Məhkəmə qərarları › İş №8(107)-95/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-95/2020

26.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-95/2020 26.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə və X8, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X9 iclas katibliyi ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(075)-237/2020 nömrəli qərardadından Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X9 tərəfindən verilmiş şikayətə, Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Tələbkar «xxxxxxx» KB ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə qaytarılması haqqında xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini, icra vərəqəsini tam icrası üçün Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(075)-237/2020 nömrəli (hakim P.Hacıyev) qərardadı ilə ərizənin təmin edilməsi, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(107)-380/2016 saylı icra sənədi üzrə icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə qaytarılması haqqında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(107)-380/2016 saylı icra sənədi üzrə icraatın davam etdirilməsi qərara alınmışdır. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(075)-237/2020 nömrəli qərardadından şikayət verərək qərardadının ləğv edilməsini, ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra sənədinə əsasən Borclu “xxxxxxx” KB ASC-nin xeyrinə tutulmalı olan 60379 manat borc və qətnamənin icra olunduğu günə Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla 347460 ABŞ dolları məbləğində borc “Şəki” şirkətinə məxsus olan Şəki şəhəri, F.Abdurahmanov küçəsi ev 19-da yerləşən əmlak kompleksi və X2 məxsus olan, Şəki şəhəri, Aydın Məmmədov küçəsində yerləşən 0,0452 ha torpaq sahəsinin və həmin sahədə yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının satılması hesabına ödənilməlidir. “Şəki” şirkətinə məxsus olan Şəki şəhəri, F.Abdurahmanov küçəsi ev 19-da yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 325000 manat, X6ma məxsus olan, Şəki şəhəri, Aydın Məmmədov küçəsində yerləşən 0,0452 ha torpaq sahəsinin və həmin sahədə yerləşən 1 mərtəbəli qeyri- yaşayış binasının 190000 manat müəyyən edilmişdir. İpoteka predmeti olan əmlakların satılması nəticəsində borcun bir qismi ödənilsə də, 189851.76 ABŞ dolları borc ödənilməmişdir. Qalan borc məbləğinin ödənilməsi məqsədi ilə banklarda borcluya məxsus pul vəsaitlərinin olub-olmaması barədə bank və kredit təşkilatlarına sorğu ilə müraciət edilmiş, lakin ona məxsus hər hansı pul vəsaitləri aşkar edilməmişdir. Ədliyyə Nazirliyi “Elektron İcra” informasiya sistemindən çıxarış əsasında əldə edilmiş məlumatlarda borcluya məxsus hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. N.Nəsibovun pensiya aldığı aşkar edilsə də, Şəki Rayon Məhkəməsinin 2(075)-31860 nömrəli, xx.xx.2018-ci il tarixlix icra sənədi üzrə aliment tələbinin onun pensiyasının 70 faizinə yönəldildiyi müəyyən edilmişdir. Yaşadığı mənzildə baxış keçirilmiş, nəticədə ona məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Borclu xx xxx 2020-ci il tarixində verdiyi izahatında da heç bir yerdə işləmədiyini, ona məxsus hər hansı daşınar və ya daşınmaz əmlakın olmadığını bildirmiş, heç bir faktiki gəlirinin olmadığını və pensiyasının qalan hissəsi ilə maddi tələbatlarını ödədiyini əsas gətirərərək icra sənədi üzrə borc məbləğini ödəmək imkanında olmadığını qeyd etmişdir. Eyni zamanda qərarın icrasından boyun qaçırmadığını, lakin borcu ödəmək imkanında olmadığı üçün qərarı icra edə bilmədiyini göstərmişdir. Göründüyü kimi borclunun əmlakının və gəlirlərinin müəyyən edilməsi üçün zəruri icra tədbirləri həyata keçirilmiş, lakin tələbin yönəldilə biləcəyi kifayət qədər əmlak və gəlirləri olmadığından icra sənədi üzrə tələbi tam təmin etmək mümkün olmamışdır. Odur ki, icra sənədinin məhkəməyə qaytarılması qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(075)-237/2020 nömrəli qərardadı ilə Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(075)-237/2020 nömrəli qərardadından Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X9 tərəfindən verilmiş şikayət təmin edilməmiş, mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X9 şikayəti müdafiə edərək bildirmişdir ki, hazırki icra işi ilə bağlı ipoteka predmeti olan əmlak satıldıqdan sonra, qalan məbləğin icrası ilə əlaqədar müvafiq icra tədbirləri həyata keçirilmiş, lakin sonda Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2016cı il tarixli, 2(107)-380/2016 saylı icra sənədi üzrə icra edilməyən sənəd kimi geri qaytarılmışdır. Hazırki vəziyyətdə qətnamənin icrası tam mümkünsüzdür. Odur ki, şikayətin təmin olunaraq, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tələbkar «xxxxxxx» KB ASC-nin nümayəndəsi və Borclu məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini icra məmurunun izahatı və iş materialları və 72xx/xx-46732/2016 nömrəli icra işi ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(075)-237/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(107)- 380/2016 saylı icra vərəqəsinin surətindən görünür ki, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilmiş, “Şəki” şirkətinə məxsus olan, Şəki şəhəri Fuad Abdurahmanov küçəsi 19-da yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 325.000 manat, X3 məxsus olan, Şəki şəhəri Aydın Məmmədov küçəsində yerləşən 0,0452 ha torpaq sahəsinin və həmin sahədə yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 190.000 manat məbləğində müəyyən edilmişdir. Şəki Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmış hissəsi üzrə: cavabdeh Borclu iddiaçının xeyrinə xx xxxx 2011-ci il tarixli, 04EM/11 №-li əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxxx 2011-ci il tarixli 04Emk/l 1 №-li əlavə kredit müqaviləsi üzrə məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 139.222,60 ABŞ dolları məbləğində əsas kredit borcunun, 5420,80 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 144.643,40 ABŞ dolları kredit məbləğinin, xx xxx 2011-ci il tarixli 07 EMk/11 №-li əlavə kredit müqaviləsi üzrə 31.733,87 manat məbləğində əsas kredit borcunun, 2959,45 manat məbləğində faiz borcunun, cəmi 34.693,32 manat kredit məbləğinin, xx xxxx 2011-ci il tarixli 08 EMk/11 №-li əlavə kredit müqaviləsi üzrə 23.058,57 məbləğində əsas kredit borcunun, 2628,41 manat məbləğində faiz borcunun, cəmi 25686.98 manat kredit məbləğinin, xx xxxx 2011-ci il tarixli 17EM/11 №-li əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxxx 2011-ci il tarixli 17 Emk/11 nömrəli əlavə kredit müqaviləsi üzrə məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan məzənnəsi ilə 177.946,95 ABŞ dolları məbləğində əsas kredit borcunun, 19.870,80 ABŞ dolları məbləğində faiz borcunun, cəmi 197.817,75 ABŞ dolları kredit məbləğinin tutulması, Borclu 30 manat dövlət rüsumunun tutularaq onun 20 manatının iddiaçıya, 10 manatının isə dövlət büdcəsinə ödənilməsi, xx xxxx 2011-ci il tarixli 04EM/11 №-li əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxxx 2011-ci il tarixli 04Emk/11 №- li, xx xxx 2011-ci il tarixli 07 EMk/11 №-li, xx xxxx 2011-ci il tarixli 08 EMk/11 №-li əlavə kredit müqavilələrinin təminatı qismində çıxış edən ipoteka predmeti olan Şəki şəhəri Fuad Abdurahmanov küçəsi 19-da yerləşən "Şəki" şirkətinə məxsus əmlak kompleksinə, X7ma məxsus Şəki şəhəri Aydın Məmmədov küçəsində yerləşən 0,0452 ha torpaq sahəsinə və həmin sahədə yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinə, xx xxxx 2011-ci il tarixli 17EM/11 №-li əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxxx 2011-ci il tarixli 17 Emk/11 №-li əlavə kredit müqaviləsinin təminatı qismində çıxış edən ipoteka predmeti olan X7ma məxsus Şəki şəhəri Aydın Məmmədov küçəsində yerləşən 0,0452 ha torpaq sahəsinə və həmin sahədə yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasına tutma yönəldilsin. Şəki şəhəri Fuad Abdurahmanov küçəsi 19-da yerləşən "Şəki" şirkətinə məxsus əmlak kompleksinin satışından əldə olumnuş pul vəsaiti hesabına xx xxxx 2011-ci il tarixli 04Emk/11 №-li əlavə kredit müqaviləsi üzrə məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 144.643,4 ABŞ dolları, xx xxx 2011-ci il tarixli 07 EMk/11 №-li əlavə kredit müqaviləsi üzrə 34.693,32 manat, xx xxxx 2011-ci il tarixli 08 EMk/11 №-li əlavə kredit müqaviləsi üzrə 25.686,98 manat, X7ma məxsus Şəki şəhəri Aydın Məmmədov küçəsində yerləşən 0,0452 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının satışından əldə olunmuş pul vəsaiti hesabına xx xxxx 2011-ci il tarixli 17 Emk/11 №-li əlavə kredit müqaviləsi üzrə məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 197.817,75 ABŞ dolları, xx xxxx 2011-ci il tarixli 04Emk/11 №-li əlavə kredit müqaviləsi üzrə məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 144.643,4 ABŞ dolları, xx xxx 2011-ci il tarixli 07 EMk/11 №-li əlavə kredit müqaviləsi üzrə 34.693,32 manat, xx xxxx 2011-ci il tarixli 08 EMk/11 №-li əlavə kredit müqaviləsi üzrə 25.686,98 manat və 30 manat dövlət rüsumunun tutulması, iddianın xx xxxx 2011-ci il tarixli 04Emk/11 №-li əlavə kredit müqaviləsi üzrə 41.766,78 ABŞ dolları cərimə, 2997.51 ABŞ dolları faiz məbləğinin, xx xxx 2011-ci il tarixli 07 EMk/11 №-li əlavə kredit müqaviləsi üzrə 9520,16 manat cərimə, 239,63 manat faiz məbləğinin, xx xxxx 2011-ci il tarixli 08 EMk/11 №-li əlavə kredit müqaviləsi üzrə 6917,57 manat cərimənin, xx xxxx 2011-ci il tarixli 17 Emk/11 №-li əlavə kredit müqaviləsi üzrə 53384,09 ABŞ dolları cərimənin tutulması və həmin məbləğlərlə bağlı tələbin əmlaka yönəldilməsinə dair hissələrinin təmin edilməməsi, ekspertiza tədqiqatına sərf edilmiş 100 manat ekspertiza xərcinin Borclu alınıb dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Dövlət Xəzinədarlıq Agentliyi KOD210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba ödənilməsi qərara alınmışdır. “X1 Mərkəzi”nin Hərracın nəticələri haqqında yekun Y-21 saylı və Y-22 saylı protokollarından görünür ki, ipoteka predmetləri cəmi 328313 manata hərracdan realizə edilərək satılmış və qətnamənin “borcu ipoteka predmetlərinə yönədilməklə açıq hərracdan satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi” hissəsi icra olmuşdur. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 “icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə qaytarılması haqqında”xx xxxx 2020ci il tarixli qərarının surətindən görünür ki, icra sənədinə əsasən Borclu “xxxxxxx” KB ASCnin xeyrinə tutulmalı olan 60379 manat borc və qətnamənin icra olunduğu günə Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla 347460 ABŞ dolları məbləğində borc “Şəki” şirkətinə məxsus olan Şəki şəhəri, F.Abdurahmanov küçəsi ev 19-da yerləşən əmlak kompleksi və X2 məxsus olan, Şəki şəhəri, Aydın Məmmədov küçəsində yerləşən 0,0452 ha torpaq sahəsinin və həmin sahədə yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasının satılması hesabına ödənilməlidir. “Şəki” şirkətinə məxsus olan Şəki şəhəri, F.Abdurahmanov küçəsi ev 19-da yerləşən əmlak kompleksinin ilkin satış qiyməti 325000 manat, X6ma məxsus olan, Şəki şəhəri, Aydın Məmmədov küçəsində yerləşən 0,0452 ha torpaq sahəsinin və həmin sahədə yerləşən 1 mərtəbəli qeyri- yaşayış binasının 190000 manat müəyyən edilmişdir. İpoteka predmeti olan əmlakların satılması nəticəsində borcun bir qismi ödənilsə də, 189851.76 ABŞ dolları borc ödənilməmişdir. Qalan borc məbləğinin ödənilməsi məqsədi ilə banklarda borcluya məxsus pul vəsaitlərinin olub-olmaması barədə bank və kredit təşkilatlarına sorğu ilə müraciət edilmiş, lakin ona məxsus hər hansı pul vəsaitləri aşkar edilməmişdir. Ədliyyə Nazirliyi “Elektron İcra” informasiya sistemindən çıxarış əsasında əldə edilmiş məlumatlarda borcluya məxsus hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. N.Nəsibovun pensiya aldığı aşkar edilsə də, Şəki Rayon Məhkəməsinin 2(075)-31860 nömrəli, xx.xx.2018-ci il tarixlix icra sənədi üzrə aliment tələbinin onun pensiyasının 70 faizinə yönəldildiyi müəyyən edilmişdir. Yaşadığı mənzildə baxış keçirilmiş, nəticədə ona məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Borclu xx xxx 2020-ci il tarixində verdiyi izahatında da heç bir yerdə işləmədiyini, ona məxsus hər hansı daşınar və ya daşınmaz əmlakın olmadığını bildirmiş, heç bir faktiki gəlirinin olmadığını və pensiyasının qalan hissəsi ilə maddi tələbatlarını ödədiyini əsas gətirərərək icra sənədi üzrə borc məbləğini ödəmək imkanında olmadığını qeyd etmişdir. Eyni zamanda qərarın icrasından boyun qaçırmadığını, lakin borcu ödəmək imkanında olmadığı üçün qərarı icra edə bilmədiyini göstərmişdir. Göründüyü kimi borclunun əmlakının və gəlirlərinin müəyyən edilməsi üçün zəruri icra tədbirləri həyata keçirilmiş, lakin tələbin yönəldilə biləcəyi kifayət qədər əmlak və gəlirləri olmadığından icra sənədi üzrə tələbi tam təmin etmək mümkün olmamışdır. Odur ki, icra sənədinin məhkəməyə qaytarılması qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 1-1. maddəsinə əsasən icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Həmin Qanunun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görmək icra məmurunun vəzifəsidir. Həmin Qanunun 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 23.1-ci maddəsinə görə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır: tələbkarın ərizəsi əsasında (maddə 23.1.1.), borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda (maddə 23.1.2), borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə (maddə 23.1.3), tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə (maddə 23.1.4), tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda (maddə 23.1.5). Həmin Qanunun 23.3-cü maddəsinə görə icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkarın müraciəti ilə həmin sənədin yenidən icraya yönəldilməsini istisna etmir. Həmin Qanunun 43.1-ci maddəsinə görə məcburi icra tədbirləri aşağıdakılardır: borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanunun 44.1-ci maddəsinə görə məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Həmin Qanunun 45.6-cı maddəsinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. “İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Həmin Qanunun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 82.3-cü maddəsinə görə icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Həmin Qanunun 84.1-ci maddəsinə görə icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə kollegiyası qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23-cü maddəsində icra edilməyən və ya qismən icra edilən icra sənədinin hansı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılması dəqiq ifadə olunmuşdur. Lakin icra sənədinin qaytarılması haqqında qərarın qəbulunu zəruri edən faktiki şərtlərin yaranması üçün icra məmuru tərəfindən icra sənədinin icrası istiqamətində qanunla müəyyən edilmiş bütün zəruri tədbirləri həyata keçirməli və yalnız bu tədbirlər nəticə vermədikdə icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə əsaslandırılmış qərar qəbul etməlidir Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar, §40). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, bu dəlillər icra sənədi üzrə icraatın təzələnməsinə maneə deyildir. Şərh olunanlara əsasən, şikayət təmin edilmədən, Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(075)-237/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apelyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X9 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(075)-237/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar