Məhkəmə qərarları › İş №8(107)-99/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №8(107)-99/2021

16.12.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(107)-99/2021 16.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Borclu əmlakı üzərinə qoyulmuş həbsin götürülməsinə dair Ağdaş Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tаrixli, 8(014)-322/2021 nömrəli qərardadından tələbkar "xxxx" ASC-nin Problemli kreditlərlə iş departamentinin direktoru X1 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Ağdaş rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramin Abbasov təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 624/2020 saylı 03 iyun 2020-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 4453,38 manat əsas borc, 669 manat faiz borcu, 30 manat ödənilmiş dövlət rüsumu, 0,40 manat xidmət haqqı, cəmi 5153,17 manat (beş min bir yüz əlli üç manat on yeddi qəpik) tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Ağdaş Rayon Məhkəməsinin 2(014)-419/2020 saylı 07.12.2020-ci il tarixli qərardadına əsasən Borclu məxsus Ağdaş rayonu, Qülbəndə kəndində yerləşən 2.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.494 ha hissəsinə həbs qoyulmuşdur. Aparılmış icra tədbirləri nəticəsində zərurət aradan qalxmışdır. Göstərilənlərə əsasən «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddələrini rəhbər tutaraq Borclu məxsus Ağdaş rayonu, Qülbəndə kəndində yerləşən 2.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.494 ha hissəsinə qoyulmuş həbsin götürülməsi xahiş edilir. Ağdaş Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 2(014)-322/2021 nömrəli qərardadı ilə Ağdaş Rayon Məhkəməsinin 8(014)-419/2020 saylı 07 dekabr 2020- ci il tarixli qərardadı ilə Ağdaş rayon İcra və Probasiya şöbəsinin icraatında olan 6/90966 saylı icra işi üzrə Borclu məxsus Ağdaş rayonu, Qülbəndə kəndində yerləşən 2.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.494 ha hissəsinə qoyulmuş həbsin götürülməsinə qərar verilmişdir. Qərardaddan narazı qalan tələbkar "xxxx" ASC-nin Problemli kreditlərlə iş departamentinin direktoru X1 şikayət vermişdir. Ağdaş Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 2(014)-322/2021 nömrəli qərardadı ilə Ağdaş Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli qərardadından verilmiş şikayət rədd edilmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X3 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini əlaqəli şəkildə tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tаrixli, 8(014)-322/2021 nömrəli qərardadı ləğv edilərək, mülki iş yenidən araşdırma aparılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısına əsaslanaraq hesab etmişdir ki, Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan 6/90966 saylı işra işi üzrə Borclu məxsus Ağdaş rayonu, Qülbəndə kəndində yerləşən 2.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.494 ha hissəsinə qoyulmuş həbs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 nömrəli qərarına zidd olduğundan götürülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısına əsasən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayri-ayri hissələri; həmçinin onların altında olan həyətyanı torpaga (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) və əsas məşguliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsinin təsərrüfat tikililəri və ayrı-ayrı hissələri, həmçinin onların altında olan torpağa; əsas məşguliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsi yol verilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən borclu və onun ailəsinin əsas məşğuliyyətinin kənd təsərrüfatı olması araşdırılmamışdır. İş materialları ilə Borclu və ailə üzvlərinin əsas məşguliyyətinin kənd təsərrüfatı olması sübut olunmur. Kollegiya hesab edir ki, təqdimata əlavə edilmiş torpağa mülkiyyət hüququna dair Dövlət Aktının (JN-0105 KOD ********) surətindən Borclu və ailə üzvlərinə Agdaş rayon Aqrar İslahat Komissiyasının 09 aprel 1998-ci il tarixli 08 saylı qərarı ilə kənd təssərrüfatı məhsullarının istehsalı məqsədilə Ağdaş rayonu, Qülbəndə kəndində 2.47 hektar torpaq sahəsi verildiyi görünsə də, bu fakt özlüyündə borclu və onun ailəsinin əsas məşguliyyətinin kənd təsərrüfatı olmasını deməyə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tаrixli, 8(014)-322/2021 nömrəli qərardadı ilə mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, şikayət qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tаrixli, 8(014)-322/2021 nömrəli qərardadı ləğv edilərək, mülki iş yenidən araşdırma aparılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 360, 398.0.1, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Tələbkar "xxxx" ASC-nin Problemli kreditlərlə iş departamentinin direktoru X1 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tаrixli, 8(014)-322/2021 nömrəli qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Mülki iş yenidən araşdırma aparılması üçün Ağdaş Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar