Məhkəmə qərarları › İş №8(107)-94/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-94/2021

08.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-94/2021 08.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin “Əmlak üzərindən həbsin götürülməsi barədə” təqdimatının təmin edilməsi ilə bağlı Mingəçevir Şəhər Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli 8(051)-176/2021 nömrəli qərardadından "xxxx" ASC-nin X1 Fondu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Mingəçevir şəhəri Məhkəməsinin 2(051)-5168/2016 saylı 13.10.016-cı il tarixli icra sənədinə əsasən Borclu və X2 müştərək qaydada 7142 manat pulun tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi Borclu icra sənədini könüllü olaraq icra etməməsini əsas tutaraq, onun adına qeydiyyata alınmış «Mercedes Benz E220» markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə məhkəməyə təqdimat vermiş və Mingəçevir Şəhər Məhkəməsinin 07.07.2021-ci il tarixli 8(051)- 129/2021 saylı qərardadı ilə həmin təqdimat təmin edilərək Borclu məxsus «Mercedes Benz E220» markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Babayev təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-129/2021 saylı, 07.07.2021-ci il tarixli qərardadı ilə iş üzrə Borclu adına olan «Mercedes Benz E220» markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli 8(051)-176/2021 nömrəli qərardadı ilə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin təqdimatının təmin edilməsi, Borclu mülkiyyətində olan «Mercedes Benz E220» markalı **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin həbsdən azad edilməsi, qərardadın icrasının Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qəbul edilmiş qərardaddan Tələbkar ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu şikayət verərək, Mingəçevir şəhər Məhkəməsinin 06 oktyabr 2021ci il tarixli, 8(051)-176/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli 8(051)-176/2021 nömrəli qərardadı ilə Tələbkar ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Mingəçevir şəhər Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli, 8(051)-176/2021 saylı qərardadının ləğv edilməsinə dair şikayəti təmin edilməmiş, qərardaddan verilmiş şikayətin baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.. X4 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli 8(051)-176/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-5168/2016 saylı, 23.12.2016-cı il tarixli qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-5168/2016 saylı, 13.10.2016-cı il tarixli əmri ləğv edilmişdir. İşdə olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Babayev tərəfindən 20.09.2021-ci il tarixdə verilmiş icraata xitam verilməsi haqqında qərardan görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-5168/2016 saylı 13.10.016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 20.1.4-cü maddəsinə əsasən icra sənədi üzrə icraata icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə xitam verilir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli 8(051)-176/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398 və 400cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: "xxxx" ASC-nin X1 Fondu tərəfindən verilmiş şikаyət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 6 oktyabr 2021-ci il tarixli 8(051)-176/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Məlikov Vəzirxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar