Məhkəmə qərarları › İş №8(107)-84/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-84/2020

21.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-84/2020 21.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, tələbkar X2 vəBorclu1 iştirakı ilə, Maraqlı şəxs icra məmuru Təbiyyət Həsənquliyevin 2(025)- 1647/2017 saylı mülki iş üzrə “icraata xitam verilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərarından tələbkar X4 tərəfindən verilmiş şikayətin qismən təmin edilməsi barədə Qəbələ Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli, 8(025)-97/2020 nömrəli qərardadından Borclu1 tərəfindən verilmiş şikаyətə, həmin şikayətin təmin edilməməsi ilə bağlı Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(025)-97/2020 nömrəli qərаrdаdı ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X4 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Maraqlı şəxs icra məmuru Təbiyyət Həsənquliyevin 2(025)-1647/2017 saylı mülki iş üzrə “icraata xitam verilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərarın ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, keçmiş həyat yoldaşı Borclu1 rəsmi olaraq ayrıldıqdan sonra Qəbələ Rayon Məhkəməsinə əmlak tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir və məhkəmənin xx xxxxxxxx 2017-ci il tarixli 2(025)-1647/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. xx xxxx 2019-cu il tarixdə tərəfindən imzalanmış ərizə əsasında iş üzrə icra icraatına xitam verilmişdir. Lakin həmin ərizə tərtib olunarkən və o imzaladığı zaman ona icra işi üzrə icraata xitam verildiyi halda işin bir daha icraya yönəldilməsinin mümkünsüzlüyü və qərardan şikayət vermək hüququ izah olunmamışdır. Ona sadəcə olaraq icra sənədinin məhkəməyə geri qaytarılacağı bildirilmişdir. Həmçinin ərizəni o tərtib etməmişdir, sadəcə ona imzalamaq üçün təqdim olunmuş və imzalayıb icra məmuruna təhvil vermişdir. İcra məmuru tələbkarın ərizəsi əsasında icra sənədini məhkəməyə geri qaytarılmalı olduğu halda bunu etməmiş, iş icra olunmadığı halda ona işin icraatına xitam verilməsi haqqında ərizə imzaladaraq işin icraatına xitam vermişdir. O, Qəbələ rayon məhkəməsinə icra sənədinin yenidən icra orqanına göndərilməsi barədə ərizə ilə müraciət etdiyi zaman ona izah olunmuşdur ki, icra məmuru icra sənədinin icraatına xitam verdiyi üçün onun məhkəmə tərəfindən yenidən icra orqanına göndərilməsi mümkünsüzdür və xitam qərarından məhkəməyə şikayət vermək hüququ vardır. Bütün bu qeyd etdikləri göstərir ki, icra məmurunun 2(025)-1647/2017 saylı mülki iş üzrə icra sənədinin icraatına xitam verilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərarı əsassızdır. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən tələbkar X4 şikayət ilə eyni məzmunlu ifadə verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda göstərdi ki, icraata xitam verilməsi barədə ərizə onun tərəfindən imzalanaraq Maraqlı şəxsnə təqdim edilsə də, ərizənin mahiyyətini başa düşməmişdir. Lakin hal-hazırda sözügedən icra sənədi tam icra olunmamışdır. Belə ki, ona qaytarılmalı olan qızıl zinyət əşyaları və ya onların dəyəri borclu tərəfindən ona qaytarılmamışdır. Bu səbəbdən məhkəyəmə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında Borclu1 göstərmişdir ki, sözügedən icra sənədindəki qızılları satmışdır. Belə ki, nişan üzüyünü Nargilə Məmmədova özü ona vermişdir ki, satıb borclarını bağlasın. Digər qızıl-zinət əşyalarını sataraq isə tələbkarın təhsil alması üçün xərcləmişdir. Birinci instansiya məhkəməsinin iclasında Maraqlı şəxs icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu X3 göstərmişdir ki, tələbkar X4 iş üzrə icraata xitam verilməsi üçün ərizəni özü yazmasa da, ərizə onun tərəfindən imzalanmış və iş üzrə icraata xitam verilməsinə razı olmuşdur. Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) x xxxxxx 2020-ci il tarixli, 8(025)- 97/2020 nömrəli qərardadı ilə şikayət qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1647/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru Təbiyyət Həsənquliyevin xx.xx.2019-cu il tarixli qərarının qismən, qızıl və zinyət əşyaların və ya onların dəyərinin qaytarılması hissəsində ləğv edilməsi, şikayətin qalan hissədə təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 1647/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra tədbirlərinin həmin hissədə davam etdirilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu1 şikayət vermiş və şikayəti əsaslandıraraq göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsi işi araşdırarkən tam araşdırmamış və nəticə etibarı ilə icraatı yeniləmişdir. Tələbkar bildirir ki, xx xxxx 2019-cu il tarixdə tərəfindən imzalanmış ərizə əsasında iş üzrə icra icraatına xitam verilmişdir. Lakin, həmin ərizə tərtib olunarkən və o, imzaladığı zaman ona icra işi üzrə craata xitam verildiyi halda işin bir daha icraya yönəldilməsi mümkünsüzlüyü və qərardan şikayət vermək hüququ izah olunmamışdır. Əgər izah olunmamışdırsa ki, bu ifadəsi də yalandır, çünki, Maraqlı şəxs məmurları, bütün icra işi olanların hüquqlarını izah edirlər. Belə ki, əgər izah etməmişdirsə xx xxxxxx 2019-cu ıl tarixdə icra icraatına xitam verilməsi barədə qərardad ona göndərilmişdir. Həmin qərardadda şikayət vermək hüququ izah olunmuşdur. O, narazı olsaydı əgər dərhal qərardaddan şikayət verərdi. Həmçinin ərizəni o, tərtib etməmişdir. Sadəcə ona imzalamaq üçün təqdim olunmuş və imzalayıb icra məmuruna təhvil verilmişdir. İcra məmuru tələbkarın ərizəsi əsasında icra sənədini məhkəməyə geri qaytarılmalı olduğu halda bunu etməmiş, iş icra olunmadığı halda ona işin icraatına xitam verilməsi haqqında ərizə imzaladaraq işin icraatına xitam vermişdir. Buradan da tam aydın olur ki, tələbkarın verdiyi ifadələr absur bir işdir. Belə ki, icra məmuru belə yazsa ərizəni onlar ərizəni oxumamış imzalamazlar. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(025)- 97/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş edir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(025)-97/2020 nömrəli qərardadı ilə, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(025)-97/2020 nömrəli qərardadından Borclu1 tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Borclu1 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında tələbkar X4 şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli, 8(025)-97/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Maraqlı şəxs nümayəndəsi lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli, 8(025)-97/2020 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Maraqlı şəxs icra məmuru Təbiyyət Həsənquliyev tərəfindən qəbul olunmuş xx xxxxxx 2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1647/2017 saylı, xx.xx.2017ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununda icra sənədinin icraatına xitam verilməsinə əsas olmuş hallar öz əksini tapmışdır. Müvafiq qərarı qəbul etmiş icra məmuru borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş məcburi icra tədbirlərini tam görməmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-1647/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi tam icra olunmamışdır. X1 Rayon Məhkəməsinin 2(025)- 1647/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Maraqlı şəxsnə ərizə versə də, ərizənin mahiyyətini başa düşməmiş, o cümlədən icra sənədi tam, başqa sözlə qızıl və zinyət əşyaların və ya onların dəyərinin qaytarılması hissəsində icra olunmamışdır. Sadalanan hallardan da müəyyən olunur ki, hazırda icra sənədinin tam icrasından söhbət gedə bilməz, icra sənədi üzrə icraat davam etdirilməlidir. Bununla da icra edilməyən icra sənədinin mövcudluğu iş üzrə borclunun mənafeyinə uyğun gəlmədiyindən haqlı şikayətinə səbəb olmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X2 Maraqlı şəxs icra məmuru Təbiyyət Həsənquliyevin xx.xx.2019-cu il tarixli qərarının ləğv olmasına dair şikayəti qismən əsaslıdır və qeyd edilən qərar qismən, qızıl və zinyət əşyaların və ya onların dəyərinin qaytarılması hissəsində ləğv edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. X7 Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.3-ci maddəsinə əsasən, icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. 20.4-ci maddəsinə əsasən, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. 20.5-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. 20.6-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. 20.7-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. 20.8-ci maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, Borclu1 şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz və ona görə də şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli, 8(025)-97/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Qəbələ Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli, 8(025)-97/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Borclu1 Qəbələ Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli, 8(025)-97/2020 nömrəli qərardadındаn verdiyi şikаyət təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar