Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(108)-3/2024 14.03.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X4 və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, Naxçıvan Şəhər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 8(078)-7/2024 nömrəli qərardadından Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X16 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 12 yanvar 2024-cü il tarixli qərarına əsasən Naxçıvan Şəhər Məhkəməsinin 21 dekabr 2020-ci il tarixli, 2(078)-830/2020 saylı icra sənədi ərazi aidiyyəti üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X8 12 yanvar 2024-c ü il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərarından X3 tərəfindən şikayət verilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 8(078)-7/2024 nömrəli qərardadı ilə şikayət təmin olunaraq, icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərar ləğv edilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru O.Z.Qənbərov sözügedən qərardaddan xx.xx.2024-cü il tarixdə şikayət vermiş, şikayət Azərbaycan Respublikasının MülkiProsessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmışdır. İcra məmuru X2 Şəhər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 8(078)-7/2024 nömrəli qərardadından şikayətlə təkrar məhkəməyə müraciət etmiş, əlavə olaraq prosessual müddətin bərpa olunmasına dair ərizə vermiş və Naxçıvan Şəhər Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 8(078)-7/2024 nömrəli qərardadı ilə ərizə təmin olunaraq X3nun Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X8 12 yanvar 2024-cü il tarixli icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında Naxçıvan Şəhər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 8(078)7/2024 nömrəli qərardadından Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X16 tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddət ona münasibətdə bərpa olunmuşdur. Naxçıvan Şəhər Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 8(078)-7/2024 nömrəli qərardadı ilə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X8 12 yanvar 2024-cü il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərarının ləğv edilməsinə dair Naxçıvan Şə hər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 8(078)-7/2024 nömrəli qərardadından verilmiş şikayətə həmin tarixdə baxılmış və şikayətin baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi qərara alınmışdır. Şikayət verən O.Z.Qənbərov şikayətini onunla əsaslandırmışdır ki, X14 X6 qarşı uşaqla ünsiyyət qaydasının müəyyən olunması tələbinə dair Naxçıvan Şəhər Məhkəməsinin 2(078)830/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsi xx.xx.2020-ci il tarixdə icraata daxil olmuş, icra vərəqəsinə əsasən X17 övladı xx.xx.2015-ci ildə doğulmuş X18 ilə hər həftənin şənbə günü, saat 11:00-dan 18:00-dək görüşüb ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. İcra sənədi üzrə icraat zamanı borclu X9 tərəfindən xx.xx.2024-cü il tarixdə Xaçmaz Rayon İcra Hakimiyyə ti başçısının Xudat Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 48 saylı, xx.xx.2024-cü il tarixli arayış Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə təqdim edilmiş, arayışda X9 və X10 ünvan 1 ünvanında yaşadıqları qeyd olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən icra sənədi xx.xx.2024-cü il tarixli qərarla Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra sənədi üzrə X3 “İcra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarın ləğvi ilə bağlı Naxçıvan Şəhər Məhkəməsinə şikayət vermiş, Naxçıvan Şəhər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 8(078)-7/2024 nömrəli qərardadı ilə “İcra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərar ləğv edilmiş, məhkəmə qərarı ləğv edərkən belə nəticəyə gəlmişdir ki, icra vərəqəsi yalnız borclunun şəxsiyyət vəsiqəsində göstərilən ünvanda icra edilməlidir. Şikayət verən qeyd etmişdir ki, hesab edir ki, Naxçıvan Şəhər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 8(078)-7/2024 nömrəli qərardadı ləğv edilməlidir. Belə ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-830/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə borclu X9 tərəfindən xx.xx.2024-cü il tarixdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Xudat Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 48 saylı, xx.xx.2024-cü il tarixli arayış təqdim etmiş, həmin ünvanda qızı X18 və əri X19 ilə birgə yaşadıqlarını bildirmişdir. İcra sənədi üzrə icraat zamanı borclu X5 X19 ilə rəsmi nikaha daxil olduğu, X11 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xudat şəhərində yerləşən “N” saylı hərbi his sədə xidmət etdiyi və xx.xx.2015-ci ildə doğulmuş X10 Xaçmaz rayonu, Xudat şəhəri, N.Nərimanov adına 2 nömrəli tam orta məktəbin 3-cü sinfində təhsil aldığı bildirilmişdir. Həmçinin icra sənədi icraatında olduğu dövr ərzində borclu X5 qeydiyyatda olduğu ünvan 3 ünvanında yaşamadığı, ünvan 4yən edilmiş və icra hərəkətləri kirayə yaşadığı ünvanda həyata keçirilmişdir. İcra sənədi üzrə borclu X5 qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən mənzil onun mülkiyyətində deyil və mülkiyyətində daşınmaz əmlak yoxdur. Naxçıvan Şəhər Məhkəməsi 29 yanvar 2024-cü il tarixli, 8(078)-7/2024 nömrəli qərardadında belə nəticəyə gəlir ki, icra sənədi yalnız borclunun qeydiyyatda olduğu ünvan 3 ünvanı üzrə həyata keçirilməlidir. Məhkəmə qərardadı ilə şəxsin azadlıq hüququ pozulmuşdur. Şikayət verən sonda Naxç ıvan Şəhər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 8(078)7/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. O.Z.Qənbərov şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan ver ilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 139.4-cü maddəsi rəhbər tutulmaqla X3na, borclu X6 və təqdimat verən şəxs Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X12 verilmiş şikayətlə bağlı izahat və etirazlarını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi təklif edilmişdir. X3 04 mart 2024-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə kollegiyaya ərizə göndərərək, şikayətin təmin olunmamasını və Naxçı van Şəhər Məhkəməsinin qəbul etdiyi qərardadın qüvvədə saxlanılmasını xahiş etmişdir. Şikayət verən X16 11 mart 2024-cü il tarixdə kollegiyaya şikayət üzrə hüquqi mövqe göndərərək Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-7/2024 nömrəli, 29 yanvar 2024-cü il tarixli qərardadının ləğv edilməsini, X3nun şikayətinin təmin edilməməsi və 12 yanvar 2024-cü il tarixli qərarın qüvvədə saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya işin tədqiq olunmuş hallarına şikayətin dəlilləri ilə qarşılıqlı hüquqi qiymət verərək belə hesab edir ki, şikayət təmin edilməli və N axçıvan Şəhər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli 8(078)-7/2024 nömrəli qərardadı ləğv edilməlidir. Belə ki, şikayətə baxılması ilə əlaqədar tədqiq olunmuş iş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı X22 cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qızı X20 ilə ünsiyyətdə olması üçün hər həftə mütəmadi olaraq görməsi və həftənin müəyyən günlərində onun ailəsində qalması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(078)-830/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin olunması, X14 övladı xx.xx.2015-ci il təvəllüdlü X18 ilə hər həftənin şənbə günü, saat 11:00-dan 18:00-dək görüşüb ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi, iddia tələbinin qalmış hissədə rədd edilməsi qət edilm işdir. Naxçıvan Şəhər Məhkəməsinin həmin qətnaməsi əsasında xx.xx.2020-ci il tarixdə icra vərəqəsi çıxarılaraq xx.xx.2020-ci il tarixdə Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə göndərilmiş, icra vərəqəsinə əsasən X17 övladı xx.xx.2015-ci ildə doğulmuş X18 ilə hər həftənin şənbə günü, saat 11:00-dan 18:00-dək görüşüb ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. İş materiallarında olan Naxçıvan şəhər İcra və Probasiya Şöbəsinin 12 yanvar 2024-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, həmin qərara əsasən Naxçıvan Şəhər Məhkəməsinin 21 dekabr 2020-ci il tarixli, 2(078)-830/2020 saylı icra sənədi ərazi aidiyyəti üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, lakin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X8 12 yanvar 2024-cü il tarixli icra sənədinin ərazi aidiyy əti üzrə göndərilməsi haqqında qərarından X3 tərəfindən şikayət verilmiş, həmin şikayətə Naxçıvan Şəhər Məhkəməsində baxılaraq 29 yanvar 2024-cü il tarixli, 8(078)-7/2024 nömrəli qərardadla icra məmurunun 12 yanvar 2024-cü il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərarından verdiyi şikayət təmin olunaraq, icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərar ləğv edilmişdir. Yuxarıda da qeyd olunduğu kimi, həmin qərardaddan Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru O.Z.Qənbərov tərəfindən verilmiş şikayətə 23 fevral 2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsində baxılaraq əsaslı hesab edilmədiyindən 8(078)-7/2024 nömrəli qərardadla baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi qərara alınmışd ır. Şikayətin dəlillərində birinci instansiya məhkəməsinin qərardadının ləğvinə əsas kimi, “...Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-830/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə borclu X9 tərəfindən xx.xx.2024-cü il tarixdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Xudat Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 48 saylı, xx.xx.2024cü il tarixli arayış təqdim edildiyini, həmin ünvanda qızı X18 və əri X19 ilə birgə yaşadıqlarını, icra sənədi üzrə icraat zamanı borclu X5 X19 ilə rəsmi nikaha daxil olduğunu, X11 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xudat şəhərində yerləşən “N” saylı hərbi hissədə xidmət etdiyini və xx.xx.2015-ci ildə doğulmuş X10 Xaçmaz rayonu, Xudat şəhəri, N.Nərimanov adına 2 nömrəli tam orta məktəbin 3-cü sinfində təhsil a ldığını, həmçinin icra sənədinin icraatında olduğu dövr ərzində borclu X5 qeydiyyatda olduğu ünvan 3 ünvanında yaşamadığını, ünvan 5 müəyyən edildiyini və icra hərəkətlərinin də kirayə yaşadığı ünvanda həyata keçirildiyini, icra sənədi üzrə borclu X5 qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən mənzil onun mülkiyyətində olmadığını və mülkiyyətində daşınmaz əmlak olmadığını, məhkəmə qərardadı ilə şəxsin azadlıq hüququnun pozulduğunu” bildirmişdir ki, kollegiya qeyd olunan bu dəlilləri mülki işin mövcud halları ilə qarşılıqlı tədqiq edərək dəlillərin əsaslı olduğu qənaətinə gəlir. Belə ki, iş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(078)-830/2020 nömrəli qətnaməsinin surətindən məlum olur ki, X22 ilə X9 arasında olan nikah qeydi həmin məhkəmənin 28 iy ul 2020-ci il tarixli, 2(078)-511/2020 nömrəli qətnaməsi ilə pozulmuş və beləliklə tərəflər arasında mövcud olan ər-arvad münasibətlərinə xitam verilmişdir. Tədqiq olunmuş iş materiallarından da göründüyü kimi, Naxçıvan Şəhər Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(078)-830/2020 nömrəli qətnaməsi ilə X17 övladı xx.xx.2015-ci il təvəllüdlü X18 ilə hər həftənin şənbə günü, saat 11:00-dan 18:00-dək görüşüb ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi müəyyən edilərkən icra üzrə borclu şəxs X5 istər rəsmi qeydiyyatda olduğu (ünvan 3), istərsə də faktiki yaşadığı (Naxçıvan şəhəri, B.Abbasov küçəsi, ev 51) ünvanlar Naxçıvan şəhəri olduğundan xx.xx.2020-ci il tarixdə icra vərəqəsi çıxarılaraq aidiyyəti üzrə xx.xx.2020-ci il tarixdə Naxçıvan şəhər İcra və Probasiya şöbəsinə göndərilmiş, laki n iş materiallarına əsasən borclu şəxsin kirayədə yaşadığı müəyyən edildiyindən icra hərəkətləri də onun rəsmi qeydiyyat ünvanında deyil, məhz kirayədə yaşadığı (ünvan 7ta keçirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Konstitusiyanın 34-cü maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq (nikah hüququ) hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Beləliklə Azərbaycan Respublikasının hər bir vətəndaşının öz iradəsi əsasında nikah bağlamaq və eyni zamanda özünə yaşayış yeri seçmək hüququ onun Konstitusiy a ilə təsbit olunmuş hüquqlarıdır. Sərbəst hərəkət etmək və özünə yaşayış yerini azad seçmək hüququ beynəlxalq hüquqi aktlarda, o cümlədən Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 12-ci maddəsində və “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 4 saylı Protokolunun 2-ci maddəsində də göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsasən özünə yaşayış yerini azad seçmək hüququ insanın azadlıq hüququndan irəli gəlir. Geniş mahiyyətinə görə azadlıq isə öz mülahizəsinə uyğun olaraq hərəkət etmək imkanıdır. Bunları nəzərə alan Azərbaycan Respublikasının qanunvericiliyi yaşayış yeri üzrə qeydiyyatın aparılmasını insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına deyil, onların reallaşdırılmasına yönəltmişdir. Şikayətə baxı lması ilə bağlı tədqiq olunmuş iş materiallarında olan Naxçıvan ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 23 yanvar 2024-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 516196 nömrəli nikah haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, borclu X9 ilə X19 arasında nikah bağlanmış və bu barədə 317 nömrəli qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən 11 may 2023-cü il tarixdə verilmiş ******* nömrəli xidməti vərəqənin surətindən F.H.Həşimovanın həyat yoldaşı X11 Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində xidmət etdiyi, xx.xx.2024-cü il tarixdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Xudat Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 48 saylı, xx.xx.2024-cü il tarixli arayışın surətinə əsasən X9 və xx.xx.2015-ci il təvəllüdl ü X10 hal-hazırda ünvan 1 ünvanında müvəqqəti olaraq qeydiyyatsız yaşadıqları, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Quba-Xaçmaz Regional Təhsil İdarəsi, Xaçmaz rayon N.Nərimanov adına Xudat şəhər 2 nömrəli tam orta məktəbi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 15 nömrəli arayışa əsasən isə xx.xx.2015-ci ildə doğulmuş X10 həmin məktəbin 3-cü sinfində təhsil aldığı məlum olmuşdur. Göründüyü kimi, borclu X9 yeni nikah münasibətlərinə girmiş, bu nikah münasibətlərindən yaranan şəraitə uyğun olaraq himayəsində olan azyaşlı qızı ilə özünə yeni yaşayış yeri seçmişdir. Beləliklə, yuxarıda istinad olunan tədqiq edilmiş sənədlərə əsasən Naxçıvan Şəhər Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(078)-511/2020 nömrəli qətnaməsi ilə tərəflər arasında mövcud olan nikah qeydinin pozulmas ı, həmin qətnaməyə əsasən xx.xx.2015-ci il təvəllüdlü X10 ananın yanında saxlanılması Naxçıvan Şəhər Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(078)-830/2020 nömrəli qətnaməsi ilə X17 övladı xx.xx.2015-ci il təvəllüdlü X18 ilə hər həftənin şənbə günü, saat 11:00-dan 18:00-dək görüşüb ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi, iş üzrə borclu X5 X19 ilə yeni nikah münasibətlərinə girdiyi, həyat yoldaşının hərbçi olması səbəbindən onun xidməti yerinə uyğun (nəzərə alınmalıdır ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinin tələbinə görə hərbi qulluqçular və onların ailə üzvləri xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınırlar) yeni yaşayış ünvanına köçdüyü, özünün və himayəsində olan azyaşlı qızı nın artıq bir müddətdir ki, faktiki olaraq göstərilən ünvanda yaşadıqları və xx.xx.2015-ci ildə doğulmuş X10 yaşadıqları ərazidə yerləşən Xaçmaz rayon N.Nərimanov adına Xudat şəhər 2 nömrəli tam orta məktəbinin 3-cü sinfində təhsil aldığı işin mübahisəsiz hallarıdır. İşin mübahisələndirilən halı isə ondan ibarətdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli, 2(078)-830/2020 nömrəli qətnaməsi əsasında X17 övladı xx.xx.2015-ci il təvəllüdlü X18 ilə hər həftənin şənbə günü, saat 11:00-dan 18:00-dək görüşüb ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi ilə bağlı Naxçıvan Şəhər Məhkəməsinin verdiyi 21 dekabr 2020-ci il tarixli, 2(078)-830/2020 saylı icra vərəqəsi borclunun faktiki yaşadığı yer üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən, yaxud onun rəsmi qeydiyyatda olduğu yer üzrə Naxçıvan şəhər İcra və Probasiya Şöbəsi tərəfindən icra olunmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən 29 yanvar 2024-cü il tarixdə X3nun Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X8 12 yanvar 2024-cü il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərarından verdiyi şikayət təmin olunaraq icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərar ləğv edilərkən birinci instansiya məhkəməsi gəldiyi nəticəni “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 sentyabr 2015-ci il tarixli Qərarı, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Az ərbaycan Respublikası Qanununun 3-cü maddəsi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsi ilə əsaslandırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsində qeyd olunur ki, icra haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Konstitusiyadan, bu Qanundan, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunundan, Mülki Prosessual Məcəllədən, habelə digər qanunvericilik aktlarından ibarətdir. Maddənin məzmunundan da göründüyü kimi, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi sadəcə həmin qanununun normaları ilə məhdudlaşmır və digər qanunvericilik aktlarını da özündə ehtiva edir. Həmin Məcəllənin 10.1-ci maddəsində isə qeyd olunur ki, borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Qanunun mənasından da göründüyü kimi, həmin müddəa borclu fiziki şəxsə münasibətdə icra hərəkətlərinin aparılmasını borclunun həm yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilməsini nəzərdə tutur. Həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində şəxsin yaşayış yeri və eyni zamanda olduğu yer ifadələrinin anlayışları verilmiş və qeyd olunmuşdur ki, şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərd ə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər-üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer isə onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Qeyd olunan hüquqi mövqe Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsində də öz əksini tapmışdır. Belə ki, həmin maddənin tələbinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “Ərazi aidiyyəti” adlanan 4-cü fəs linin müddəalarına nəzər saldıqda görünür ki, həmin Məcəllə ilə yaşayış yeri ilə rəsmi qeydiyyat anlayışları bir-birindən fərqləndirilmiş və bu baxımdan iddia icraatının prosessual qaydaları müəyyənləşdirilmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müdəalarının şərh olunması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli Qərarında qeyd olunur ki, “«Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanunu vətəndaşlıq hüququnu təsdiq edən sənədə və onun verilməsinə həsr olunmuşdursa, «Y aşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun predmeti isə tamamilə fərqlidir. Adından da göründüyü kimi, bu Qanunun tənzimlədiyi məsələlər vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın aparılması ilə bağlıdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə görə qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur. Onun yaşayış yeri sayılmayan müvəqqəti yaşadığı yer (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə özünün, qohumunun, tanışının və başqa yaşayış binası) isə vət əndaşın olduğu yer sayılır. Yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır və yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqd ır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırması vətəndaşın həm hüququ, həm də vəzifəsidir. Qeydiyyat orqanları isə Qanunla müvəkkil olunurlar ki, vətəndaşın iradəsinə uyğun olaraq daimi və ya müvəqqəti yaşadığı yerin azad seçilməsi aktını təsdiq etsinlər. Buna görə, vətəndaşların yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması vətəndaşların özünə yaşayış yerini azad seçmək hüququnu pozmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddə lərinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 sentyabr 2015-ci il tarixli Qərarında qeyd olunur ki, “ “İcra haqqında” Qanunun 10-cu maddəsi icra hərəkətlərinin həyata keçirildiyi yerdən bəhs edir. Belə ki, həmin maddəyə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə, yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Borclu hüquqi şəxsdirsə, icra hərəkətləri onun olduğu yerdə və ya əmlakının olduğu yerdə həyata keçirilir. Borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur. İcra zamanı borclunun yaşayış yeri və ya olduğu yer, yaxud onun iş yeri dəyişdikdə və yaxud borclunun, əvvəl olduğu yer üzrə tələbin yönəldilə biləcəyi əmlakının olmadığı və ya həmin əmlakın tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadığı aşkar edildikdə, icra məmuru tərəfindən bu barədə akt tərtib olunur. İcra məmuru aktın tərtib edildiyi vaxtdan bir gün müddətində icra sənədini həmin aktın surəti ilə birlikdə borclunun yeni yaşayış yeri və ya olduğu yer üzrə, yaxud yeni iş yeri üzrə və ya borclunun əmlakının olduğu yeni yer üzrə icra məmuruna göndərir və bu barədə tələbkara, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana yazılı məlumat verir. İcra məmuru tərəfindən göndərilmiş icra sənədini müvafiq ərazi üzrə digər icra məmuru icraata qəbul etməlidir. İcra hərəkətlərinin həyata keçirilməsi yeri ilə bağlı icra məmurları arasında yaranmış mübahisələr icra x idmətinin rəhbəri tərəfindən həll olunur. “İcra haqqında” Qanunun yuxarıda göstərilən normalarından aydın olur ki, məhkəmə aktı icra sənədləri sayılır və icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin vəzifəsidir. İcra sənədi üzrə borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur. Eyni zamanda, qeyd olunan Qanunun 54-cü maddəsi ilə bir neçə icra sənədi üzrə icraatın xüsusiyyətləri tənzimlənir. Qanunun həmin maddəsinə əsasən icra məmurları qurumunda eyni borclu barəsində bir neçə icra sənədi olduqda, onlar ümumi icraatda birləşdirilir. Bu zaman borclunun əmlakı üzərinə tələbin, icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi üçün ehtimal olunan xərclərin ümumi məbləği həcmində, digər iddianın (iddiaların) təmin olunması üçün onun üzərinə həbs qoyulmasından asılı olmayaraq, həbs qoyulur. Eyni borclu barəsində ayrı-ayrı icra məmurları qurumunda bir neçə icra sənədi olduqda, bu Qanunun 54-cü maddəsinin müddəalarının yerinə yetirilməsini icra xidmətinin rəhbəri təmin edir. Beləliklə, “İcra haqqında” Qanunun və Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən normalarının mənasına görə, məhkəmələr qətnamələrin icrasının səmərəliliyini təmin etmək məqsədilə qətnamələri dəqiq və mülki prosessual qanunvericiliyin tələblərinə cavab verən qaydada tərtib etməli, icra sənədinin icraya yönəldilməsi bilavasitə məhkəmələrin vəzifəsi olduğundan, icra sənədini tərtib edərkən bir məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda icra sənəd ini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra şöbələrinə göndərməlidirlər.” Yuxarıda istinad olunan maddi və prosessual hüquq normaları, eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin istinad olunan Qərarlarında ifadə olunun hüquqi mövqedən də göründüyü kimi, şəxsin yaşayış yeri dedikdə onun mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Lakin buda qeyd olunmalıdır k i, daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırması vətəndaşın vəzifəsi olmaqla yanaşı, həm də hüququ kimi müəyyən olunmuşdur. Hazırki baxılan işin müəyyən olunmuş hallarından da göründüyü kimi, 21 dekabr 2020-ci il tarixli, 2(078)-830/2020 saylı icra sənədi üzrə borclu X1 şəhəri, Fizuli küçəsi, döngə 2, ev 26 ünvanında rəsmi qeydiyyatda olsa da, hazırda daimi və ya daha çox yaşadığı yer ünvan 1 ünvanıdır. Bu isə yuxarıda qeyd olunan normalar baxımından onu deməyə əsas verir ki, borclunun yaşadığı yer də məhz həmin ünvan hesab olunmalıdır. Kollegiya bu halda xüsusilə diqqəti ona yönəldir ki, hazırki münasibətlərə yanaşma iddia icraatı ilə bağlı aidiyyətin müəyyən olunmasından deyil, icra icraatı ilə bağlı aidiyyətin müəyyən olunmasını nəzərdə tutur. Belə olan halda kollegiya hesab edir ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X8 12 yanvar 2024-cü il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında çıxardığı qərar qanuni və əsaslı olmuşdur. Əks yanaşma, yəni qeyd olunan icra vərəqəsinin borclu X5 daimi və ya daha çox yaşadığı yer üzrə deyil, rəsmi qeydiyyatda olduğu ərazi üzrə icra olunması borclunun Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən olunmuş fundamental hüquqlarının pozulması, eyni zamanda xx.xx.2015-ci il təvəllüdlü X10 üstün mənafeləri baxımından uşaq hüquqlarının müdafiəsi sahəsində mövcud olan milli qanunvericilik və beynəlxalq normalarının pozulması ilə nəticələnmiş olardı. Çünki nəzərə alınmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanun unun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmçinin qeyd olunmalıdır ki, icra sənədinin hazırda borclunun rəsmi qeydiyyatda olduğu yer üzrə icra olunacağı təqdirdə bu icranın mümkünlüyünü şübhə altına almaqla, ünsiyyətin formal və simvolik xarakter daşımasına səbəb olmuş olardı. Kollegiya diqqəti ona yönəldir ki, icra məmurları tərəfindən icra vərəqəsinin aidiyyəti üzrə göndərilməsi ilə bağlı qərar qəbul olunarkən borclunun yaşadığı yer barədə təqdim etdiyi sənədlər hərtərəfli və tam araşdırılmalı, bu zaman borclunun icradan yayınmaq və vaxt qazanmaq məqsədi ilə bu addımları for mal əsaslarla atıb-atmadığı aydınlaşdırılmalı, borclunun icra məmuruna təqdim edilmiş sənəddə göstərilən ərazidə yaşaması (mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər-üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerlərində daimi və ya daha çox yaşaması) halının həqiqiliyi dəqiq müəyyən olunmalıdır. Kollegiya tərəfindən tədqiq olunmuş sənədlərlə baxılan hazırki işdə həmin hallar hərtərəfli və tam araşdırılmış, borclu X5 hazırda daimi və ya daha çox yaşadığı yerin ünvan 1 ünvanı olması müəyyən olunmuşdur. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, “Valideynlərin və digər q ohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli Qərarında da qeyd olunduğu kimi, uşaqlarla ünsiyyət hüququ ilə bağlı münasibətlər davam edən xarakter daşıdığı üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra, eyni məsələ ilə bağlı məhkəmədə təkrar iddia qaldırmaq hüququ istisna edilmir. Ünsiyyət qaydasının müəyyən edilməsi zamanı işin əhəmiyyətli halları, o cümlədən ünsiyyət tələb edən valideynin yaşayış yerinin şəraiti, uşağın yaşayış yerindən uzaqlığı və digər diqqətəlayiq hallar nəzərə alınmaqla, gecə qalmaqla ünsiyyətin qaydasının müəyyən edilməsinə dair iddia tələblərinin təmin edilməsi imkanı da istisna edilmir. Uşaqların öz valideynlər i ilə ünsiyyət forması kimi şəxsi görüşdən əlavə, mümkün olduğu hallarda digər ünsiyyət formalarının-yazışma, telefon danışıqları, videoəlaqə və texnologiyaların imkan verdiyi digər vasitələrin tətbiqini də nəzərdə tutur. Beləliklə, kollegiya yuxarıda qeyd olunan xüsusatları nəzərə almaqla hesab edir ki, Naxçıvan Şəhər Məhkəməsi 29 yanvar 2024-cü il tarixli, 8(078)-7/2024 nömrəli qərardadı ilə X3nun Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X8 12 yanvar 2024-cü il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərarından verdiyi şikayətin təmin olunması və icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərarın ləğvi barədə səhv nəticəyə gəlmişdir. Buna görə də Naxçıvan Şəhər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 8(078)-7/2024 nömrəli qərardad ından Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X16 tərəfindən verilmiş şikayət təmin edilməli, Naxçıvan Şəhər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 8(078)-7/2024 nömrəli qərardadı ləğv olunmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 397, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: Naxçıvan Şəhər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 8(078)-7/2024 nömrəli qərardadından Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X16 tərəfindən verilmiş şikayət təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 8(078)-7/2024 nömrəli qərardadı ləğv olunsun. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(108)-3/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №8(108)-3/2024
14.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver