Məhkəmə qərarları › İş №8(107)-97/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-97/2020

02.11.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-97/2020 02.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, Balakən Rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsinə dair tələbkar X4 ərizəsinin təmin edilməsi barədə Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(019)-57/2020 nömrəli qərardadından Balakən Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Mahmudov Akif Hacıömər oğlu tərəfindən verilmiş şikаyətə, həmin şikayətin təmin edilməməsi ilə bağlı Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(019)-57/2020 nömrəli qərаrdаdı ilə, Balakən Rayon Məhkəməsinin 2(019)-14/2017 nömrəli mülki işlə birlikdə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X11 ərizə ilə məhkəməyə müraciət edərək, Balakən rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(019)- 14/2017 nömrəli qətnaməsi ilə cavabdeh X15 10707 manat məbləğində borc pul və 20 manat dövlət rüsumunun 17.30 manatı, cəmi 10724.30 manatın alınıb, iddiaçı X5 verilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. X9 xx.xx.2019-cu il tarixdə ölmüşdür. O, X9 ilə xx xxxxxxxx 2011-ci ildə Balakən rayon Qeydiyyat Şöbəsində 208 nömrə ilə nikahlarını qeyd etdirməklə evlənmişdir. X3 vərəsəsi kimi o, mirasın qəbuluna dair ərizə ilə Balakən rayon Notariat Ofisinə müraciət etmiş, mərhumun adına vərəsəlik işi açılmışdır və o, mərhumun vərəsəsidir. xx xxxxxxxx 2019-cu il tarixdə bu barədə Baİakən rayon Notariat Ofisi tərəfindən 681 nömrəli məktub Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(019)- 14/2017 nömrəli icra sənədi üzrə onu tələbkar X3 hüquqi varisi qismində tanımaqla icra sənədi üzrə icraatın təzələnməsi və icra sənədinin icra olunmasına köməklik göstərilməsi ilə bağlı Balakən rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsi onun çoxsaylı müraciətlərinə qərəzli yanaşaraq, onun məlumatı və razılığı olmadan İcra haqqında Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinin tələblərini kobud surətdə pozmuş, onun çoxsaylı şikayətlərindən sonra icra işini borclunun müvəqqəti işlədiyi yer üzrə icra şöbəsinə göndərmişdir. Belə ki, Balakən rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2020-ci il tarixli qərarına əsasən Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(019)-14/2017 nömrəli icra sənədi icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmin qərarın qəbul edilməsinə hüquqi əsas kimi “xxxxxxxxxxx” Yaşayış Kompleksi MMC-nin 435 saylı, xx.xx.2020-ci il tarixli arayışına əsasən borclunun “xxxxxxxxxxx” X10 küçəsi 80 nömrəli evin 39 nömrəli mənzilində kirayədə qaldığının müəyyən edilməsi olmuşdur. Əvvəla, Balakən rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2020-ci il tarixli qərarını qəbul etməsi onun çoxsaylı şikayətlərindən sonraya təsadüf edir ki, bu da icra məmurlarının ona qarşı qərəzli mövqe tutmalarından xəbər verir. İkincisi, Balakən rayon İcra və Probasiya Şöbəsinin rəisi onu iş otağına dəvət edərək, icra sənədinin aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilməsinə etirazının olmamasına dair ərizə verməsini ona təklif etmiş, buna qəti etirazını bildirdikdə, o, qəsdən qanunun tələblərini pozaraq, icra işini başqa icra orqanına göndərmişdir. Üçüncüsü, borclu olan X8 rayonu Talalar kəndində qeydiyyatdadır. “xxxxxxxxxxx” X10 küçəsi 80 nömrəli evin 39 nömrəli mənzilində kirayədə yaşamışdır. Onun həmin ünvanda müvəqqəti yaşaması icra sənədinin ərazi aidiyyətinin dəyişdirilməsinə əsas vermir. Dördüncüsü, Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən icra sənədinin ərazi aidiyyətinin dəyişdirilməsinə heç bir hüquqi əsas yoxdur və bu bilərəkdən süründürməçilik xarakteri daşıyır. Qərarın surətini xx xxxx 2020-ci il tarixdə əldə etmişdir. Balakən rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi, tələbkar X11 vəX12 birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, birinci instansiya məhkəməsinin iclasına gəlməmişlər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 231.2-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) xx xxxxxx 2020-ci il tarixli, 8(019)-57/2020 nömrəli qərardadı ilə tələbkar X4 ərizəsi təmin edilmiş, Balakən rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Mahmudov Akif Hacıömər oğlu Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(019)-57/2020 nömrəli, qərardadından şikayət verərək, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(019)-57/2020 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tələbkarın hüquqi varisi X11 ərizə ilə məhkəməyə müraciət edərək, Balakən rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 8(019)- 57/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilmişdir. Qərardadla razı deyildir, qərardad ləğv edilməlidir. Balakən Rayon Məhkəməsinin 2(019)-14/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən cavabdeh X15 10707 manat məbləğində borc pul və ödənilmiş 20 manat dövlət rüsumunun 17.30 manatı, cəmi 10724.30 manat alınaraq, iddiaçı X5 verilməlidir. İcra sənədi Şöbənin icraatına xx.xx.2017-ci il tarixdə daxil olmuş, daxil olduqdan dərhal sonra icraata başlama haqqında qərar qəbul olunaraq, icra edilməsi üçün borcluya, məlumat üçün isə məhkəməyə və tələbkara göndərilmişdir. Borclu könüllü müddət ərzində tələbkara olan borcu ödəmədiyi üçün, borclu barəsində əmlak sorğusu verilmiş, lakin borclunun adında qanunvericilikdə nəzərdə tutulmuş qaydada tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak, bank hesabları və digər gəlirlər aşkar edilməmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-14/2017 saylı, xx.xx.2017-ci il tarixli məktubuna əsasən X12 tərəfindən apellyasiya şikayəti verdiyi bildirilmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-14/2017 saylı, xx.xx.2018-ci il tarixli məbktubuna əsasən sözügedən məhkəmə qərarına apellyasiya qaydasına baxıldıqdan sonra Balakən Rayon Məhkəməsinə qaytarıldığı və icra tədbirlərinin davam etdirilməsi bildirilmişdir. Daha sonra yenidən borclu barəsində əmlak sorğusu verilmiş, lakin borclunun adında tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak, bank hesabları və digər gəlirlər aşkar edilməmişdir. İcra sənədi üzrə tələbin icra edilmədiyi halda inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı xx.xx.2018-ci il tarixdə borcluya xəbərdarlıq məktubu göndərilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq, borclu İcra Şöbəsinə gəlmədiyindən, borclunun qeydiyyatda olduğu Balakən rayonu Talalar kəndinə baxış keçirilmişdir. Lakin baxış zamanı borclunun həmin ünvanda yaşamadığı müəyyən edilmişdir. Borclunun ünvanını müəyyən etmək mümkün olmadığından, X12 barəsində xx.xx.2018-ci il tarixdə axtarış qərarı qəbul olunaraq, aidiyyəti üzrə Balakən Rayon Polis Şöbəsinə göndərilmişdir. Tələbkarın xx.xx.2018-ci il tarixli ərizəsində X12na 2018-ci ilin oktyabr ayının sonunadək möhlət verilməsi xahiş edilmişdir. Borclu isə öz növbəsində xx.xx.2018-ci il tarixli izahatında tələbkara olan borcu verildiyi müddətədək ödəyəcəyini bildirmişdir. Tələbkar xx.xx.2018-ci il tarixli ərizə ilə müraciət edərək, borclunun ona olan borcu ödəmədiyini və borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Bundan sonra X6 evinə yenidən baxış keçirilmiş, lakin borclunun Balakən rayonu Talalar kəndində yerini müəyyən etmək mümkün olmamışdır. Borclunun yerini müəyyən etmək mümkün olmadığından, onun barəsində xx.xx.2019-cu il tarixdə axtarış qərarı qəbul olunaraq, Balakən Rayon Polis Şöbəsinə göndərilmişdir. Balakən Rayon Polis Şöbəsinin əməkdaşları X2, İcra Şöbəsinə təhvil vermişlər. Borclu xx.xx.2019-cu il tarixli izahatında 2019-cu il ərzində tələbkara olan borcu ödəyəcəyini bildirmişdir. Tələbkara olan borcu ödəmək borcludan tələb olunsa da, borclu müxtəlif bəhanələr gətirərək, tələbkara olan borcu ödəməmişdir. Odur ki. X12 barəsində xx.xx.2019-cu il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Balakən Rayon Məhkəməsinə verilmişdir. Balakən Rayon Məhkəməsinin 3(019)-36 2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən X6 10 gün müddətə inzibati qaydada həbs edilməsi barədə qərar qəbul edilmiş və qərarın icrası Balakən Rayon Polis Şöbəsinə həvalə edilmişdir. İcra sənədinin icrası ilə bağlı X12na tələbkara olan borcu ödəmədiyi halda cinayət məsuliyyətinə cəlb edilməsi üçün barəsində toplanmış materialların İstintaq İdarəsinə göndəriləcəyi barədə xəbərdarlıq edilmişdir. X28 barəsində yenidən əmlak və digər zəruri sorğular verilmişdir. Aidiyyəti orqanlardan daxil olmuş məlumata əsasən X6 adında tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak, bank hesabları və digər gəlirlər aşkar edilməmişdir. Daha sonra borclunun həyat yoldaşı X13 barəsində əmlak sorğuları verilmiş, lakin onun da adında qanunvericilikdə nəzərdə tutulmuş qaydada tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak, bank hesabları və digər gəlirlər aşkar edilməmişdir. X24 qeydiyyatda olduğu Balakən rayonu Talalar kəndindəki evə yenidən baxış keçirilmiş, lakin borclunun həmin ünvanda olmadığı müəyyən edilmişdir. Odur ki, yenidən X28 barəsində xx.xx.2019-cu il tarixdə axtarış qərarı qəbul olunaraq, polis şöbəsinə göndərilmişdir. Balakən Rayon Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli, 109- 12294-1219 saylı məktubuna əsasən İcra Şöbəsi tərəfindən verilmiş axtarış işi dayandırılaraq, geri-Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. X6 barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün xx.xx.2019-cu il tarixdə təqdimat tərtib olunaraq, baxılması üçün Balakən Rayon Məhkəməsinə təqdim edilmişdir. Balakən Rayon Məhkəməsinin 8(019)-xx.xx.2019-cu il tarixli qərardadına əsasən borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. X12 barəsində yenidən xx.xx.2019-cu il tarixdə axtarış qərarı qəbul olunaraq, polis şöbəsinə göndərilmişdir.Tələbkarın həyat yoldaşı xx.xx.2019-cu il tarixdə İcra Şöbəsinə gələrək, tələbkar X7 vəfat etdiyini bildirmişdir. Bundan sonra mərhum X9 barəsində Balakən rayon Notariat Ofisində vərəsəlik işinin açılıb-açılmaması ilə bağlı sorğu edilmişdir. Balakən rayon Notariat Ofisinin 681 saylı, xx.xx.2019-cu il tarixli məktubuna əsasən mərhum X3 vərəsəsinin arvadı X11 olduğu bildirilmişdir. Odur ki, xx.xx.2019-cu il tarixdə mərhumun arvadı X4 vərəsə və ya hüquqi varisi ilə əvəz edilməsi haqqında qərar qəbul olunaraq, məlumat üçün tərəflərə göndərilmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə X24 qeydiyyatda olduğu Balakən rayonu Talalar kəndindəki evə baxış keçirilmiş, lakin baxış zamanı borclunun evində və həyətində borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak aşkar edilməmişdir. Borclu xx.xx.2020-ci il tarixli izahatında 2020-ci ilin avqust ayının sonundan etbarən icra sənədi üzrə tələbi hissəvi şəkildə icra edəcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə borclunun evinə yenidən baxış keçirilmiş, baxış zamanı borclunun anası və qardaşı borclunun burada yaşamadığını, Bakı şəhərində yaşadığını söyləmiş və təsdiqedici sənədlər təqdim etmişlər. X12 barəsində xx.xx.2020-ci il tarixdə Balakən rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş “xxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 46 saylı arayışına əsasən borclunun çörək sexində satış nümayəndəsi vəzifəsində işlədiyi və Azərbaycan Respublikası “xxxxxxxxxxx” Yaşayış Kompleksi, İstiqlaliyyət küçəsi, 80 nömrəli mənzildə kirayədə qaldığı müəyyən edilmişdir. Bundan başqa, əldə edilmiş rəsmi məlumata əsasən Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra vərəqəsi əsasında ipoteka predmeti olan Balakən rayonu Talalar kəndində yerləşən X12na məxsus torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi “xxxxxxxxxxx” QSC- yə olan 27657.51 ABŞ dolları məbləğində borca görə bankın balansına keçmiş və X6 həmin fərdi yaşayış evinə istifadə hüququ itirilmiş, əmlakdan çıxarılmış və əmlak boşaldılmışdır. Bununla da icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında xx.xx.2020-ci il tarixdə qərar qəbul olunaraq, aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. X12 barəsindəki icra sənədinin adiyyəti üzrə göndərilməsi barədə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərar qanuni və əsaslıdır. Balakən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(019)-57/2020 nömrəli qərardadı ilə, Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Mahmudov Akif Hacıömər oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 8(019)-57/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, Balakən rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Mahmudov Akif Hacıömər oğlu tərəfindən verilmiş şikayət baxılması üçün işlə birlikdə Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Balakən rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi, tələbkar X16 və borclu X26 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, şikayət təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(019)-57/2020 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Balakən rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1.2-ci maddəsinə əsasən Balakən Rayon Məhkəməsinin 2(019)- 14/2017 nömrəli xx.xx.2017-ci il tarixli sənədi icra olunmasıüçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(019)-14/2017 nömrəli qətnaməsi ilə cavabdeh X15 10707 manat məbləğində borc pul və 20 manat dövlət rüsumunun 17.30 manatı, cəmi 10724.30 manatın alınıb, iddiaçı X5 verilməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. X9 xx.xx.2019-cu il tarixdə ölmüşdür. X1 Mehman Məhəmmədiyə oğlu ilə xx xxxxxxxx 2011-ci ildə Balakən rayon Qeydiyyat şöbəsində 208 nömrə ilə nikahlarını qeyd etdirməklə evlənmişdir. X3 vərəsəsi kimi o, mirasın qəbuluna dair ərizə ilə Balakən rayon Notariat Ofisinə müraciət etmiş və mərhumun adına vərəsəlik işi açılmışdır və o, mərhumun vərəsəsidir. xx xxxxxxxx 2019-cu il tarixdə bu barədə Baİakən rayon Notariat Ofisi tərəfindən 681 nömrəli məktub Balakən rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Baİakən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(019)-14/2017 nömrəli icra sənədi üzrə onu tələbkar X3 hüquqi varisi qismində tanımaqla icra sənədi üzrə icraatın təzələnməsi və icra sənədinin icra olunmasına köməklik göstərilməsi ilə bağlı Balakən rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2020-ci il tarixli ərizə ilə müraciət etmişdir.Balakən rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2020-ci il tarixli qərarına əsasən Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(019)-14/2017 nömrəli icra sənədi icra olunması üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmin qərarın qəbul edilməsinə hüquqi əsas kimi “xxxxxxxxxxx” Yaşayış Kompleksi MMCnin 435 saylı, xx.xx.2020-ci il tarixli arayışına əsasən borclunun “xxxxxxxxxxx” X10 küçəsi 80 nömrəli evin 39 nömrəli mənzilində kirayədə qaldığının müəyyən edilməsi olmuşdur.X11 məhkəməyə ərizə verərək Balakən rayon İcra və Probasiya şöbəsinin xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, X1 Mehman Məhəmmədiyə oğlunun vərəsəsi kimi mirasın qəbuluna dair ərizə ilə Balakən rayon Notariat Ofisinə müraciət etmiş və mərhumun adına vərəsəlik işi açılmış və o, mərhumun vərəsəsidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Balakən rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2020-ci il tarixli qərarı qanunsuz və əsassızdır və ləğv olunmalıdır. Birinci instansiya məhkəməsi bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiqqiymət verərək, işin hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq, hesab etmişdir ki, tələbkar X4 ərizəsi əsaslı olduğundan təmin edilməli, Balakən rayon İcra və Probasiya Şöbəsinin xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilməlidir. İcra Haqqında qanunun tələbindən görünür ki, icra sənədi borclunun qeydiyyatda olduğu, yəni yaşadığı yer üzrə icra və probasiya şöbəsi tərəfindən həyata keçirilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən şəxsin qeydiyyatda olduğu yer onun yaşayış yeri sayılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-24.3- cü maddəsinə əsasən icra sənədi aşağıdakı hallarda aidiyyəti üzrə göndərilmiş hesab edilir: 24.1.1. icra sənədi borclunun əmək haqqından (gəlirindən) birdəfəlik və ya vaxtaşırı tutmalar üçün onun iş yerinə göndərildikdə; 24.1.2. icra sənədi bir icra qurumundan müvafiq ərazi üzrə digər quruma göndərildikdə. 24.2. İcra sənədi borclunun iş yerinə göndərildikdə, icra məmuru onun icra vəziyyətini yoxlamalıdır. 24.3. İcra sənədlərinin aidiyyəti üzrə göndərilməsi barədə icra məmuru tərəfindən tələbkara məlumat verilir. Həmin Qanunun 20.5-20.6-cı maddələrinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, Balakən Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Mahmudov Akif Hacıömər oğlunun şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz və ona görə də şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(019)-57/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(019)-57/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Balakən Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Mahmudov Akif Hacıömər oğlunun Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(019)- 57/2020 nömrəli qərardadındаn verdiyi şikаyət təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar