Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-92/2021 01.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, Balakən Rayon Məhkəməsinin 07 may 2020-ci il tarixli 2(019)-220/2020 nömrəli və 24 avqust 2020-ci il tarixli 2(019)-544/2020 nömrəli icra sənədləri üzrə Borclu əmlakı üzərinə həbs qoyulması barədə Balakən rayon İcra və Probasiya Şöbəsinin 13 oktyabr 2021-ci il tarixli təqdimatının təmin edilməməsinə dair Balakən Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 8(019)-74/2021 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Balakən rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X4 təqdimatla Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 2(019)-544/2020 nömrəli icra sənədi üzrə Borclu ümumi birgə mülkiyyətində olan 1.85 ha kənd təsərrüfatlı torpaq sahəsi üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 8(019)-74/2021 nömrəli qərardadı ilə Balakən rayon İcra və Probasiya Şöbəsinin Borclu məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulması barədə təqdimatının təmin edilməməsi qərara alınmışdır. Tələbkar həmin qərardaddan şikayət vermiş, qərardadın ləğv edilməsi və borclu və onun ailə üzvlərinə məxsus 1,85 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,85 hektarının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 8(019)-74/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 8(019)-74/2021 nömrəli, 22 oktyabr 2021-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanması, Tələbkar tərəfindən verilmiş şikayətin baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.. X8 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və Balakən Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 8(019)-74/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 07 may 2020-ci il tarixli, 2(019)-220/2020 nömrəli İcra sənədindən görünür ki, Borclu 3000 (üç min) manat pul və 1200 (bir min iki yüz) manat dəyərində bir baş 4(dörd) illik inək və 15,11 (on beş manat 11 qəpik) dövlət rüsumu alınaraq Tələbkar verilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 2(019)- 544/2020 nömrəli, 24 avqust 2020-ci il tarixli icra sənədindən görünür ki, borclu, Borclu 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti və 8.40 (səkkiz manat 40 qəpik) manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-1409, KOD 40105018 Torpağa Mülkiyyət Hüququna X9 surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 saylı, qərarı ilə Borclu, atası - X1, anası- X3,bacısı Hüşənova Münəvvərin və bacısı X2 ümumi birgə mülkiyyətinə Balakən rayonu Katex kəndi ərazisindən 1. 8 5 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Balakən Rayon Məhkəməsinin 07 may 2020-ci il tarixli, 2(019)- 220/2020 nömrəli İcra sənədinə əsasən Borclu 3000 (üç min) manat pul və 1200 (bir min iki yüz) manat dəyərində bir baş 4(dörd) illik inək və 15,11 (on beş manat 11 qəpik) dövlət rüsumu, Balakən Rayon Məhkəməsinin 2(019)-544/2020 nömrəli, 24 avqust 2020-ci il tarixli icra sənədinə əsasən Borclu 700 (yeddi yüz) manat məbləğində pul vəsaiti və 8.40 (səkkiz manat 40 qəpik) manat dövlət rüsumu, ümumilikdə 4925 (dörd min doqquz yüz iyirmi beş) manat tutularaq Tələbkar xeyrinə ödənilməlidir. 07 may 2020-ci il tarixli 2(019)- 220/2020 nömrəli icra sənədi 16.06.2020-ci il tarixdə, 24 avqust 2020-ci il tarixli 2(019)- 544/2020 nömrəli icra sənədi isə 01.10.2020-ci il tarixdə Balakən rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə müvafiq təşkilatlara sorğular göndərilmişdir. Müəyyən edilmişdir ki, Borclu, atası - X1, anası-X3,bacısı Hüşənova Münəvvərin və bacısı X2 ümumi birgə mülkiyyətində Balakən rayonu Katex kəndi ərazisində 1. 8 5 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır.Ona görə də Balakən rayon İcra və Probasiya Şöbəsi hazırkı təqdimatla məhkəməyə müraciət etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə görə məcburi icra tədbirləri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlərdir. Həmin Qanunun 44.1-ci maddəsinə görə məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 49.1-49.2-ci maddələrinə əsasən fiziki şəxslər barəsində icra sənədi icra olunarkən, borclu və onun ailə üzvləri üçün zəruri olan ərzaq məhsullarına, daimi istifadə edilən qab-qacağa və mətbəx ləvazimatına, digər ilk zərurət əşyalarına, habelə ixtisas üzrə kitablara və peşə fəaliyyəti ilə məşğul olmaq üçün avadanlığa tələb yönəldilə bilməz. Fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Həmin Qanunun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Göründüyü kimi qanunvericiliyin tələbinə görə borclunun ümumi mülkiyyətdə payı olduqda tələb ümumi mülkiyyətdə olan bütün əmlaka deyil, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq borclunun ümumi mülkiyyətdə olan payına yönəldilə bilər. İş materiallarından göründüyü kimi, üzərinə həbs qoyulması barədə təqdimatın verildiyi 1,85 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Borclu, atası - X1, anası- X3,bacısı Hüşənova Münəvvərin və bacısı X2 ümumi birgə mülkiyyətindədir. Mülki Məcəllənin 214.1-ci maddəsinin tələbinə görə həmin torpaq sahəsinin 1/5 hissəsi, yəni 0,37 hektarı Borclu mülkiyyəti hesab olunur. Belə olan halda tələb yalnız Borclu mülkiyyətində olan 0,37 hektar torpaq sahəsinə yönəldilə bilər. Digər şəxslərə aid torpaq sahəsinə tələbin yönəldilməsi həmin şəxslərin mülkiyyət hüquqlarının pozulmasına səbəb olar. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə görə isə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısında fiziki şəxsə məxsus hansı əmlaklara tələbin yönəldilməsinə yol verilməməsi dəqiq müəyyən edilmişdir. Həmin Siyahıya əsasən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Borclu mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bir hektardan az olduğundan həmin torpaq sahəsinə tələb yönəldilə bilməz. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Balakən Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 8(019)-74/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398 və 400cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Tələbkar tərəfindən verilmiş şikаyət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 8(019)-74/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-92/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-92/2021
01.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver