Məhkəmə qərarları › İş №8(107)-85/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-85/2021

26.10.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-85/2021 26.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, tələbkar "xxxx" MMC-nin nümayəndəsi X7 və X3 iştirakı ilə Zaqatala Rayon Məhkəməsinin “icra vərəqəsi üzrə icraata xitam verilməsi haqqında icra məmurunun qərarının ləğv edilməsindən imtina edilməsi” barədə 07 sentyabr 2021-ci il tarixli 8(033)-52/2021 nömrəli qərardadından tələbkar "xxxx" MMC-nin nümayəndəsi X7 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X1 rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 Rayon Məhkəməsinin 2(033)-868/2017 nömrəli, 14.07.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə 20.12.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə ərizə verərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 8(033)-52/2021 nömrəli qərardadı ilə tələbkar "xxxx" MMC-nin nümayəndəsinin ərizəsi təmin olunmamışdır. Tələbkar "xxxx" MMC-nin nümayəndəsi qərardadın dəlilləri ilə razılaşmayaraq Zaqatala Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 8(033)-52/2021 nömrəli qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tələbkar Azər Toxum MMC-nin nümayəndəsi X1 rayon İcra və probasiya şöbəsinin icra məmuru X10 Rayon məhkəməsinin 2(033)- 868/2017 nömrəli 14.07.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə 20.12.2019-cu il tarxiıli qərarın ləğv edilməsi barədə məhkəməyə müraciət etmişdir. Lakin Zaqatala rayon məhkəməsinin 07.09.2021-ci il tarixli 8(033)-52/2021 saylı qərardadı ilə iş üzrə Azər Toxum MMC-nin nümayəndəsinin ərizəsi təmin edilməmişdir. Həmçinin tələbkarın nümayəndəsinin iştirakı olmadan məhkəmə işə baxmışdır. Qərardadda göstərilmişdir ki, Azər Toxum MMC-nin nümayəndəsi X7 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Halbuki, iş üzrə məhkəmə iclasları barədə heç bir rəsmi bildiriş, çağırış vərəqəsi və s. bu kimi məhkəmə sənədləri təqdim edilmədiyi kimi məhkəmə tərəfindən elan edilən 07.09.2021-ci tarixli qərardad 21.09.2021-ci il tarixdə Oqtay Kərimov küçəsi 45 ünvanına göndərilmişdir. Qərardaddan həmçinin görünür ki, məhkəmənin sorğusu əsasında Zaqatala Rayon Polis X2 rəisi polis mayoru Mehrab Məmmədov tərəfindən məhkəməyə göndərilmiş 06.09.2021ci il tarixli ********* nömrəli məktubda Zaqatala Rayon Polis X2 icraatında Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin istintaqı aparılması qeyd olunmuşdur. İş üzrə cinayət işinin istintaqı aparılır və Borclu tərəfindən müəssisələrinə ödəniş olunmamışdır. Odur ki, qərardad ləğv edilməlidir. Zaqatala Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 8(033)-52/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkar "xxxx" MMC-nin nümayəndəsi X7 şikayəti müdafiə edərək bildirmişdir ki, MMC tərəfindən İcra və Probasiya şöbəsinə heç bir ərizə ünvanlanmamış, ərizədəki imza və möhür nümunələrinin yoxlanılması məqəsədilə istintaq orqanı tərəfindən ekspertiza keçirilmiş, möhürün MMC-yə məxsus olması müəyyən edilsə də, imzanın direktora aid olmadığı müəyyən edilmişdir. Hazırda bu istiqamətdə istintaq işləri davam etdirilir. Odur ki, şikayətlərinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkarın digər nümayəndəsi X8 şikayəti müdafiə edərək, sonda təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Borclu və Zaqatala rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi şikayət ərizəsini tələbkar tərəfin nümayəndələrinin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli 8(033)- 52/2021 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 30 sentyabr 2021-ci il tarixli qərardadı isə qismən-“şikayətin təmin edilməməsi” hissəsində ləğv edilərək, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Zaqatala Rayon Məhkəməsinin 2(033)-868/2017 nömrəli, 14.07.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh Borclu 44850 kq Elit toxumluq buğda və ya onun dəyəri olan 20182(iyirmi min bir yüz səksən iki) manat və həmin məbləğin 20%-i olan 4036 (dörd min otuz altı) manat, cəmi 24228 (iyirmi dörd min iki yüz iyirmi səkkiz) manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-in xeyrinə ödənilməlidir. Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vüqar Musayevin icra sənədi üzrə icraata xitam verilməsi barədə 20 dekabr 2019-cu il tarixli qərarından görünür ki, tələbkar "xxxx" MMC 29.11.2019-cu il tarixli məktubunda Borclu icra sənədi üzrə borc məbləğinin tam şəkildə ödədiyini bildirmiş, Borclu tərəfindən icra sənədi üzrə 24228 manat pul vəsaiti tələbkar "xxxx" MMC-yə tam ödənildiyinə görə Zaqatala Rayon Məhkəməsinin 2(033)-868/2017 nömrəli, 14.07.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin sorğusu əsasında Zaqatala Rayon Polis X2 rəisi polis mayoru Mehrab Məmmədov tərəfindən məhkəməyə göndərilmiş 06.09.2021-ci il tarixli ********* nömrəli məktubundan görünür ki, Zaqatala Rayon Polis X2 icraatında Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin istintaqı aparılmışdır. Həmin cinayət işinin başlanılmasına səbəb və əsas "xxxx" MMC tərəfindən Zaqatala rayon prokurorluğuna müraciət edilərək naməlum şəxslərin müəssisənin möhürünü və icraçı direktor Məzahir Qasımovun imzasını saxtalaşdıraraq onlara borclu olan Borclu borcunu ödəməsi ilə əlaqədar Zaqatala rayon icra və probasiya şöbəsinə 29.11.2019-cu il tarixli 136 nömrəli saxta məktub göndərildiyini və həmin məktub əsasında icra işinə xitam verilməsi barədə toplanmış ilkin yoxlama materialı olmuşdur. İstintaq zamanı cinayət işi üzrə şahidlərdən xətt nümunələri götürülmüş və məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Lakin cinayəti törətmiş şəxs müəyyən edilmədiyinə görə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CMP-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, tələbkar "xxxx" MMC 29.11.2019-cu il tarixli məktubunda Borclu tərəfindən icra sənədi üzrə borc məbləğinin tələbkar "xxxx" MMC-yə tam ödənildiyini bildirdiyinə görə Zaqatala Rayon Məhkəməsinin 2(033)-868/2017 nömrəli, 14.07.2017-ci il tarixli icra sənədinə Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vüqar Musayevin 20 dekabr 2019-cu il tarixli qərarı ilə xitam verilmişdir, aparılmış istintaqın nəticəsi ilə tələbkar "xxxx" MMC tərəfindən verilmiş 29.11.2019-cu il tarixli məktubun saxta olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, birinci instanisya məhkəməsi öz mövqeyini əsaslandırarkən Zaqatala Rayon Polis X5 tərəfindən məhkəməyə göndərilmiş 06.09.2021-ci il tarixli, ********* nömrəli məktuba istinad etsə də, cinayət işi üzrə icraatın Azərbaycan Respublikası CMP-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmasını heç bir əsas olmadan "xxxx" MMC tərəfindən verilmiş 29.11.2019-cu il tarixli məktubun saxta olmaması nəticə ilə uzlaşdırmışdır. Halbuki, həmin məktubun məzmunu ilə məhkəmənin gəldiyi nəticə tamamilə ziddiyət təşkil edir. Lakin iş materiallarınadan müəyyən edilir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan, müvafiq icra işini tələb edib öyrənmədən, "xxxx" MMC tərəfindən verilmiş 29.11.2019-cu il tarixli məktubun saxtalığı ilə bağlı istintaq araşdırmasının getdiyi və bununla bağlı yekun qərar verilmədiyi, qanuni qüvvədə olan qərarın olmadığı bir halda, həmin ərizənin saxta olmamasına hüquqi qiymət verməklə kobud prosessual pozuntuya yol vermiş və sonda iş üzrə icra işinin materiallarını tələb edib müvafiq araşdırma aparmamış, beləliklə iş üzrə düzgün olmayan nəticəyə gəlməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən buraxılmış səhvin davam etdirilməsi mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipinə ziddir. Azərbaycan Respublikası “İcra haqqında” qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icraata xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-405-ci cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərаrа аldı: Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X7 tərəfindən verilmiş şikаyət qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 8(033)-52/2021 nömrəli qərаrdаdı tam, həmin qərardadla bağlı 30 sentyabr 2021-ci il tarixli qərardadı isə qismən- “şikayətin təmin edilməməsi” hissəsində ləğv edilsin. Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X4 “Zaqatala rayon İcra və Probasiya Şöbəsinin 14.07.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə 20.12.2019-cu il tarixli qərarının ləğv edilməsinə dair” ərizəsi sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Zaqatala Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar