Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-85/2020 23.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi və Tələbkar iştirakı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-965/2019 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatının təmin edilməsi barədə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(075)-175/2020 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikаyətə, həmin şikayətin təmin edilməməsi ilə bağlı Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(075)-175/2020 nömrəli qərаrdаdı ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəməyə təqdimat verərək, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-965/2019 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin nümayəndəsi, Borclu və Tələbkar məhkəmə iclasına gəlməmişlər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-965/2019 saylı icra sənədinə əsasən Borclu cəmi 3500 manat pul və 30 manat dövlət rüsumu alınaraq Tələbkar ödənilməlidir. Müvafiq bildiriş göndərilməklə icra sənədinin könüllü şəkildə icra edilməsi üçün tərəflərindən Borclu 10 gün vaxt verilmişdir. Lakin o, icra sənədinin icrasını könüllü müddət ərzində üzrsüz səbəbdən təmin etməmişdir. Bundan sonra tərəflərindən borclunun yaşadığı ünvana rəsmi qaydada xəbərdarlıq və çağırışlar göndərilmiş, Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gəlməsi ondan tələb edilmişdir. Lakin borclu xəbərdarlıq və çağırışlara məhəl qoymamış, heç bir üzürlü səbəb olmadan, qərəzli şəkildə şöbəyə gəlməkdən imtina etmişdir. Bununla yanaşı Borclu icra sənədi üzrə tələbin icrası təmin etməmişdir. Ona görə də icra sənədinin icrası ilə əlaqədar olaraq borclunun məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gətirilməsinə zərurət yaranmışdır. Odur ki, icra sənədinin məcburi icrası ilə əlaqədar olaraq borclunun məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilməsinə zərurət yaranmışdır. Borclu xx xxxxxx 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə ərizə göndərərək keçən müddət ərzində tələbkara 950 manat məbləğində pul ödədiyini, borcunu bir dəfəyə ödəyə bilməməsinin səbəbinin dünyada, eləcə də Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsi ilə əlaqədar işləyə bilməməsi olmuşdur. Lakin buna baxmayaraq o, xx xxxxxx 2020-ci il tarixdə Tələbkar 300 manat pul vəsaiti ödəmişdir. Odur ki, məhkəmədən təqdimatın təmin edilməməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) xx xxxxxx 2020-ci il tarixli, 8(075)- 175/2020 nömrəli qərardadı ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilmiş, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-965/2019 saylı icra sənədinin icrası ilə əlaqədar Şəki rayonu Baş Zəyzid kəndində yaşayan Borclu məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan Borclu şikayət vermiş və şikayəti əsaslandıraraq göstərmişdir ki, həmin pul məbləğləri tələbkara İcra və Probasiya Şöbəsində ödənilir. Yəni, belə olan halda onun Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi barədə təqdimatın verilməsi qanunsuzdur. Tələbkar ödədiyi məbləğləri hər ay götürür və ondan şikayəti yoxdur. Onun maddi vəziyyəti ağırdır. Məlum pandemiya dövrü ərzində dövlət başçısının əhalinin aztəminatlı və işsiz təbəqəsi üçün təyin etdiyi 190 manat birdəfəlik müavinətlə bağlı o, da müraciət etmişdir və həmin müavinət ona da verilmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(075)-175/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş edir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(075)-175/2020 nömrəli qərardadı ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(075)-175/2020 nömrəli qərardadından Borclu verdiyi şikayət işlə birlikdə baxılması üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Tələbkar şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli, 8(075)-175/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Qəbələ rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi və Borclu lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli, 8(075)-175/2020 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan xx xxxx 2019-cu il tarixli bildirişin təsdiq edilmiş surətindən görünür ki, icra məmuru tərəfindən icra sənədinin icra edilməsi üçün Borclu xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-965/2019 saylı icra sənədinə əsasən Borclu cəmi 3500 manat pul və 30 manat dövlət rüsumu alınaraq Tələbkar ödənilməlidir. Müvafiq bildiriş göndərilməklə icra sənədinin könüllü şəkildə icra edilməsi üçün tərəflərindən Borclu 10 gün vaxt verilmişdir. Lakin o, icra sənədinin icrasını könüllü müddət ərzində üzrsüz səbəbdən təmin etməmişdir. Bundan sonra tərəflərindən borclunun yaşadığı ünvana rəsmi qaydada xəbərdarlıq və çağırışlar göndərilmiş, Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gəlməsi ondan tələb edilmişdir. Lakin borclu xəbərdarlıq və çağırışlara məhəl qoymamış, heç bir üzürlü səbəb olmadan, qərəzli şəkildə şöbəyə gəlməkdən imtina etmişdir. Bununla yanaşı Borclu icra sənədi üzrə tələbin icrası təmin etməmişdir. Ona görə də icra sənədinin icrası ilə əlaqədar olaraq borclunun məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gətirilməsinə zərurət yaranmışdır. Belə ki, icra sənədinin icrası ilə əlaqədar olaraq borcluya tələbin könüllü icrası üçün müəyyən müddət verilmiş, lakin borclu bu müddət ərzində borcu ödəməmişdir. İcra şöbəsi tərəfindən borclu rəsmi xəbərdarlıq edilmiş, bu da nəticə verməmişdir. Banklarda borcluya məxsus pul vəsaitinin olmadığı müəyyən edilmişdir. İcra məmuru tərəfindən icra sənədinin icra edilməsi üçün Borclu xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqdimat əsaslı olduğundan Borclu Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilməlidir “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Həmin Qanunun 84.2-ci maddəsinə əsasən məhkəmə icraçısının çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, Borclu şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz və ona görə də şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli, 8(075)-175/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli, 8(075)-175/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Borclu Şəki Rayon Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli, 8(075)-175/2020 nömrəli qərardadındаn verdiyi şikаyət təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-85/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-85/2020
23.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver