Məhkəmə qərarları › İş №8(108)-2/2024

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №8(108)-2/2024

12.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(108)-2/2024 12.03.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ X1 (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Allahverdiyev Mehman Dünyamalı oğlundan ibarət tərkibdə Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 2(078)-1106/2023 nömrəli icra vərəqəsi üzrə Borclu əmlakının üzərinə həbs qoyulması haqqında Naxçıvan Şəhər Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 8(078)-6/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin (sədrlik edən hakim Q.N.Məmmədov) 26 yanvar 2024-cü il tarixli, 8(078)-6/2024 nömrəli qərardadı ilə təqdimat təmin edilərək, Naxçıvan Şəhər Məhkəmə sinin 2(078)-1106/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli icra vərəqəsi üzrə Borclu mülkiyyətində olan “Chevrolet Aveo minik” markalı, sedan tipli, gümüşü metallik rəngli, 2011-ci il buraxılışlı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İşin halları: Borclu şikayət ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək məhkəmənin 26 yanvar 2024-cü il tarixli, 8(078)-6/2024 nömrəli qərardadının ləğv edilməsi və əmlakın həbsdən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 8(078)-6/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmənin qərardadından narazı qalan Borclu 23 fevral 2024-cü il tarixdə şikayət verərək məhkəmənin qərardadının ləğ v edilməsi və əmlakın həbsdən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Borclu şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmişdir. Onun mülkiyyətində yaşayış evi yoxdur, yeganə nəqliyyat vasitələri həmin avtomobildir. “Finca Azərbaycan” bank olmayan kredit təşkilatından 3000 manat və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 22000 manat kreditə pul götürmüşdür. 22 oktyabr 2023-cü ildə Şərur Rayon Ticarət Mərkəzində olan mağazası baş verən yanğın zamanı tamamən yanıb külə dönmüşdür. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267-ci maddəsinə əsasən məhkəmənin qərardadının ləğv edilməsi və əmlakın həbsdən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 26 fevral 2024-cü il tarixdə Naxçıvan Ş əhər Məhkəməsində Azərbaycan Respublikası MPM-in 269-cu maddəsində müəyyən edilmiş qaydada şikayətə baxılmaqla şikayət əsaslı hesab edilməyərək mülki işlə birlikdə baxılması üçün MPM-in 269.3-cü maddəsində göstərilmiş əsaslarla Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X4 Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərdiyi məhkəmənin qərardadından Borclu verdiyi şikayətlə əlaqədar 06 mart 2024-cü il tarixli etirazında Tələbkar Borclu qarışı pul tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1106/2023 saylı, 06 sentyabr 2023-cü il tarixli icra sənədinin icra olunması üçün 12 oktyabr 2023-cü il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icraatına daxil olduğunu, icra sən ədinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olduğundan icraata qəbul edildiyini, 16 oktyabr 2023-cü il tarixdə icraata başlamaq haqda qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə bərabər borcluya və qeydiyyatda olduğu Naxçıvan şəhəri, Nizami 38/10 ünvanı üzrə 3 saylı Mənzil İstismar İdarəsinə göndərildiyini, məhkəmə qərarında göstərilən tələbi təmin etməsi üçün ona 10 gün könüllü müddət verildiyini, Borclu tələbi könüllü icra müddətində təmin etmədiyindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən borclu barəsində məcburi icra tədbirləri təyin edildiyini, borclunun əmlak və gəlir vəziyyətinin yoxlanıldığını, “Elektron İcra” sistemindən çıxarışa əsasən borclunun adına “Chevrolet Aveo minik” markalı, **-BD*** dövlət qeydiyyat nişanlı avtomobilin olmasının müəyyən edildiyini, avtomobilin üzərində sərəncam hüququnun 21 noyabr 2023-cü il tarixdə məhdudlaşdırıldığını, həmin tarixli xəbərdarlıqla borcluya bir daha tələbi təmin etməsinin təklif edildiyini, əmlakın üzərinə həbs qoyulması üçün təqdimatla məhkəməyə müraciət ediləcəyinin ona bildirildiyini, Borclu tələbi təmin etmədiyini, borclunun əmlakı “Chevrolet Aveo minik” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması ilə bağlı Naxçıvan Şəhər Məhkəməsinə 17 yanvar 2024-cü il tarixli təqdimatla müraciət olunduğunu, Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-6/2024 saylı, 26 yanvar 2024-cü il tarixli qərardadı ilə borclunun əmlakının üzərinə həbs qoyulduğunu, əmlakın mühafizəsini təmin etmək üçün Naxçıvan Muxtar Res publikası Daxili İşlər Nazirliyinin X5 İdarəsinə 20 fevral 2024-cü il tarixdə məktubla müraciət edildiyini, borclu tərəfindən tələbin könüllü təmin edilməməsinin Tələbkar haqlı narazılığına səbəb olduğunu göstərərək, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1106/2023 saylı, 06 sentyabr 2023-cü il tarixli icra sənədinin icra olunması üçün Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-6/2024 saylı, 26 yanvar 2024-cü il tarixli qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Аzərbаycаn Rеspublikаsı MPM-in 372.1-ci mаddəsinin tələbinə əsаsən аpеllyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə işdə оlаn və əlаvə təqdim оlunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bахır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməs i birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsi). Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. İşin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru 17 yanvar 2024-cü il tarixli təqdimatla məhkəməyə müraciət edərək Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi, ona xx.xx.2023-cü il tarixdə görüləcək məcburi icra tədbirləri barədə xəbərdarlıq edilməsinə baxmayaraq tələbi təmin etmədiyindən ona məxsus “Chevrolet Aveo” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı a vtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. İş materiallarında olan elektron informasiya sistemindən çıxarışdan görünür ki, Borclu mülkiyyətində “Chevrolet Aveo minik” markalı, sedan tipli, gümüşü metallik rəngli, 2011-ci il buraxılışlı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil mövcuddur. Kollegiya Borclu şikayətində göstərdiyi məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməməsi, mülkiyyətində yaşayış evinin olmaması, yeganə nəqliyyat vasitələrinin həmin avtomobil olması, Finca Azərbaycan” bank olmayan kredit təşkilatından 3000 manat və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 22000 manat kreditə pul götürməsi və 22 oktyabr 2023-cü ildə Şərur Rayon Ticarət Mərkəzində olan mağazasının baş verən yanğın zamanı tamamən yanması ilə əlaqədar şikayətinin dəlillərinə münasibətdə aş ağıdakıları qeyd edir. Belə ki, iş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-1106/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Borclu 3030 (üç min otuz) manat məbləğində əsas borcun və 53.50 (əlli üç manat əlli qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3083.50 (üç min səksən üç manat əlli qəpik) manat məbləğində pulun Tələbkar xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan 16 oktyabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərar və eyni tarixli bildirişin surətlərindən görünür ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)1106/2023 nömrəli, 12 oktyabr 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə bildirişin borclunun qeydiyya tda olduğu ünvana göndərilməsi təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşa yan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddənin tələbinə əsasən yuxarıda qeyd edilmiş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüid arə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. İş materiallarına əsasən Borclu məhkəməyə məlum olan və onun rəsmi qeydə alındığı ünvana, yəni Naxçıvan şəhəri, N.ünvan 2 göndərilərək məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilmiş, Naxçıvan Şəhər 3 saylı Mənzil İstismar İdarəsi tərəfindən məhkəməyə göndərilən xx.xx.2024-cü il tarixli, 01/27 nömrəli məktubla Borclu həmin ünvandakı evi satıldığından harada yaşadığından məlumatlarının olmadığı bildirilmişdir. Kollegiya eyni zamanda qeyd edir ki, borclu qərardadın ləğvi ilə əlaqədar məhkəməyə verdiyi şikayətində də yaşayış yerini göstərməmişdi r. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə bildirişləri borclunun ünvanına çatdırıldığından yuxarıda qeyd olunan prosessual normalara uyğun o, tərəfə təqdim olunmuş hesab edilir. Borclunun şikayətində qeyd etdiyi “Finca Azərbaycan” bank olmayan kredit təşkilatından 3000 manat və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 22000 manat kreditə pul götürməsinə dair dəlilinə münasibətdə kollegiya qeyd edir ki, bu hal qanuni qüvvəyə minmiş məhkəmənin qətnaməsinin icrasının təmin edilməsini, o cümlədən ona məxsus əmlakın üzərinə həbs qoyulmasını istisna edən hal kimi qəbul edilə bilməz. Əksinə göstərilən halların mövcudluğu onun məhkəmənin qətnaməsi ilə qət olunmuş borc məbləğini qaytarması üçün heç bir maneənin olmadığını göstərir. İşin kollegiyada araşdırılmış halları və tələbin könü llü icrası haqqında 16 oktyabr 2023-cü il tarixli icra məmurunun bildirişi ilə müəyyən edilmişdir ki, borclu bu müddət ərzində məhkəmənin qətnaməsi ilə qət olunmuş 3083.50 (üç min səksən üç manat əlli qəpik) manat məbləğində pulun qaytarılmasını təmin etməmiş və ümumiyyətlə həmin icra sənədi üzrə heç bir ödəmə aparmamışdır. 22 oktyabr 2023-cü ildə Şərur Rayon Ticarət Mərkəzində olan mağazasının baş verən yanğın zamanı tamamən yanması ilə əlaqədar borclunun şikayətində göstərdiyi dəlilinə münasibətdə kollegiya qeyd edir ki, bununla əlaqədar hər hansı bir sübut təqdim olunmamış və borclu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsində müəyyən olunmuş qaydada icra hərəkətlərinin həyata keçirilməsinə çətinlik yaradan hallarla əlaqədar icra məmuruna müraciət etməmiş, eyni z amanda icra sənədi üzrə icraatın məcburi olaraq dayandırılması ilə əlaqədar həmin qanunun 17.1-ci maddəsində göstərilən əsaslar mövcud olmamışdır. Kollegiya işin qeyd olunmuş hallarına əsasən Borclu şikayətinin həmin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 1-1-ci maddəsinə əsasən İcra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olu nması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir (Qanunun 43.1.1-ci maddəsi). “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə uyğun olaraq, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 49.1-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədi icra olunarkən, borclu və onun ailə üzvləri üçün zəruri olan ərzaq məhsullarına, daimi istifadə edilən qab-qacağa və mətbəx ləvazimatına, digər ilk zərur ət əşyalarına, habelə ixtisas üzrə kitablara və peşə fəaliyyəti ilə məşğul olmaq üçün avadanlığa tələb yönəldilə bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinin tələbinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Kollegiya birinci instansiya məhkəməsinin borclunun icra sənədi üzrə ödəməli old uğu məbləği nəzərə alaraq, borcluya məxsus “Chevrolet Aveo minik” markalı, sedan tipli, gümüşü metallik rəngli, 2011-ci il buraxılışlı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 2 sentyabr 2015-ci il tarixli qərarına əsasən məhkəmə qərarının icrasının məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmasını nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu sahədə qanunvericinin seçdiyi model səmərəli və effektiv olmalıdır, əks hal məhkəmə qərarının vaxtında və düzgün icra olunmamasına gətirib çıxara bilər, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edər. Eyni zamanda, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması cəmiyyətin məhkəmə hakimiyyətinə etimadını azalda bilər. İşin şərh olunmuş hallarına əsasən kollegiya belə nəticəyə gəlir ki, hazırkı iş üzrə icra sənədinin icrasının dayandırılması və ya icra olunmaması üçün qanunla müəyyən olunmuş hər hansı müstəsna hallar mövcud deyil və işə baxan birinci instansiya məhkəməsi qətnamənin icrasının təmin edilməsi üçün icra haqqında qanunun tələblərini nəzərə almaqla borcluya məxsus əmlak üzərinə həbs qoyulması ilə əlaqədar düzgün nəticəyə gəlmişdir, işdə şikayətin təmin edilməsi üçün əsaslar yoxdur və şikayətin dəlilləri əsassız olmaqla məhkəmənin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya işin şərh olunmuş halları və şikayətin dəlillərinə məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, qərardad qəbul olunarkən maddi və prosessual hüquq normalarının tələblərinə düzgün əməl olunmuşdur və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə, Borclu tərəfindən verilmiş şikayət təmin edilməməli, Naxçıvan Şəhər Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 8(078)-6/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsаsən və Аzərbаycan Respublikası MPM-in 263, 264, 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qərаrverdi: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 26 yanvar 2024-cü il tarixli, 8(078)-6/2024 nömrəli qərardadı dəyişd irilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar