Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-93/2021 29.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla ibarət tərkibdə, məhkəmə iclas katibi X6 iştirakı ilə Mingəçevir Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 8(051)-136/2021 saylı qərardadından X2nun verdiyi şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Tələbkar ASC-nin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, X3 68833.54 manat məbləğdə əsas borc. 10439,76 manat məbləğdə faiz borcu və 3957.93 manat məbləğdə cərimə borcu olmaqla, cəmi 83231.23 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub Tələbkar ASC-yə öənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir Mingəçevir Şəhər Məhkəməsinin 27 mart 2019-cı il tarixli, 2(051 )-95/2019 saylı qətnaməsi ilə iddiaçı Tələbkar ASC-nin iddia tələbi qismən təmin edilmiş, X3 68833.54 manat məbləğdə əsas borc, 10439.76 manat məbləğdə faiz və 100 manat məbləğdə cərimə pulu olmaqla, cəmi 79373.30 manat məbləğdə pul alınaraq Tələbkar ASC-nə qət edilmişdir. Qeyd edilən qətnamə icra olunması üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Borclu X1 Şəhər Məhkəməsinin 27 mart 2019-cu il tarixli, 2(051) 95/2019 saylı icra sənədinin hissə-hissə icra edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) 03 avqust 2021-ci il tarixli 8(051)-136/2021 saylı qərardadı ilə X2nun ərizəsi təmin edilməmişdir. X2 qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, hazırda onun iş yeri vardır. Aylıq əmək haqqı 250 manat təşkil edir. Həyat yoldaşı işləmir. Himayəsində bir azyaşlı övladı vardır. Yevlax rayonunun Havarlı kəndində 0,10 ha özəl torpaq sahəsi vardır. Mülkiyyətində başqa heç bir daşınmaz və daşınar əmlak yoxdur. Bu torpaq sahəsi satılacağı təqdirdə həmin pulu borcun ödənilməsinə sərf edəcəkdir. Hazırda isə yaranmış borc üzrə ayda 200 manat pul ödəyə bilər. Hazırda işlədiyi iş start-up layihəsidir. Yaxın müddətdə aylıq əmək haqqısı minimum 500 manat müəyyən ediləcəyi gözlənilir. Hamin əmək haqqı müəyyən edilən kimi aylıq ödəniş 400 manata çatacaqdır. lakin iddiaçı onun bu təklifinə etiraz etmişdir. Lakin iddiaçı onun bu təklifinə etiraz etmişdir. Buna gör də Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-136/2021 saylı, 03.08.2021-ci il tarixli qərardadının ləğv edilməsini və qətnamənin hissə-hissə icra edilməsi üçün tələbin təmin edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 27 oktyabr avqust 2021-ci il tarixli 8(051)-136/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, borclu tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin; 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" 04.07.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, tələbkarın da mənafeyinin müdafiəsi baxımından şikayət təmin edilə bilməz. Çünki, borclunun şikayətində göstərdiyi dəlillər icra sənədinin hissə-hissə icra edilməsi üçün əsas olan hallara aid deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ərizəni təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bundan başqa kollegiya qeyd edir ki, qətnamənin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q ə r a r a a l d ı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 8(051)-136/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №8(107)-93/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-93/2021
29.11.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver