Məhkəmə qərarları › İş №8(107)-88/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-88/2021

15.11.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-88/2021 15.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, X6 iştirakı ilə Göyçay Rayon Məhkəməsinin “borcun ödənilməsinə möhlət verilməsi” barədə ərizənin rədd edilməsi haqqında 05 avqust 2021-ci il tarixli, 8(046)-34/2021 saylı qərardadından borclu X5 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: X1 nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə müraciət edərək Göyçay Rayon Məhkəməsinin 2(046)-1714/2019 saylı 25.12.2019-cu il tarixli qətnaməsinin icrasına 6 ay möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X1 nümayəndəsi (vəkili) Nümayəndə tələbini onunla əsaslandırmışdır ki, Göyçay Rayon Məhkəməsinin 2(046)- 1714/2019 saylı, 25.12.2019-cu il tarixli qətnaməsi iddia qismən təmin edilmiş, cavabdeh X3 29000 AZN pulun alınaraq iddiaçı X7 verilməsinə qət edilmişdir. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, lakin apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh 22 iyun 2021-ci il tarixdə iddiaçıya poçt vasitəsi ilə 2800 AZN pul ödəmişdir. Maddi vəziyyəti yaxşı olmadığı üçün hal-hazırda qalıq məbləği ödəməkdə çətinlik çəkir. Borclu borcunu ödəməkdən yanınmır, sadəcə maddi vəziyyətinə görə borcunu tam şəkildə ödəmək iqtidarında deyil. Borcunu tam ödəyəbilməsi üçün mülkiyyətində olan əmlaka 15 iyul 2021-ci il tarixdə çıxarış alaraq dərhal satışa çıxartmışdır. Məlumdur ki, daşınmaz əmlakın satılması üçün cavabdehə möhlət verilməsinə ehtiyac vardır pulun hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir Göyçay Rayon Məhkəməsinin (hakim C.Sultanov) 05 avqust 2021-ci il tarixli, 8(046)-34/2021 saylı qərardadı ilə X2 borcun ödənilməsinə 6 ay müddətinə möhlət verilməsi barədə ərizəsi təmin edilməmişdir. X2 nümayəndəsi (vəkili) Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay Rayon Məhkəməsinin 8(046)-34/2021 saylı 05 avqust 2021-ci il tarixli qərardadının ləğv edilərək, Göyçay Rayon Məhkəməsinin 2(046)-1714/2019 saylı 25.12.2019-cu il tarixli qətnaməsinin icrasına 6 ay möhlət verilməsi dair ərizənin təmin edilməsini xahiş etmişdir. X2 nümayəndəsi (vəkili) Nümayəndə şikayətində tələbini belə əsaslandırmışdır ki, borclu mülkiyyətində olan fərdi yaşayış evi üçün çıxarış almış, həmin fərdi yaşayış evini sataraq tələbkara olan borcunu ödəmək istəyir. Borclu daha sonraki tarixdə də 1000 manatlıq ödəniş etmişdir. Borclu borcunu ödəməkdən yayınmır, sadəcə maddi vəziyyətinə görə borcunu tam şəkildə ödəmək iqtidarında deyil. Borcunu tam ödəyə bilməsi üçün mülkiyyətində olan əmlaka 15 iyul 2021-ci il tarixdə çıxarış alaraq dərhal satışa çıxartmışdır. Məlumdur ki, daşınmaz əmlakın satılması üçün cavabdehə möhlət verilməsinə ehtiyac vardır. Buna görə də Göyçay Rayon Məhkəməsinin 8(046)-34/2021 saylı 05 avqust 2021-ci il tarixli qərardadını ləğv edilərək ərizənin təmin edilməsinə dair qərardad qəbul edilməlidir. Göyçay Rayon Məhkəməsinin (hakim İ.Fəttahov) 29 sentyabr 2021-ci il tarixli, 8(046)- 34/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəlir ki, birinci instаnsiyа məhkəməsi ərizəni təmin etməməkdə hаqlı оlmuşdur. Belə ki, X1 26.200 manat borcun tələbkar X7 ödənilməsinə 6 ay möhlət verilməsini tələb etməsi, onun qeyd edilən müddət ərzində borcunun tam ödəməsinin qarantı kimi çıxış edə bilməz. Ona görə ki, X5 25.12.2019-cu il tarixdən bu günədək 2 ilə yaxın müddət keçməsinə baxmayaraq tələbkarın xeyrinə 2800 manat pul ödəmişdir ki, bu da ümumi məbləğin 1/10-dən bir qədər artıqdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, həmin xüsusatlar qətnamənin icrasının qeyri-müəyyən müddətə icra ediləcəyi ilə nəticələnə bilər ki, bu hal tələbkarın qanunla qorunan mənafelərinə müvafiq hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına hazırki vəziyyətdə möhlətin verilməsi yolverilməzdir. Eyni zamanda X2 tələbkar X7 olan borcunun ödənilməsi ilə bağlı möhlətin verilməsi barədə tələbi isə heç bir konkretliyi əks etdirmir. Yəni borclunun tələbkar X7 olan borcunu nə vaxt ödəyib tamamlayacağı bəlli deyildir Kоllegiyа hesаb edir ki, Göyçay Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 8(046)-34/2021 saylı qərаrdаdının ləğv edilməsi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kоllegiyаsı qərаrdаddаn verilmiş şikаyətin təmin edilməsi üçün əsаs müəyyən etmədi və bu qərаrа gəldi ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə uyğun оlаrаq, birinci instаnsiyа məhkəməsinin qərаrdаdı dəyişdirilmədən sаxlаnmаlı, şikаyət isə təmin edilməməlidir. Yuxаrıdа qeyd оlunаnlаrа əsаsən, məhkəmə kоllegiyаsı qərаrа аldı: X2 şikаyəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 8(046)-34/2021 saylı qərаrdаdı dəyişdirilmədən sаxlаnsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar