Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-91/2020 06.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, X7 iclas katibliy, X3 və X1 iştirakı ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(075)-202/2020 nömrəli qərardadından iş üzrə X2 tərəfindən verilmiş şikayətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-1017/2019 saylı qətnaməsi ilə qət edilmiş əmlakın dəyəri olan 1250 manat borc məbləğinin ayda 50 manat olmaqla, hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)- 4017/2019 saylı qətnaməsi ilə iddiaçı X3 əmlak tələbinə dair iddiası qismən təmin edilmiş, qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Həmin qətnamə ilə qaytarılması qət edilmiş əmlakların çox hissəsini qaytarmış, yalnız 1250 manat dəyərinə qızıl-zinət əşyaları olmadığı üçün qaytara bilməmişdir. Bu səbəbdən də həmin qızıl-zinət əşyalarının dəyəri olan 1250 manatı ödəməlidir. Lakin həmin borc məbləğini birdəfəyə ödəyə bilmir. Çünki heç bir yerdə işləmir, heç bir yerdən qazancı yoxdur, iş olanda fəhləlik edir. Bu hal icra məmuru tərəfindən də müəyyən edilmişdir. Həmçinin qeyd etdi ki, hər ay 120 manat aliment də ödəyir. Lakin borc məbləğini ödəməkdən yayınmır və ödəmək istəyir. Ayda 50 manat ödəniş etməyə gücü çatır. Göstərilənləri nəzərə alaraq, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(075)-202/2020 nömrəli (hakim C.İmanov) qərardadı ilə X4 Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-1017/2019 saylı qətnaməsi ilə qət edilmiş 583 əyarlı 20 qr çəkidə 1250 dəyərində tros boyunbağının dəyəri olan 1250 manat borc məbləğinin ayda 50 manat olmaqla, hissə-hissə ödənilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan X2 şikayət verərək Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(075)-202/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, həmin borc məbləğini birdəfəyə ödəyə bilmir. Çünki heç bir yerdə işləmir, heç bir yerdən qazancı yoxdur, iş olanda fəhləlik edir. Bu hal icra məmuru tərəfindən də müəyyən edilmişdir. Həmçinin hər ay 120 manat aliment də ödəyir. Qeyd olunanlara əsasən Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(075)-202/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(075)-202/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X2 şikayəti müdafiə edərək, sonda şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkar X5 borclu tərəfindən verilmiş şikayətə etiraz edərək, sonda şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.5-ci maddəsinə görə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qətnaməsinin hissəhissə icra edilməsinə yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Apelyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, tələbkarın da mənafeyinin müdafiəsi baxımından şikayət təmin edilə bilməz. Çünki, borclunun şikayətində göstərdiyi dəlillər icra sənədinin hissə-hissə icra edilməsi üçün əsas olan hallara aid deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəni təmin təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən, şikayət təmin edilmədən, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(075)-202/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi Q ə r a r a a l d ı: X1 şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(075)-202/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-91/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-91/2020
06.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver