Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(108)-7/2024 12.09.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Quliyev Vüqar Kərim oğlu (sədrliyi və məruzəsi ilə), Abbasov Fərman Məmməd oğlu və X1 ibarət tərkibdə, ərizəçi Borclu Naxçıvan Şəhər Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli 2(078)-747/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin 50 faizinin yetkinlik yaşına çatanadək uşağın adına açılan bank hesabına köçürülməsinə dair ərizəsinə baxılması üzrə Naxçıvan Şəhər Məhkəməsinin 01 avqust 2024cü il tarixli, 8(078)-111/2024 nömrəli qərardadından ərizəçi Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Ərizəçi Borclu ərizə ilə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli 2(078)-747/2019 nömrəli q ətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin 50 faizinin yetkinlik yaşına çatanadək uşağın adına açılan bank hesabına köçürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, 8(078)-111/2024 nömrəli qərardadı ilə ərizəçi Borclu Naxçıvan Şəhər Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli 2(078)-747/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin 50 faizinin yetkinlik yaşına çatanadək uşağın adına açılan bank hesabına köçürülməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qərardadından narazı qalan ərizəçi Borclu elektron qaydada şikayət ilə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-111/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini və iş üzrə ərizəçinin tələ binin tam təmin edilməsi ilə bağlı yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 23 avqust 2024-cü il tarixli, 8(078)-111/2024 nömrəli qərardadı ilə ərizəçi Borclu maraqlı şəxs Tələbkar qarşı Naxçıvan Şəhər Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli 2(078)747/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin 50 faizinin yetkinlik yaşına çatanadək uşağın adına açılan bank hesabına köçürülməsinə dair Borclu Naxçıvan Şəhər Məhkəməsinin 01 avqust 2024cü il tarixli 8(078)111/2024 nömrəli qərardadından verdiyi şikayət baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməsi qərara alınmışdır. Şikayət iş materialları ilə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. Ərizəçi Borclu şikayətini onunla əsaslandırmışdır ki, uşaqlar valideynlərinin, valideynlər də uşaqların əmlakına mülkiyyət hüququna malik deyillər. Birlikdə yaşayan valideynlər və uşaqlar qarşılıqlı razılıq əsasında bir-birinin əmlakından istifadə edə bilər və ya həmin əmlaka sahiblik edə bilərlər. Həmçinin, uşağın tələbatını kəsərək onun yetkinlik yaşına çatandan sonra bank hesabında pulunun olmasının uşaq üçün əhəmiyyətli olmadığını deyən Tələbkar bu fikirləri ilə məqsədinin uşağının gələcəyi, onun cəmiyyətə yararlı, sağlam düşüncəli fərd olaraq böyüməsi yox, ünsiyyətinə maneələr yaradaraq uşağı ata qayğısından məhrum etməklə, onu ərizəçi və ailə üzvlərinə düşmən ruhda böyütməklə yalnızca öz mənfəətini, rahatlığını düşünüb aylıq ondan tutulan alimenti özünə xərcləməkdi r. Hətta ondan balaca uşaq üçün kifayət qədər artıq məbləğdə aliment tutulmasına baxmayaraq Naxçıvan şəhərinə olan səfərlərində övladının əynində əvvəllər aldığı geyimləri görmüşdür, övladı hətta cari ilin yanvar ayında telefon danışıqlarında onun Naxçıvan şəhərinə gələcəyini eşidəndən sonra ona: “ata gələndə mənə kurtqa və sapoşki alarsan” demişdi. Əlavə olaraq Naxçıvan şəhərinə olan son səfərində övladı ilə tamamilə təsadüfi gedən bir söhbət zamanı uşağı: “ata onsuz da sən aylıq mənə pul göndərsən də mamam işləyib pul qazanır da” deyə bir fikir səsləndirmişdi. Bu o demədir ki, uşaq anasının yanında elə formada tərbiyə edilir ki, guya o övladının qayğısına qalmır, ondan tutulan alimentin miqdarı azdır və əsas yük Tələbkar üzərindədir. Lakin ondan tutulan aliment məbləği az olduğu zaman be lə onun aldığı əməkhaqqının miqdarından artıqdır. Bu və bu kimi saysız hallar da ərizəçidə o fikri qətiləşdirir ki, ondan tutulan aliment övladına onsuz da xərclənmir, o valideyn olaraq uşağına baxmağa məsuliyyət daşıyır, onun anasına yox. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Məhkəmə qeyd etdiyi xeyli sayda tutarlı səbəblər olmasına baxmayaraq onun hüququ olan tələbini təmin etməməklə yanaşı, qəbul edilən qərardadda Tələbkar qərəzli və yalan fikirləri ilə əsaslandırma aparmışdır. Eyni zamanda, qərardadda aliment alan valideynin alimenti tam olaraq təyinatı üzrə, yəni uşağın saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənməməsi müəyyən olunduğu təqdirdə Azərbaycan Respu blikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiq oluna biləcəyi göstərilmiş, bununla yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının xx.xx.2023-cü il tarixli, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə 04/2023 nömrəli Qərardadındakı hallar da göstərilmiş lakin, əsaslandırılması düzgün aparılmamışdır. xx.xx.2023-cü il tarixli qərardadda tam açıq şəkildə əks olunmuşdur ki, tutulan alimentin 50 faizinin uşağın adına açılan bank hesabına köçürülməsinin mümkünlüyü AR Mülki Prosessual Məcəlləsinə müvafiq qaydada aparılması ilə bağlı göstərilən hallarda uşağın yaşayışına təsir etməyəcəyi şərtilə tutulan alimentin 50 faizinin yetkinlik yaşına çatanadək uşağın adına açılan bank hesabına köçürülməsinin tələb edilməsi aliment ödəy ənin hüququdur və aliment ödəyənin tutulan alimentin tam şəkildə uşağa xərclənməməsi faktını sübuta yetirmək məhkəmə tərəfindən iş üzrə mühüm əhəmiyyətə malik olan hallar ətraflı araşdırılmamışdır. Ərizəsində məsələnin mahiyyəti üzrə kifayət qədər tutarlı səbəblər göstərməsinə və iddianın təmin edilməsinə kifayət qədər əsasların olmasına baxmayaraq, qərardadda keçirilən məhkəmə prosesində keçmiş arvadının tamamilə yalan, həqiqəti əks etdirməyən əsassız fikirləri qeyd edilmiş və bu yalan fikirlər əsasında tələbi təmin edilməmişdir. Həmçinin, məhkəmənin qərarından və Tələbkar məhkəmədəki çıxışından belə bir mənzərə yaranır: elə bil ki, o aliment məbləğinin azaldılmasına və nəticədə həmin məbləğin özünə qalmasına nail olmaq istəyir. Əslində bütün bunlar övladının gələcəkdə daha yaxşı təhsil al masına və sairəyə yönəlmişdir. Digər tərəfdən isə alimentin ödənilməsi uşaq 18 yaşına çatanadək davam edir və kəsilmir. Həmçinin, onun maddi vəziyyətinin həmin anda necə olacağı da müəyyən deyildir. Proses zamanı keçmiş arvadı Tələbkar belə bir fikir səsləndirmişdir ki, ayrı olduqları yəni 2017-ci ilin dekabr ayından aliment tutulmasını göstərən məhkəmə qətnaməsi qəbul edilənədək guya övladı ilə maraqlanmamış, övladının ehtiyaclarının ödənilməsi ilə bağlı hər hansı köməklik göstərməmişdir, həmin dövrdən anasının köməkliyi ilə övladının ehtiyaclarını qarşılamağa çalışır, "xxxx" QSC-də redaktor işləyərək 650 manat məbləğində əmək haqqı alır, övladının məktəbli olması və bu il 3-cü sinifə gedəcəyi qeyd edilərək onun təhsil, istirahət və qidalanması üçün vəsait tələb olunduğu, hazırkı dövrdə günün tələbləri baxımından bunları qarşılamağa maddiyat lazım olduğu, guya övladının sağlamlıq xərclərinə də əhəmiyyətli dərəcədə vəsait tələb olunduğu, uşaqda alergiya olduğu, davamlı müalicəyə ehtiyac olduğu, övladının guya atasızlığı hiss etməməsi üçün ana kimi uşağın qayğıları ilə məşğul olduğu, onu yetişdirib tərbiyə etdiyini, bu günün minimum əmək haqqının uşağın rəqs, rəsm və digər məşğuliyyətləri üçün guya bəs etmədiyini, uşağın tələbatını kəsərək onun yetkinlik yaşına çatandan sonra bank hesabında pulunun olmasının uşaq üçün əhəmiyyətli olmadığını, guya o övladının yaxşı yaşamasını fikirləşən ata olsaydı Naxçıvan şəhərində olan evi uşağa verməyini, belə olsa onun da alimentdən imtina edəcəyini bildirmişdir. Yuxarıda qeyd edilən fikirlər əvvəlindən axırınadək ziddiyət təşkil etməklə yanaşı, Tələbkar sonda səsləndirmiş olduğu fikir onun əsl məqsədlərinin və niyyətinin nə olduğunu tam olaraq ortaya qoyur. Onların arasında olan nikah qeydinin 2019-cu ilin oktyabr ayında pozulmasına baxmayaraq ayrı olduqları 2017-ci ilin dekabr ayından həmin dövrədək övladı ilə nəinki maraqlanmış, onun Bakı şəhərində yaşamağına baxmayaraq iş yerindən icazə alaraq dəfələrlə övladını görmək üçün Naxçıvan şəhərinə getmişdir, hər gedişində övladına keyfiyyətli və kifayət qədər bahalı sezonluq geyimlər almışdır, hətta guya övladının saxlanmasına kömək etdiyini dediyi anası və özünün insanlıqdan kənar formada rəftarla övladını görməyinə onunla ünsiyyət saxlamağına hər vəchlə maneələr törətməsinə baxmayaraq, o üzərinə düşən atalıq vəzifələrini mümkün qədər həyata keçirməyə çalışmışdır. Həmçinin, övladının guya atasızlığı hiss etməməsi üçün etdiyi hərəkətlərlə bağlı bəzəkli fikirlər səsləndirsə də, bunlar tamamilə yalandır. Uşaq, atası həyatını itirdiyi zaman atasız qalır. Lakin Tələbkar o həyatda ola-ola, hər səfərində uşağı ilə ünsiyyət yaradıb onunla vaxt keçirməyə cəhd etməsinə baxmayaraq anasının dəstəyi ilə uşağı ona göstərməməklə, ağılasığmaz cəfəng fikirlərlə uşağı ondan və ailəsindən soyutmağa çalışmaqla dırnaqarası analıq etməkdədir. Tələbkar bu illər ərzində övladı ilə birlikdə dəfələrlə yaşadığı və işlədiyi Bakı şəhərinə gəlsə də, hər dəfəsində bunu ondan gizlətmiş və süni şəkildə uşağı ilə görüşməməyinə nail olmuşdur. Onun anasından aldığı yeganə dəstək övladının beynini həqiqəti əks etdirməyən faktlarla dolduraraq pislik etmək, uşağı ondan və ailəsindən soyutmaqdan ibar ət olmuşdur. Aralarında olan nikah qeydi pozulanadək uşağının qayğısına qalmaqla yanaşı, öz adına 2019-cu ildə bank hesabı açaraq bank kartını Tələbkar göndərmiş və hər ay həmin kart hesabına 300-500 manat məbləğində vəsait köçürmüşdür, lakin sonuncu sonradan məhkəmədə özünün haqlı və guya məsələdə zərərçəkənin o olduğunu sübut etmək üçün məqsədli şəkildə həmin kart hesabındakı vəsaitə toxunmamışdır. Habelə, Tələbkar dövlət tərəfindən müəyyən olunan yaşayış minimumunu az hesab edərək guya övladımın rəqs, rəsm digər məşğuliyyətlərinə, onun sağlamlığına, qidalanma və sair xərclərə bəs etmədiyini bildirmişdir. İlk öncə onu vurğulamaq istəyir ki, uşağının hər hansı patoloji, yaxud xroniki sağlamlıq problemi yoxdur, alergik xəstəliyin olması isə onların özlərini inandırdığı yalandır. Bundan əlav ə 8 yaşında uşağın qidalanma xərclərinin də dilə gətirilməsi edilən analığın hansı dərəcədə səmimi olduğunu şübhə altına almış olur. Həmçinin, rəqs, rəsm, istirahət və digər məşğuliyyətlər üçün 700-800 manat xərcləyir?! Yaxud ölkə ərazisində hər cür məşğuliyyətlər üçün hər büdcəyə uyğun müəssisələr vardır. Bu o demək deyildir ki, uşaq bu xidmətlərin ən bahalı olanından istifadə etməlidir. Eyni zamanda Tələbkar peşə fəaliyyətinə təxminən 2020-ci ildən başlayıb. Onun üçün aydın deyildir ki, necə olur ki, Tələbkar özü 650 manat əmək haqqı ilə dolana bilir, amma 8 yaşında olan övladına ödədiyi alimentin guya onun xərclərini bir təhər qarşıladığını bildirir. Lakin o daima övladının bütün xərclərini qarşılamışdır, hazırda da bu davam etməkdədir. Eləcə də, məhkəmə prosesində səsləndirdiyi, o at a olaraq övladının yaxşı yaşamasını fikirləşsə Naxçıvan şəhərində olan evi uşağa verməyini, Tələbkar da alimentdən imtina edəcəyi fikri isə əslində Tələbkar əsl məqsədlərinin bir sübutu idi, lakin məhkəmə bu fikirlərə görə onun hüququ olan tələbini təmin etməmişdir. Tələbkar özü peşə fəaliyyəti ilə məşğul ola-ola, tutulan alimentin 50 faizinin övladının yetkinlik yaşına çatanadək açılan bank hesabına köçürülməsinə maneə olmaq üçün dediyi yalan dolu fikirlərdən sonra, haqqı belə olmadan Naxçıvan şəhərində olan evlə bağlı iddia səsləndirmiş və evi övladına verdikdən sonra alimentdən imtina edəcəyini bildirmişdir. Həmin ev isə onun atasına məxsusdur və onun birgə nikah dövründə əldə olunmamışdır. Həmçinin, uşağın tələbatını kəsərək onun yetkinlik yaşına çatandan sonra bank hesabında pulunun olma sının uşaq üçün əhəmiyyətli olmadığını deyən Tələbkar bu fikirləri ilə məqsədinin uşağının gələcəyi, onun cəmiyyətə yararlı, sağlam düşüncəli fərd olaraq böyüməsi yox, ünsiyyətimizə manelər yaradaq uşağı ata qayğısından məhrum etməklə, onu ərizəçiyə və ailə üzvlərinə düşmən ruhda böyütməklə yalnızca öz mənfəətini, rahatlığını düşünüb aylıq məndən tutulan alimenti özünə xərcləməkdir. AR Ailə Məcəlləsində də göstərilmişdir ki, övladın yetkinlik yaşına çatanadək saxlanması hər iki valideynin borcudur. Tələbkar da aylıq 650 manat məbləğində əmək haqqı alırsa, deməli o da ərizəçi ilə eyni dərəcədə bu vəzifəni yerinə yetirməyə borcludur. Başqa sözlə, uşağın saxlanmasında Tələbkar da öz aldığı əmək haqqından istifadə etməlidir. Belə olan halda isə, uşağın saxlanmasına sərf edilməli olan məbləğ dah a da artaraq 1000 manata yaxınlaşır. Bu isə məndən tutulan alimentin 50 faizinin yetkinlik yaşına çatanadək uşağın adına açılan bank hesabına köçürülməsinin onun gələcəyinin təminatı kimi çıxış edir. Ələlxüsus, müvafiq qanunvericiliklə yetkinlik yaşına çatmayanların yaşayış minimumunun 235 manat təşkil etməsi, Yaqut Süleymanovnın aylıq 650 manat məbləğində əməkhaqqı alması, yetkinlik yaşına çatanadək övladın saxlanmasının hər iki valideynin borcu olmasına dair qanunvericiliyin tələbi, ondan tutulan alimentin 50 faizinin orta hesabla 400 manat (əmək haqqım artdıqca tutulan alimentin də miqdarı artır) olacağı nəzərə alınarsa 3-cü sinifə gedən, heç bir xroniki xəstəliyi olmayan uşağın təhsil, sağlamlıq, geyim, qida, rəqs, rəsm, istirahət və sair məşğuliyyətləri üçün çəkiləcək xərclərə kifayət qədər bəs edəcəyi məlumdur. Həmçinin, hər ay tutulan alimentin yetkinlik yaşına çatanadək uşağın adına açılan bank hesabına köçürülməsi onun gələcəkdə yetkinlik yaşına çatdıqdan sonra yaşayış və ali təhsilinə xərclənməsi üçün ən humanist bir addım olacağına şübhə yeri qalmır. Məlumdur ki, yaş artdıqca insanın xərcləri də artmaqda davam edir. Övladı yetkinlik yaşına çatdıqdan sonra onun maddi vəziyyətinin buna imkan verə bilməməsi riski olduğuna görə övladının yetkinlik yaşına çatdıqdan sonra maddi təminatını düşünmək övladının gələcəyini düşünən bir atanın etməli olduğu hərəkətdir. Məhkəmə bu faktiki halları ümumiyyətlə nəzərə almamış, iş üzrə bu halla bağlı sübutları düzgün araşdırmayaraq və qiymətləndirməyərək qərar qəbul etmişdir. Məhkəməyə tərəfindən təqdim olunmuş sübutlara düzgün hüqu qi qiymət verilməməklə bərabər, qanunvericiliyin tələbləri nəzərə alınmamış və bu hal ərizəçi tərəfindən verilmiş sübutlara və faktlara əsaslanan ərizənin təmin olunmamasına səbəb olmuşdur. Qeyd edilən qərardad əsassızdır. Çünki işin hallarına və iş üzrə tərəflərin təqdim etdiyi sübutlara baxdıqda, onların hər biri iddiaçının haqlı mövqeyini sübut edir. Apellyator sonda Naxçıvan şəhər Məhkəməsinin 8(078)-111/2024 nömrəli xx.xx.2024cü il tarixli qərardadının ləğv edilməsini və iş üzrə ərizəçinin tələbinin tam təmin edilməsi ilə bağlı yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 139.4-cü maddəsi rəhbər tutulmaqla maraqlı şəxs Tələbkar, Borclu və Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə verilmiş şikayətlə bağlı izahat və etirazlarını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi təklif edilmişdir. Maraqlı şəxs Tələbkar 10 sentyabr 2024-cü il tarixdə kollegiyaya teleqram ünvanlayaraq şikayətin təmin edilməməsini kollegiyadan xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya işin araşdırılmış hallarına şikayətin dəlilləri ilə qarşılıqlı hüquqi qiymət verərək belə hesab edir ki, Borclu şikayətində göstərdiyi dəlillər əsaslı hesab edilə və həmin dəlillər məhkəmənin bu iş üzrə qəbul etdiyi qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, şikayətə baxılması ilə əlaqədar tədqiq olunmuş iş materiallarına əsasən müəyyən edilmişdir ki, Naxçıvan Ş əhər Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli 2(078)747/2019 nömrəli qətnaməsi ilə Borclu ilə Tələbkar arasında 01 sentyabr 2014-cü il tarixdə Naxçıvan şəhər Nikah evində bağlanmış 375 nömrəli nikahın pozulması, boşanmadan sonra tərəflərin övladı 17 mart 2016-cı il təvəllüdlü X3 anasının yanında saxlanılmaqla Borclu xx.xx.2019-cu il tarixdən hesablanmaqla 17 mart 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Kollegiya aşağıda qeyd olunanlara əsasən şikayətin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə görə məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan mə bləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Mülki Kollegiyanın Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsinin tələblərinə müvafiq qaydada verdiyi 2023-cü il 9 iyun tarixli təqdimatı əsasında mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə 08 dekabr 2023-cü il tarixli Qərardadla müəyyən olunub ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir. Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu bar ədə edilmiş müraciət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir. Alimentin ödənilməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır. Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli, hər iki halda iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə v alideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.2-ci maddəyə görə aliment valideynin sərəncamına daxil olur, onun tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Aliment almaq uşağa məxsus olan hüquqdur (Ailə Məcəlləsi, maddə 55.1), buna müvafiq olaraq aliment uşağa məxsus olan vəsait sayılır. Sərəncamına alim ent daxil olan valideyn bu vəsaiti təyinatı üzrə xərcləmək vəzifəsi daşıyır. Əgər müəyyən olunarsa ki, valideyn alimenti tam olaraq təyinatı üzrə, yəni uşağın saxlanmasına, tərbiyəsinə və təhsilinə xərcləmir, belə halda 55.3-cü maddə tətbiq edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Kollegiya qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə alimen t institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Məhkəmə araşdırması zamanı aliment ödəyən ərizəçi Borclu ərizəsinə baxılan zaman aliment alan şəxsin həmin alimenti təyinatı üzrə, yəni uşağın s axlanmasına, tərbiyəsinə və təhsilinə xərcləməməsi müəyyən edilməmişdir. 2019-cu ildən uşaq alimenti ¼ hissədə alır və keçən bir neçə il ərzində həmin alimentə münasib yaşayış səviyyəsinin tənzimləndiyi halda yarı hissəsinin bank hesabına köçürülməsi uşağın əvvəlki təminatının azalmasına səbəb olmaqla mənafeyinə uyğun hesab edilmir. Şikayətin dəlilləri mülahizə xarakterlidir və sübut əhəmiyyətinə malik olmadığından əsaslı hesab edilmir. İşin şərh olunmuş halları və şikayətin dəlillərinə hüquqi qiymət verərək kollegiya belə nəticəyə gəlir ki, qərardad qəbul olunarkən maddi və prosessual hüquq normalarının tələblərinə düzgün əməl olunmuşdur və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəl ərinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul etmək hüququ vardır. Ona görə də, ərizəçi Borclu Naxçıvan Şəhər Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli 2(078)-747/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin 50 faizinin yetkinlik yaşına çatanadək uşağın adına açılan bank hesabına köçürülməsinə dair ərizəsinə baxılması üzrə Naxçıvan Şəhər Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, 8(078)111/2024 nömrəli qərardadından ərizəçi Borclu tərəfindən verilmiş şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq kolleg iya qəraraalır: Ərizəçi Borclu Naxçıvan Şəhər Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli 2(078)747/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin 50 faizinin yetkinlik yaşına çatanadək uşağın adına açılan bank hesabına köçürülməsinə dair ərizəsinə baxılması üzrə Naxçıvan Şəhər Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, 8(078)-111/2024 nömrəli qərardadından ərizəçi Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 01 avqust 2024-cü il tarixli, 8(078)-111/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(108)-7/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №8(108)-7/2024
12.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver