Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(108)-9/2023 27.11.2023 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Hakimlər Allahverdiyev Mehman Dünyamalı oğlu (sədrliyi və məruzəsi ilə), X6 və Quliyev Vüqar Kərim oğlundan ibarət tərkibdə, iddiaçı Tələbkar cavabdeh X4 qarşı borc tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(078)-758/2023 nömrəli qətnaməsi ilə bağlı X1nun qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi üzrə Naxçıvan Şəhər Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 8(078)-160/2023 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: X5 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tari xli, 2(078)-758/2022 nömrəli qətnaməsi üzrə qətnamənin 17 ay hər ay davamlı olaraq 200 (iki yüz) manat və sonuncu ay borcu tamamilə bağlamaq şərtilə hissə-hissə icra olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 8(078)-160/2023 nömrəli qərardadı ilə X3 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qərardadından narazı qalan X1 01 noyabr 2023-cü il tarixdə şikayətlə məhkəməyə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 8(078)-160/2023 nömrəli qərardadının ləğv edilməsini və ya əks təqdirdə işin apellyasiya məhkəməsinə göndərməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 8(078)-28/2023 nömrəli qərardadı ilə ş ikayət əsaslı hesab edilməyərək mülki işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilmişdir. X1 şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə tələbkarı məhkəmə prosesinə cəlb etməmiş, onun qaldırdığı tələbə münasibətini öyrənməmiş və onun iştirakı olmadan işə baxıb ərizəsini təmin etməmişdir. Şikayətçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən qərardadın ləğv edilməsini və ya əks halda işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Həmin Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 139.4-cü maddəsi rəhbər tutulmaqla Tələbkar və X1na verilmiş şikayətlə bağlı izahat və etirazlarını Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına göndərilməsi təklif edilsə də, tələbkar və borclu tərəfindən kollegiyaya şikayətə dair i zahat və ya etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya işin araşdırılmış hallarına şikayətin dəlilləri ilə qarşılıqlı hüquqi qiymət verərək belə hesab edir ki, X1 şikayətində göstərdiyi dəlillər əsaslı hesab edilə və həmin dəlillər məhkəmənin bu iş üzrə qəbul etdiyi qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, şikayətə baxılması ilə əlaqədar tədqiq olunmuş iş materiallarına əsasən müəyyən edilmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(078)758/2022 nömrəli qətnaməsi ilə X2 15430 (on beş min dörd yüz otuz) manat məbləğində pul, məhkəmə məsrəfi olan 400 (dörd yüz) manat vəkil xərci və 137 (yüz otuz yeddi) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 15967 (on beş min doqquz yüz altmış yeddi) manat məbləğində pulun alınaraq Tələbkar qaytarılması qət olunmuşdur. X1 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(078)-758/2022 nömrəli qətnaməsi üzrə qətnamənin 17 ay hər ay davamlı olaraq 200 (iki yüz) manat və sonuncu ay borcu tamamilə bağlamaq şərtilə hissə-hissə icra olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 8(078)160/2023 nömrəli qərardadı ilə X3 qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməməsi qərara alınmışdır. Həmçinin iş materialları il ə o da müəyyən edilmişdir ki, Naxçıvan Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən, X3 mülkiyyətində Babək rayonu, Didivar kəndində 0.5172 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Naxçıvan MR Daxili İşlər Nazirliyinin X10 İdarəsinə bilavasitə tabe olan qeydiyyat-imtahan və texniki baxış şöbəsinin 12 oktyabr 2023-cü il tarixli arayışına əsasən, X3 adına hər hansı bir avtonəqliyyat vasitəsi qeydiyyatda durmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdir məyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli qərarının 12-ci bəndində göstərilir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydas ının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 22 may 2015-ci il tarixli qərarına əsasən məhkəmə müdafiəsi hüququnun məzmununa gəldikdə isə o, bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifə sini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə 15 aprel 2011-ci il tarixli, C.İsmayılzadənin şikayəti üzrə 6 iyun 2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli qərarına əsasən məhkəmə qərarının icrasının məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmasını nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu sahədə qanunvericinin seçdiyi model səmərəli və ef fektiv olmalıdır, əks hal məhkəmə qərarının vaxtında və düzgün icra olunmamasına gətirib çıxara bilər, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edər. Eyni zamanda, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması cəmiyyətin məhkəmə hakimiyyətinə etimadını azalda bilər. Kollegiya borclunun şikayətində Naxçıvan Şəhər Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 8(078)-160/2023 nömrəli qərardadının ləğvinə əsas kimi “məhkəmənin tələbkarı məhkəmə prosesinə cəlb etmədiyini, onun qaldırdığı tələbə münasibətini öyrənmədiyini və onun iştirakı olmadan işə baxıb ərizəsini təmin etmədiyini” göstərdiyi dəlilləri müzakirə edib, həmin dəlillərin əsassız olması qənaətinə gəlir. Belə ki, mülki işin araşdırılmış hallarından aydın olmuşdur ki, biri nci instansiya məhkəməsi tərəfindən Tələbkar prosesə cəlb olunmaqla məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumatlandırılmış (iş. səh 7), lakin tələbkar heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Birinci instansiya məhkəməsi isə haqlı olaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinin tələbinə uyğun işə Tələbkar iştirakı olmadan baxmışdır. Belə ki, həmin maddədə qeyd olunur ki, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Kollegiya eyni zamanda qeyd edir ki, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra o lunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Yuxarıda qeyd olunan hüquq normaları baxımından kollegiya belə qənaətə gəlir ki, Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(078)-758/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi üçün hər hansı müstəsna halın mövcud deyil və tələbkarın da mənafeyi nəzərə almaqla, şikayətin təmin edilməsi üçün əsaslar yoxdur. Belə ki, şikayətə baxılması ilə bağlı tədqiq olunmuş iş materiallarından, o cümlədən Naxçıvan Şəhər İcra və Probasiya şöbəsi tərəfindən kollegiyaya ünvanlanmış 2 3 noyabr 2023-cü il tarixli, 160485/2023-58-16-006 nömrəli məktubdan məlum olmuşdur ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-758/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli icra vərəqəsi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş, icra sənədinə əsasən X1ndan 15430 manat pul, 400 manat vəkil xərci və 137 manat dövlət rüsumu olmaqla, cəmi 15967 manat pulun tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Məktubda qeyd olunmuşdur ki, borclu tərəfindən xx.xx.2023-cü il tarixinədək heç bir ödəniş aparılmamış və hazırda icra tədbirləri davam etdirilir. “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə ərizəçi X4 aid əldə olunmuş məlumatlardan məlum olmuşdur ki, Naxçıvan Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində adına **********36 reyestr nömrəsi ilə torpaq sahəsi mövcuddur. Eyni zamanda vergi məlumatlarına əsasən hazırda aktiv VÖEN əsasında taksi fəaliyyəti ilə məşğul olur. Ərizəçi M.M.Seyidovun Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(078)-758/2023 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsi ilə bağlı ərizəsinə münasibət bildirən Tələbkar xx.xx.2023-cü il tarixli teleqram vasitəsi ilə kollegiyaya müraciət edərək şikayəti qəbul etmədiyini və tələb olunan məbləğin ona tam şəkildə ödənilməsini tələb etdiyini bildirmişdir. Kollegiya işin yuxarıda şərh olunmuş hallarına əsaslanmaqla belə hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq borcun hissə-hissə ödənilməsinə dair M.M.Seyidovun ərizəsini təmin etməmişdir. İşin şərh olunmuş halları və şikayətin dəlillərinə hüquqi qiymət verərək kollegiya belə nəticəyə gəlir ki, qərarda d qəbul olunarkən maddi və prosessual hüquq normalarının tələblərinə düzgün əməl olunmuşdur və birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Ona görə də iddiaçı Tələbkar cavabdeh X4 qarşı borc tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(078)-758/2023 nömrəli qətnaməsi ilə bağlı X1nun qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsinə baxılmasına dair iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 8(078)-160/2023 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinin tələbinə görə “Elektron məhkəmə” informas iya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.5-ci maddəsinin tələbinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin iş materiallarından da göründüyü kimi, X1 tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin 27 oktyabr 2023-cü il tarix li, 8(078)-160/2023 nömrəli qərardadından şikayət verilərkən prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl olunmamış, birinci instansiya məhkəməsi tərəfindən şikayət geri qaytarılmalı olduğu halda baxılaraq apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Buna baxmayaraq kollegiya prosessual qənaət prinsipi baxımından məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılması, operativliyin təmin olunması və süründürməçilik halının qarşısının alınması məqsədilə şikayəti icraata qəbul edərək baxılmasını təmin etmişdir. Beləliklə göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264,365, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiya qəraraalır: İddiaçı Tələbkar cavabdeh X4 qarşı borc tələbinə dair mülki iş üzrə çıxarılmış Naxçıvan Ş əhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli 2(078)-758/2023 nömrəli qətnaməsi ilə bağlı X1nun qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsinə baxılmasına dair iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 8(078)-160/2023 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 8(078)-160/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Bu qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(108)-9/2023
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №8(108)-9/2023
27.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver