Məhkəmə qərarları › İş №8(107)-88/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-88/2020

30.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-88/2020 30.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, tələbkar X3 və borclu X6 iştirakları ilə, Tələbkar X3 Yevlax Rayon Məhkəməsinin 2(039)- 388/2015 №-li, xx xxxx 2015-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Yevlax Rayon İcra və Probasiya Şöbəinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 barəsində ciddi tədbirlər görülməsinə dair ərizəsinin təmin edilməməsi barədə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(039)-81/2020 nömrəli qərardadından tələbkar X7 tərəfindən verilmiş şikаyətə, həmin şikayətin təmin edilməməsi ilə bağlı Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(039)-81/2020 nömrəli qərаrdаdı ilə birlikdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tələbkar X1 Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası adından çıxan qətnamənin dərhal və birmənalı icra olunmasının, icra məmurunun vəzifə səlahiyyətlərinin öhdəsindən gələ bilmədiyi üçün haqqında lazımi tədbirlərin görülməsi və 2(039)-388/2015 №-li, xx xxxx 2015-ci il tarixli qətnamə ilə verilməli olan 5355 manat pulun ona ödənilməsinə lazımi köməklik göstərilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-388/2015 №- li, xx xxxx 2015-ci il traixli qətnaməsinə əsasən xx xxxxx 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxx 2015-ci il tarixdən başlayaraq X5 hər ay 85,00 manat sabit pul məbləğində aliment tutulub ona verilməlidir. xx xxxx 2020-ci il tarixə borclu X6 5355 manat aliment borcu yaranmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün icra vərəqəsi Yevlax Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Qeyd etmək istəyir ki, məhkəmə qətnaməsinin icra edilməsi icra şöbəsinin səlahiyyətlərdə olan məsələdir. Lakin Yevlax Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 2(039)-388/2015 №-li, xx xxxx 2015-ci il tarixli qətnamənin icrası ilə bağlı X11 barəsində tədbir görülmür. Bundan başqa aliment məbləği ona normal vəziyyətdə ödənilmir. Azyaşlı övladının məktəb və digər xərclərini ödəmək üçün həmin pula ehtiyacı var. Birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq tələbkar X7 və Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kənan Süleymanov məhkəmə iclasına gəlmədiklərinə görə, məhkəmə şikayət ərizəsinə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Yevlax Rayon Məhkəməsinin (hakim Toğrul Əliyev) xx xxxx 2020-ci il tarixli, 8(039)- 81/2020 nömrəli qərardadı ilə tələbkar X3 Yevlax Rayon Məhkəməsinin 2(039)- 388/2015 №-li, xx xxxx 2015-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Yevlax Rayon İcra və Probasiya Şöbəinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 barəsində ciddi tədbirlər görülməsi barədə şikayət ərizəsi təmin edilməmişdir. Qərardaddan narazı qalan tələbkar X7 şikayət vermiş və şikayəti əsaslandıraraq göstərmişdir ki, həmin qərardad qanunsuz olduğundan ləğv olunmalıdır. Belə ki, hakim öz qərardadında ona 1745 manat aliment borcunun 10 gün müddətdə ödəniləcəyini qeyd edir. Əgər 10 gün müddətində borclunun 1745 manat aliment borcunu ödəməməsi halında onun inzibati məsuliyyətə cəlb olunacağını bildirsə də borclu cəmi 200 manat pul ödəyir. Belə olan halda nəyə görə hakim və icra məmuru borclunun barəsində tədbir görmür. Deməli, Yevlax Rayon Məhkəməsinin hakimi Toğrul Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanını oxumayır, ya da ki, borclunun 1745 manat aliment borcunu ödəməməsi üçün əlindən gələni edir. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(039)-81/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş edir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(039)-81/2020 nömrəli qərardadı ilə, iş üzrə tələbkar X3 Yevlax Rayon Məhkəməsinin 8(039)-81/2020 №-li, xx xxxx 2020-ci il tarixli qərardadından verdiyi şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında tələbkar X7 şikayətin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında borclu X11 şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(039)-81/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Yevlax rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsə də, məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(039)-81/2020 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-388/2015 №-li, xx xxxx 2015-ci il tarixli qətnaməsinə əsasən xx xxxxx 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxx 2015-ci il tarixdən başlayaraq X5 hər ay 85,00 manat sabit pul məbləğində aliment tutulub ona verilməlidir. Yevlax Rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2020-ci il tarixli, 1451/4 №-li məktubundan görünür ki, borclu X8 xx xxxx 2020-ci il tarixdə 2020-ci ilin iyun ayına olan 1745 manat aliment borcunu 10 gün müddətində ödəməsi, ödəməyəcəyi halda inzibati məsuliyyətə cəlb ediləcəyi barədə rəsmi xəbərdarlıq edilmişdir. Borclu X11 tərəfindən tələbkar X3 xeyrinə xx xxxx 2020-ci il tarixdə 100 manat və xx xxxx 2020-ci il traixdə 100 manat ödəniş edilmiş və hazırda olan aliment borcu 1630 manat təşkil edir. Borcun ödənilməsi istiqamətində icra tədbirləri davam etdirilir. Yevlax Rayon Məhkəməsinin 2(039)-388/2015 №-li, xx xxxx 2015-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün xx xxxx 2015-ci il tarixdə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Kənan Süleymanov tərəfindən aparılmış icra tədbirləri nəticəsində 2020-ci ilin iyul ayında borclu Rahin Cəfərov tərəfindən tələbkar Vüsalə Cəfərovanın xeyrinə 200 manat ödəniş edilmiş, qalan aliment borcu 1630 manat təşkil edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tələbkar X3 Yevlax Rayon Məhkəməsinin 2(039)-388/2015 №-li, xx xxxx 2015-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 barəsində ciddi tədbirlər görülməsi barədə şikayət ərizəsi əsassız olduğundan təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, tələbkar X3 şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz və ona görə də şikayət təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(039)-81/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(039)-81/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Tələbkar X3 Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 8(039)-81/2020 nömrəli qərardadındаn verdiyi şikаyət təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar