Məhkəmə qərarları › İş №8(108)-7/2025

Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №8(108)-7/2025

16.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(108)-7/2025 16.04.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), Kuimova Vera Gennadiyevna və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, Babək Rayon Məhkəməsinin e-8(079)-10/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qərardadında yol verilmiş yalnışlığın düzəldilməsinə dair Babək Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 8(079)10/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə baxaraq m ü ə y y ə n e t d i: X2 xx.xx.2025-ci il tarixdə Babək Rayon Məhkəməsinin 2(079)-142/2018 nömrəli, 19 mart 2018-ci il tarixli qətnaməsi ilə ödənilməli olan sabit pul məbləğinin indeksasiyası barədə ərizə ilə həmin məhkəməyə müraciət edərək Babək Rayon Məhkəməs inin xx.xx.2018-ci il tarixli, 2(079)-142/2018 nömrəli qətnaməsi ilə yetkinlik yaşına çatmamış 18 may 2013-cü il təvəllüdlü X1 üçün qət edilmiş sabit məbləğdə 130 (bir yüz otuz) manat alimentin miqdarının sonrakı artımlar nəzərə alınmaqla (hər illər üzrə artırılacaq olan ölkə üzrə minumum əmək haqqına münasibətdə) 2025-ci il üzrə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına münasibətdə (400 (dörd yüz) manat) indeksasiya olunması və bu barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Babək Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, e-8(079)-10/2025 nömrəli qərardadı ilə X3 aliment miqdarının indeksasiyası barədə ərizəsi təmin edilmiş, Babək Rayon Məhkəməsinin 2(079)-142/2018 nömrəli, 19 mart 2018-ci il tarixli qətnaməsi ilə 18 may 2013cü il tarixdə doğulmuş X7 yetkinlik y aşına çatanadək saxlanılması üçün Borclu X3 xeyrinə tutulması qət edilən alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,32 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Eyni zamanda Babək Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli qərardadı ilə Babək Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, e-8(079)-10/2025 nömrəli qərardadında yol verilmiş yanlışlığın düzəldilməsi, Babək Rayon Məhkəməsinin 2(079)-142/2018 nömrəli, 19 mart 2018-ci il tarixli qətnaməsi ilə 18 may 2013-cü il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu X3 xeyrinə tutulması qət edilən aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Borclu 18 mart 2025-ci il tarixdə məh kəməyə şikayətlə müraciət edərək Babək Rayon Məhkəməsinin 8(079)-10/2025 saylı, 11 mart 2025-ci il tarixli qərardadının ləğv edilməsi barədə müvafiq qərar qəbul olunmnasını məhkəmədən xahiş etmiş, Babək Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, e-8(079)-10/2025 nömrəli qərardadı ilə şikayət əsaslı hesab edilməyərək, mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi qərara alınmışdır. Borclu şikayətində qeyd etmişdir ki, o, Babək Rayon Məhkəməsinin e-8(079)-10/2025 saylı, 11 mart 2025-ci il tarixli qərardadı qəbul olunduğu tarixədək Babək Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(079)-142/2018 nömrəli qətnaməsi əsasında hər ay sabit pul məbləğində 130 manat aliment məbləğini xx.xx.2013-ci il təvəllüdlü X7 yetkinlik ya şına çatanadək saxlanılması üçün ödəmişdir. Müvafiq icra sənədi üzrə X2nın Babək Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(079)-142/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin indeksasiya olunmasına dair ərizəsinə məhkəmə iclasında baxılmasının nəticəsi kimi qəbul olunmuş qərardadla ərizə təmin edilmiş və əvvəlki qətnamə ilə müəyyən olunmuş alimentin miqdarı sonrakı artımlar nəzərə alınmaqla, hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 1 misli həddində sabit pul məbləğində müəyyən edilmişdir. Qərardadın yekun hissəsində də qeyd olunduğu üzrə sözügedən qərardaddan şikayət müddətinin başa çatmadığını nəzərə alaraq şikayət hüququndan istifadə etməklə, bildirir ki, e-8(079)-10/2025 saylı, 11 mart 2025-ci il tarixli qərardad ləğv edilməli və alimentin artırıl ması tələbinə baxılarkən iş üzrə icraatda borclu kimi onun sosial və maddi vəziyyəti nəzərə alınaraq yenidən qərar qəbul edilməlidir. Babək Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(079)-142/2018 nömrəli qətnaməsində də qeyd olunduğu kimi övladına aliment ödənilməsi barədə ona öhdəlik müəyyən etdiyi qərarında da Şada kənd İcra Nümayəndəliyi tərəfindən ünvanlanmış məktubda onun işsiz kimi qeydiyyatda durduğu faktı öz təsdiqini tapmış, lakin həmin vaxt aliment məbləği müəyyən olunarkən o zaman həyatda olan atasının gəliri də nəzərə alınmaqla 130 manat sabit pul məbləğində aliment müəyyən olunmuşdur. Lakin bildirir ki, o hazırda da işsiz kimi qeydiyyatda olmaqla, heç bir yerdə işləmir, üstəlik də atası da rəhmətə getmiş, ailənin yeganə gəliri isə onkoloji xəstə olan və hazırda da baxım v ə müalicəyə ehtiyacı olan anası Gülşən Məmmədovanın pensiya məbləğindən asılı hala düşmüşdür. Onun hazırda aliment öhdəliyi olan övladı ilə yanaşı, həm də himayəsində xx.xx.2022-ci il təvəllüdlü körpə uşağı var və həyat yoldaşı da onun kimi heç bir yerdə işləmir. Ailənin maddi vəziyyətinin məhkəməyə daha aydın olması üçün hazırda valideynləri ilə birgə ailədə 4 nəfər olduqlarını, valideyninin səhhətində müəyyən sıxıntılar olduğu üçün onun aldığı pensiyanın əhəmiyyətli hissəsinin sırf onun müayinə-müalicəsinə xərcləndiyini, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda birbaşa təsbit olunmuş “2025-ci il üçün yaşayış minimumunun ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin” müddəasını nəzərə alaraq ailənin ümumi gəlirini hesabladıqda ailə üzvlərinin yaşayış minimumundan aşağı həyat şərtlərində yaşadıqlarını bildirmişdir. Məhkəmə tərəfindən alimentin indeksasiyası barədə qərar çıxarılarkən Babək Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(079)-142/2018 nömrəli qətnaməsində qeyd olunmuş “minimum əməkhaqqı məbləğinin 1 misli həddinin” əsas götürülməsi müvafiq qanunvericiliyin (20 dekabr 2024-cü il tarixli Plenum Qərarı) tələblərinə uyğun qərar kimi hesab olunsa da, göründüyü kimi, Babək Rayon Məhkəməsinin barəsində şikayət etdiyi qərardadının icra olunması “aztəminatlı” hesab olunan ailə vəziyyətinin daha da çətinləşməsinə, müflis həyat tərzi sürməyinə, bir yanda aliment öhdəliyi olan övladının rifahına, digər tərəfdə isə hi mayəsindəki körpəmin yaşayış şərtlərinin ağırlaşmasına, qısacası, onun və ailəsinin hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Əlavə olaraq qəti bir dillə ifadə edir ki, onun bəhsi keçən qərardaddan şikayət vermə səbəbi heç bir halda barəsində aliment öhdəliyi olan övladına qarşı olan valideynlik vəzifələrindən yayınmaq deyil, əksinə, həm onun, həm də himayəsindəki övladının, ailə üzvlərinin yaxşı şərtlərlə həyat sürmələrini istəməyidir. İşin qeyd etdiyi hallarını, hazırkı qərardad ləğv olunmadığı halda təyin olunmuş aliment məbləğini ödəyəcək maddi imkanının olmadığını diqqətə çatdırmaqla, alimentin indeksasiyası zamanı əsas götürülən “1 mislində” meyarının onun maddi vəziyyətinə uyğun gəlmədiyini, habelə məbləğin təyin olunmasında əsas götürülən “minimum əməkhaqqı” ilə ailəsinin yega nə gəlir mənbəyi olan anasının pensiya məbləğinin kəskin fərqləndiyini nəzərə alaraq sonda Babək Rayon Məhkəməsinin e-8(079)10/2025 saylı, 11 mart 2025-ci il tarixli qərardadının ləğv edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iş apellyasiya şikayətinə əsasən baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 139.4-cü maddəsi rəhbər tutulmaqla X2na verilmiş şikayətlə bağlı izahat və etirazlarını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsi təklif edilsə də, tələbkar tərəfindən kollegiyaya şikayətə dair izahat və ya etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi iş ə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya işin araşdırılmış hallarına şikayətin dəlilləri ilə qarşılıqlı hüquqi qiymət verərək belə hesab edir ki, şikayət təmin edilməməli və Babək Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 8(079)-10/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, şikayətə baxılması ilə əlaqədar tədqiq olunmuş iş materiallarına əsasən Babək Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli, 2(079)-142/2018 nömrəli qətnaməsinin surətindən (iş mat. səh.3-6) görünür ki, Şahbuz Rayon Məhkəməsinin 2(090)-30/2016 nömrəli, 23 fevral 2016-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək Borclu hər ay 130 (bir yüz otuz) manat miqdarda sabit pul məbləğində alimentin alınıb 18 may 2013-cü il tar ixdə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün X4 verilməsi və alimentin sabit pul məbləğində tutulmasının əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması qət edilmişdir. Yuxarıda da qeyd olunduğu kimi, X2 xx.xx.2025-ci il tarixdə Babək Rayon Məhkəməsinin 2(079)-142/2018 nömrəli, 19 mart 2018-ci il tarixli qətnaməsi ilə ödənilməli olan sabit pul məbləğinin indeksasiyası barədə ərizə ilə Babək Rayon Məhkəməsinə müraciət edərək həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(079)-142/2018 nömrəli qətnaməsi ilə yetkinlik yaşına çatmamış 18 may 2013-cü il təvəllüdlü X1 üçün qət edilmiş sabit məbləğdə 130 (bir yüz otuz) manat alimentin miqdarının sonrakı artımlar nəzərə alınmaqla (hər illər üzrə artırılacaq olan ölkə üzrə minimum əmək haqqına münasibətdə) 2025-ci il üzrə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqına münasibətdə (400 (dörd yüz) manat) indeksasiya olunması və bu barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmiş, Babək Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, e-8(079)-10/2025 nömrəli qərardadı ilə X3 aliment miqdarının indeksasiyası barədə ərizəsi təmin edilmiş, Babək Rayon Məhkəməsinin 2(079)-142/2018 nömrəli, 19 mart 2018-ci il tarixli qətnaməsi ilə 18 may 2013-cü il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu X3 xeyrinə tutulması qət edilən alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,32 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Lakin daha sonra Babək Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli qərardadı ilə Babək Rayon Məhkəməsinin 11 fevral 202 5-ci il tarixli, e-8(079)-10/2025 nömrəli qərardadında yol verilmiş yanlışlığın aşağıdakı məzmunda ifadə edilməklə düzəldilməsi, Babək Rayon Məhkəməsinin 2(079)-142/2018 nömrəli, 19 mart 2018-ci il tarixli qətnaməsi ilə 18 may 2013-cü il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu X3 xeyrinə tutulması qət edilən alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. İş üzrə Borclu şikayətində “...Babək Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(079)142/2018 nömrəli qətnaməsində də qeyd olunduğu kimi, övladına aliment ödənilməsi barədə ona öhdəlik müəyyən etdiyi qərarında da Şada kənd İcra Nümayəndəliyi tərəfindən ünvanlanmış məktubda onun işsiz kimi qeydiyyatda durduğu faktının öz tə sdiqini tapdığını, lakin həmin vaxt aliment məbləği müəyyən olunarkən o zaman həyatda olan atasının gəliri də nəzərə alınmaqla 130 manat sabit pul məbləğində aliment müəyyən olunduğunu, lakin hazırda da onun işsiz kimi qeydiyyatda olmaqla, heç bir yerdə işləmədiyini, üstəlik atasının da rəhmətə getdiyini, ailənin yeganə gəliri isə onkoloji xəstə olan və hazırda baxım və müalicəyə ehtiyacı olan anası Gülşən Məmmədovanın pensiya məbləğindən asılı hala düşdüklərini, onun hazırda aliment öhdəliyi olan övladı ilə yanaşı, həm də himayəsində xx.xx.2022-ci il təvəllüdlü körpə uşağı olduğunu və həyat yoldaşının onun kimi heç bir yerdə işləmədiyini, hazırda valideynləri ilə birgə ailədə 4 nəfər olduqlarını, valideyninin səhhətində müəyyən sıxıntılar olduğu üçün onun aldığı pensiyanın əhəmiyyətli h issəsinin sırf onun müayinə-müalicəsinə xərcləndiyini, onun bəhsi keçən qərardaddan şikayət vermə səbəbinin heç bir halda barəsində aliment öhdəliyi olan övladına qarşı olan valideynlik vəzifələrindən yayınmaq olmadığını, əksinə, həm onun, həm də himayəsindəki övladının, ailə üzvlərinin yaxşı şərtlərlə həyat sürmələrini istəməyi olduğunu, hazırkı qərardad ləğv olunmadığı halda təyin olunmuş aliment məbləğini ödəyəcək maddi imkanının olmadığını, alimentin indeksasiyası zamanı əsas götürülən “1 mislində” meyarının onun maddi vəziyyətinə uyğun gəlmədiyini, habelə məbləğin təyin olunmasında əsas götürülən “minimum əməkhaqqı” ilə ailəsinin yeganə gəlir mənbəyi olan anasının pensiya məbləğinin kəskin fərqləndiyini” bildirmişdir ki, kollegiya qeyd olunan bu halları mülki işin mövcud halları ilə q arşılıqlı tədqiq edərək bu halların birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslı olmadığı qənaətinə gəlir. Belə ki, kollegiya ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, şikayətçinin mübahisələndirdiyi qərar X3 indeksasiya barədə ərizəsinə baxılması ilə bağlı Babək Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, e-8(079)-10/2025 nömrəli qərardadı deyil, həmin qərardadda yol verilmiş yanlışlığın düzəldilməsi ilə bağlı Babək Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 8(079)-10/2025 nömrəli qərardadıdır. Yuxarıda da qeyd olunduğu kimi, mübahisələndirilən bu qərardadla Babək Rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli, e8(079)-10/2025 nömrəli qərardadında yol verilmiş yanlışlığın düzəldilməsi, Babək Rayon Məhkəməsinin 2(079) -142/2018 nömrəli, 19 mart 2018-ci il tarixli qətnaməsi ilə 18 may 2013cü il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu X3 xeyrinə tutulması qət edilən alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1 misli həddində indeksasiya edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi yol verilmiş yanlışlığın düzəldilməsi barədə qərardadını düzgün olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 228.2-ci maddəsinə əsaslanmaqla qəbul etmişdir ki, həmin maddənin tələbinə görə hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında h əll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur. Qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqların və açıq hesab səhvlərinin düzəldilməsi barədə ərizəyə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində baxılır və həll edilir. Babək Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 8(079)-10/2025 nömrəli qərardadı ilə 18 may 2013-cü il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu X3 xeyrinə tutulması qət edilən alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 1 misli həddində indeksasiya edilməsinə dair Borclu şikayətində qeyd etdiyi dəlillərə gəlincə, kollegiya bununla bağlı aşağıdakıları qeyd edir. Belə ki, Azərbay can Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə görə alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi ödənilməli pul məbləğlərinin indeksasiyasına baxılmasını tənzimləyir. Həmin maddədə qeyd edilir ki, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane ol mur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci maddəsində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğ ində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). X10 8.4-2-ci maddəsində qeyd edilmişdir ki, “...nəzərə alınmalıdır ki, Ail ə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1 -ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, tələb üzrə 2023-cü ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2023-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2023-cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,49 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Min imum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2017-ci il tarixli sərəncamı ilə minimum aylıq əmək haqqının məbləği 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, 2018-ci ilin yanvarından etibarən ölkə üzrə yaşayış minimumunun məbləğinin 130 manat həddində müəyyən olunması nəzərə alındıqda həmin vaxt bir uşaq üçün müvafiq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 130 manat sabit pul məbləğində aliment məbləği minimum əmək haqqı məbləğinin 1 misli həddində müəyyən edilməlidir. İşin şər h olunmuş halları və şikayətin dəlillərinə hüquqi qiymət verərək kollegiya belə nəticəyə gəlir ki, qərardad qəbul olunarkən maddi və prosessual hüquq normalarının tələblərinə düzgün əməl olunmuşdur və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, tədqiq olunmuş iş materiallarından da göründüyü kimi, hazırki işin başlanmasına səbəb X2nın Babək Rayon Məhkəməsinə ünvanlandığı müraciətin predmeti məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunmasıdır. Alimentin indeksasiya olunması isə yuxarıda da qeyd olunduğu kimi Ailə Məcəlləsinin 110-cu və Mülki Prosessual Məcəllənin 232-ci maddələrinin tələbindən irəli gəlir. Borclunun verdiyi şikayətin mahiyyətindən isə görünür ki, o, alimentin indeksasiy a olunmasından sonra yaranmış məbləğlə razı deyil. Halbuki qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 110-cu maddəsinin tələbi maraqlı şəxsin müraciəti əsasında qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin indeksasiya olunmasını qaçınılmaz edir. Yəni qanunla müəyyən edilmiş subyektiv hüquqa malik olan maraqlı şəxs sözü gedən tələblə məhkəməyə müraciət etdiyi halda hüquq tətbiqedici alimentin indeksasiyası haqqında məhkəmə aktının qəbul etməlidir. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 232.3-cü maddəsində pul məbləğlərinin indeksasiya olunması barədə məhkəmə qərardadlarından şikayət verilə bilmə imkanı nəzərdə tutulsa da, bu şikayət ilkin müraciətin predmeti ilə bağlı olmaqla, ondan kənara çıxmamalı, şikayət edən müraciətində pul məbləğinin və alimentin indeksasiyası zamanı yaranmış məbləğin çoxluğunu mübahisələndirməməlidir. Hazırki şikayətin məzmunundan isə göründüyü kimi, Borclu şikayətində indeksasiya nəticəsində alimentin miqdarının yüksək olmasını mübahisələndirir ki, həmin məsələnin hüquqi əsasını Ailə Məcəllənin 110-cu maddəsi deyil, 112-ci maddəsi təşkil edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ed ə bilər. Bu baxımdan Borclu izah olunur ki, Ailə Məcəlləsinin yuxarıda istinad olunan maddəsində göstərilən əsaslar üzrə qanunun ona verdiyi imkanlardan istifadə etməklə aliment məbləğinin azaldılmasını arzulayacağı halda iddia icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət hüququndan istifadə edə bilər. Beləliklə, kollegiya hesab edir ki, Babək Rayon Məhkəməsinin e-8(079)-10/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qərardadında yol verilmiş yalnışlığın düzəldilməsinə dair Babək Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 8(079)-10/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq kollegi ya qəraraalır: Babək Rayon Məhkəməsinin e-8(079)-10/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qərardadında yol verilmiş yalnışlığın düzəldilməsinə dair Babək Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 8(079)-10/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Babək Rayon Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 8(079)-10/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar