Məhkəmə qərarları › İş №8(108)-21/2025

Ali Məhkəmə Qərardad — İş №8(108)-21/2025

30.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(108)-21/2025 30.10.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Şikayətin qeyri-mümkün hesab edilməsi haqqında (Açar sözlər: birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətin mümkünlüyünün yoxlanılması, şikayət qanunvericiliklə müəyyən edilmiş müddətdə verilmədiyindən onun qeyri-mümkün sayılması) Hakimlər Əliyev Zamiq Xudaverdi oğlu (məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Əliyev Mehdi Ədalət oğlundan ibarət tərkibdə, Ordubad Rayon Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, 8(080)-35/2025 nömrəli qərardadından tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətin mümkünlüyünün yoxlanılması məsələsinə məhkəmənin inzibati binasında baxaraq müəyyən etdi: I. Birinci insta nsiya məhkəməsində icraat a) Məhkəməyə müraciət və təqdimat üzrə qəbul edilən məhkəmə aktı

1. Ordubad Rayon İcra və Probasiya bölməsinin icra məmuru 08 sentyabr 2025-ci ildə Ordubad Rayon Məhkəməsinə icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı təqdimatla müraciət etmişdi (iş vərəqə 02).

2. Həmin Məhkəmənin 17 sentyabr 2025-ci il tarixli, 8(080)-35/2025 nömrəli qərardadı ilə təqdimat təmin edilərək Borclu barəsində olan icra sənədi icra olunanadək onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdı (iş vərəqə 20-21).

3. Borclu özünün ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə Ordubad Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 8(080)-35/2025 nömrəli qərardadından şikayət vermiş və əvvəlcədən etdiyi ödənişlərin icra sənədinə tətbiq olunmasını, ka rtından icazəsi olmadan çıxarılan subsidiyanın ödənilmiş borcdan çıxılması və bu barədə müvafiq banka hüquqi tədbir görülməsi ilə bağlı tapşırıq verilməsini, ölkədən çıxışına qoyulmuş müvəqqəti qadağanın təxirə salınmadan ləğv olunmasını xahiş etmişdir (iş vərəqə 26-27).

4. Ordubad Rayon Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, 8(080)-35/2025 nömrəli qərardadı ilə Borclu şikayəti qismən təmin edilərək, Məhkəmənin 17 sentyabr 2025-ci il tarixli, 8(080)- 35/2025 nömrəli qərardadı ləğv edilmişdi (iş vərəqə 36-38). b) Məhkəmə aktından verilən şikayət

5. Ordubad Rayon Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, 8(080)-35/2025 nömrəli qərardadından narazı qalan tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə 16 oktyabr 2025-ci ildə şikayətlə Ordubad Rayon Məhkəməsinə müraciə t edərək həmin qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdi (iş vərəqə 49-51).

6. Ordubad Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli, 8(080)-35/2025 nömrəli qərardadı ilə tələbkarın nümayəndəsinin şikayəti təmin edilməmiş və şikayətin iş materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməsi qərara alınmışdı (iş vərəqə 59-62).

7. Şikayət iş materialları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “29” oktyabr 2025-ci ildə daxil olmuşdu. İİ. Apellyasiya yoxlanılması instansiyası məhkəməsində şikayətin mümkünlüyünün 8. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə Ordubad Rayon Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, 8(080)-35/2025 nömrəli qərardadınd an verdiyi şikayəti qanunvericiliyin tələbləri daxilində yoxlayan kollegiya qeyd edir ki, birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət verilməsi və ona baxılması ilə bağlı prosessual qaydalar Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 42-ci fəsli ilə tənzimlənir.

9. Həmin fəsildə birinci instansiya məhkəmələrinin qərardadlarından verilmiş şikayət üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən onun mümkünlüyünün yoxlanılması nəzərdə tutulmasa da, Mülki-Prosessual Məcəllənin normalarından aydın olur ki, birinci instansiya məhkəmələrinin qərardadlarından verilən şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması üçün mümkünlük şərtlərinin yoxlanılması zəruridir. Belə ki, sözügedən Məcəllənin: 10. - 108.1-ci və 108.1.6-cı maddələrinə əsasən iş üzrə icraatın xit am verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlardan şikayət verildikdə dövlət rüsumu ödənilir; 11. - 268.1-ci maddəsinə görə şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir; 12. - 269.1-ci və 269.3-cü maddələrində qeyd edilir ki, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iş tirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir; 13. - 395.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər; 14. - 396.1-ci maddəsi ilə müəyyən edilir ki, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər.

15. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsində birbaşa nəzərdə tutulmasa da birinci instansiya məhkəmələrinin qərardadlarından verilmiş şikayətin mümkünlüyü yoxlanılmalıdır.

16. Azərbaycan Respublikası Mülki-Prose ssual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

17. Həmçinin həmin Məcəllənin 364-cü maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin həmin Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.

18. Sözügedən Məcəllən in 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.

19. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbindən çıxış edərək kollegiya qeyd edir ki, prosessual əsaslar dedikdə apellyasiya şikayətinin həmin Məcəllənin 357-ci (apellyasiya şikayəti vermək hüququ), 358-ci (apellyasiya qaydasında işə baxan məhkəmələr), 360-cı (apellyasiya şikayətinin verilmə müddəti), 361-ci (apellyasiya şikayətinin məzmunu, ona əlavə edilməli olan zəruri sənədlər) və 362-ci (apellyasiya şikayətinin verilməsi) maddələrində müəyyən olunmuş tələblərə riayət olunmaqla verilməsi başa düşülür. Bu baxımdan apellyasiyanın mümk ünlüyü apellyasiya şikayətinin həmin normaların tələblərinə uyğun verilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

20. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 12 aprel 2017-ci il tarixli qərarında qeyd etmişdi ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məh kəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə 1985-ci il 28 may tarixli Qərarında göstərilir ki, məhkəməyə müraciət etmək hüququ mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər, çünki müraciət etmək hüququ öz təbiətinə görə dövlət tərəfindən tənzimləməni tələb edir və həmin tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına uyğun olaraq müxtəlif vaxtlarda və müxtəlif yerlərdə dəyişə bilər (§57).

23. Konstitusiya Məhkəməsinin Plenumunun “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə dair” 6 oktyabr 2023-cü il tarixli qəra rında qeyd edilmişdi ki, məhkəməyə əlçatanlıq müdafiəyə ehtiyacı olan şəxs üçün ədalət mühakiməsinin təmin edilməsinin zəruriliyini nəzərdə tutmaqla, həmin şəxsin yaranmış vəziyyətlə bağlı məhkəmənin simasında dövlətin mövqeyini bilmək hüququnu da ehtiva edir. Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqları ilə bağlı digər qanunvericilik aktlarında əks olunmuş tənzimləyici normalar müvafiq konstitusiya normalarının tətbiqini mümkünsüz etməməli, əksinə məhkəmə tərəfindən konstitusion hüquqların realizəsinə, təməl prinsiplərin rəhbər tutulmasına imkan yaratmalıdır.

24. Yuxarıda qeyd edilən normalardan çıxış edərək kollegiya bildirir ki, məhkəməyə müraciət etmək hüququ bütün instansiya məhkəmələrini əhatə edir və bu hüquq məhdudiyyətə məruz qala bilən hüquqdur. Məhkəmə aktının apelly asiya qaydasında mübahisələndirilməsi üçün bir neçə məhdudiyyət var ki, bunlardan biri onun qanunla müəyyən edilmiş müddətə əməl edilməklə verilməsidir.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır” (§ 45 ).

26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 134.1, 134.1.5 və 396-cı maddələrinin mahiyyətindən aydın olur ki, məhkəmə tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməli olan sənədlərdən biri birinci instansiya məhkəməsinin aktlarıdır. Bu məhkəmə aktları sırasına daxil olan qərardadlardan isə apellyasiya şikayəti onun rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilə bilər.

27. Mülki prosessual sənədlərin rəsmi qaydada verilməsi isə həmin Məcəllənin 135-ci maddəsi ilə tənzimlənir. Sözügedən prosessual normaya görə Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndə rişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ün van sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir g ün müddətində məhkəməyə xəbər verməlidirlər. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8- ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

28. Qeyd edilən prosessual normaları iş materialları ilə əlaqəli şəkildə öyrəndikdə görünür ki, (texniki əməliyyatlar bölməsindən müəyyən edilir) şikayətin obyekti ol an Ordubad Rayon Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, 8(080)-35/2025 nömrəli qərardadın tam mətni "Elektron məhkəmə" informasiya sisteminə 02 oktyabr 2025-ci ildə yerləşdirilmişdi (iş vərəqə 75).

29. Həmçinin "Elektron məhkəmə" informasiya sistemində olan proses iştirakçılarına dair məlumatlardan tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 21 yanvar 2019-cu il tarixdən elektron kabinetinin mövcud olması aydın olur (iş vərəqə 76).

30. Yuxarıda qeyd edilənlər isə onu deməyə imkan verir ki, tələbkar Ordubad Rayon Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, 8(080)-35/2025 nömrəli qərardadını rəsmi qaydada 02 oktyabr 2025-ci ildə əldə etmişdi. Çünki məhkəmə aktının tam mətninin imzalanması avtomatik olaraq onun elektron kabineti olan proses iştirakçıların kabinetinə yerləşdirilməsi ilə n əticələnir (müşayiət məktubu olmasa belə). Həmçinin qeyd edilən fakt Məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışla da müəyyən olunur. 31. "Elektron məhkəmə" informasiya sistemində tələbkarın elektron kabinetinin mövcud olmasına baxmayaraq məhkəmə sənədlərindən yalnız Ordubad Rayon Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, 8(080)-35/2025 nömrəli qərardadının poçt vasitəsi ilə tələbkara göndərilməsi, onun tələbkara 09 oktyabr 2025-ci ildə çatdırılması müəyyən edilsə də, kollegiya bildirir ki, sözügedən məhkəmə aktının rəsmi qaydada çatdırılması vaxtını 09 oktyabr 2025-ci il qəbul edilməsi mülki prosessual qanunvericiliyin tələblərinə ziddir.

32. Belə ki, Mülki-Prosessual Məcəllənin 10-1.1 və 10-1.2-ci maddələrinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

33. Həmin Məcəllənin 10-1.3 və 10-1.5-ci maddələrinin mahiyyətinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir və bu sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz.

34. Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə “elektron məhkəmə” informasiya sisteminin tətbiqinin təmin edilməsi, fiziki və hüquqi şəxslərin “elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təşviq edilməsi üçün tədbirlərin görülməsi müəyyən olunmuşdur. Nəzərə alınmalıdır ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi vətəndaşların məhkəməyə mü raciət imkanlarının daha da genişləndirilməsi, icraatın effektivliyinin yüksəldilməsi məqsədini daşıyır ki, bu da yeni, elektron müraciət vasitələrinin şəxslərin məhkəməyə müraciətinə maneə yaratmaq, məhkəmə əlçatanlığını çətinləşdirmək vasitəsi kimi nəzərdən keçirilməsini istisna edir.

35. Kollegiya göstərilənlərə əsaslanaraq belə nəticəyə gəlir ki, tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Kərim X2 Rayon Məhkəməsinin 30 sentyabr 2025ci il tarixli, 8(080)-35/2025 nömrəli qərardadından şikayəti qanunvericiliklə müəyyən edilmiş 10 günlük müddəti buraxmaqla vermişdi.

36. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1 və 363.1.3-cü maddələrində apellyasiya şikayətinin müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayətinin birinci instansiya məhkə məsi tərəfindən geri qaytarılması öz əksini tapsa da, işə baxan birinci instansiya məhkəməsi şikayəti qaytarmamış, baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə göndərmişdir.

37. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, şikayətin verilməsi zamanı MülkiProsessual Məcəllənin tələblərinə riayət edilmədiyindən Ordubad Rayon Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, 8(080)-35/2025 nömrəli qərardadından iş üzrə tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və şikayətin geri qaytarılması məsələsi həll edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir.

38. Mülki-Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edi lə bilər.

39. Həmin Məcəllənin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsa sı ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib.

40. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

41. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 12.2, 263-264, 358.0.3, 361, 365, 366, 402 və 405.0. 2-ci maddələrini rəhbər tutaraq Apellyasiya instansiyası yoxlanılması üzrə gəldiyi nəticə məhkəməsinin apellyasiyanın mümkünlüyünün qəraraaldı: Ordubad Rayon Məhkəməsinin 30 sentyabr 2025-ci il tarixli, 8(080)-35/2025 nömrəli qərardadından "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün işlə birlikdə Ordubad Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev Hakimlər: Mehman Allahverdiyev və Mehdi Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar