Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(108)-9/2024 25.12.2024 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrliyi və məruzəsi ilə), Allahverdiyev Mehman Dünyamalı oğlu və Kuimova Vera Gennadiyevnadan ibarət tərkibdə, Naxçıvan Şəhər Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli 8(078)-178/2024 nömrəli qərardadından icra işi üzrə X1 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Naxçıvan Şəhər Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(078)-94/2024 nömrəli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdehlər X5, X6 və X8 qarşı zəbt olunmuş torpaq sahəsinə görə kompensasiya ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdeh X3 13450 (on üç m in dörd yüz əlli) manat alınaraq iddiaçı Tələbkar verilməsi, iddia tələbinin qalan hissədə və cavabdehlər X5 və X8 münasibətdə rədd edilməsi, iddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı vasitəsi ilə 01 noyabr 2023cü il tarixli 14919 nömrəli qəbzlə ödənilmiş 165 (bir yüz altmış beş) manat miqdarında dövlət rüsumunun 88.80 (səksən səkkiz manat, səksən qəpik) manat hissəsinin cavabdeh X3 alınaraq iddiaçıya qaytarılması qət edilmişdir (iş vərəqə 6-12). X1 ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək həmin Məhkəmənin 23 iyul 2024-cü il tarixli 2(078)-94/2024 nömrəli qətnaməsinin hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir (iş vərəqə 1-2). Borclu müraciətini əsaslandıraraq qeyd etmişdi ki, Naxçıvan Şəhər Məhkəməsinin 23 iyul 202 4-cü il tarixli, 2(078)-94/2024 nömrəli qətnaməsi üzrə iddiaçı Tələbkar ona qarşı zəbt olunmuş torpaq sahəsinə görə kompensasiya ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş və X3 13450 (on üç min dörd yüz əlli) manat alınaraq tələbkara ödənilməsi qət edilmişdi. Özü heç bir yerdə işləmir, öhdəsində yetkinlik yaşına çatmayan qız övladı var və yeganə gəliri ailə başçısını itirməyə görə aldığı 120 (bir yüz iyirmi) manat miqdarında müavinətdir. Övladının maddi tələbatını belə ödəməkdə çətinlik çəkir. Hazırda işsiz olduğu üçün maddi vəziyyəti çox çətindir, yalnız hər ay 100 (bir yüz) manat ödəməyə imkanı çatar. İşlə bağlı müvafiq qurumlara müraciət edib. İşə başlayan kimi borcunu tamamilə bağlayacaq. Ona görə də 13450 (on üç min dörd yüz əlli) manat borcun hissəhissə hər ay davamlı ola raq 100 (bir yüz) manat və işlədiyi halda isə tamamilə bağlamaq şərti ilə hissə-hissə icra olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Naxçıvan Şəhər Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli 8(078)-178/2024 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir (iş vərəqə 26-28). Məhkəmənin həmin qərardadı ilə razılaşmayan X1 şikayətlə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, 06 noyabr 2024-cü il tarixli 8(078)-178/2024 nömrəli qərardadın ləğv edilməsini və tələbinin təmin edilməsini xahiş etmişdir (iş vərəqə 33-37). Borclu şikayətini əsaslandıraraq bildirmişdi ki, tənha ailə başçısıdır. Hazırda hər ay yalnız 200 (iki yüz) manat ödəməyə imkanı var. Dəfələrlə iddiaçı ilə razılığa gəlmək istəsə də o, təkidlə təklifini rədd etmiş, bu səbəbdən də mübahisənin başqa həllini ta pa bilmir. Məhkəmənin əsas gətirdiyi səbəb tələbkarın yaşlı olmasıdır. Məhz həmin yaşda olan insanın bu qədər inad edərək onunla, yəni öz qardaşının dul qalmış, təkbaşına ailəsinin ehtiyacını təmin etməyə çalışan arvadı ilə mübarizə aparmasını ədalətli hesab etmir. Naxçıvan Şəhər Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 8(078)-178/2024 nömrəli qərardadı ilə şikayətin işlə birlikdə baxılması üçün Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına göndərilməsi qərara alınmışdır (iş vərəqə 40-41). X11 Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının icraatına 05 dekabr 2024cü ildə daxil olmuşdur. Verilmiş şikayətin hüquqi həllinə keçməzdən öncə məhkəmə kollegiyası ilk olaraq işdə iştirak edən şəxslərin nəzərinə çatdırır ki, şikayətə Azərbaycan Respublikası MülkiProsessual M əcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmışdı. Həmin prosessual normada qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Yazılı icraat dedikdə isə həmin Məcəllənin 10.8-1-ci maddəsinə görə işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılması başa düşülür. Şikayətin hüquqi həllinə gəldikdə isə kollegiya bildirir ki, hər bir şəxs məhkəmə müdafiəsi hüququnu n tam həcmdə həyata keçirilməsi və özünün qanunla qorunan hüquq və mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, həmçinin mülki məhkəmə icraatı üzrə Mülki-Prosessual Məcəllənin 4-cü maddəsindən irəli gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarından aydın olur ki, X1 öz hüquqlarının və mənafeyinin müdafiəsi üçün “28” oktyabr 2024-cü ildə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, həmin Məhkəmənin 23 iyul 2024-cü il tarixli, 2(0 78)-94/2024 nömrəli qətnaməsi ilə ondan tələbkarın xeyrinə tutulmalı olan kompensasiya məbləğini hissə-hissə ödəməsini istəyir və bunu əsasən maddi vəziyyətinin yaxşı olmaması ilə əsaslandırır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsi ilə müəyyən edilir ki, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərə flərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunvericiliyin tələbindən göründüyü kimi qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı müraciətlərə Mülki-Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Bunları qeyd etməkdə kol legiyanın məqsədi qətnamənin hissə-hissə icrası üçün müraciət etmiş şəxsin nəzərinə onun öz müraciətini əsaslandıran halları sübut etmək vəzifəsini daşıdığını çatdırmaqdır. X10 isə öz müraciətini öhdəsində yetkinlik yaşına çatmayan uşağının olması, yeganə gəlirinin ailə başçısını itirməyə görə aldığı 120 (bir yüz iyirmi) manat məbləğində müavinət təşkil etməsi, işsiz olması və maddi vəziyyətinin yaxşı olmaması, şikayətini isə tələbkarla razılığa gəlmək üçün addım atması, lakin sonuncunun təkidlə onun təklifini rədd etməsi və tələbkarın ailəsini saxlamaq onunla mübarizə aparması ilə əsaslandırmışdı. O, müraciətinin əsası kimi birinci instansiya məhkəməsinə Naxçıvan Şəhər Məhkəməsinin “23” iyul 2024-ci il tarixli, 2(078)-94/2024 nömrəli qətnaməsinin surətini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış sosial müavinət və təqaüd haqqında arayışı və sosial arayışı təqdim etmişdi. "Elektron məhkəmə" informasiya sistemindən borclunun barəsində olan şəxsiyyət məlumatlarından onun 13 mart 2009-cu il təvəllüdlü Zeynəb Quliyeva adlı uşağının olması müəyyən edilir. Borclunun müraciətinə əlavə etdiyi yuxarıda qeyd edilən sənədlərdən, yəni: - Naxçıvan Şəhər Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 2(078)-94/2024 nömrəli qətnaməsinin surətindən iddiaçı Tələbkar cavabdehlər X5, X6 və X8 qarşı zəbt olunmuş torpaq sahəsinə görə kompensasiya ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilərək, cavabdeh X3 13450 (on üç min dörd yüz əlli) manat məbləğin alınaraq iddiaçı Tələbkar verilməsi, iddia tələb inin qalan hissədə və cavabdehlər X5 və X8 münasibətdə rədd edilməsinin qət edilməsi; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış 28 oktyabr 2024-cü il tarixli sosial müavinət və təqaüd haqqında arayışdan, həmçinin sosial arayışdan vəfat etmiş şəxsin uşağı kimi X7 hər ay onun 18 yaşına çatmasınadək 120 (bir yüz iyirmi) manat məbləğində sosial müavinət verilməsi aydın olur. X1 məhkəməyə qətnaməni icra etməməsi üçün üzürlü səbəb olmasını təsdiq edən və ya qətnamənin hissə-hissə icra edilməsinə əsas olan başqa mötəbər sübutlar təqdim etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən həmin Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, i cra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr tərəfindən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Müraciətin araşdırılmasından müəyyən edilir ki, iş üzrə X1 bu günədək məhkəmə qətnaməsinin icrası isə bağlı hər hansı ödəniş etməmişdi. Bu fakt həm borclunun məhkəməyə olan müraciətinin, həm də tələbkarın birinci instansiya məhkəməsinə göndərdiyi müraciətə qarşı etiraz ərizəsinin mahiyyətindən müəyyən edilir. Borclu yeganə qazanc yerinin ailə başçısını itirməyə görə aldığı müavinət olmasını qeyd etsə də, "Elektron məhkəmə" informasiya sistemindən çıxarılmış onun əmlak və gəlir məlumatlarından X4 işə götürən X2 olan şəxsin yanında biçici dərzi işləməsi, aylıq əmək haqqının 172.5 manat olması müəyyən edilir. Onun müraciətində göstərdiyi-öhdəsində yetkinlik yaşına çatmayan uşağının olması, maddi vəziyyətinin yaxşı olmaması, tələbkarla razılığa gəlmək üçün addım atması, sonuncunun təkidlə onun təklifini rədd etməsi və onunla mübarizə aparmasına dair digər dəlillərə gəldikdə isə, sözü gedən əsaslar borclunun m əhkəmə qərarını üzrlü səbəbdən icra etməmə səbəbi sayıla biləcək əsaslar olsa da, kollegiya həmin dəlilləri qətnamənin hissə-hissə icra edilməsi üçün müstəsna hal hesab etmir. Çünki borclu ilk müraciətində tələbkara məhkəmə aktı ilə müəyyən edilmiş borcdan hər ay 100 (bir yüz) manat, şikayətində isə hər ay 200 (iki yüz) manat ödəniş edə biləcəyini göstərir. Bu isə qətnamənin hissə-hissə icra olunmasını təqribən müvafiq olaraq altı və on bir illik müddətində həyata keçirilməsi deməkdir. Kollegiya qeyd edir ki, qanunvericilikdə qətnamənin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, məhkəmə aktının hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsəl ənin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyini eyni cür qorunmalıdır, həmçinin mütənasiblik prinsipinə cavab verməlidir. Belə ki, borclunun müraciətində hissə-hissə icra ilə bağlı qeyd etdiyi məbləğlərə mütənasiblik prinsipinin tələbləri baxımından yanaşılaraq nəzərə almaq lazımdır ki, hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə hüquqa müdaxilənin yol verilən hesab edilməsi üçün onun qanuni məqsədə yönəlməsi özündə kifayət deyil, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazılığa da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Bunlardan biri olan “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X16 şikayəti üzrə” 2017-ci il 26 may tarixli qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Yuxarıda qeyd edilən normaların tələbini nəzərə alan kollegiya belə hesab edir ki, Tələbkar Na xçıvan Şəhər Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 2(078)-94/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hüququnun icra haqında qanunvericiliklə müəyyən edilmiş müddətdə icra edilməsinin məhdudlaşdırılması üçün X4 təklif etdiyi məbləğ məqbul deyil və bu səbəbdən də kollegiya onun müraciətini əsaslı hesab etmir. Borclunun müraciətində qeyd etdiyi “işlədiyi halda icra sənədi üzrə müəyyən edilmiş borcunun bir dəfəyə ödənilməsi”nə hüquqi münasibət bildirən kollegiya bildirir ki, sözü gedən müraciət qeyri-müəyyən, məhkəmə aktı isə mübahisə tərəfləri arasında olan münasibətlərə hüquqi aydınlıq gətirməli olduğundan, həmin tələb isə özündə qeyrimüəyyənliyi ehtiva etdiyindən borclunun müraciəti bu hissədə də əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək səlahiyyətləri vardır. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: - Naxçıvan Şəhər Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(078)-94/2024 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə X1 tərəfindən verilmiş şikayət təmin edilməməli; - Naxçıvan Şəhər Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli 8(078)-178/2024 nömrəli qərardadı dəyişdirilm ədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələb lərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilməsi qeyd edilib. Həmçinin Mülki-Prosessual Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin həmin Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında Qanun”un 5-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264 və 3 65-ci maddələrini rəhbər tutaraq q ə r a r v e r d i: Naxçıvan Şəhər Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(078)-94/2024 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli 8(078)-178/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilməsinə yol verilmir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev. Vera Kuimova.
Məhkəmə qərarları › İş №8(108)-9/2024
Naxçıvan MR Ali Məhkəməsi Qərardad — İş №8(108)-9/2024
25.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver