Məhkəmə qərarları › İş №8(108)-5/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №8(108)-5/2025

13.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(108)-5/2025 13.03.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman Dünyamalı oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, Naxçıvan Şəhər Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(078)-1104/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunmasına dair həmin Məhkəmənin 27 yanvar 2025-ci il tarixli, 8(078)-21/2025 nömrəli qərardadından borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında işdə iştirak edən şəxslərin iştirakı olmadan baxıb müəyyənetdi: X2 17 yanvar 2025-ci il tarixdə ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Məhkəmənin 06 n oyabr 2019-cu il tarixli, 2(078)-1104/2019 nömrəli qətnaməsi ilə Maraqlı şəxs tutulan alimentin 2025-ci il üzrə yaşayış minimumuna indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 1-2). Naxçıvan Şəhər Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 8(078)-21/2025 nömrəli qərardadı ilə X2nın ərizəsi təmin edilərək, Məhkəmənin 06 noyabr 2019-cu il tarixli, 2(078)-1104/2019 nömrəli qətnaməsi ilə 31 avqust 2008-ci il təvəllüdlü X9, 26 yanvar 2011-ci il təvəllüdlü X8 və 11 mart 2014-cü il təvəllüdlü X1 üçün cavabdeh Maraqlı şəxs hər ay tutulan bir uşaq üçün 100 (bir yüz) manat məbləğində aliment sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər bir uşaq üçün ölkə üzrə minimum əmək haqqının 0.56 misli miqdarında indeksasiya edilmişdi (iş vərəqə 19-22). Məhkəmənin sonuncu qeyd edilən qərardadından narazı qalan borclu Maraqlı şəxs 10 fevral 2025-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, həmin məhkəmə aktının ləğv edilməsini və təyin olunmuş aliment miqdarının azaldılmasını xahiş etmişdir (iş vərəqə 27-28). O, şikayətini əsaslandıraraq qeyd etmişdi ki, heç bir yerdə işləmir, aylıq gəliri yoxdur. Birgə nikah dövründə iddiaçı Rəsulova Zöhrənin həyətində üç mərtəbəli yaşayış evi inşa edib. Nikahları pozulanda həmin ev də iddiaçıya qalmışdır. Evin tikintisinin bütün xərclərini özü çəkib, lakin torpaq sahəsi Zöhrənin adına olduğu üçün ev də ona qalıb. Özünün yaşayış evi belə yoxdur, valideynləri ilə birgə yaşayır. Əvvəlki təyin olunmuş aliment məbləğini də ödəməyə gücü çatmırdı, valideynlərinin maddi dəstəyi ilə əvvəlki aliment məbləğini ödəyirdi. İndi aliment məbləği artırılmışdı. Valideynləri pensiyaçıdır. Özünün kəsilən məbləğdə aliment ödəməyə gücü çatmır. Bu məbləğdə alimenti ödəmək onun imkanlar xaricindədir. Naxçıvan Şəhər Məhkəməsində məhkəmə araşdırılması dövründə iddiaçı tərəf məhkəməyə onun qazancı barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Hansı əsasla bu qədər aliment tələb etməsi anlaşılan deyildir. O, uşaqlarını saxlamaqdan heç vaxt boyun qaçırmır, lakin iddiaçının heç bir sübut və əsası olmadan yalnız onun istək və arzusu ilə məhkəmənin bu qədər yüksək aliment kəsməsini qanunsuz və qərəzli sayır. Azərbaycan Respublikasının Ailə Məcəlləsində də göstərilib ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. İddiaçı da uşağını saxlamağa borcludur, bu onun bir ana ki mi borcudur. Özü indiyə qədər verdiyi alimenti belə iddiaçı uşaqlar üçün xərcləmir. Nikahına xitam veriləndən sonra Zöhrə özünə avtomobil də almışdır, iddiaçının qazancı çoxdur. Rəsmi iş yerində işləməsə belə, restoranlarda işləyir. Uşaqları saxlamaq ana kimi onun da borcudur. Hər bir uşağa aylıq 100 (bir yüz) manat məbləğində aliment ödəyə bilər. Anası ikinci dərəcəli əlildir. Atası isə xəstədir və müharibə veteranıdır. Onların özünün də müalicəsi üçün pul lazım olur. Bunu belə çətinliklə qarşılayır. Naxçıvan Şəhər Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 8(078)-21/2025 nömrəli qərardadı ilə borclu Maraqlı şəxs Məhkəmənin 27 yanvar 2025-ci il tarixli, 8(078)-21/2025 nömrəli qərardadından verdiyi şikayətin baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına g öndərilməsi qərara alınmışdı (iş vərəqə 30-31). İş materialları şikayətlə birlikdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına “24” fevral 2025-ci ildə daxil olmuşdu. Verilmiş şikayətin hüquqi həllinə keçməzdən öncə məhkəmə kollegiyası ilk olaraq işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şikayətə Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdı. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə isə həmin Məcəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür. Şikayətin hüquqi həllinə gəldikdə isə kollegiya onu iş materialları ilə birlikdə, həmçinin qanunvericiliklə əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 3 72.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya verilmiş şikayəti yuxarıda qeyd edilən normanın tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Maraqlı şəxs verdiyi şikayət mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə yönəldiyindən, şikayətin obyekti tam həcmdə yoxlanılmalıdır. Naxçıvan Şəhər Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 8(078)-21/2025 nömrəli qərardadından Maraqlı şəxs verdiyi şikayəti, ona baxılması ilə bağlı araşdırılmış sübutları nəzərdən keçirən kollegiya bildirir ki, hər bir şəxs məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və özünün qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, həmçinin mülki məhkəmə icraatı üzrə Mülki-Prosessual Məcəllənin 4-cü maddəsindən irəli gəlir. Azərbaycan Respublikası Mülki-Pr osessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maraqlı şəxs Naxçıvan Şəhər Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(078)1104/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiya olunmasına dair həmin Məhkəmənin 27 yanvar 2025-ci il tarixli, 8(078)-21/2025 nömrəli qərardadından şikayət vermək hüququ Mülki-Prosessual Məcəllənin 232.3-cü maddəsinin tələbindən irəli gəlir. Verilmiş şikayətdən aydın olur ki, borclu Maraqlı şəxs öz hüquqlarının və mənafeyinin müdafiəsi üçün “10” fevral 2025-ci ildə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, həmi n Məhkəmənin 27 yanvar 2025-ci il tarixli, 8(078)-21/2025 nömrəli qərardadı ilə indeksasiya olunmuş alimentin azaldılmasını istəyir və bunu əsasən maddi vəziyyətinin yaxşı olmaması ilə əsaslandırır. Kollegiya bildirir ki, aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan şəxslər arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti, yəni alimenti ödəməyə borclu olur. Ailə qanunvericiliyinin tələbinə əsasən məhkəmə qaydasında alimentin tutulmasının iki qaydası müəyyən edilib: aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında və sabit pul məbləğində. İş materiallarından görünür ki, X3 tələbi ə sasında tərəflərin birgə nikahından olan uşaqların saxlanılması üçün Naxçıvan Şəhər Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(078)-1104/2019 nömrəli qətnaməsi ilə aliment sabit pul məbləğində müəyyən edilmişdi. Hazırkı mübahisə isə indeksasiya olunan məhz həmin qətnamə ilə müəyyən edilmiş sabit pul məbləğində olan alimentlə bağlıdır. Kollegiya tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir; - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; - 5.1-ci maddəsində hər hansı fiziki və yaxud hüquqi şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılması göstərilir. Mülki prosessual qanunvericiliyin tələbindən aydın olur ki, şəxs özünün qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi üçün məhkəməyə müvafiq ərizə və ya iddia ərizəsi ilə müraciət etdikdə iş başlanır. Belə müraciətdən biri isə pul məbləğinin və alimentin indeksasiyası ilə bağlı maraqlı şəxslərin ərizəsidir. Alimentin indeksasiya olunmasının maddi hüquqi əsası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu maddəsi, prosessual hüquqi əsası isə Mülki-Prosessual Məcəllənin 232-ci maddəsi, həmçinin “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarı ilə tənzimlənir. Belə ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbl əğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Mülki-Prosessual Məcəllənin 232-ci maddəsində qeyd edilir ki, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarın 8.4-3-cü bəndindən aydın olur ki, alimentin indeksasiyasına maraqlı şəxsin ərizəsi əsasında Mülki-Prosessual Məcəllə ilə müəyyən edilmiş icra icraatı qaydasında baxılır. Həmçinin həmin Qərarın 8.4-2-ci bəndi ilə müəyyən edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bən dində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyarı kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). İş materiallarını yuxarıda qeyd edilən h üquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(078)1104/2019 nömrəli qətnaməsi ilə X3 Maraqlı şəxs qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, 31 avqust 2008-ci il təvəllüdlü X9, 26 yanvar 2011-ci il təvəllüdlü X8 və 11 mart 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdeh Maraqlı şəxs 09 oktyabr 2019-cu il tarixdən başlayaraq hər ay bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, ümumilikdə üç uşağa görə 300 (üç yüz) manat miqdarında aliment tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir (iş vərəqə 3-7). Tərəflərin birgə nikahından olan uşaqların saxlanılması üçün aliment Naxçıvan Şəhər Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edildiyindən kollegiy a bildirir ki, alimentin indeksasiya olunması üçün həmin an üzrə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş minimum əmək haqqı məbləği nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəmə tərəfindən alimentin indeksasiya olunması istiqamətində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi ilə məhkəmələrə ünvanlandığı 14 yanvar 2025-ci il tarixli, 1-8-16-1/2-57/2025 nömrəli məktubunda da qeyd edilir ki, alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. İnternet informasiya resurslarında olan məlumatlardan görünür ki, minimum əmək h aqqı 2019-cu ilin yanvar ayından həmin ilin mart ayının 01-dək olan dövr üçün 130 (bir yüz otuz) manat, 2019-cu ilin mart ayının 01-dən həmin ilin sentyabr ayının 01-dək olan dövr üçün 180 (bir yüz səksən) manat, sonuncu qeyd edilən tarixdən həmin ilin sonunadək olan dövr üçün isə 250 (iki yüz əlli) manat təşkil etmişdi. Hazırkı mübahisə üzrə hüquq münasibətlərinin yaranma vaxtı 06 noyabr 2019-cu ilə təsadüf etdiyindən kollegiya bildirir ki, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli, 1265 nömrəli Sərəncamına əsasən 2019-cu ilin sentyabr ayının 1-dən etibarən minimum əmək haqqı 250 (iki yüz əlli) manat məbləğində müəyyən edilmişdi. Həmçinin “Minimum aylıq əməkhaqqının məbləğinin artırılması” və “Minimum aylıq əməkhaq qının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli, 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2021-ci il tarixli, 3051 nömrəli Sərəncamından aydın olur ki, yuxarıda qeyd edilən minimum əmək haqqı məbləği 2022-ci ilin yanvar ayının 1dək qüvvədə olmuşdu. Bu isə onu deməyə imkan verir ki, Naxçıvan Şəhər Məhkəməsinin 06 noyabr 2019cu il tarixli, 2(078)-1104/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası üçün tərəflər arasında hüquq münasibətlərinin yarandığı, yəni X3 aliment tələbi ilə həmin məhkəməyə müraciət etdiyi gün - 09 oktyabr 2019-cu ildə qüvvədə olan 250 (iki yüz əlli) manat məbləğində olan minimum əmək haqqı məbləği əsas götürülməlidir. “Nikahın pozulması, boşanmad an sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndi müəyyən edilmiş qaydaya əsasən indeksasiya aparıldıqda müəyyən edilir ki, Naxçıvan Şəhər Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(078)-1104/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği 01 sentyabr 2019-cu ildən qüvvədə olan minimum əmək haqqı məbləğinə münasibətdə (100:250=0.4) 0,4 (sıfır tam, onda dörd) misli təşkil edir. Naxçıvan Şəhər Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 8(078)-21/2025 nömrəli qərardadından isə görünür ki, məhkəmə indeksasiya aparılmasında səhvə yol verərək onu 2019-cu ilin sentyabr ayının 01-dək qüvvədə olan minimum əmək haqqı məbləğini əsas götürməklə alimenti indeksasiya etmiş və gəldiyi nəticə üzrə işin faktiki hallarını hərtərəfli araşdırmamışdı. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385-ci maddəsində məhkəmə aktının apellyasiya qaydasında ləğv olunmasının əsasları müəyyən edilib ki, bunlardan biri məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasıdır. Həmin Məcəllənin 388-ci maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Qeyd edilənlərin nəticəsi ol araq kollegiya Maraqlı şəxs Naxçıvan Şəhər Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 8(078)-21/2025 nömrəli qərardadının ləğv edilməsi ilə bağlı müraciətini əsaslı hesab edir. Maraqlı şəxs şikayətində qeyd etdiyi digər tələbin - təyin olunmuş alimentin miqdarının azaldılması məsələsinin hüquqi həllinə gəldikdə isə kollegiya bildirir ki, alimentin indeksasiya olunması Ailə Məcəlləsinin 110-cu və Mülki-Prosessual Məcəllənin 232-ci maddələrinin tələbindən irəli gəlsə də, borclunun şikayətinin mahiyyətindən görünür ki, o, alimentin indeksasiya olunmasından sonra aliment məbləğinin artmasından razı deyil. Ailə Məcəlləsinin 110-cu maddəsindən məlum olur ki, maraqlı şəxsin müraciəti qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin indeksasiya olunmasını qaçın ılmaz edir, yəni imperativdir, işə baxan məhkəmənin alternativ məhkəmə aktı qəbul etmək imkanı mövcud deyil. Bu isə o deməkdir ki, qanunla müəyyən edilmiş subyektiv hüquqa malik olan maraqlı şəxs sözügedən tələblə məhkəməyə müraciət etdiyi halda, hüquq tətbiqedici alimentin indeksasiyası haqqında məhkəmə aktını qəbul etməlidir. Belə olan halda isə sual oluna bilər ki, “Əgər qanunvericilik belə bir məhkəmə aktının çıxarılmasını imperativ müəyyən edibsə, onda Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.3-cü maddəsində pul məbləğlərinin indeksasiya olunmasına dair məhkəmə qərardadlarından şikayət verilməsinin nə əhəmiyyəti var?”. Kollegiya qeyd edir ki, Mülki-Prosessual Məcəllənin 232.3-cü maddəsində pul məbləğlərinin indeksasiya olunması barədə məhkəmə qərardadlarından şikayə t verilə bilmə imkanı nəzərdə tutulsa da, bu şikayət qanunvericiliyin tələbinə cavab verməli və ilkin müraciətin predmeti ilə bağlı olmaqla, ondan kənara çıxmamalıdır. Yəni şikayət edən müraciətində pul məbləğinin və alimentin indeksasiyası zamanı qərardad qəbul edən məhkəmənin hansı maddi və ya prosessual hüquq normasını pozmasını müraciətin predmeti həddində mübahisələndirməlidir (Məsələn: əmsalın düzgün müəyyən edilməməsi, müvafiq il üzrə minimum əmək haqqının səhv müəyyən edilməsi, indeksasiya aparan orqanın düzgün olmaması, şəxsin belə bir subyektiv hüquqa malik olmaması və s). Bu isə o deməkdir ki, Maraqlı şəxs X3 müraciətinin predmetini deyil, başqa predmeti, yəni alimentin miqdarının yüksək olmasını mübahisələndirir. Həmin məsələnin hüquqi əsasını isə Ailə Məcəlləsinin 110-cu maddə si deyil, həmin Məcəllənin 112-ci maddəsi təşkil edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-3-cü bəndində qeyd edilir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmə li, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Normanın mahiyyətindən aydın olur ki, alimentin indeksasiyası barədə müraciətə icra icraatı qaydasında, onun artırılması və ya azaldılması ilə bağlı tələblərə iddia icraatı qaydasında baxılmalıdır. Bu isə onu özündə ehtiva edir ki, alimentin miqdarından narazı olan şəxs Ailə Məcəlləsinin 112-ci maddəsinin verdiyi imkandan istifadə edərək onun azaldılması tələbi ilə ayrıca icraatda müvafiq məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən kollegiya Maraqlı şəxs Naxçıvan Şəhər Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 8(078)-21/2025 nömrəli qərardadı əsasında aparılmış indeksasiya nəticəsində yaranmış aliment məbləğinin azaldılmasına dair müraciətini əsaslı h esab etmir. Bununla bağlı borclu Maraqlı şəxs izah edilməlidir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində göstərilən əsaslar üzrə iddia icraatı qaydasında məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılması tələbi ilə müvafiq məhkəməyə müraciət etmək hüququna malikdir. Kollegiya Maraqlı şəxs şikayətini Naxçıvan Şəhər Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 8(078)-21/2025 nömrəli qərardadının ləğv edilməsinə dair hissədə əsaslı saydığından qeyd edir ki, X3 müraciəti üzrə həmin məhkəmə aktı əsasında həyata keçirilmiş alimentin indeksasiyası yenidən həyata keçirilməlidir. Çünki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyətləri vardır. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: - Naxçıvan Şəhər Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 8(078)-21/2025 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilməli; - Naxçıvan Şəhər Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 8(078)-21/2025 nömrəli qərardadı tam ləğv edilməli; - Naxçıvan Şəhər Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(078)-1104/2019 nömrəli qə tnaməsi ilə 31 avqust 2008-ci il təvəllüdlü X13, 26 yanvar 2011-ci il təvəllüdlü X12 və 11 mart 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Maraqlı şəxs hər ay tutulan bir uşaq üçün 100 (bir yüz) manat, ümumilikdə isə üç uşağa görə 300 (üç yüz) manat miqdarında aliment indeksasiya olunmalı; - indeksasiya sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,4 (sıfır tam, onda dörd) misli həddində müəyyən olunmalı; - Maraqlı şəxs verdiyi şikayət digər hissədə əsaslı sayılmadığından rədd edilməli; - Maraqlı şəxs izah edilməlidir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində göstərilən əsaslar üzrə iddia icraatı qaydasında məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı nın azaldılması tələbi ilə müvafiq məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəz ərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 365-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i: Naxçıvan Şəhər Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 8(078)-21/2025 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 8(078)-21/2025 nömrəli qərardadı tam ləğv edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 06 noyabr 2019-cu il tarixli, 2(078)-1104/2019 nömrəli qətnaməsi ilə 31 avqust 2008-ci il təvəllüdlü X13, 26 yanvar 2011-ci il təvəllüdlü X12 və 11 mart 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdeh Maraqlı şəxs hər ay tutulan bir uşaq üçün 100 (bir yüz) manat, ümumilikdə isə üç uşağa görə 300 (üç yüz) manat miqdarında aliment indeksasiya olunsun. İnde ksasiya sonrakı illər üzrə artımlar nəzərə alınmaqla hər bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,4 (sıfır tam, onda dörd) misli həddində müəyyən edilsin. Maraqlı şəxs verdiyi şikayət digər hissədə əsaslı sayılmadığından rədd edilsin. Maraqlı şəxs izah edilsin ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində göstərilən əsaslar üzrə iddia icraatı qaydasında məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılması tələbi ilə müvafiq məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev. Vera Kuimova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar