Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-96/2021 16.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tаrixli, 8(051)-48/2021 nömrəli qərardadından Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(051)- 856/2020 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədilə, iş üzrə borclular X10, X11, X4, Borclu və X5 11073.81 ABŞ dolları məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınıb tələbkar "xxxx" BOKT QSC-nin xeyrinə tutularaq ödənilməlidir. Mingəçevir şəhər İcrа və Probasiya Şöbəsinin icra məmuru Sənan Hacıməmmədov məhkəməyə təqdimatla müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(051)-856/2020 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədilə, iş üzrə Borclu mülkiyyətində olan 02 ədəd avtomobil: Ban nömrəsi 330200X0010197, avomobilin modeli “QAZ 330210” yük, dövlət qeydiyyat nişanı **-BK-*** olan avtomobil , Ban nömrəsi XTA210600D0875093, avtomobil modeli “Vaz 2106” minik, dövlət qeydiyyat nişanı **-FO-*** olan avtomobillərinin üzərinə həbs qoyulması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun təqdimatına 16 mart 2021-ci il tarixdə baxılmış, təqdimat təmin edilmiş, Borclu məxsus olan 02 ədəd avtomobil: Ban nömrəsi 330200X0010197, avomobilin modeli “QAZ 330210” yük, dövlət qeydiyyat nişanı **-BK-*** olan avtomobil , Ban nömrəsi XTA210600D0875093, avtomobil modeli “Vaz 2106” minik, dövlət qeydiyyat nişanı **-FO-*** olan avtomobillərinin üzərinə həbs qoyulması haqqında qərar qəbul edilmişdir. Borclu Məmmədov X7 şəhər məhkəməsinin 16 mart 2021-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv olunmasını, ona məxsus olan 02 ədəd avtomobil: Ban nömrəsi 330200X0010197, avomobilin modeli “QAZ 330210” yük, dövlət qeydiyyat nişanı **-BK-*** olan avtomobil, Ban nömrəsi XTA210600D0875093, avtomobil modeli “Vaz 2106” minik, dövlət qeydiyyat nişanı 10-FO467 olan avtomobillərinin üzərindən həbsin götürülməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərarı ilə Mingəçevir şəhər məhkəməsinin 16 mart 2021-ci il tarixli qərardadı ləğv edilmiş və işə yenidən baxılması qərara alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 20 may 2021-ci il tаrixli, 8(051)-48/2021 nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, iş üzrə Borclu məxsus olan 02 ədəd avtomobil: Ban nömrəsi 330200X0010197, avomobilin modeli “QAZ 330210” yük, dövlət qeydiyyat nişanı **-BK-*** olan avtomobil , Ban nömrəsi XTA210600D0875093, avtomobil modeli “Vaz 2106” minik, dövlət qeydiyyat nişanı **-FO-*** olan avtomobillərinin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu Məmmədov X7 Şəhər Məhkəməsinin 20.05.2021-ci il tarixli 8(051)-48/2021 saylı qərardadından şikayət verərək, qeyd olunan qərardadın ləğv edilməsini və adına olan 02 ədəd avtomobil: Ban nömrəsi 330200X0010197, avomobilin modeli “QAZ 330210” yük, dövlət qeydiyyat nişanı **-BK-*** olan avtomobil , Ban nömrəsi XTA210600D0875093, avtomobil modeli “Vaz 2106” minik, dövlət qeydiyyat nişanı **- FO-*** olan avtomobillərinin üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 8(051)-48/2021 saylı qərardadı ilə Borclu adına olan 02 ədəd avtomobil: Ban nömrəsi 330200X0010197, avomobilin modeli “QAZ 330210” yük, dövlət qeydiyyat nişanı 02-BK710 olan avtomobil, Ban nömrəsi XTA210600D0875093, avtomobil modeli “Vaz 2106” minik, dövlət qeydiyyat nişanı **-FO-*** olan avtomobillərinin üzərinə qoyulmuş həbs götürülmüşdür. İş üzrə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 şikayət verərək, Mingəçevir şəhər Məhkəməsinin qeyd olunan qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 27 iyul 2021-ci il tаrixli, 8(051)-48/2021 nömrəli qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(051)- 856/2020 saylı icra vərəqəsinin təmini məqsədilə daşınar (avtomobil) əmlak üzərinə həbs qoyulmasına dair mülki iş üzrə Mingəçevir şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 8(051)-48/2021 saylı qərardadından iş üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən verilmiş şikayətinin geri qaytarılması qərara alınmışdır. İcra məmuru X1 Şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 8(051)-48/2021 saylı qərardadından şikayəti vermə müddətinin keçməsinin üzrlü sayılması haqqında vəsatət vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tаrixli, 8(051)-48/2021 nömrəli qərardadı ilə X2 Mingəçevir şəhər məhkəməsinin 24 iyun 2021-cİ il tarixli, 8(051)-48/21 saylı qərardadından şikayət vermə müddətinin bərpa edilməsi qərara alınmışdır. Bundan sonra qeyd olunan mülki iş baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 8(107)-73/2021 30.09.2021-ci il tarixli qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 8(051)-48/2021 saylı qərardadı ilə X2 Mingəçevir Şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 8(051)-48/21 saylı qərardadından şikayət vermə müddətinin bərpa edildiyindən mübahisəli qərardaddan şikayətin verilib-verilməməsini araşdırmaq, eyni zamanda şikayət verilmişsə həmin şikayətə baxmaq üçün mülki iş məhkəmənin icraatına qəbul edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2 noyabr 2021-ci il tаrixli, 8(051)-48/2021 nömrəli qərardadı ilə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Mingəçevir şəhər məhkəməsinin 24 iyun 2021-ci il tarixli 8(051)-48/2021 saylı qərardadından verdiyi şikayətin təmin edilməməsi, şikayətin mülki iş materialları ilə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. X15 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini əlaqəli şəkildə tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tаrixli, 8(051)-48/2021 nömrəli qərardadı ləğv edilməli, Borclu Mingəçevir Şəhər Məhkəməsinin 20.05.2021-ci il tarixli 8(051)-48/2021 nömrəli qərardadından verdiyi şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 20.05.2021-ci il tarixli 8(051)-48/2021 nömrəli qərardadı qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi Borclu adına olan 02 ədəd avtomobil: Ban nömrəsi 330200X0010197, avomobilin modeli “QAZ 330210” yük, dövlət qeydiyyat nişanı 02- BK710 olan avtomobil, Ban nömrəsi XTA210600D0875093, avtomobil modeli “Vaz 2106” minik, dövlət qeydiyyat nişanı **-FO-*** olan avtomobillərinin üzərinə qoyulmuş həbsin götürülməsini qərarını əsaslandıraraq göstərmişdir ki, iş materiallarından görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(051)-856/2020 saylı qətnaməsi cavabdeh Borclu çatmamışdır. Bundan sonra cavabdeh Borclu rəsmi qaydada Mingəçevir şəhər məhkəməsinə müraciət edərək qeyd olunan qətnaməni 13.04.2021-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə rəsmi qaydada əldə etmişdir. Qətnamə qəbul etdikdən sonra cavabdeh həmin qətnamədən 16 aprel 2021-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Hal hazırda qeyd olunan mülki iş Şəki Apelyasiya Məhkəməsinin icraatındadır. Hazırda mülki iş Şəki Apelyasiya Məhkəməsinin icraatında olduğundan icra sənədinin icrası ilə əlaqədar olaraq başlanmış icra tədbirləri dayandırlmalıdır. İcra haqqında qanunun 21.8-ci maddəsində də qeyd olunur ki, dayandırılmış icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(051)-856/2020 saylı qətnaməsindən iş üzrə cavabdehlər Borclu və X11 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə X15 Məhkəməsində baxılmış və 23.08.2021-ci il tarixli 2(107)-1098/2021 nömrəli qətnamə qəbul edilmişdir. Həmin qətnamə ilə cavabdehlər Borclu və X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(051)-856/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kollegiya hesab edir ki, qətnamədən şikayət verilmiş olsa belə daşınar əşyanın özgəninkiləşdirilməsi mümkündür. Belə olan halda isə qətnamənin gələcəkdə icrasını təmin etmək qeyri mümkün olacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tаrixli, 8(051)-48/2021 nömrəli qərardadı ləğv edilməli, Borclu Mingəçevir Şəhər Məhkəməsinin 20.05.2021-ci il tarixli 8(051)-48/2021 nömrəli qərardadından verdiyi şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 20.05.2021-ci il tarixli 8(051)-48/2021 nömrəli qərardadı qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən verilmiş şikayət təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 24 iyun 2021-ci il tаrixli, 8(051)-48/2021 nömrəli qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Borclu Mingəçevir Şəhər Məhkəməsinin 20.05.2021-ci il tarixli 8(051)-48/2021 nömrəli qərardadından verdiyi şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 20.05.2021-ci il tarixli 8(051)-48/2021 nömrəli qərardadı qüvvədə saxlanılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(107)-96/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-96/2021
16.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver