Məhkəmə qərarları › İş №8(107)-97/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-97/2021

13.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-97/2021 13.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, Göyçay rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 Göyçay Rayon Məhkəməsinin 2(046)-2375/2017 saylı 14 iyun 2017-ci il tarixli icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulması barədə təqdimatının təmin edilməsi barədə Göyçay Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli 8(046)-41/2021 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Göyçay rayonu İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 məhkəməyə təqdimatla müraciət edərək Borclu adına aşkar edilmiş Mercedes Benz C220 CDİ markalı **-HF-*** dövlət nömrə nişanlı avtomaşının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli 8(046)-41/2021 nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, Göyçay Rayon Məhkəməsi 2(046)-2375/2017 saylı 14 iyun 2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu adına qeydə alınmış Mercedes Benz C220 CDİ markalı **-HF-*** dövlət nömrə nişanlı avtomaşının üzərinə həbs qoyulması, qərardadın icrasının Göyçay rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yevlax RQİ və TBŞ-nə həvalə edilməsi qərara alınmışdır. Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Göyçay Rayon Məhkəməsinin 8(046)-41/2021 saylı 04.10.2021-ci il tarixli qərardadının ləğv edilməsi və təqdimatın rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 8(046)-41/2021 nömrəli qərardadı ilə Borclu Göyçay Rayon Məhkəməsinin 8(046)-41/2021 saylı 04.10.2021-ci il tarixli qərardadının ləğv edilməsi barədə şikayətinin təmin edilməməsi, qərardaddan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərin baxılması üçün mülki işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. X5 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli 8(046)-41/2021 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Təqdim edilmiş sübutlardan görünür ki, Borclu Göyçay Rayon Məhkəməsi 2(046)- 2375/2017 saylı 14 iyun 2017-ci il tarixli icra sənədi üzrə Tələbkar QSC-yə olan borcunu ödəməmişdir. Borclu haqqında E-Məhkəmə sistemindən çıxarışdan görünür ki, Borclu mülkiyyətində Mercedes Benz C220 CDİ markalı **-HF-*** dövlət nömrə nişanlı avtomaşın aşkar edilmişdir. İcra haqqında Azərbaycan Respublikası qanunun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa, icra məmurunun təqdimatına əsasən borclunun əmlakı üzərinə, məhkəmənin qərardadına əsasən həbs qoyula bilər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli 8(046)-41/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398 və 400cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Borclu tərəfindən verilmiş şikаyət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli 8(046)-41/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Məlikov Vəzirxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar