Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(108)-5/2023 23.05.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Əli Kərim oğlundan və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, tələbkar X3 Borclu qarşı nikahın pozulması, alimentin tutulması və nikahın pozulmasından sonra uşaqların hansı valideynin yanında qalması tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-851/2019 nömrəli, 27 noyabr 2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata baxılmasına dair iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 8(078)-28/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: 20 fevral 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və X6 Şəhər Məhkəməsinə təqdimatla müraciət edərək 2(078)-851/2019 nömrəli iş üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 8(078)-28/2023 nömrəli qərardadı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin təqdimatının təmin olunması, X3 Borclu qarşı nikahın pozulması, alimentin tutulması və nikahın pozulmasından sonra uşaqların hansı valideynin yanında qalması tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 2(078)851/2019 nömrəli, 27 noyabr 2019cu il tarixli icra sən ədinin icrası üzrə xx.xx.1972-ci il tarixdə Türkiyə Respublikasında doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Məhkəmənin qərardadından narazı qalan Borclu 28 aprel 2023-cü il tarixdə şikayətlə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 8(078)-28/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 03 may 2023-cü il tarixli, 8(078)-28/2023 nömrəli qərardadı ilə şikayət əsaslı hesab edilməyərək mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. Borclu şikayəti onunla əsaslandırmışdır ki, qərardadla razılaşmır ona görə ki, məhkəmə tərəfindən qərardad qəbul edilən zaman onun i ki il ərzində Naxçıvan şəhərində qanunsuz deportasiya olunduğu üçün yaşamadığı nəzərə alınmamışdır. Onun mal və mülklərinə əl qoyulmuşdur. Bundan başqa onun hər ay uşaqları ilə maraqlanıb, onların maddi cəhətdən problemlərini həll etməyi araşdırılmamış və qərardad qəbul edilmişdir. Bundan əlavə birgə nikah dövründə əldə etdikləri avtomobilə icranın yönəldilməsi imkanı olduğu halda bu icraçı tərəfindən edilməmişdir. Onun barəsində ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərarın qəbul edilməsini yanlış hesab edir. Borclu sonda göstərilənlərə əsasən Naxçıvan Şəhər Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 8(078)-28/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 139.4-cü maddəsi rəhbər tutulmaqla tələbkar X5 və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıv an Şəhər İcra və Probasiya Şöbəsinə verilmiş şikayətlə bağlı izahat və etirazlarını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi təklif edilsə də, tələbkar və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən kollegiyaya şikayətə dair izahat və ya etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya işin araşdırılmış hallarına şikayətin dəlilləri ilə qarşılıqlı hüquqi qiymət verərək belə hesab edir ki, Borclu şikayətində göstərdiyi dəlillər əsaslı hesab edilə və həmin dəlillər məhkəmənin bu iş üzrə qəbul etdi yi qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, şikayətə baxılması ilə əlaqədar tədqiq olunmuş iş materiallarına əsasən müəyyən edilmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-851/2019 nömrəli, 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə 29 iyul 2019-cu il tarixdən hesablanmaqla, Borclu bir uşağa 154 (yüz əlli dörd) manat olmaqla üç uşağın saxlanmasına görə cəmi 462 (dörd yüz altmış iki) manat sabit pul məbləğində alimentin tutularaq 29 iyul 2004-cü il təvəllüdlü Borclu, 09 dekabr 2005-ci il təvəllüdlü X1 və 09 iyul 2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün anaları Tələbkar ödənilməsi qət edilmişdir. Eyni zamanda iş materiallarından məlum olur ki, Borclu 2023-cü ilin fevral ayı da daxil olmaqla Tələbkar 10782 manat məbləğində aliment borcu yaranm ışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2 və 15.3-cü maddələrinin tələbinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayand ırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra-icra üzrə icraatın dayandırılması) məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlar a bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 8.2-ci maddəsində qeyd olunur ki, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunda nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 22 aprel 2013-cü il tarixli, 2-N nömrəli Kollegiya qərarı ilə təsdiq olunmuş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2 və 2.2.1-ci bəndində isə qeyd olunur ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra m əmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə mü diriyyətə verilir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci bəndinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Yuxarıda qeyd olunan Təlimatın 2.4-cü bəndində qeyd olunur ki, təqdimata icraat materialının, o cümlədən borc luya icraata başlamaq haqqında qərarın, könüllü icra üçün verilmiş müddət barədə bildiriş, onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubu) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir. Mülki işin tədqiq olunmuş hallarından aydın olur ki, tələbin könüllü icrası üçün bildiriş borcluya rəsmən təqdim olunmuş, belə ki, təqdimata əlavə edilmiş 03 dekabr 2019-cu il tarixli qəbzdən göründüyü kimi adı çəkilən bildiriş və icraata başlamaq haqqında qərar Borclu təqdim edilmiş və həmin qəbz onun tərəfindən imzalanmışdır. Həmçinin icraata başlamaq haqqında qərarın məzmunundan o da aydın olur ki, borcluya tələbin könüllü surətdə icra olunmasının təklif edilməsi nəzərdə tutulmuşdur. İcra xidməti tərəfindən yuxarıda qeyd olunan normanın tələbində göstərilənlər yerinə yet irilərək icra hərəkətlərinin yerinə yetirilməsini təsdiq edən sənədlər təqdimata əlavə olunmuşdur. İş materiallarında olan müvafiq idarə və təşkilatlara edilmiş sorğular və onun əsasında verilmiş cavablardan, həmçinin elektron icra sistemindən əldə edilmiş sorğulardan görünür ki, borclunun tələbin yönəldilə biləcəyi heç bir əmlakı və gəlirləri müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Klark Qordon Morrisin (X14) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində və beynəlxalq-hüquqi sənədlərdə təsbit olunmuş bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdı rıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Oxşar mövqeləri BMT-nin İnsan Hüquqları Komitəsi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də ifadə etmişlər. BMT-nin İnsan Hüquqları Komitəsinin Beynəlxalq Paktın 12-ci maddəsinə dair qəbul etdiyi 1999-cu il 2 noyabr tarixli 27 saylı X4 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3-cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır. Həmçinin Plenumun yuxarıda göstərilən qərarında qeyd olunmuşdur ki, Konstitusiyanın 28-ci maddəsində təsbit olunmuş hər kəsin Azərbaycan Respublikasının ərazisindən kənara getmək hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan “İcra haqqında” Qanunun 84-1-ci maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılmasına yönələn düzəlişlər paketi çərçivəsində qəbul olunmuşdur (Azərbaycan Respubli kası Milli Məclisinin 18 iyun 2010-cu il tarixli iclasının stenoqramı).Qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarı). Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dai r” 2 sentyabr 2015-ci il tarixli Qərarı). Beləliklə, “İcra haqqında” Qanunun 84-1-ci maddəsində nəzərdə tutulan məhdudlaşdırıcı tədbir məhkəmə müdafiəsi konstitusiya hüququnun real həyata keçirilməsinin təminatına yönəlmişdir və bu baxımdan konstitusiya əhəmiyyətli məqsədə çatmağa xidmət etdiyi üçün məqbul sayılmalıdır. Qeyd olunan qərarda həmçinin göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair 4 iyul 2014-cü il tarixli Qərarında da icra icraatı zamanı mütənasiblik prinsipinə riayət olunmasının, tələbkarın və borclunun hüquq və qanuni maraqlarının balansının təmin edilməsinin vacibliyi vurğulanmışdır. Bu hüquqi mövqe hə də baxılan məsələyə şamil olunur. Yuxarıda qeyd edilən məqsədə nail olmaq üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda icra məmurunun təqdimatında olan məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Bununla yanaşı icra məmuru mütənasiblik konstitusiya prinsipindən, habelə “İcra haqqında” Qanunun Preambulasının və 84-1.1-ci maddəsinin, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin mənasından çıxış edərək borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət edərkən, bu cür tədbirin məhkəmə qərarının vaxtında, tam və düzgün icra edilməsi məqsədinə xidmə t edəcəyini, həmin məhdudlaşdırmanın tətbiq edilməməsinin gələcəkdə məhkəmə qərarının icrasını çətinləşdirəcəyini əsaslandırmalıdır. Əks hal mütənasiblik prinsipinin pozulmasına gətirib çıxarar. Qeyd olunan qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, “İcra haqqında” Qanunun 84-1-ci maddəsi və Təlimatın İİ hissəsində nəzərdə tutulan borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar hüquqi müəyyənlənlik və mütənasiblik konstitusiya prinsiplərinin tələblərinə cavab verdiyindən Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsi və 71ci maddəsinin İİ hissəsinə uyğun hesab edilməlidir; Məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilm iş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyinin əsaslandırılmasına xüsusi diqqət yetirməlidir. Məhkəmələr belə təqdimata baxarkən işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmalı, məhdudlaşdırmanın tətbiq edilməsinin zəruriliyini məhkəmə aktında əsaslandırmalıdır. Kollegiya eyni zamanda Borclu şikayətində Naxçıvan Şəhər Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 8(078)-28/2023 nömrəli qərardadının ləğvinə əsas kimi göstərdiyi dəlillərin əsassız olmasının digər bir əsası kimi qeyd edir ki, şikayətdə göstərilən həmin hallar onun Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-851/2019 nömrəli, 27 noyabr 2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı aliment öhdəliklərini icra etmək vəzifəsindən azad etmir. Belə ki, yuxarıda da qe yd olunduğu kimi iş materiallarından məlum olur ki, Borclu 2023-cü ilin fevral ayı da daxil olmaqla qeyd olunan icra sənədi əsasında Tələbkar 10782 manat məbləğində aliment borcu yaranmışdır. Kollegiya borclunun diqqətinə çatdırır ki, müvafiq qanunvericiliyə əsasən şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması müvəqqəti xarakter daşıyır və məcburetmə tədbiri kimi borclu tərəfi intizamlandırmaq məqsədi güdür. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına və şikayətin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alaraq Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də tələbkar X3 Borclu qarşı nikahın pozulması, a limentin tutulması və nikahın pozulmasından sonra uşaqların hansı valideynin yanında qalması tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-851/2019 nömrəli, 27 noyabr 2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata baxılmasına dair iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 8(078)-28/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264,365, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: Tələbkar X3 Borclu qarşı nikahın pozulması, alimentin tutulması və nikahın pozulmasından sonra uşaqları n hansı valideynin yanında qalması tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-851/2019 nömrəli, 27 noyabr 2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata baxılmasına dair iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 8(078)-28/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 8(078)-28/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(108)-5/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №8(108)-5/2023
23.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver