Məhkəmə qərarları › İş №8(108)-1/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №8(108)-1/2024

07.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(108)-1/2024 07.01.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X2 və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, Tələbkar X1na qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2023-cu il tarixli, 2(078)-367/2023 nömrəli qətnaməsi ilə bağlı X1nun qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsinə baxılması üzrə Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 8(078)-167/2023 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: X1 ərizə ilə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(078)-367/2023 nömrəli qətnaməsinin hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 8(078)-167/2023 nömrəli qərardadı ilə X1nun Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(078)-367/2023 nömrəli qətnaməsinin hissə-hissə ödənilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qərardadından narazı qalan X1 şikayətlə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 8(078)-167/2023 nömrəli qərardadının ləğv edilməsini və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 8(078)-167/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kol legiyasına göndərilmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2023cü il tarixli 2(078)-367/2023 nömrəli qətnaməsi üzrə ondan "Cehvrolet Malibu" markalı **-BK*** dövlət nömrə nişanlı avtomobilə vurulan ziyana görə dövlət rüsumu ilə birlikdə cəmi 1499.65 manat pulun alınaraq iddiaçı Tələbkar ödənilməsi qət olunmuşdur. O, maddi imkanı olmadığından, işsiz olduğundan və bir uşağın saxlanılması üçün hər ay 200 (iki yüz) manat miqdarında aliment ödəməli olduğundan Naxçıvan Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231-ci maddəsinə əsasən qətnamənin hissə-hissə icra olunması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 8(078)-167/2023 nömrə li qərardadına əsasən qətnamənin hissə-hissə icra olunması barədə ərizəsi təmin edilməmişdir. Bildirir ki, hal-hazırda işsizdir və mediasiya prosesində qarşı tərəflə razılaşıb əldə etdikləri barışıq sazişi üzrə hər ay 200 manat aliment pulunun ödənilməsində valideynləri köməklik edir. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 1499.65 manat pulu iddiaçıya ödəməkdə çətinlik çəkir. Hər ay iddiaçının xeyrinə 50 manat pulu ancaq ödəyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəlləsinin 397.2-c i maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 139.4-cü maddəsi rəhbər tutulmaqla Tələbkar və X1na verilmiş şikayətlə bağlı izahat və etirazlarını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi təklif edilsə də, tələbkar və borclu tərəfindən kollegiyaya şikayətə dair izahat və ya etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci mad dəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya işin araşdırılmış hallarına şikayətin dəlilləri ilə qarşılıqlı hüquqi qiymət verərək belə hesab edir ki, X1nun şikayətində göstərdiyi dəlillər əsaslı hesab edilə və həmin dəlillər məhkəmənin bu iş üzrə qəbul etdiyi qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, şikayətə baxılması ilə əlaqədar tədqiq olunmuş iş materiallarına əsasən müəyyən edilmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2023-cu il tarixli, 2(078)367/2023 nömrəli qətnaməsi ilə X3 "Cehvrolet Malibu" markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobilə vurulan ziyana görə dövlət rüsumu ilə birlikdə cəmi 1499.65 manat pulun alınaraq iddiaçı Tələbkar ödənil məsi qət olunmuşdur. X1 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2023-cu il tarixli 2(078)-367/2023 nömrəli qətnaməsi üzrə qətnamənin 30 ay davamlı olaraq 50 manat, sonuncu ay isə borcu tamamilə bağlamaq şərtilə hissə-hissə icra olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli 8(078)167/2023 nömrəli qərardadı ilə X1nun Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli 2(078)-367/2023 nömrəli qətnaməsinin hissə-hissə ödənilməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli qərarının 12-ci bəndində göstərilir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 22 may 2015-ci il tarixli qərarına əsasən məhkəmə müdafiəsi hüququnun məzmununa gəldikdə isə o, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə 15 aprel 2011-ci il tarixli, C.İsmayılzadənin şikayəti üzrə 6 iyun 2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli qərarına əsasən məhkəmə qərarının icrasının məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmasını nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu sahədə qanunvericinin seçdiyi model səmərəli və effektiv olmalıdır, əks hal məhkəmə qərarının vaxtında və düzgün icra olunmamasına gətirib çıxara bilər, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edər. Eyni zamanda, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması cəmiyyətin məhkəmə hakimiyyətinə etimadını azalda bilər. Mülki işin araşdırılmış hallarından aydın olmuşdur ki, məhkəmə qərarı icraya yönəldildiyi gündən bu günə qədər heç bir icra ödənişi həyata keçirilməmişdir. Ümumi ödənilməli olan pul məbləği az miqdardadır və həmin məbləğin hər ay 50 manat olaraq ödənilməsi üç ilə yaxın bir müddəti əhatə edir ki, bu hal tələbkarın mənafeyinə açıq-aşkar ziddir. Birinci instansiya məhkməsinin qəra rdadından da aydın olur ki, borclu işləmək üçün hər hansı sağlamlıq probleminin olmadığını bildirmişdir ki, belə olan halda onun aliment öhdəliyinin olması və işəməməsi borcun hissə-hissə ödənilməsinə əsas vermir. Kollegiya həmçinin qeyd edir ki, borclunun 1465 manat borcun və 34.65 manat dövlət rüsumunun hissə-hissə, ayda 50 manat olmaqla ödənilməsi məhkəmə qətnaməsinin icrasının gecikdirilməsinə və bununla da tələbkarın əmlak mənafelərinin pozulmasına səbəb ola bilər. Eyni zamanda kollegiya onu da qeyd edir ki, iş materiallarından da göründüyü kimi ərizəçi X4 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsinə münasibət bildirən Tələbkar birinci instansiya məhkəməsində ərizəyə baxılarkən xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək borclunun bu müraciətinin qətnamədən irəli gələn öhdəliyini yerinə yetirməməsi, bu kimi yollarla icra prosesini pozması, habelə ləngitməyə çalışması kimi qiymətləndirlməsini xahiş etmiş, ərizənin təmin olunmasına etirazını bildirmişdir. Kollegiya eyni zamanda qeyd edir ki, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Yuxarıda qeyd olunan hüquq normaları baxımından kollegiya belə qənaətə gəlir ki, Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(078)-367/2023 nömrəli qətnaməsinin his sə-hissə icra edilməsi üçün hər hansı müstəsna hal mövcud deyil və tələbkarın da mənafeyi nəzərə almaqla, şikayətin təmin edilməsi üçün əsaslar yoxdur. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsaslanmaqla belə hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq borcun hissə-hissə ödənilməsinə dair V.K.Seyidovun ərizəsini təmin etməmişdir. İşin şərh olunmuş halları və şikayətin dəlillərinə hüquqi qiymət verərək kollegiya belə nəticəyə gəlir ki, qərardad qəbul olunarkən maddi və prosessual hüquq normalarının tələblərinə düzgün əməl olunmuşdur və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Ona görə də Tələbkar X1na qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2023-cu il tarixli 2(078)367/2023 nömrəli qətnaməsi ilə bağlı X1nun qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsinə baxılması üzrə Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 8(078)167/2023 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: Tələbkar X1na qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 06 iyun 2023-cu il tarixli 2(078)-367/2023 nömrəli qətnaməsi ilə bağlı X1nun qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsinə baxılması üzrə Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 8(078)-167/2023 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli, 8(078)-167/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar