Məhkəmə qərarları › İş №8(107)-9/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-9/2023

10.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-9/2023 10.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 8(075)-243/2022 nömrəli qərardadından X2 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 2(075)- 419/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli icra sənədinin icra olunması üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilməsi barədə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Kəmalə Vəliyevanın 24 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə məcburi icra hərəkətlərinin davam etdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 16 dekabr 2022-ci il tarixli, 8(075)-243/2022 saylı qərardadı ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X13 Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(075)-419/2022 saylı icra sənədi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında qərarından borclu X4 şikayət ərizəsi geri qaytarılmışdır. Həmin qərardaddan X2 şikayət verərək, məhkəmədən Şəki Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 8(075)-243/2022 saylı qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə nikahlarını 27 sentyabr 2016-cı il tarixdə Şəki şəhər İHB-nin Şorsu kənd İƏD üzrə nümayəndəliyində rəsmiləşdirməklə ailə qurmuşdur. Onların birgə nikahlarından 08 sentyabr 2017-ci il təvəllüdlü X10 adlı uşaqları olmuşdur. Onlar nikaha daxil olduqdan sonra bir müddət səmimi ailə münasibətlərində yaşasalar da sonradan aralarında olan münasibətlər pozulmuşdur. Daha sonra Cavabdeh nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(075)-875/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, onunla Cavabdeh arasında 27 sentyabr 2016-cı il tarixdə Şəki şəhər İHB-nin Şorsu kənd İƏD üzrə nümayəndəliyində bağlanmış 10 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahdan olan uşaqları - 08 sentyabr 2017-ci il təvəllüdlü X7 anası Cavabdeh yanında qalması, alimentin müəyyən olunmasının nəzərə alınması, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Daha sonra o, Cavabdeh qarşı uşaqla ünsiyyətdə olma tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək 8 sentyabr 2017-ci il tarixdə anadan olmuş oğlu X7 onunla ünsiyyətdə olmaq üçün hər ayın, hər həftəsinin bazar ertəsi, cümə və şənbə günləri saat 11:00-dan 17:00-dək, oğlunun doğum günləri saat 11:00-dan 15:00-dək, Yeni il bayramında 1 (bir) gün saat 11:00-dan 15:00-dək, Novruz bayramında 1 (bir) gün saat 11:00-dan 15:00- dək görüş vaxtının müəyyən olunması, görüş yerinin Şəki rayonu, Şorsu kəndində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(075)-419/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, onun Cavabdeh himayəsində olan 8 sentyabr 2017-ci il təvəllüdlü X10 ilə hər həftənin şənbə günləri saat 12:00-dan saat 16:00-dək görüşərək ünsiyyətdə olmasının təmin edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra edilməsi üçün Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə göndərilmişdir. Daha sonra 24 noyabr 2022-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Kəmalə Vəliyeva icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul etmiş, həmin qərarında göstərmişdir ki, borclu Cavabdeh Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək hazırda qeydiyyatda olduğu Şəki rayonu, Şorsu kəndində yaşamadığını, oğlu Renat Hüseynli ilə Bakı şəhəri Yasamal rayonu, D.Bünyadzadə küçəsində yerləşən yüksək mərtəbəli yaşayış binasında yaşadığını bildirmiş və borclu olduğu Şəki Rayon Məhkəməsinin 2(075)-419/2022- 007 nömrəli 13 aprel 2022-ci il tarixli icra sənədinin aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilməsini xahiş etmişdir. Onun ərizəsi əsasında da icra sənədi icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. O, icra məmurunun göstərilən qərarı ilə qətiyyən razılaşmır. Belə ki, borclu Cavabdeh hazırki ərizə ilə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə müraciət etməsinə səbəb sadəcə olaraq icra sənədinin icrasına mane olmaq və onun azyaşlı övladı 8 sentyabr 2017-ci il təvəllüdlü X10 ilə ünsiyyətdə olmasına imkan verməməkdir. Şəki Rayon Məhkəməsinin 2(075)-419/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli icra sənədinin icra olunması üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilməsi barədə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinin icra məmuru Kəmalə Vəliyevanın 24 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə məcburi icra hərəkətlərinin davam etdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 8(075)-243/2022 nömrəli qərardadı ilə Şəki Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(075)-419/2022 saylı icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından borclu X4 şikayət ərizəsi geri qaytarılmışdır. Həmin qərardadın surətini 29 dekabr 2022-i il tarixdə poçt vasitəsi ilə almışdır. Hesab edir ki, Şəki Rayon Məhkəməsinin qərardadı əsassız olduğundan ləğv edilməlidir. Qeyd etmişdir ki, borclu Cavabdeh hazırki ərizə ilə Şəki raonu üzrə İcra və Probasiya şöbəsinə müraciət etməsinə səbəb sadəcə olaraq icra sənədinin icrasına mane olmaq və hər vəchlə onun azyaşlı övladı 8 sentyabr 2017-ci il təvəllüdlü X10 ilə ünsiyyətdə olmasına imkan verməməkdir. Şəki Rayon Məhkəməsinin 2(075)-419/2022-007 nömrəli, 13 aprel 2022-ci il tarixli icra sənədinin icra olunması üçün Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilməsi barədə Şəki rayon İcra və Probasiya şöbəsinini icra məmuru Kəmalə Vəliyevanın 24 noyabr 2022-ci il tarixli qərarından da göründüyü kimi həmin qərardan məhkəməyə şikayət vermək hüququ ona icra məmurunun özü tərəfindən izah edimişdir. O da, həmin hüququndan istifadə etmişdir. O şikayətində icra məmurunun hərhansısa bir hərəkət və ya hərəkətsizliyindən deyil, onun qəbul etdiyi qərardan şikayət vermişdir ki, bu da bir başa qanunda təsbit edilmiş normadır. Şəki Rayon Məhkəməsi qeyd edilənləri nəzərə almamış, hazırki qərardadı qəbul etmişdir. Şəki Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 8(075)-243/2022 nömrəli qərardadının ləğv edilməsini, Şəki Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(075)-419/2022 saylı icra sənədinin icra olunması üçün Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilməsi barədə Şəki rayon İcra və Probasiya şöbəsinini icra məmuru Kəmalə Vəliyevanın 24 noyabr 2022-ci il tarixli qərarından verdiyi şikayətin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 8(075)-243/2022 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Birinci instansiya Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X2 Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X13 Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(075)-419/2022 saylı icra sənədi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında qərarının ləğv edilməsini xahiş etsə də, iş materialına Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Kəmalə Vəliyevanın hər hansı hərəkət və ya hərəkətsizliyini əks etdirən qərarı əlavə edilməmişdir. Belə ki, ərizəçi əvvəlcə icra məmuruna qeyd edilən icra sənədinin ləğv edilməsi ərizəsi ilə müraciət etməli, bundan sonra həmin müraciətin nəticəsi onu qane etmədiyi təqdirdə məhkəməyə müraciət etməlidir. Buna görə də məhkəmə ərizəçi X5 əvvəlcə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə müraciət etməsi bundan sonra icra məmurunun hərəkət və ya hərəkətsizliyi ilə əlaqədar qərarını əldə etdikdən sonra məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X13 Rayon Məhkəməsinin 13 aprel 2022-ci il tarixli, 2(075)-419/2022 saylı icra sənədi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında qərarından X2nun şikayət ərizəsinin geri qaytarılması barədə Şəki Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 8(075)-243/2022 nömrəli qərardadı ləğv edilməli və şikayətdən irəli gələn prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Şəki Rayon Məhkəməsi tərəfindən X2nun şikayətinin geri qaytarılmasına dair 16 dekabr 2022-ci il tarixli, 8(075)-243/2022 saylı qərardadı qəbul edilərkən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Kəmalə Vəliyevanın hər hansı hərəkət və ya hərəkətsizliyini əks etdirən qərarının şikayətə əlavə edilməməsinə istinad edilsə də, sonradan X2 Şəki Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 8(075)-243/2022 saylı qərardadından şikayət verməklə yanaşı şikayətinin geri qaytarılması üçün əsas kimi qeyd edilmiş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Kəmalə Vəliyeva tərəfindən qəbul edilmiş icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında 24 noyabr 2022-ci il tarixli qərarını da şikayətinə əlavə etmişdir. Beləliklə kollegiya hesab edir ki, Şəki Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 8(075)-243/2022 nömrəli qərardadının qəbul edilməsi üçün əsas olmuş nöqsan şikayətçi (tələbkar) X8 tərəfindən aradan qaldırılmışdır. Ancaq birinci instansiya Məhkəməsi şikayətə əlavə edilmiş sənədə münasibət bildirmədən işi baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Şəki Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 8(075)-243/2022 nömrəli qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də şikayət təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 8(075)-243/2022 saylı qərardadı ləğv edilməli və ona əlavə olunmuş sənədlər prosessual qanunvericiliyin tələbləri baxımından yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: X2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 8(075)-243/2022 saylı qərardadı ləğv edilsin, şikayət prosessual qanunvericiliyin tələbləri baxımından yenidən baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar