Məhkəmə qərarları › İş №8(107)-87/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-87/2021

05.11.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-87/2021 05.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(107)-772/2021 nömrəli icra sənədinin icrası ilə bağlı Qax rayon İcra və probasiya şöbəsinin icra məmurunun hərəkətindən borclular Borclu1, Borclu2, Borclu3, Borclu4, X4 və X2 şikayəti üzrə Qax Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 8(024)-137/2021 nömrəli qərardadından borclular Borclu1, Borclu2, Borclu3, Borclu4, X4 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(024)-250/2019 nömrəli qətnaməsi üzrə - ilkin iddianın qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh Tələbkar1 JN-0007 KOD 40311018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar Borclu1, Borclu2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı, Borclu5 ümumi birgə mülkiyyətində olan 10665.18 kv.m. torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin boşaldılaraq iddiaçılara təhvil verilməsi; son iki il ərzində qanunsuz istifadə etdiyi torpaq sahəsindən gəlir olaraq əldə etdiyi 20480 manat məbləğin ilkin iddia üzrə cavabdeh Tələbkar1 alınaraq iddiaçılara verilməsi, ilkin iddianın qalan hissəsinin rədd edilməsi, ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər Borclu1, X1, Ramazanova (Hətəmova) Günay Nəriman qızından, Sadıqova (Hətəmova) Məryət Nəriman qızından və Borclu5 Tələbkar1 xeyrinə 180 (bir yüz səksən) ədəd fındıq ağacına görə 18000 (on səkkiz min) və 10 (on) ədəd qoz ağacına görə 1500 (bir min beş yüz) manat olmaqla, cəmi 19500 (on doqquz min beş yüz) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq Tələbkar1 ödənilməsi, qarşılıqlı iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Şəki Apeliyasiya Məhkəməsinin 04 iyun 2020-ci i! tarixli 2(1071)-748/2020 nömrəli qətnaməsi üzrə - iddiaçılar Borclu1, Borclu2 Hümmət qızı, Ramazanova (Hətəmova) Günay Nəriman qızı, Sadıqova (Hətəmova) Məryət Nəriman qızı və Borclu5 tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(024)- 250/2019 saylı qətnaməsi qismən, yəni qətnamənin nəticə hissəsində “qətnamə eyni anda icra edilsin” cümləsinə aid hissədə ləğv edilməsi və “qətnamə eyni anda icra edilsin”cümləsinin qətnamədən xaric edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (qətnamənin bu hissəsindən kassasiya şikayəti verilməmişdir). Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(102)- 102/2021 qərarı ilə cavabdeh Tələbkar1 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-748/2020 nömrəli iş üzrə 04 iyun 2020-ci il tarixli qətnaməsi qismən - ilkin tələbi üzrə 20480 (iyirmi min dörd yüz səksən) manat pulun tutulması hissəsində\ edilməsi və həmin hissədə yenidən baxılması üçün işin Şəki Apellyasiya Məhkəməs göndərilməsi qərara alınmışdır. Qətnamə cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Şəki Apeliyasiya Məhkəməsinin 25 may 2021-ci i! tarixli 2(1071)-748/2020 nömrəli qətnaməsi üzrə -cavabdeh Tələbkar1 tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Qax Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(024)-250/2019 nömrəli qətnaməsinin qismən- “son iki il ərzində qanunsuz istifadə etdiyi torpaq sahəsindən gəlir olaraq əldə etdiyi 20480 manat məbləğin ilkin iddia üzrə cavabdeh Tələbkar1 alınaraq iddiaçılara verilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə, ilk iddia tələbinin bu hissədə təmin edilməməsi qət edilmişdir. Borclular Borclu1, Borclu2, Borclu3, Borclu4, X4 və X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Qax Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun Şəki Apelyasiya Məhkəməsinin 25 may 2021-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılmaması ilə bağlı hərəkətinin qanunsuz hesab edilməsi və həmin icra sənədi üzrə icraatın Bakı şəhəri Nizami Rayon Məhkəməsində “Qax rayonunda yerləşən 10665,18 kv.metr torpaq sahəsindən 2019-cu il, 2020-ci il və 2021-ci il ərzində qanunsuz və iradələri ziddinə istifadə edərək əldə etdiyi gəlirin 34200 manat məbləğdə müəyyən edilərək, həmin məbləğin 19500 manat hissəsinin 10 dekabr 2019-cu il tarixli 2(024)-250/2019 saylı qətnamə ilə cavabdehə olan borcları ilə əvəz edilməsi, qalan 14700 manatının cavabdehdən alınaraq onlara ödənilməsi” barədə tələbə dair iş üzrə yekun qərar qəbul edilənədək dayandırılmasını məhkəmədən xahiş etmişlər. Qax Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 8(024)-137/2021 nömrəli qərardadı ilə Şəki Apelyasiya Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(107)-772/2021 nömrəli icra sənədinin icrası ilə bağlı Qax rayon İcra və Probasiya şöbəsinin icra məmurunun hərəkətindən borclular Borclu1, Borclu2, Borclu3, Borclu4, X4 və X2 şikayətinin təmin edilməməsi qərara alınmışdır. Borclular Borclu1, Borclu2 Hümmət qızı, X5, X3 və Borclu5 həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsi və şikayətlərinin təmin edilməsi, əks təqdirdə şikayəti baxılması üçün Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini xahiş etmişlər. Qax Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 8(024)-137/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Qax Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli 8(024)-137/2021 saylı qərardadı ləğv edilmədən və dəyişdirilmədən saxlanılmış və borclular Borclu1, Borclu2 Hümmət qızı, X5, X3 və Borclu5 Qax Rayon Məhkəməsinin 20.09.2021-ci il tarixli 8(024)-137/2021 saylı qərardadından verdiyi şikayət baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X12 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və Qax Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 8(024)-137/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun17-ci maddəsinə əsasən 17.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: 17.1.1. məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; 17.1.2. borclu fəaliyyət qabiliyyətini itirdikdə; 17.1.3. borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; 17.1.4. icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; 17.1.5. inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; 17.1.6. icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; 17.1.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; 17.1.8. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; 17.1.9. icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; 17.1.10. tələbkarın müvafiq xahişi olduqda. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İşdə olan Qax rayon İcra və Probasiya şöbəsinin 27 avqust 2021-ci il tarixli, 1889/1 nömrəli borclulara ünvanlanmış məktubundan görünür ki, “Sizin Tələbkar1 qarşı torpaq sahəsindən qanunsuz əldə etdiyi 34200 manat pul məbləğinin ödənilməsinə dair Nizami Rayon Məhkəməsinə verdiyiniz iddianın mahiyyəti Şəki Apelyasiya Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(107)-772/2021 nömrəli icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair mübahisəyə aid olmadığı üçün Şəki Apelyasiya Məhkəməsinin 25 may 2021-ci il tarixli 2(107)-772/2021 nömrəli icra sənədi üzrə icraatın «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə əsasən məcburi dayandırılması mümkün deyil. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Qax Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 8(024)-137/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398 və 400cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Borclular Borclu1, Borclu2, Borclu3, Borclu4, X4 tərəfindən verilmiş şikаyət təmin edilməsin. Qax Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 8(024)-137/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar